Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə40/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   36   37   38   39   40   41   42   43   ...   107

sabatı yazılmış bütün siyahılar yanğın zamanı məhv olmuşdur. Hicri 
tarixinin  204-cü  ili  (819/20)  "xəlifənin  divanlarında  hesabatın  göz 
qabağında olduğu ilk il" idi.^®® 
Əl-Məmunun  dövründə  Azərbaycanın  xəracı  ildə  4,5  milyon 
dirhəm idi.®®® Yəqubi bildirir ki, "Azərbaycanın xəracı bəzən çox, 
bəzən də az olmaq etibarilə, 4 milyon dirhəmdir".®^® 
Yuxarıda  verilmiş  məlumatdan  belə  nəticə  çıxara  bilərik  ki, 
xəlifə xəzinəsinin Azərbaycandan aldığı xərac ildə 4 milyon dirhəmə 
bərabər  olmuşdur.  Muğandan  300  min  dirhəm  alındığını  nəzərə 
alsaq,®^^ belə fərz etmək olar ki, Arrandan ildə təqribən 3 milyon 
dirhəm alınırdı, 3 vilayətdən birlikdə alınan məbləğ isə ildə təqribən 
8 milyon dirhəmə bərabər idi. 
Xəlifələrdən  əl-Vasiqin  (842),  Mütəvəkkilin  (842—861)  və 
sonrakı beş xəlifənin (Mötəmid (870—892) daxil olmaqla) dövründə 
yaşayıb  divan  ül-bəriddə  qulluq  edən  İbn  Xordadbeh  xəlifə 
əl-Mötəsimin  (833—842)  vəziri,  xəlifə  Vasiq  dövründə  Sahib 
əl-xərac  vəzifəsi  olmuş  Fəzl  ibn  Mərvanın  adından  bu  dövrdə 
Azərbaycandan  alınan  xərac  haqqında  məlumat  verir.  Bu  xərac  2 
milyon  dirhəmə  bərabər  idi.®^^  Xəlifə  Mötəsimin  hökmranlığı 
dövründə  və  sonralar  Azərbaycandan,  digər  vilayətlərdən  alınan 
xəracın  məbləğinin  azalmasına  səbəb  Xilafət-  dəki  üsyanlar, 
ayrı-ayrı vilayətlərin ondan ayrılması, habelə hakimlərin separatçılıq 
meyllərinin güclənməsi idi. 
Xilafət xəzinəsinə Azərbaycandan daxil olan vergi məbləği hicri 
tarixi ilə 296-cı ildən (908/9-cu ildən) başlayaraq ildə 120 min dinar 
olmuşdur (1 dinar=15 dirhəm).®^® 
IX  əsrin  axırları  —  X  əsrin  əvvəllərində  Azərbaycan 
vilayətlərindən alınan vergilər ölkəni idarə edən Sacilərin, sonralar 
isə  Müsafirlərin®^^  xəzinəsinə  daxil  olurdu.  İbn  Hövqəlin  verdiyi 
məlumata  görə,  keçmişdə  Yusif  ibn  Əbu-s-Saca  qulluq  edən, 
Mərzban  ibn  Məhəmməd  ibn  Müsafirin  (941—957)  vəziri 
Əbu-l-Qasım  Əli  ibn  Cəfər  Azərbaycana  tabe  olan  vilayətlərin 
hakimlərindən aşağıdakı məbləğdə vergi alırdı.®’^® 
1.
 
Şirvan hakimi şirvanşah Məhəmməd ibn Əhməd əl-Əzdi- dən 
— ildə 1 milyon dirhəm
2.
 
Əbu  Əbd  ül-Malik  adı  ilə  məşhur  olan  Şəki  hakimi  İşxa- 
nikdən — sazişə görə müəyyən məbləğ
3.
 
İbn Savad adı ilə məşhur olan ər-Rüba (Bərdə?)®^® hakimi 
Sanxaribdən — 300 min dirhəm, habelə əlavə olaraq hədiyyələr
4.
 
Curzan (Gürcivan) və Sagiyan hakimi Vaçaqan ibn Musadan 
— 200 min dirhəm
122 


5.
 
Vayosdzor (Sünik) hakimi Əbü-l-Qasim əl-Vayzuridən — 50 
min dirhəm, habelə hədiyyələr; 
6.
 
Əhər və Varzukan hakimi Əbü-I-Həyca ibn Rəwaddan — 50 
min dirhəm və hədiyyələr; 
7.
 
Xayzan  (Xaydak?)  hakimi  Əbü-l-Qasim  əl-Cuyzanidən 
(Xayzani) borc qalıqları ilə birlikdə — 400 min dirhəm; 
8.
 
Xaçen hakimi Sanxaribdən — saziş əsasında 50 min dirhəm, 
habelə 50 min dirhəm məbləğində hədiyyə və atlar. 
Azərbaycanın,  iki  Arranın,  Ərminiyyənin,  Azərbaycan 
hakimlərinə  tabe  olan  Ermənistan  vilayətlərinin  və  ətraf  ərazilərin 
xəracının ümumi məbləği o zaman 500 min dinara bərabər idi.®^^ 
6.
 
Ərəblərin Azərbaycanda inzibati siyasəti və 
idarə sistemi 
Bundan  əwəl  qeyd  edildiyi  kimi,  ərəblər  tərəfindən  işğal 
olunduqdan sonra istər Azərbaycanda, istərsə də Arranda idarəetmə 
aparatı  Sasanilər  dövründə  olduğu  kimi  saxlanılmışdı.®^* 
Sasanilərdə və Bizans imperiyasında olduğu kimi, dövlət təşkilatına 
malik olmayan ərəblər Azərbaycanda və Arranda mövcud olan idarə 
qaydalarını qəbul etməyə məcbur olmuşdular. 
Ərəblər  Mərakeşdən  Sintszyanədək  geniş  bir  ərazidə  öz 
hakimiyyətlərini qurduqdan sonra, bu çoxsaylı ölkələri idarə etmək 
üçün  (vilayətlərdə)  canişinlik  sistemi  yaratdılar.  Əvvəllər  beş  belə 
vilayət  var  idi.  Bunlardan  birincisinə  Hicaz,  Yəmən,  Ərəbistan 
yarımadasının torpaqları, Suriya, Livan və İordaniya daxil idi. İkinci 
vilayət  Misir  idi.  Üçüncü  vilayət  "İki  İraqdan”  —  Ərəbistan  İraqı 
(qədim  Babilistan  və  Assuriya)  və  fars  İraqından  —  ibarət  idi. 
Azərbaycan,  Arran,  Gürcüstanın  bir  hissəsi,  Ermənistan,  Əlcəzirə 
vilayəti  və  Kiçik  Asiya  ərazisinin  bir  hissəsi  birlikdə  dördüncü 
vilayət  idi.  Beşinci  vilayətə  Şimali  Afrika  və  Əndəlus  daxil  idi. 
Birinci  dörd  "mömin"  xəlifənin  ["xüləfayi  raşidin"]  dövründə 
Xilafətin  inzibati  bölgüsü  yuxarıdakı  şəkildə  idi.  Əməvilərin 
dövründə Xilafət Sasanilərdə olduğu kimi 9 əyalətə bölünmüşdü: 1) 
Suriya və Fələstin, 2) Kufə (İraq), 3) Bəsrə (İran, Sicistan, Xorasan, 
Bəhreyn,  Oman  və  ehtimal  ki,  Nəcd  və  Yəmamə  ilə  birlikdə),  4) 
Ermənistan, 5) Hicaz, 6) Kirman və Hindistanın sərhədyanı əraziləri, 
7) Misir, 8) İfrikiyyə (Afrika), 9) Yəmən və Cənubi Ərəbistan.®*” 
Bir müddət sonra bu 9 vilayətin sayı 5-ə endirildi ki. 
123 


bunlardan  da  üçüncüsü  —  Əlcəzirəyə  Azərbaycan,  Arran, 
Ermənistan və Kiçik Asiyanın şərq ərazisinin bir hissəsi daxil idi. 
Abbasilərin dövründə Xilafət 83 kuradan (əyalətdən) ibarət olan 
14  vilayətə  bölünürdü;  bunlar  da  daha  kiçik  inzibati  vahid  olan 
nahiyələrə (mahallara) bölünürdü. Nahiyə hər birinə 12 kənd daxil 
olan 12 rustakdan (rayondan) ibarət idi.^®^ 
Ərəblərin  hücumu  ərəfəsində  inzibati  vahid  olan  Azərbaycan 
ərazisi  Həmədan,  Abxar,  Zəncandan  tutmuş  Dərbəndədək 
uzanırdı.®®^  Azərbaycanın  şimal  sərhəddinin  Sasanilər  dövründə 
Dərbəndədək uzanması barədə həmin şəhərin hasarla- nndakı pəhləvi 
yazılarında  məlumat  verilir;  bu  yazılar  b.e.  553-cü  ilində 
Azərbaycandakı  Sasani  '  lərzbam  Bərzinş  tərəfindən  tərtib 
edilmişdir.®®* 
Ərəblərin  hücumu  zamanı  bu  Azərbaycanın  şimal  hissəsi  olan 
Arran və Sünik Gürcüstanın bir hissəsi ilə birlikdə xəzərlərin əlində 
idi.*®"* Azərbaycan və Arran istila edildikdən sonra, bu ölkələrin 
ərazisi həqiqətdə dəyişməz qalmışdı, yalnız bu ərazinin inzibati adı 
dəyişilmişdi.  Məsələn,  İbn  əl-Fəqih  bu  barədə  belə  yazır: 
"Azərbaycanın  ərazisi  Bərdə  torpaqlarından  Zəncan  torpaqlarına 
qədərdir.  Varsan  Azərbaycanın  son  nöqtəsidir.  Azərbaycanın 
hüdudları Araza qədərdir",*®® yəni Bərdə və Zəncan Azərbaycana 
daxil  deyildir.  Bəzən  Arranı  da  Azərbaycana  daxil  edirdilər  və  o 
zaman bu "Yuxarı Azərbaycan" [Azərbaycan əl-Ülya] adlanırdı.*®® 
Lakin  ərəblər  çox  vaxt  üç  ölkəni  —  Azərbaycan,  Arran  və 
Ermənistanı bir inzibati vahiddə birləşdirərək, bir canişinlik yaradır 
və bunu bəzən "Ərməniyyə", bəzən də "Azərbaycan" adlandırırdılar. 
Bu  halda  Azərbaycan  böyük  ölkə  olub,  cənubunda  Həmədan, 
şimalında isə Dərbənd yerləşirdi.*®‘^ 
İstəxri  bu  məlumatı  verir:  "Biz  Ermənistan,  Arran  və 
Azərbaycanı  xəritədə  birləşdirir  və  ona  bir  ölkə  kimi  baxırıq. 
Azərbaycanın  sərhədləri  Tərm  və  Zəncanın  son  həddinə  çatan  dağ 
silsiləsidir.  Sonra  bu  silsilə  Dinəvərin  son  hüduduna  çatır,  sonra 
Hülvan  və  Şahrazurun  o  tərəfinədək  uzanaraq,  nəhayət.  Dəcləyə 
yaxınlaşır, sonra isə Ermənistan hüdudlarını əhatə edir".*®® 
Həmin  Azərbaycanın  hər  tərəfini  gəzib  onun  xəritəsini  tərtib 
edən  İbn  Hövqəl  İstəxrinin  dediklərini  tamamlayaraq,  Azərbaycan, 
Arran  və  Ermənistanın  ümumi  xəritəsini  yaratmış  və  bunu 
"Azərbaycanın xəritəsi" adlandırmışdır.*®® O, Xəzər dənizinin də 
xəritəsini çəkərək, bütün sahilyanı ərazini 
124 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə