Xosrov bəyin bu komitəyə sədr təyin edilməsi sözsüz ki, onun
bütün Zəngəzur və Qarabağda böyük nüfuz sahibi olması ilə bağlı
idi və yəqin bolşeviklər ilk günlərdə milli münaqişələrin hər an
alovlana biləcəyi belə mühüm bir bölgəyə təsadüfi adamı təyin
etmək istəmirdilər. Bəlkə də bu təyinatda X.Sultanovun bir vaxtlar
Nərimanovla dost olması da müəyyən qədər rol oynamışdı. Ancaq
bütün bunlara baxmayaraq, 1 may 1920-ci il qərarının müvəqqəti
xarakter daşımasını 11 gün sonrakı həbs tədbiri sübuta yetirdi.
Ali İnqilabi Tribunalın istintaq şöbəsinin 1 avqust tarixli 1762
saylı blankından:
“Azərbaycan SSR (Staro-Poliçeyskaya d.№ 23.) İnqilabi
Komitənin 22 may və Xalq Ədliyyə komissarlığının kollegiyasının
29 may qərarı ilə keçmiş qubernator Rəfıbəyov və general-
qubernator Sultanov (onların hər ikisi eyni gündə həbs
olunmuşdular - L,Ş.) Ali İnqilabi Tribunalın məhkəməsinə veriliblər
və onlar haqqındakı iş mənim icraatımdadır. Mənə çatan məlumata
görə FK müstəntiqi Səfıkürlüdə də X.Sultanova qarşı ittihamedici
materiallardan ibarət iş var. Yuxarıda göstərilən iki qərarla bağlı
Komissiyadan xahiş edirəm: 1. Keçmiş general- qubernator
Sultanovun ittiham olunması ilə əlaqədar işi və bütün ittihamedici
materiallan və əgər varsa, Rəfıbəyovun əksinqilab- da iştirakı barədə
materialları da mənə göndərsin. 2. Hər iki müttəhim Ali İnqilabi
Tribunalın müstəntiqinin öhdəsinə verilsin və bu barədə mənə
məlumat çatdırılsın.” Həbs edilənlərlə əlaqədar tərtib olunan xüsusi
arayışdakı künc möhüründən aydın olur ki, blank Bakı şəhərində
tərtib edilib.
X.Sultanovun işi ilə (12 may - 9 avqust 1920-ci il (Pr. 20584)
MTN arxivi) bağlı 14 may 1920-ci ildə XI ordunun İnqilabi Hərbi
Şurası yanında xüsusi şöbənin hərbi müstəntiqi M.Səfıkürdlü
tərəfindən aparılan dindirmə əsasında aşağıdakı məzmunda Protokol
tərtib olunur:
“Mən XI ordunun İnqilabi Hərbi Şurası yanında xüsusi
şöbənin hərbi müstəntiqi Səfikürdlü may ayının 14-də əksinqilabi
işdə ittiham olunan Xosrov Paşa oğlu Sultanovu dindirdim. O,
Xarkovda institutun
tibb fakültəsində oxumuş,
inqilaba qədər
116