Fizika-2 fənnindən kollokvium suallarının cavabları


fotoqrafiya  və  elektrik



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix02.04.2022
ölçüsü1,74 Mb.
#84987
1   ...   17   18   19   20   21   22   23   24   ...   57
Fizika-2-cavablarAZ

fotoqrafiya

 və 


elektrik 

üsullarına əsaslanır.  

Fotoqrafık üsullarının əsasını fotolövhənin qaralmasının onun üzərinə düşən işıq eneıjisinin 

miqdarı ilə mütənasib olması təşkil edir. 

Elektrik fotometrlərinin işləmə prinsipi, işığın elektrik təsirinə (fotoelement, fotogücləndirici, 

fotomüqavimət və s.) əsaslanır. 




Ən  sadə  fotoelektrik  fotometr,  fotoelement  və  qalvano-metrdən  ibarətdir.  Həssas 

qalvanometr  işığın  təsiri  ilə  yaranan  fotocərəyanı  ölçür.  Əgər  qalvanometri  lüksə  görə 

dərəcələsək, o birbaşa işıqlanmanı göstərir. 

Obyektiv fotometrin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, onların vasitəsilə həm 

də  görünməyən  ultrabənövşəyi  və  infraqırmızı  şüalanmalar  üçün  fotometrik  kəmiyyətləri  təyin 

etmək olar. 

Obyektiv fotometrlər bir çox üstün cəhətlərinə görə subyektiv fotometrlərə nisbətən geniş 

işlədilir. 

Vizual fotometriyanın iş prinsipi iki toxunan səthin parlaqlıqlarının bərabərliyinin təyininə 

əsaslanmışdır.  Ən  geniş  yayılmış  vizual  fotometr  Lummer-Brodxun  fotometrdir  (şəkil  25.15). 

Müqayisə  olunan  S

1

  və  S



2

  mənbələri  ağ,  qeyri-şəffaf  lövhədən  (L-  gips  və  ya  tabaşır  lövhə) 

müxtəlif  tərəflərdə  yerləşdirilir.  Səpmə  əmsalı  eyni  olan  hər  iki  üzdən  səpilmiş  işıq  simmetrik 

yerləşdirilmiş  Z

1

  və  Z


2

  güzgüləri  üzərinə  düşür  və  sonra  fotometrik  kubun  (Lümmer  kubu) 

üzərinə  istiqamətləndirilir.  Lümmer  fotometrik  kubu  iki  düzbucaqlı  prizmadan  ibarətdir.  Bu 

prizmalardan  birinin  hipotenuza  uyğun  olan  üzü  elə 

cilalanmışdır ki, onun orta hissəsinin ikinci prizma ilə 

toxunması  optik  kontakt  yaradır,  yəni  prizmalar  biri 

digərinə  elə  sıxılmışdır  ki,  onların  toxunan  hissəsi 

özünü bircinsli şəffaf cisim kimi aparır.  

Fotometr  MN  oxu  ətrafında  180

o

  dönə  bilir. 



Müşahidə  T  borusu  vasitəsilə  aparılır.  Ölçmələr 

zamanı  S

1

 

və  S



2

 

mənbələri  optik  masada 



yerləşdirilirlər və sistem mərkəzləşdirilir. 

Mərkəzləşdirmə  apararkən  gips  lövhə  (L) 

yuvadan  çıxarılır  və  müqayisə  olunan  işıq 

mənbələrindən biri elə yerləşdirilir ki, cihazın pəncərə 

şüşələrindəki  çarpaz  xətlər  mənbənin  mərkəzinə  proyeksiya  edilmiş  olsunlar;  bu  yolla  ikinci 

mənbə  yerləşdirilir.  Sonra  mənbə-lərin  fotometrə  nəzərən  yerlərini  dəyişməklə  kubun  üzünün 

eyni işıqlanmasına nail olurlar. İşıqlanma eyni olduqda müqayisə olunan sahələr arasında sərhəd 

itir,  yəniekranının  hər  iki  üzü  bərabər  işıqlandıqda  müşahi-dəçi  işıqlanan  səthlər  arasındakı 

fərqin  olmadığını  görür.  Bu  zaman  mənbələrdən  birinin  işıq  şiddətini  (

I

2

)  bilərək,  fotometrdən 



işıq  mənbələrinə  qədər  olan  məsafələri  ölçməklə  tədqiq  olunan  mənbəyin  işıq  şiddətini  (

I

1

)  



hesablaya bilərik. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə