Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
72
həmin boyların baş tanrısı Odinin və digər as tanrılarının ilk 
məskəni Aser (Azər) yurdu ilə bağlanır.
22
 
Ancaq etruskcada 
ais//eis, aisar sözlərinin skandinav saqalarındakı  as, aser 
sözlərilə  əlaqəsinin olub-olmaması  hələlik bəlli deyil. Hər 
halda, belə bir əlaqə birbaşa olmasa da, dolayı bağlantı var. 
Belə ki, aser//asar tanrıadını aslar Skandinav ölkələrinə, et-
rusklar da İtaliyaya Asiyadan (Azər yurdundan) aparmışlar.  
Dilin leksik qatında şəxs adları (antroponimlər) önəmli yer 
tutur. Etruskoloqların verdiyi Malamenas, Merkana, Cathar-
nai, Ceithurna, Cala, Teithurna, Tarna, Tulumnes, Tusnuties, 
Sentina, Satlana, Spurinna, Unata, Urinati kimi etrusk adları 
sırasında türk onomastikası üçün yad olmayan elementlər də 
görünür. Belə ki,  Hathli soyadında hat-lı modeli, latınlarda 
Caius//Gaius  şəklində  işlənən etruskların  Cae//Cai adında 
oğuz boyadı kayı (qayı), Churchle [Xurxle]
 
Kurokle,
 
Pleku-
Pelek, Tute-Tutu, Ulthes-Ulduz, Karkana-Karakan şəxs ad-
larının paralelliyi vardır. Alfiya, Atiliya, Perca, Culni, Cainei, 
Sarsinaia, Peci, Araziya, Pinariya, Tanusa, Suana kimi etrusk 
qadın adlarında Sarsın Ay, Bikə adları seçildiyi kimi, sonda 
sadalanan adlarda da axarsu ilə bağlı Araz, Pınar, Dəniz və 
qutsal Su-Ana adları görünür. 
Əgər  Arnth  adının  Arnza  [Arnca] forması kiçiltmədirsə, 
onda türk dillərindəki -ca (Qaraca) şəkilçisi görünməkdədir. 
Şəxsin adında hansı soydan-boydan olmasını (koqnomen) 
göstərən müxtəlif  şəkilçilər vardır. Örnəyin, turs boyundan 
Tursikina etrusk adında -ki  morfemı  bizimki, onunki sözlə-
rində olan -ki şəkilçisilə yaxındır. Ad sistemində işləkliyilə 
diqqəti çəkən bir sıra sözlər var ki, etrusk yazılarında onlar 
çox işlənir: Laris, Aule, Larth//Lartha, Arnth//Arntia və b.   
Etrusk dilinin hansı dil ailəsinə mənsub olmasını müəyən 
etmək üçün bu dildə qohumluq bildirən terminlərin düzgün 
                                                           
22
 Azər xalqı, 2005, 11-24. 
 
72


 
73
tapılması gərəkir. Uzmanlar etrusk dilində qohumluq bildirən 
sözlər sırasında əmi, dayı, bibi, xala, bacı mənasında işlənən 
sözlərin olmadığını qeyd edib apaatiklan (oqlan), sex (qız), 
neftis (nəvə), ruva (qardaş), puya (arvad, qadın), nene (nənə, 
dayə), papa (baba) kimi sözlərin
 
bildirdiyi mənaları verirlər 
ki, bunların da çoxu türk dillərində özünü göstərir.
23
Etrusk yazılarında vəzifə bildirən camthi (kamti), parnix
purth, methlum, zilax, tamera, makstrev kimi sözlər işlənir, 
lakin bu titulların konkret anlamı bəlli deyil. Bəzi uzmanlar 
mech (mex) sözünün “xalq” anlamı daşıdığını güman edir-
lər. Etruskların lukumon titulunu hökmdar və baş kahin olan 
şəxslər daşıyırdı. 
İtalya dilçisi prof. M. Alineyi etrusk dilində işlənən tarxon
camthi, zilax kimi titul bildirən sözlərin vaxtilə macar dilinə 
də keçmiş  (kende, dyula) türk sözləri (tarkun, kende, yula
olduğunu yazır.
24
 Müəyən sahələr üzrə sənətkarları bildirən 
terminləri və peşə-sənət bildirən sözlərin bir qismini başdaşı 
yazılarından öyrənmək olur. Belə epitafiyalardan bəzilərinin 
iki dildə yazılması isə çözümə yardım edir. Örnəyin:
 
TLE 472: (latın): q. scribonius c. f. ;  (etrusk): vl . zicu 
Latınca scribonius sözünün yazar, yazıçı anlamı bəllidir, 
onun qarşılığı etrusk variantında  zicu  (ziku) sözü ilə veril-
mişdir. Deməli, etruskca ziku sözünün “yazar” anlamı var. 
TLE 541: (latın): ar. trebi. histro;  (etrusk): ath: trepi: thanasa 
Latın dilində teatr aktyorlarına histr(i)o deyilir və yazının 
etrusk variantında onun qarşılığı  tanasa  sözüdür. Deməli, 
etrusklar aktyora tanasa  demişlər.  Əslində, latın dilindəki 
                                                           
23
 Latıncanın  nepōs (h.a. *nepōts) terminilə  əlaqəsi görünən etrusk dilindəki  neftis 
sözünün  nəvə və ya qardaş//bacı uşağı  anlaminda olması  hələ  dəqiq müəyən edil-
məyib.  
24
 Alinei, 2003. 
 
73


 
74
histrio sözü də etruskcadan alınmadır. Tit Liviy yazır ki, et-
rusklar fleyta musiqisilə  rəqs edən rəqqasa  ister deyirdilər, 
belə oynamağı onlardan mənimsəyən latın rəqqaslar latınca 
histrio adlandı.
25
 
Görünür, tanasa sözünün qarşılığı kimi ve-
rilən histro sözü sonralar latın dilində aktyor (artist) anlamı 
ilə işlənmişdir.  
Saylar.
 
Bugün dünya xalqları yazıda ərəb və rum (latın) 
rəqəmi adlanan saylardan istifadə edirlər. Əslində, rum sayı 
etrusklardan alınmadır:  
 
 
 
 
 
Etrusk rəqəmlərini daha çox 
başdaşı yazılarında görmək olur. 
Örnəyin, Larthi Kraknei Larisal 
adı yazılmış bu sarkofaqda ölə-
nin yaşı (əril)
  XXΛ 
rəqəmlərilə 
verilmişdir:
 LARTHİ • KRAKNEİ • LARİSAL •  RİL •  XXΛ • 
Etrusk yazılarında say bildirən 
sözlər ilk baxışda tapılmış kimi 
görünsə  də, onları diqqətlə araş-
dıranda bəlli olur ki, bu sahədə 
uğurdan danışmaq tezdir. Paris 
Milli kitabxanasında saxlanan qə-
dim etrusk zəri üzərində saylar rə-
qəm və nöqtə ilə deyil, sözlərlə 
verilmişdir.
 
Etruskologiyada say 
                                                           
25
 Ливий. VII. 2. 6. 
 
74


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə