Fizika -1 Mexanika



Yüklə 1,89 Mb.
səhifə11/18
tarix17.12.2023
ölçüsü1,89 Mb.
#149948
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Fizika-1-CAVAB-KOLL

İdeal qazın hal tənliyi


İdeal qaz nədir?

Qarşılıqlı təsirdə olmayan maddi nöqtələr çoxluğunun malik olduğu xassələr malik olan qaz ideal qaz adlanır. Başqa sözlə abstrakt (mücərrəd) məfhum olan ideal qaz dedikdə bu qazın molekulları arasında qarşılıqlı tə’sir qüvvələri və molekulların ölçüləri nəzərə alınmır. Çox da kiçik olmayan temperaturlarda və kifayət qədər kiçik təzyiqlərdə mövcud olan qazlar seyrəldilmiş qazlar öz xassələrinə görə ideal qaza yaxındırlar. Beləki otaq temperaturunda və aşağı təzyiqdə helium qazı kifayət qədər dəqiqliklə ideal qaz qanunlarına tabe olur. Qazın olduğu qabın divarlarına təzyiq göstərməsi onun əsas xassəsidir. Məhz bu xassəsinə görə əksər hallarda qazın varlığını aşkar etmək olur. Qazın halı təzyiqdən əlavə həcm və temperatur kimi kəmiyyətlərlə xarakterizə olunur. Boyl, Lyussak və Şarl bu kəmiyyətlərdən birini sabit saxlamaqla qalan iki kəmiyyətdən birinin dəyişilməsindən asılı olaraq digərinin necə dəyişilməsini izləməklə təcrübi qaz qanunlarını müəyyən etmişlər:



(2) PV = const (T= const ); (3) P/T = const (V= const ); (4)
V const(P const) .

Boyl
Lyussak T
Şarl

(4) tənliyi göründüyü kimi P=const olduqda doğrudur. Qazın həcmi isə əhəmiyyətli dərəcədə təzyiqdən və temperaturdan asılıdır. Buna görədə qazın həcmi, təzyiqi, temperaturu və qazın kütləsi arasında münasibəti müəyyən etmək lazımdır. Bu münasibət qazın hal tənliyi adlanır: (2), (3), (4)-ü birləşdirsək
PV~T (5) alarıq.

Bu tənlikdə temperatur, həcm və təzyiq sabit qaldıqda uyğun olaraq (2), (3) və (4)-ü alarıq.


Nəhayət qaz miqdarının (yaxud kütləsinin) tə’sirini nəzərə almaq lazımdır. Dəqiq təcrübələr göstərir ki, sabit temperatur və sabit təzyiqdə V həcmi qazın kütləsinə düz mütanasib olaraq artır:
PV~mT (6)

Əgər qaz kütləsi əvəzinə maddə miqdarı (mol sayı) istifadə etsək mütanasiblik əmsalı bütün qazlar üçün eyni olar.



  1. da maddə miqdarını daxil etsək

PV= RT (7) ( m N )
N A

R-mütanasiblik əmsalı olub universal qaz sabiti adlanır:


R  8,31   0,082 ;
molk

l atm 1,99
mol k
kal mol k




  1. tənliyi ideal qazın hal tənliyi- Mendeleyev-Klapeyron tənliyi adlanır.




  1. Yüklə 1,89 Mb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə