Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə34/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   30   31   32   33   34   35   36   37   ...   107

Məsələn,  vəzirin  vəzifələri  haqqında  Nəcm  əd-Din-Razinin 
verdiyi  izahat  da  bu  qəbildəndir;  "Kəndlilərin  var-yoxdan  çıxması 
ölkənin var-yoxdan çıxmasına səbəb olur".^^^ 
Bu  vəziyyət  xəlifə  Əbd-ül-Malikin  hökmranlığınadək  davam 
etdi, 
0
  isə  vergilərin  yığılma  qaydasını  dəyişdirdi.  Tell-  Mahrlı 
Dionisi bildirir ki, ”1003-cü ildə [b.e. 691/2-ci ilində] Əbd ül-Ma!ik 
[vergilərin  yığılmasında]  dəyişiklik  etdi.  O,  bir  sıra  sərəncamlar 
verərək  hər  bir  adama  əmr  etdi  ki,  öz  ölkəsinə,  doğulduğu  kəndə 
qayıtsın  və  orada  Öz  adını,  habelə  atasından  irs  qalmış  öz 
təsərrüfatını,  üzümlükləri,  zeytun  ağaclarını,  əmlakını,  uşaqlarını, 
malik  olduğu  hər  şeyi  dəftərə  saldırsın.  Can  vergisi  [cizyə]  və 
xristianlara şamil edilən bütün müsibətlər belə yarandı. O vaxtadək 
padşahlar  adamlara  görə  deyil,  torpağa  görə  bac  alırdılar.  Bu, 
ərəblərin həyata keçirdikləri ilk sayım adı idi".^®^ Suriyah Mizail də 
bundan  bəhs  edir,  lakin  bu  hadisənin  bir  il  sonra  baş  verdiyini 
göstərir. 
Arran  əhalisi  xristian  olduğuna  görə  xəlifənin  xəzinəsinə  iki 
vergi  —  cizyə  və  xərac  verirdi.  Müsəlmanlar  bu  vergilərdən  azad 
idilər.  Həmin  vergilərin  miqdarı  ölkənin  istila-  sınadək  yığıldığı 
qədər idi, yəni dövlətlilərdən ildə 48 dirhəm, ortabab varlılardan 24 
dirhəm, yoxsullardan isə 12 dirhəm alınırdı. Müsəlmanlardan yalnız 
onda  bir  vergisi  (üşr)  alınırdı.  Torpaq  vergisinə  gəldikdə,  bu 
müsəlman olmayanlardan ikiqat miqdarda alınırdı. Əmr olunmuşdu 
ki,  xristian  əhalidən  vergi  təzyiq  göstərmədən,^^®  bağlanan 
müqavilələrə  əsasən  alınsın,  digər  vergi  toplayanlar  həqiqətdə, 
adətən,  bu  əmri  yerinə  yetirmirdilər.  Kilsələrin  vəqf  təsis  etmək 
hüququ  qəbul  edilmişdi.  Xristian  əhaliyə  münasibətdə  bir  qədər 
güzəştə  getmək  halları  yalnız  xəlifə  II  ömərin  (717—720) 
hökmranlığı zamanında nəzərə çarpmağa başladı.^®® 
Gevondun  dediyinə  görə,  sonralar  xəlifə  olan  Hişam  Xilafət 
xəzinəsinin gəlirinin azalmasına səbəb olan bu güzəştlərə görə Öməri 
təqsirləndirdi. O, "Ömərin səxavətini  pislədi və onu öz sələflərinin 
yığdığı  sərvətləri  qanunsuz  olaraq  xərcləyib  dağıtmaqda 
təqsirləndirdi".^®^ 
Xəlifə  Ömərin  Ölümündən  sonra,  onun  xələfi  II  Yəzidin 
(720—724) zamanında Xilafətin xərac işləri müdiri (sahib əl-xərac) 
Usamə  ibn  Zeyd  ət-Tənuhi  721/2-ci  ildə  "xristianlar  üçün  xəracı 
artırdı. O, onları vergi verməyə məcbur edib pullarını əllərindən alır, 
rahiblərin əllərini damğalayırdı".^®® 
II  Yəzidin  hökmranlığı  dövründə  Zaqafqaziyanın  xristian 
əhalisinə qarşı ifrat rəhmsizlik göstərildi. Erməni dilində ya 
104 


zan  tarixçilərin  hamısı  bildirir  ki,  Yəzid  kinli,  hiyləgər  və  sərt  bir 
adam  idi.  0,  ikona  və  xaçların  məhv  edilməsini  əmr  etdirmişdi  və 
sərəncam  vermişdi  ki.  Xilafət  ərazisindəki  bütün  donuzlar  məhv 
edilsin.^®® 
Xəlifə Hişamın zamanında Azərbaycanda və Arranda ərəblərin 
vergi  siyasəti  əsaslı  dəyişikliyə  uğradı.  0  zamanadək  müsəlman 
hüququ cizyə ilə xərac arasında fərq qoymurdusa və bu terminlərin 
hər  ikisi  sinonim  kimi  işlədilirdisə  də,^®“  indi  yerlərdəki  əməvi 
hakimləri,  Hişamın  sərəncamlarını  rəhbər  tutaraq,  xəracı  xəzinəyə 
böyük  gəlir  gətirən  əsas  vergilərdən  biri  hesab  etməyə  başladılar. 
