Fizika-1Qacarallnsonjavad layout 1


səhifə27/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

94
Nyu-York polisinin Şerif helikopteri növbəti uçuşda.
Helikopter (yunanca  helix 
− vint,  pteron − qanad) -  havadan ağır uçan aparat olub şaquli oxa
bərkidilmiş hava vintinin köməkliyi ilə havaya şaquli vəziyyətdə qalxır. O, havada bir yerdə asılı vəziyyətdə
qala bilir, müxtəlif sürətlərlə üfüqi vəziyyətdə hərəkət edə bilir və heç bir xüsusi aerodromun olmasını tələb
etmir.  Helikopter  bu xüsusiyyətlərinə görə olduqca qiymətli, bəzən əvəzolunmaz maşındır. Helikopterin
uçuşu aerodinamikanın qanunlarına əsasən izah olunur – gövdənin yuxarısında olan fırladıcı vintin pərləri
hava ilə toqquşaraq qaldırıcı qüvvə yaradır. Lakin əsas (aparıcı) vintin fırlanması  həm də helikopterin
gövdəsini əks istiqamətə döndərməyə cəhd edən fırlanma (reaktiv) momenti yaratmaqla, eyni zamanda,
helikopterin hərəkəti istiqamətində və əksinə hərəkət edən pərlərin sürətlərinin fərqi hesabına meyil mo-
menti yaradır. Bu iki qüvvə  momentini müvazinətləşdirmək üçün bir neçə çox mürəkkəb, lakin səmərəli
metoddan istifadə olunur. 
Tarixdə ilk şaquli uçuş Fransada 1907-ci il sentyabrın  29-da olub və bir dəqiqə davam etmişdir. Lui və
Yak Breq qardaşlarının qurduğu helikopter 50 sm hündürlüyə qalxmışdır. Ancaq hələ Leonardo da Vinçinin
(1452-1519) əlyazmasında verilmiş şəkildəki maşında şaquli oxdakı vint bu maşında uçan adamın
əzələlərinin gücü ilə hərəkətə gətirilir. Bu, şübhəsiz ki, helikopterin timsalıdır. 
Helikopterdən hərbi məqsədlər üçün geniş istifadə olunur. Qaz-turbin mühər rikli helikopterlər Amerikada
Helikopterlər
Helikopterlər
http://en.wikipedia.org/wiki/Helicopter


Amerika Hərbi Dəniz Qüvvələri helikopteri gəminin göyərtəsinə yaxınlaşır.           
 
Vyetnam müharibəsi zamanı meydana
gəlmişdir. Bundan sonra heli kop terlərin
rolu ol duqca artmışdır. Reaktiv mərmi -
lərlə və raketlərlə silah lan mış helikop -
terlər tanklara qarşı yük sə k  s ə m ə r ə l i
mü  ba rizə  vasitəsinə  çevrildi.
Helikopterlərdən dünya nın bir çox
ölkəsinin quru qo şun ları, HDQ,  HHQ
və dəniz piyadaları geniş istifadə edirlər.
Təkcə  Ameri kanın  qu ru  qoşunlarında
7000-dən artıq işlək vəziyyətdə olan he-
likopter var dır. 
Helikopterlərdən mülki məqsədlər
üçün də geniş istifadə olunur. Onlardan hava müşahidəsi, axtarış və xi las etmə əməliyyatlarında,
insanla rın və yüklərin əlçatmaz rayonlara daşın  masında istifadə edilir. Kompani ya lara məxsus
xidməti helikop ter  lərdən əsasən işçiləri iş mər kəzlərinə, neft platformalarına və aeroportlara çat -
dırmaq üçün istifadə olunur. Helikopterlər adi sərnişinlərə də xidmət göstərir. Dünyanın bir çox iri
şəhərində  şəhərlə və yaxud turist mərkəzləri ilə yaxın aeroport arasında işləyən helikopterlər var.
Helikopterlərdən avtojirlərlə birlikdə xüsusi nəqliyyat növü kimi də istifadə olunur. Fermerlər on-
lardan əkin sahələrini  becərmək və çəyirtkəyə qarşı mübarizə aparmaq, meşəbəyilər  – meşə yan -
ğınlarını aşkar etmək və onlara qarşı mübarizə etmək üçün  istifadə edirlər. Ekoloqlar helikopterlərin
köməyi ilə sənaye  rayonlarının su və yer səthinin çirklənməsinə nəzarət edirlər. Helikopterlərin həll
etdikləri məsələlərin dairəsi getdikcə genişlənir.
Mistral Fransa helikopteri.
95


Su dəyirmanı
Vestfaliya su dəyirmanı.
Almaniyanın Bremen şəhərindəki Kunstxalle
muzeyində saxlanan rəsm əsəri.
Rəssam Andreas Axenbak. 1863.
http://en.wikipedia.org/wiki/Watermill
96


Dəyirman - müxtəlif növdən olan
dən li məhsulu xırdalamaq - üyütmək
üçün istifadə olunan mexanizmdir. Dörd
növ dəyirman vardır: əl, su, külək və el -
ektrik dəyirmanları. Su dəyirmanı  hün -
dür lük dən tökülən və axar suyun kinetik
və potensial enerjilərini su təkərinin fır -
lanma enerjisinə,  onu da dişli ötürmənin
köməyi ilə faydalı  işə çevirən hidrotex -
niki qurğudur. Su tə kəri  su dəyir manının
əsas hissəsidir. Qədim  dövrlərdə su tə -
kə ri su dəyir manları ilə yanaşı, suvarma
sistem ləri üçün  də geniş  istifadə edil -
miş dir.
Ən qədim su təkəri üfüqi vəziyyətdə
axar suyun qarşısında qurulurdu. 
Qədim su dəyirmanının bir növü.
97
Qədim dəyirmanda ağacdan hazırlanmış dişli ötürmə.


Tam şəkildə suyun daxilində yerləşdirilmiş təkər axan suyun təsirindən  fırlanaraq  dən üyüdən və ya suyun
müəyyən hündürlüyə qalxmasını təmin edən mexanizmi işə salırdı. Lakin belə qurğuların hazırlanması asan
başa gəlsə də, onların faydalı iş əmsalı  çox aşağı olur və  başqa işlərdə istifadə edildikdə əlavə çətinliklər
yaradırdı. Ona görə də şaquli vəziy yətdə qurulmuş su
təkərləri meydana gəldi. Böyük sürətlə axan su
müəyyən hündürlükdən su təkərinin pərlərı üzərinə
tökülür. Təkərin fırlanma hərəkəti dişli ötürmə va -
sitəsilə ötürülərək dəyirman daşını fır lanmağa məc bur
edir. Belə təkərlərin faydalı iş əmsalını artırmaq üçün
onun yaxınlığında bənd qurulur, suyun daha hündürdən
və  böyük sürətlə təkərin pərləri üzərinə tökülməsi
təmin edilirdi. Görülən belə tədbirlər nəti 
cəsində
təkərin faydalı iş əmsalı çox böyük qiymətə - 70 faizə
çatmışdır.
VII əsrdən başlayaraq su təkəri İslam dünyasında
çox geniş şəkildə yayılmış və istifadə olunmuşdur.
Müsəlmanlar su təkərindən yalnız dəyirmanlarda deyil,
kağız  istehsalında,  ağacın doğranması və emal edil -
məsində, düyünün təmizlənməsi işində və s.-də istifadə
etmişlər. Avropada su təkərindən istifadə edilməsinə IX
Dəyirman daşlarının hazırlanması.
Axar suyun kinetik enerjisi ilə işləyən su dəyirmanı.
98


Yüklə

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə