Trdatın oğlanlarını öz yanında girov olaraq saxlayır, knyazın özünü
də geri dönməyə buraxmayıb, 704-cü ilədək 5 il Konstantinopolda
saxlayır.
Bu zaman Arranda Xilafətin birbaşa qarışmasına səbəb olan
hadisələr baş verir. Xalkedon dini təliminin keçmiş ardıcılı olan
Girdiman yepiskopu Nerses Bakur I Varaz-Trdatın arvadı Spramanı
dilə tutur ki, "onu Ağvan patriarxlığına dəvət etsin", çünki Yeliazar
Öləndən sonra (688-ci ildə) katolikos taxtı boş qalmışdı. Varaz-Trdat
Bizansda olduğu müddətdə Nerses knyazın Xilafətlə yaxınlaşmaq
siyasətinin əleyhinə getmək, Konstantinopola isə tabe olmaq qərarına
gəlir. Lakin knyaz Şeroy başda olmaqla Arranın bir qrup nüfuzlu
feodalları xalkedonçuluğun qatı düşməni olduqlarına görə buna mane
oldular.
Xəlifə Əbd-ül-Malik Ermənistan katolikosu tiyanın məktubunu
aldıqdan sonra, Bərdədə dini yığıncaq çağırmasını ona əmr etdi; bu
yığıncaqda Nerses Bakur xəlifə nümayəndəsinin hüzurunda mürtəd
elan olundu, knyaz arvadı Sprama isə qalaya salındı. Bundan əlavə,
xəlifə bir çox Arran knyazlarının xüsusi siyahıya alınmasını ərar etdi,
ona görə ki, "əgər onlardan biri diofizit olarsa, qılınc və əsarətlə
məhv edilməlidir".*®®
704-cü ildə knyaz I Varaz-Trdat Arrana qayıtdı
və bu zamandan
Arran Xilafətdən asılı olan bir vassal oldu. Ölkə "ancaq taciklərə
[ərəblərə]"*®^ bac verməyə başladı, çünki bu vaxt Ərəb—Bizans
müharibələrinin başlanması ilə əlaqədar olaraq Ermənistana
Məhəmməd ibn Mərvanın komandanlığı altında ərəb qoşunları
göndərilmişdi. Ərəblərin cəza dəstəsi Arrana da göndərilmişdi.
Məhəmməd ibn Mərvan burada knyaz Şeroyu və ona yaxın olan
adamları tutub Taron vasitəsilə Dəməşqə göndərdi.*®®
Knyaz I Varaz-Trdatın*®® hökmranlığı dövründən başlayaraq
Arran hətta öz vassallığını da itirdi. Ölkədə xəlifənin canişinləri tam
hökmran olmağa başladılaı*. Knyaz və katolikos canişinlərin
yanında bir növ məşvərətçi oldular; onlar müstəqil surətdə daha heç
bir qərar qəbul edə bilmirdilər.
4.
Ərəb-Xəzər
müharibələri və Azərbaycan
Xəlifə I Validin hökmranlığı illərində (705—715) ərəblər
tədriclə şimala tərəf hərəkət etməyə başladılar. Lakin I Valid
xəzərlərə qarşı ciddi hücuma başlamazdan əvvəl öz arxasını: Arranı,
Şərqi Gürcüstanı və Ermənistanı
bu ölkələrdə olan
95
yerli bizanspərəst hakim və knyazların gizli qəsdlərindən təhlükəsiz
hala gətirməli idi. İlk növbədə erməni naxararlarına qarşı cəza
tədbirləri görülmüşdü. Xəlifə sərkərdəsi Məhəmməd ibn Mərvan
yunan-erməni qoşunlarını darmadağın etdikdən sonra, təslim
olmayan bütün erməni başçılarından 800 nəfəri aldadıb əsir etdi və
Naxçıvan hakimi Hişama əmr etdi ki, onları kilsəyə salıb yandırsın.
Bu qayda ilə də 400 nəfər məbəddə yandırıldı.
Təbərinin verdiyi məlumata görə, bu hadisələrdən sonra 89
(707—708)-cu ildə xəlifənin qardaşı Məsləmə ibn Əbd-ül-Malik
Azərbaycanda təslim olmamış bütün qala və şəhərləri tutub, türklərlə
vuruşa-vuruşa Bab ül-Əbvaba çatdı.
Hicri 91 (709—710)-ci ildə Məsləmə ibn Əbd-ül-Malik türklərə
qarşı yeni hücuma keçdi "və Azərbaycan vilayətində yerləşən əl-Baba
çatdı, burada şəhər və qalaları aldı".^^® Lakin erm. erasının 158-ci
ilində (2.VI—709—l.Vl—710) "xəzər hökmdarı 80 min nəfərlik
qoşunla yürüş edib, Albaniyanı tutd u " , y ə n i ərəblər Dərbənddən
qovuldular və Arrandan Azərbaycana geri çəkildilər.
İki il sonra (711-ci ildə) xəlifə Əbd-ül-Əzizin canişini ibn Xatim
əl-Bəhili Arran paytaxtı Bərdəyə gəldi və xəzərlərə qarşı yeni hücuma
hazırlaşaraq, yenidən Kürün o tayına keçdi.
Yəqin bu, ərəb
qoşunlarının Dərbənd
üzərinə yeni hücumu idi,
çünki Təbəri bildirir
ki, hicri 92 (710/ll)-ci ildə ərəb ordusu Dərbəndə çatdı,
lakin şəhəri
yalnız 714-cü ildə, xəlifə I Validin hökmranlıq dövrünün axırıncı
ilində ələ keçirə bildi. Məsləmə 714/15-ci
ildə Dərbənd üzərinə
yenidən
hücuma keçdi, onu dağıdaraq, xaqanlığın ərazisinə soxuldu.
Burada xəzərlər Məsləmənin ordusu ilə vuruşmağa başladılar və
ərəblər geri çəkildilər. Ərəblər geri çəkilərkən onları "Alban patrisilə-
rindən..." Eranşahik Vaçaqanın komandanlığı altında olan Arran
qoşunları arxadan mühafizə edirdi. "Xəzərlər onun üzərinə atıldılar,
lakin məğlub edilib qaçmağa başladılar
Asogik və Gevond bildirirlər ki, Məsləmənin komandanlığı ilə
ərəblərin Dərbənd üzərinə hücumu xəlifə Süleymanın (715—717)
hökmranlığının "üçüncü ilində" (Asogik) və ya "ikinci ilində"
(Gevond) b a ş l a n d ı . Ş ə h ə r uğrunda vuruşma gecə-gündüz davam
etdi və ertəsi gün səhərçağı Dərbənd ələ keçirildi. Ərəb ordusunda 6
min nəfər var idi və onların hər birinin payına çoxlu qənimət düşdü.
Məsləmə Əbd əl-Əzizi Arranda qoyub özü Dəməşqə qayıtdı.
Xəlifə II Ömərin (717—720) hökmranlığının
birinci ilində
96