Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   29   30   31   32   33   34   35   36   ...   90

görə  Mak-Mossen  və  komissiya  qoşunların  tərxis  olunması 
haqqında  təlimatı  Andronikə  çatdırmalı,  onun  hərbi  hisssələrinin 
Yevlaxa daşınması, orada isə ləğv olunduqdan sonra dəmiryolu ilə 
Ermənistana  ötürülmələri,  qaçqınlann  bu  yazda  öz  vətənlərinə 
göndərilmələri üçün lazımi sərancamlar verməlidirlər; Şuşaya gedən 
iki  erməni  nümayəndəsi  isə  onlara  hərtərəfli  köməklik  göstərməli 
idi.  Komissiyanın  ardınca  isə  X.Sultanovun  general-  qubernator 
təyin  edilməsi  1919-cu  il  aprelin  3-də  polkovnik  Şatelvortun 
bəyanatı  ilə  müttəfiqlərin  komandanlığı  tərəfindən  rəsmən  tanındı 
və təsdiq edildi. 
Vəzifəsinin icrasına başlayarkən X. Sultanovun ilk gördüyü 
işlərdən biri xalqa müraciət edərək onlan yeni yaranmış və ərazinin 
idarəedilməsi məsələlərini yoluna qoyacaq bir qurumun rəhbəri kimi 
onlan məlumatlandırması olur. Aşağıdakı arxiv sənədi bu baxımdan 
xüsusi 
əhəmiyyət 
daşıyır. 
Həmin 
sənəd 
“Müvəqqəti 
general-qubernator  X.P.Sultanovun  Zəngəzur,  Şuşa,  Cəvanşir  və 
Cəbrayıl  qəzalannm  əhalisinə  müraciəti  (11  fevral  1919-cu  il)” 
adlanır.  Tarixi  dəyərini  nəzərə  alaraq  onu  olduğu  kimi  oxuculara 
çatdırırıq: 
“Azərbaycan  hökumətinin  yanvar  ayı  qərarı  ilə  Zəngəzur, 
Şuşa, Cəvanşir və Cəbrayıl qəzaları xüsusi general-qubemator- luğa 
ayrılmışdır.  Bu  fövqəladə  tədbirlər  fövqəladə  vəziyyətdən  irəli 
gəlmişdir: Azərbaycanın təqribən yarasında - onun ən yaxşı hissəsi - 
4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi 
firavanlığı yüksək idael sayan məsuliyyətsiz elementlərin rəhbərliyi 
altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini 
qırır, on minlərlə ynrdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, 
yuxanda  göstərilən  elementlər  milli  ədavət  yayırlar.  Əhalidən 
ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini 
güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar. 
Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən 
milli  mənsubiyyətindən  asılı  olmayaraq  hamıya  eyni  münasibət 
göstərməyi,  ciddi  ədalət  və  qanunçuluq  mövqeyində  dayanmağı 
hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqil 
104 


liyi,  ərazi toxunulmazlığı,  şəxsiyyətin ciddi məs’uliyyəti və əmlak 
toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır. 
...  General-qubernatorluğun  ərazisindəki  rayonlarda  yeganə 
hakimiyyət general-qubernatorun şəxsində Azərbaycan hökumətinə 
məxsusdur və hamı ona tabe olmağa borcludur. Qayda-qanunun hər 
hansı şəkildə pozulması, anarxiyaya aparan hər hansı hərəkətin kim 
tərəfindən törədilməsindən asılı olmayaraq, qanunun bütün qüvvəsi 
ilə  fövqəladə  mühafizəyə  əsasən  məhkəməyə  verilməklə  qarşısı 
almacaqdar.  Qanun  qarşısında  hamı  bərabərdir.  Bununla  yanaşı 
qaçqınlara  ərzaq,  tibbi  köməklik  göstərilməsi  üçün  geniş  tədbirlər 
görülür.  Kasıbların  ehtiyaclan  mənim  qəlbimə  yaxındır,  mənim 
qapılarım  hər  vaxt  hər  kəsin  ehtiyac  və  şikayətini  eşitmək  üçün 
açıqdır.  Dərindən  inanıram  ki,  öz  maraqlarını  hər  şeydən  üstün 
tutanlar istisna olmaqla hamı sülh, fırəvanhq və dinc yanaşı yaşamaq 
arzulayır.  Əhalinin  mənə  olan  inamına  ...  və  general-qubernatora 
verilən  səlahiyyətlərdən  istifadə  edərək  mənə  həvalə  olunmuş 
müvəqqəti  general-qubematorluğun  ərazisində.  Zəngəzur,  Şuşa, 
Cəbrayıl  və  Cavanşir  qəzalarında  qayda-qanun,  sakitlik  və  xoş 
münasibət yarada biləcəyəm. 
Müvəqqəti 
general-qubernator 
X. 
b. 
Sultanov” 
(“Azərbaycan” qəzeti, 11 fevral 1919-cu il). 
General-qubernatorluğun  yaradılması  və  onun  idarəçiliyi 
məsələsi  general  Tomsonun  Ermənistan  hökumətinin  üzvləri  ilə 
İrəvanda  1919-cu  il  martın  28-də  və  aprelin  6-da  keçirilən 
müşavirələrdə  ermənilər  tərəfindən  bir  daha  qaldırıldı.  Birinci 
müşavirədə  Ermənistan  rəhbərliyi  Tomsona  verdiyi  məktubda 
Qarabağın dağlıq hissəsinin Ararat Respublikasının aynimaz tərkib 
hissəsini təşkil etməsi fikrini təkrarlayaraq, vilayətin idarəçiliyinin 
əhalinin iradəsinə uyğun olaraq Milli Şuranın əlində qalması, bu işə 
nəzarətin  isə  ingilislər  tərəfindən  həyata  keçirilməsi  şərtlərini  irəli 
sürdü. 
İkinci  müşavirədə  Xatisyan  doktor  Sultanovun  general- 
qubernator  təyin  edilməsinə  kəskin  etirazını  bildirdikdə  Tomson 
onun  namizədliyini  diplomatcasma  müdafiə  edərək  demişdi: 
“Sultanov ingilis zabiti Mak-Mossenə tabe olacaqdır”. 
105 