Əlbəttə,  əsas  diqqət  xəracın  özülü  hesab  edilən  kənd  təsərrüfatına 
verilirdi, çünki ərəblərin arasında belə bir möhkəm əqidə var idi ki, 
"müsəlmanların gücü xəracdadır". Məqrizinin verdiyi məlumata görə, 
Hişamın hökmranlığı dövründə Zaqafqaziyada "xristianların istismarı 
da, xəracı da artdı". 
725/6-cı  ildə  Hişamın  sərəncamına  görə  Azərbaycanda  və 
Arranda  əhali,  torpaq,  mal-qara  və  hər  cür  digər  əmlak  yenidən 
siyahıya  alınıb  sayım  keçirildi.  Bu  barədə  həm  M.Kaqan-  katvatsi, 
həm də Gevond məlumat verir: "Bu ərəfədə Arranda 174-cü erməni 
ilinin  (29.V.  725—  28.V.  726)  yayında  mal-qara  qırılıb  tələf 
o l m u ş d u H i ş a m   öz  sərkərdəsi  Haris  ibn  Əm-  ri^®^  Arrana 
göndərdi, o da həmin ilin qışında sayım keçirdi. M.Kaqankatvatsinin 
dediyinə görə, ağır vergi qoyulmasına səbəb olan bu növbəti sayım 
"insanları,  mal-qaranı  və  bütün  ölkəni  köləlik  boyunduruğu  altına 
s a l d ı b e l ə  ki, sonrakı ildə Arrana dəhşətli bir aclıq üz verdi. 
Həmin sayımdan sonra tətbiq edilən yeni vergi sistemində vergi 
verən əhalidən başqa, rahiblərdən də vergi aimması nəzərdə tutulurdu. 
"[Xəlifə]  əmr  etdi  ki,  ralıiblər  siyahıya  alınsın,  buna  görə  onları 
siyalııya aldılar, onların hər birindən cizyə almağa başladılar və bu, 
ralüblərdən alman ilk cizyə [oldu]".^®“ 
Hişamın dövründə bundan əlavə əhalinin üzərinə sənaye və sənət 
məmulatı  vergisi,  kəbin  kağızı  vergisi  kimi  əlavə  vergilər 
q o yu l d u . A z ə r b a yc a n d a  isə əvvəlki Sasani vergiləri, "Novruz və 
Mehrican hədiyyələri" adlanan bəxşişlər^®® bərpa edildi, halbuki bu 
vergilər  xəlifə  II  Ömərin  dövründə  ləğv  edilmişdi.  Onun  xələfi  II 
Yəzid  belə  bir  sərəncam  vermişdi:  "Ömər  aldadılıb...  Siz  onun 
zamanında  bildiyiniz  şeyləri  unudun,  qoy  xalq  öz  əvvəlki  işinə 
qayıtsın  —  fərqi  yoxdur:  istər  məhsul  yığsın,  istər  qıtlıqdan  əzab 
çəksin,  istər  toxum  alsın,  ya  almasın,  istər  yaşasın,  ya  da  ölüb 
getsin".^®® 
105 


Haris ibn Əmrin keçirdiyi sayımdan sonra qoyulan vergi sistemi 
0
 dərəcəyə çatdı ki, təkcə yoxsulları deyil, hətta Arranın bir çox əyan 
və varlı adamlarını da dilənçi kökünə saldı. Bu barədə Gevond aydın 
şəkildə  belə  deyir;  "O  [Haris  ibn  Əmr]  çox  fəlakətlərə  səbəb  oldu, 
[belə ki] hamı ağır zülmdən inləyirdi və dözülməz fəlakətlərdən xilas 
olmağa heç bir imkan yox 
idi" 270  
Bu  çətinliklər  birinci  növbədə,  vergi  ödəyən  zimrailərə  zərbə 
endirdi,  zira  məlum  olduğu  kimi,  onlar  bir  tək  ərəblərə  deyil, 
həmçinin  öz  ağaları  olan  yerli  feodallara  da  vergi  verirdilər.  Vergi 
verənlərdən  alınan  böyük  məbləğlər  xəlifə  xəzinəsinə  tam  şəklində 
gedib  çatmırdı,  çünki  əyalətin  əmiri  və  onun  məmurları  onlara 
tapşırılan əyaləti şəxsən varlanmaq üçün bir mənbə hesab edirdilər. 
Xəlifələr  bu  cinayətlərin  qarşısını  almağa  cəhd  edir  və  çox  vaxt 
məmurlara  qarşı  olduqca  sərt  tədbirlər  görürdülər.  I  Müaviyə 
(661—^680) hətta xüsusi nəzarət orqanı (dar əl-istixrac) yaratmışdı; 
bu  orqanın  vəzifəsi  hər  hansı  bir  əyalətdə  məmurlar  arasında 
rüşvətxorluq hallarını aşkara çıxartraaqdı, lakin bu tədbirin köməyi az 
idi. Dövlət xəzinəsi məmurlarının etdiyi cinayətlərin qarşısını almaq 
məqsədilə  bu  vəzifələrə  ərəblərin  əvəzinə  yerli  feodalları  təyin 
etməyə başladılar, çünki bunlar xəzinə işlərinə yaxşı bələd idilər və 
gizlədilən məbləğləri verməyə onları asanlıqla məcbur etmək olardı. 
Lakin  bu  tədbir  də  nəticə  vermədi,  çünki  əksəriyyəti  islam  dinini 
yalnız  zahirən  qəbul  edən  yeni  məmurlar  öz  imtiyazlarını  əldə 
saxlamaq üçün tez bir zamanda ərəblərdən daha pis oldular, ərəblərə 
can-başla  qulluq  etməyə  başlayaraq,  onlarla  əlbir  oldular  və  öz 
keçmiş təbəələri olan əkinçiləri qarət etməyə başladılar. Kremer bunu 
elə qeyd edir: "Bu feodal zadəganlar islam dinini qəbul etməklə öz 
keçmiş hakimiyyət qalıqlarını vaxtında qorudular və vergi toplamaq 
üzrə  əlverişli  vəzifələri  ələ  keçirərək  tezliklə  sərvət  və  nüfuz 
qazandılar", 
Çoxlu  ağır  vergilər  torpaq  sahiblərini  tez  bir  zamanda  iflasa 
uğradırdı,  buna  görə  də  onlar  məcbur  olurdular  ki,  öz  torpaqlarını 
ərəb  tayfasının,  iri  ərəb  torpaq  sahibləri  və  dövlət  qulluqçularının 
hamiliyinə  versinlər.  Bu  torpaqlar  hami  və  ya  ilca  kateqoriyasına 
daxil  edilib  qeydə  alınırdı.  Torpağın  əsl  sahibləri  məhsulun  bir 
hissəsini hamilərə verirdilər ki, onlar torpaq sahiblərini məmurların 
zülmündən  q o r u s u n l a r , t o r pağın  özü  isə  sahibinin  adına  qeydə 
alınırdı.  Məsələn,  Marağa  əhalisi  öz  torpaqlarını  Mərvan  ibn 
Məhəmmədin himayəsinə 
1G6 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə