də ki onun bir hissəsi, yalnız eyni bir kilsəyə onun nominal
mənsubiyyəti buna səbəb olmuşdur ki, suriyahlar Arran və Qurzanı
Ermənistanın tərkibinə daxil edərək onu Ermənistan adlandırmışlar.
VIII əsrin əvvəllərində erməni katolikosu İlya xəlifə Əbd
ül-Malikə (685—705) xəbər çatdırıb bildirmişdi ki, albanlar Xilafət
əleyhinə Bizansla ittifaq bağlayırlar. Əbd ül-Malik də ərəblərin
hərbi-siyasi qüdrətinə istinad edərək, Arran katoli- koslarını tlyaya
tabe edir. Ermənistan, Arran və İberiya torpaqlarının Suriya və ərəb
mənbələrində "Ərminiyə" adlandırılması yalnız onların inzibati
birliyini və Ermənistan katoli- kosluğıınun iddialarına iltifatla
yanaşan xəlifələrlə erməni keşişlərinin yaxınlığını ifadə
e d i r d i . A l b a n (diofizit) kilsəsinin Bizansdan kömək umub, ona
arxalanması ərəblərin qətiyyən xoşuna gəlmir. Buna görə də ərəblər
erməni katolikoslu- gunun xahişlərini böyük həvəslə qəbul edirlər;
beləliklə, bir oxla "iki dovşan" vuraraq, onlar Zaqafqaziyada Bizansın
mənafeyini sarsıtmış və Arranda öz maraqlarını həyata keçirən
qriqoryan keşişlərinin yardımını qazanmış olurlar.
Aşağıda erməni katolikosu tiyanın xəlifə Əbd ül-Malik ilə
yazışması verilir.
Ermani katolikosu tiyanın Əbd ül-Malik Əmir Mumina məktubu
"Hökmdar Gbd ül-Malik' Əmir Muminə erməni katolikosu llyadaiı.
Qadir allahın iradəsi iiə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi
bir ilahi İsa dininə etiqad edirik, Partav taxtında oturan indiki AJban katolikosu yunan
İmperatoru üə sazişə girib, oz ibadətlərində onun adını çekir və Ölkəni məcbur edir ki,
dini etiqadda hamı ona qoşulsun, onun lümayəsiıü qəbul etsin.
indi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, belə ki, bu
bədəfkarlıqda onun bir əyan qadın məsləkdaşı da vardır. Böyük ixtiyar sahibi, əmr
buyurun, qoy onlar allaha qarşı işlədikləri günah üçün müstə- həqq olduqları cəzaya
çatsınlar".
Əbd ül-Malik Əmir Muminin Erməni katolikosu tiyanın
məktubuna cavabı
"Mən sənin —■ erməni xalqının katolikosu, Allah adamı, tlya, səmimi
məktubunu oxudum və səue olan şəfqətdən öz sədaqətli bəndəmi çoxlu sayda qoşunla
göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin
dininizə uyğun dəyişikliklər edilsin. Bəndəmiz bizim hökmü Partavda, sənin hüzurunda
icra edəcəkdir; o, Nerseslə bədəfkarlıqda onunla həmfikir olan qadım bir zəncirə
bağlayacaq və onları bütün qiyamçıların yanında rüsvay etmək üçün şah məhkəməsinə
çəkəcəkdir”.
86
Erməni katolikosu llyanın Partava gəlməsi; Nersesin
cəzalandırılması. Böyük erməni patriarxı Albaniya paytaxtı Partava
gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna
gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda
böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub
əmr edir ki, onlar Nersesi gətirsinlər; sonra gətirdib onu böyük
yığıncağın ortasında tiyanın qarşısında qoyur. Lakin bu zavallı adam
aciz qalıb cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli
əzablar çəkməli olur. O, həmin qadınla addımbaaddım ataraq
gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə
bilmədi, 8 gün heç nə yeməyib öldü. O, vəsiyyət etdi ki, onu
ayağındakı zəncirlə basdırsınlar. Şeroya da lənətlər yağdırdı ki,
hakimiyyət üstündə onunla [Şeroyia] Sprama arasında baş vermiş
çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhvinə bais olmuşdur.
Nerses patriarx taxtında 14 il pravoslav məzhəbində, 3 il yarım da
günah içində keçirdi (688—704-cü illər).
Bütün bunlardan sonra dini yığıncaq həlim adam olan Si-
meonu seçib, onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin
fitnələrinə son qoydu və yolunu azmış kilsəyə həqiqi dinin bir çox
müddəalarını çatdırdı. O, özünün Berdakor adlanan yay
iqamətgahında Nersesin bidət dolu bütün kitablarını sandıqlarda
Trtu (Tərtər) çayına atmağı əmr etdi".'“®
Bu əhvalatı IX əsrin başqa (erməni) mənbəyi də təsdiq edir.