Uzunsürən  müzakirə  və  mübahisələrdən  sonra  ingilislər 
nəhayət  ki,  bu  məsələdə  güzəştsiz  mövqe  tutaraq  ermənilərdən 
müttəfiqlərin komandanlığının qərarlarına tabe olmağı,  Qarabağda 
və Zəngəzurda ADR-in hakimiyyətini tanımağı tələb etdilər. 
Zəngəzurda  yaranmış  ağır  vəziyyət,  xüsusilə  də  qaçqınlar 
problemi  Azərbaycan  parlamentinin  1919-cu  il  yanvann  16-da 
keçirilən iclasında bir daha müzakirə olundu. 
Qəza  rəisləri  və  ictimai  xadimlərinin  X.Sultanovun  sədrliyi 
ilə  1919-cu  il  fevralın  15,  16  və  17-də  keçirilən  ümumbölgə 
müşavirəsində  Zəngəzurda  indiyədək  166  kəndin  dağıdılması, 
onların  əhalisinin  30  faizinin  məhv  edilməsi  qeyd  olunaraq, 
Andronikin silahlı dəstəsinin tərkibi barədə məlumatlar verilməklə 
onun  mahaldan  çıxarılması  məsələsi  qətiyyətlə  qoyuldu. 
Azərbaycan  hökumətinin  1919-cu  il  martın  26-da  bu  məsələ  ilə 
əlaqədar  keçirilən  iclasında  Daxili  İşlər  nazirinin  Qarabağa  dair 
mə’ruzəsi müzakirə edildi. 
Azərbaycan  ordusu  1-ci  piyada  diviziyasının  komandiri 
ADR-in  hərbi  nazirinə  “Andronikin  dəstəsində  siyasi  vəziyyət  və 
əhval-ruhiyyə 
haqqında” 
raportunda 
Qarabağ 
general- 
qubernatorundan aldığı 1919-cu il 28 fevral tarixli məlumata əsasən 
yazırdı  ki,  Andranikin  dəstəsi  1300  nəfər  piyadadan,  500  at  və 
artilleriyadan ibarətdir. 
X.Sultanov  ADR  DİN-nin  1919-cu  il  9  aprel  tarixli 
teleqramına özünün 13 aprel  1919-cu il cavabında bildirirdi ki,  o, 
hələ  Bakıda  ikən  Britaniya  missiyasından  Andranikin  Gorusdan 
getməsi və Sisyanda olmasına dair məlumat almışdır. 
Həmin vaxtlarda X. Sultanov həmçinin idarə etdiyi general- 
qubematorluğun  hüdudlarında  vəziyyət  və  oradakı  milli  ordu 
hissələrinin  statusu,  onunla  hərbi  hakimiyyət  arasındakı 
münasibətlərin xarakteri ilə bağlı Azərbaycan hökuməti qarşısında 
müəyyən  məsələlər  qaldırmışdı.0,1919-cu  il  aprelin  2-də  Nazirlər 
Şurasının  sədrinə  məktubunda  yazırdı:  “Belə  ağır  anda  general- 
qubematorluğun hüdudlannda tam siyasi məsuliyyət daşıdığı halda 
hərbi  hissələrin  onun  hakimiyyətinə  tabe  olmaması,  bir  tərəfdən, 
mahalda  ikihakimiyyətlilik  yaradır,  digər  tərəfdən  də  general- 
qubematom lazım gəldikdə silahlı qüvvədən əməli surətdə istifadə 
106 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə