Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   25   26   27   28   29   30   31   32   ...   90

“ 1924-cü ildə böhtan əsasında mən FK tərəfindən tutuldum. 
İşin araşdırılmasında, həmçinin o vaxt təsadüfən Bakıda olan Zaq. 
FK  sədri  mərhum  Mogilyevski  də  iştirak  etmişdi,  böhtanın  yalan 
olduğu müəyyənləşdirildi. Mogilyevski mənə azad ediləcəyimi, işin 
isə  ləğv  olunacağını  bildirdi.  Həqiqətən  də,  bundan  sonra  1925-ci 
ildə mən azad edildim. Bir il keçmiş 1926-cı ilin martında mən XDSİ 
Kollegiyası  yanında  XM-in  12  fevralda  mənim  Urala  sürgün 
edilməyim  barədə  qəran  ilə  yenidən  həbs  olundum.  İşim  ləğv 
edildiyi  üçün  Az.  DSİ  sürgün  olunmağımın  ləğvi  barədə  vəsatət 
qaldırdı. Görünür bu vəsatət nəzərə alındığı üçün mən bir neçə gün 
sonra  həbsdən  azad  olundum  və  Bakıda  qalmaqda  davam  etdim. 
Ötən il 28 sentyabrda mən yenidən Az. DSİ URSO-ya çağrıldım ki, 
XDSİ  XM-in  yuxarıda  göstərilən  qərarı  ilə  mən  sürgünə 
göndərilməliyəm  və  izah  etdilər  ki,  işdə  mənim  1924-cü  ildə 
qaldırılmış  cinayət  işinin  ləğv  olunması  barədə  mə’lumat  yoxdur. 
Mənim həbsdən iki dəfə azad edilmə faktımın özü işin bağlanması 
və ləğvi üçün sübut olmalı idi. Buna baxmayaraq iş keçmiş biabırçı 
məlumatlarla  üçüncü  dəfədir  ki,  yenidən  qaldırılır  və  təhlükəli 
sürgün  məni  normal  işləməkdən  məhrum  edir  və  mənim,  həm  də 
ailəmin normal  yaşayışını pozur. Yuxarıda göstərilənlərlə əlaqədar 
Az.  MECİ-yə  mənim  işimin  ləğv  edilmiş  sayılması  və  həmişəlik 
dayandırılması üçün müraciət edirəm” 
Az.  MİK-nin  katibi  A.  Şahbazov  1930-cu  ildə  367/s  saylı 
məktubla onun bu ərizəsini münasibət bildirilmək üçün Az DSİ- yə 
göndərir. 
1930-cu  ildə  yanvar  ayının  20-də  Az.  DSİ-nin  əməliyyat 
müvəkkili  Sergeyev  M.Y.Cəfərovun  işinin  ləğv  edilməsi  barədə 
vəsatətlə bağlı Az. MİK-nin 1930-cu il 3 yanvar tarixli göndərişinə 
baxaraq müəyyən edir: 
M.Y.Cəfərov  50  yaş,  ali  təhsilli,  keçmiş  4-cü  Dövlət 
Dumasının  üzvü,  müsavat  hökumətində  xarici  işlər  naziri,  ziyalı 
ailəsindən  çıxmış,  ailəli  1924-cü  ildə  Az  FK  tərəfindən  həbs 
edilmişdir və istintaq nəticəsində müəyyən olunmuşudur ki, Cəfərov 
Azərbaycanın  sovetləşməsindən  sonra  Müsavat  partiyasının 
axtarışda  olan  liderləri  Abbbasqulu  Kazımzadə  və  Məmməd  Əli 
Rəsulzadənin gizlədilməsində və xaricə göndəril 
91 


məsində birbaşa iştirak etmişdir. Bundan başqa Cəfərov mənzilində 
siyasi cəhətdən səbatsız adamların yığıncağını keçirmiş və keçmiş 
İran konsulu Məmməd Xanla yaxın əlaqədə olmuş, onun vasitəsilə 
İrana  məktub  göndərmişdir.  Az.  Fk-nm  3.05.25-  ci  il  vəsatəti  ilə 
Zaq.  DSİ-nin  Kollegiyası  18.12.25-ci  il  qəran  ilə  onu  Az.  SSR 
hüdudlanndan kənara sürgünə göndərməyə məhkum etmişdir. 
XDSİ  Kolegiyası  yanında  XM-in  12.02.26-cı  il  qərarı  ilə 
Cəfərov  3  il  müddətinə  Urala  sürgünə  göndərilməyə  məhkum 
edilmişdir, ancaq AZ. MİK-nin keçmiş sədri Ağamahoğlunun şifahi 
göstprişi ilə M.Y.Cəfərovun sürgünə göndərilməsi dayandırılmış və 
o, Zaq. DSİ və XDSİ qarşısında onun sürgünə göndərilməsinin ləğvi 
ilə  bağlı  müvafiq  vəsatət  qaldırılmadan  23.02.26-cı  ildə  həbsdən 
azad edilmişdir. 
Hazırda Zaq.DSİ XDSİ Kolegiyası yanında XM-in yuxarıda 
göstərilən  qərarının  yerinə  yetirilməsini  və  Cəfərovun  sürgünə 
göndərilməsini tələb edir”. 
Sergeyev  belə  bir  gümanını  da  bildirir  ki:  “M.Y.Cəfərov 
mərkəzi  orqanın  qərarı  ilə  ittiham  olunduğu  üçün  əvvəlki  qərarın 
dəyişdirilməsi ilə əlaqədar Moskvaya müraciət etmək lazımdır”. 
Məxfi əməliyyat hissəsi rəisi Nevemov sənədi təsdiq edir. 
...1920-ci  ilin  aprelin  26-dan  27-nə  keçən  gecə  11-ci  Qızıl 
Ordu Samur körpüsünü, yə’ni  Azərbaycan sərhədini keçərək Bakı 
üzərinə  yürüşə  başladı.  Aprelin  27-də  Parlamentin  iclası  zamanı 
Quba valisi Əmirxan Xoyski tərəfindən vurulmuş teleqramda 11- ci 
ordunun  Azərbaycan  sərhədini  keçdiyi  və  Xaçmazı  tutduğu  xəbər 
verilirdi.  Bu məlumatla  əlaqədar Azərbaycan parlamenti  yaranmış 
vəziyyətin  təhqiqi  üçün  M.H.Hacmski  başda  olmaqla  xüsusi 
nümayəndə  heyəti  yaratdı.  Bu  vaxt  Ağa  Hüseyn  Kazımovun  və 
Həmid  Sultanovun  başçılıq  etdiyi  bolşevik  nümayəndə  heyəti 
parlamentə  hakimiyyəti  müqavimət  göstəmıədən  təslim  etmək 
haqqında fırqənin ultimatumunu təqdim etdi. Həmin gün saat 13- də 
artıq  Qızıl  Ordu  Bakıya  daxil  olmuşdu.  M.H.Hacmski  başda 
olmaqla xüsusi nümayəndə hey’əti əvvəlcə Ağa Hüseyn Kazımovun 
evində,  sonra  isə  B.Cavanşirin  mənzilində  ultimatumu  müzakirə 
etdilər. Bir yandan hökumət böhranı (1920-ci ilin 
92 