"Böyük Yegiya hikmət və kbramət işlədib ismaillilərin amira- peti
(xəlifəsi—Z.B.) Önıərə^”^ məktub yazıb ərz edir ki, "bizdə, bizim
ölkədə bir yepiskop və belə bir qadın (I Varaz Trdatın arvadı
Sprama—Z.B.) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan
boyun qaçırıb, oxuduğumuz dualarda sizin adınızı çəkməkdə
bizimlə (erməni kilsəsi ilə—Z.B.) birgə deyillər, əksinə, yunan
padşahının adını çəkib ölkəmizi ona vermək fikrindədirlər. Əgər
təcili onları aramızdan götürüb məhv etməsəniz, vergi məsələsi və
digər işlərdə onlar tezliklə böyük imarətə [Bizansa] satılarlar".
Sonra amirapet bunu oxudu, böyük patriarxın elçisinə
minnətdarlıql hissilə hörmət etdi və xədimlərindən birini göndərib
əmr etdi ki, dərhal həmin Nersesi böyük xanımla birlikdə onun
yanına gətirsin.
O gəlib, hər ikisini tutaraq zəncirlədi və dəvələrə mindirib
amirapetin yanına apardı".'®*
Az sonra xəlifənin nümayəndələri knyaz Şeroyu və Arranın bir
çox knyaz və əyanlarını Suriyaya aparırlar.'®®
87
Arran öz yanmmüstəqil vəziyyətini itirir və tamamilə ərəblərin
hakimiyyəti altına keçir.
Sonralar erməni kilsəsi Alban ruhanilərini tutduqları
mövqelərdən sıxışdırıb çıxarır və ölkənin ərəblər üçün əlçatmaz
dağlıq yerlərində yaşayan albanları səylə qriqoryanlaşdırmağa
başlayır. Erməni ruhaniləri Arran kilsəsinin bu əhali arasında olan
nüfuzunu tədricən heçə çıxardır və ərəb hakimlərinin əli ilə
albanların bütün ədəbi abidələrini — Alban mədəniyyətini azacıq da
olsa xatırlada biləcək hər şeyi məhv edirlər. Bütün bu işlər, təkrar
edirik, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların
razılıq və vasitəsilə görülür.'^”
Qriqoryan kilsə xadimləri Arranın ədəbi abidələrini məhv
edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər.”^ Məsələn,
albanların bir çox başqa ədəbi əsərləri kimi Moisey Kaqankat-
vatsinin "Ağvan tarixi" əsəri ilə də belə edilir.
T.Ter-Qriqoryan qeyd edir ki, Moisey Kaqankatvatsinin əsəri
bizə əvvəlki şəklində gəlib çatmayıb: onu köçürüb yazan erməni
rahiblərindən ibarət xəttat və tərcüməçilər əsərin üzünü köçürərkən
erməni katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol
vermişlər.”^ "Ağvan tarixi"nin bizə gəlib çatan məhz erməni
variantları S.T.Yeremyana bunu yazmağa əsas verib ki, guya Moisey
Kaqankatvatsi "öz Albaniya ölkəsinin tarixini" yalnız qədim erməni
ədəbi dilində yaza bilərdi".”^
Bəzi alimlərin M.Kaqankatvatsinin erməni tarixçisi olması
barədə "qəti qənaəti" bizcə, yanlışdır. Arran (Albaniya) əhli olan
M.Kaqankatvatsi yeganə müəllifdir ki, öz vətəni haqqında X əsr
hadisələrinədək məlumat verən yeganə salnamə yazıb onu bizə miras
olaraq qoyub getmişdir. Y.Manandyan da bu fikrə şərikdir. Lakin
V.S.Nalbandyan isə özünün Tbilisi haqqında bu yaxınlarda çıxmış
kitabında inadla sübut etməyə çalışır ki, M.Kaqankatvatsi erməni
tarixçisi imiş.”"*
Şübhəsiz ki, M.Kaqankatvatsi VII əsrin əvvəllərində olmuş
hadisələr haqqında "məzmunlu və aydın danışır" və o da şübhəsiz ki,
"bu dövrdəki Tbilisi tarixi üzrə yeganə etibarlı mənbə"
M.Kaqankatvatsinin əsəridir.**® Amma qəribədir ki, nəyə görə
V.S.Nalbandyan Moisey Kaqankatvatsi həqiqətən də "qədim alban
tarixçisi" olması kimi danılmaz bir faktı "bir növ acınacaqlı
anlaşılmazlıq" sayır, halbuki bu fakt, "hətta "Gürcüstan tarixi” kimi
mötəbər bir əsərdə də" etiraf olunur.**® T.Ter-Qriqoryan "Ağvan
tarixi" əlyazmasına erməni kilsə xadimlərinin münasibətini göstərən
maraqlı faktlar gətirir.
88
Dostları ilə paylaş: |