martında  N.Yusifbəylinin  kabinəsi  istefaya  çıxmış,  aprelin  1-dən 
yeni  kabinə  təşkil  etmək  M.H.Hacmskiyə  tapşınimışdı.  O,  bu 
məqsədlə parlamentə daxil olan bütün partiya və firqələrin rəhbərliyi 
ilə, o cümlədən bolşeviklərlə danışıqlar aparmış, hökuməti qurmağa 
səylər  göstərmişdi.  M.H.Haemski  bolşevikləri  yeni  qurulacaq 
hökumətə  daxil  etməklə  Samur  körpüsünün  şimal  tərəfində 
dayanmış 11-ci qızıl ordunun Bakı üzərinə  yürüşünü ləngitmək və 
nizami  Azərbaycan  ordusunu  təcili  surətdə  Dağlıq  Qarabağdan 
Bakıya  qaytarmaq  istəyirdi.  Bu  vaxt  Bakıda  cəmi  iki  minə  yaxın 
əsgər  var  idi.  Onlar  dövlət  idarələrini  qoruyurdu.  Bolşeviklərdən 
rədd  cavabı  alan  M.H.Haemski  aprelin  22-də  Azərbaycan 
parlamentinin sədrini əvəz edə bilməyəcəyini rəsmən bildirmişdi.), 
digər tərəfdən yaranmış mürəkkəb siyasi şəraitin nəticəsində həmin 
gün  saat  23-də  Azərbaycan  parlamenti  hakimiyyəti  müqavimət 
göstərmədən bolşeviklərə təhvil vermək haqqında qərar çıxardı. 
Azərbaycan  Parlamentinin  son  iclasına  yuxarıda  qeyd 
etdiyimiz  kimi  məhz  Parlamentin  sədr  müavini  Məhəmməd  Yusif 
Cəfərov  sədrlik  etmişdir.  (Katib  Rza  bəy  Qaraşarh  olmuşdur) 
1920-ci  il  aprelin  27-də  keçirilən  Azərbaycan  parlamentinin  təcili 
fövqəladə  iclasında  müstəqil  respublikanın  şimal  sərhədlərindən 
gözlənilən  Qızıl  ordunun  hərbi  müdaxiləsi  təhlükəsi  qarşısında 
vəziyyətin ağırlığını aydın dərk edən millət vəkilləri Məmməd Əmin 
Rəsulzadənin təklifinin səsə qoyulmasından sonra əksər səs çoxluğu 
ilə  “istiqlaliyyət,  millət  və  məmləkəti  layiqincə  müdafiə  etmək” 
şərtilə  hakimiyyəti  kommunstlərə  təhvil  verməyə  razılaşdılar. 
Hökumətin  taleyi  Azərbaycan  kommunist  fırqəsinə  təslim  edildi. 
Ancaq elə həmin günün səhəri, yəni aprelin 28-də bir gün əvvəldən 
Azərbaycana  və  Bakıya  soxulmuş  Qızıl  ordunun  görünməmiş 
cinayətlər  törətməsinə  şərait  yaradan  kommunistlər  öz  vədlərini 
asanlıqla  unutdular.  Nəticədə  Azərbaycanın  müstəqilliyinə  son 
qoyuldu, demokratik cümhuriyyətin timsalında milli dövləti süquta 
uğradıldı. Azərbaycan xalqı ilə bərabər, ADR- in dövlət və hökumət 
rəhbərlərinin, o cümlədən Məmməd Yusif Cəfərovun həyatında ən 
ağır  və  məşəqqətli  günlər  başlandı.  Müstəqillik  yolunda  az-çox 
xidmətləri olmuş ictimai xadimlərimiz. 
93 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə