Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   34   35   36   37   38   39   40   41   ...   90

kəşfiyyatı ilə mübarizə haqqında” hesabatında əvvəllər Almaniyada 
işləmiş və təhsil almış azərbaycanlılara həsr olumnuş “Gestaponun 
Bakı  agentlərinin  işi”  başlıqlı  xüsusi  fəsil  var.  Həmin  sənəddən 
fraqmentlər  veririk:  “Sultanov  İskəndərbəy  -  neftçi-  mühəndis 
Rüstəmbəy 
Sultanovun 
oğlu, 
Türkiyədə 
olan 
məşhur 
ittihadçı-mühacir  Xosrovbəy  Sultanovun  qohumudur.  Sultanov 
digər türk gəncləri ilə birlikdə müsavat hökuməti tərəfindən 1920- ci 
ildə  təhsil  almaq  üçün  Almaniyaya  göndərilmişdir.  1933-cü  ilin 
sentyabrında  SSRİ-yə  qayıtmışdır.  Fəal  türk  millətçisi  kimi 
Almaniyada azərbaycanlı tələbələrin milli ittifaqında rəhbər vəzifə 
tutmuşdur. Xosrovbəy Sultanovun Almaniyanın  rəhbər şəxsləri ilə 
əlaqələrinin  yaradılması  üçün  tədbirldər  görmüşdür.  Milli  Komitə 
tərəfindən  rəhbərlik  edilən  əksinqilabi  təşkilatın  üzvü  olmuşdur” 
(səh. 130-131). 

X.P.Sultanovun  xaricə  necə  mühacirət  etməsi,  ona  bu  işdə 
kimin,  yaxud kimlərin  köməklik  göstərməsi, ilk dəfə hansı  ölkədə 
olması  və  sonralar  haralarda  yaşaması  barədə  qənaətlərə  gəlincə 
burada ən əvvəl iki faktı yada salmaq istərdik. Bunlardan birincisi 
onun  Qarabağın  müvəqqəti  general-qubernatoru  olarkən  Çingiz 
İldırımın orada müavin işləməsi ilə və ikincisi, qeyd etdiyimiz kimi
N.Nərimanovla dost olması ilə bağlıdır. Talenin hökmü ilə Xosrov 
bəylə çiyindaşlıq etmiş bolşevik Ç.İldırım da sovet Azərbaycanında 
ən yüksək vəzifələrdən birini - hərbi və Dəniz komissan vəzifəsini 
(Ə.Qarayevdən əvvəl) tuturdu. Bu isə sözsüz ki, ona istədiyi şəxsə 
köməklik göstərmək imkanı verə bilərdi. Görünür o, həbsdən azad 
edildikdən sonra dərhal Türkiyəyə getmiş və mühacirət həyatının bir 
hissəsini yaşadığı Avorpaya məhz bu ölkədən geçmişdir. Avropada 
o,  Almaniya  və  Fransada  yaşamışdır.  Yuxarıdakı  qeyddən  isə 
aydınlaşır ki, Xosrov bəy Almaniyada yaşayarkən qardaşı oğlunun 
vasitəsilə bu ölkənin rəhbərliyi ilə müyyən əlaqələr yaratmağa nail 
olmuş  və  vətənini  sovet  imperiyasının  işğalından  qurtarmaq  üçün 
mübarizəsini bu yolla davam etdirmişdir. Ancaq indilik əlimdə onun 
bu mübarizəsindən geniş söhbət açmağa imkan verən lazımi arxiv 
sənədləri,  yaxud  digər  materiallar  olmadığından  diqqətinizə 
çatdırdığım ilkin qeydlərlə kifayətlənməyə məcburam. 
119 


Görkəmli Azərbaycan maarifçisi və yazıçısı, ictimami xadim 
S.M.Qəniyevin istintaq işindən (MTN arxivi PR 25450 saylı iş) də 
X.Sultanovun bir müddət Türkiyədə, sonra isə Almaniyada yaşadığı 
və bu ölkələrdə olarkən üzvü olduğu “İttihad” partiyasının üzvləri 
ilə  əlaqə  saxladığı  aydınlaşır.  Qeyd  edək  ki,  Xosrov  bəy  əvvəl 
“Müsavat”,  sonra  isə  “İttihad”  partiyasının  üzvü  olmuşdur.  O, 
birinci  hökumətdə  hərbi  nazir  kimi  “Müsavat”  və  “İttihad” 
partiyalarını,  ikinci,  üçüncü  hökumətlərdə  torpaq  naziri  kimi  isə 
yalnız  “İttihad”  partiyasını  təmsil  etmişdir.  S.M.Qənizadənin 
“İttihad” partiyasının sədri və bu partiyanın ADR parlamentindəki 
fırqəsinin rəhbəri kimi X.P.Sultanovla sözsüz ki, aralarında yaxınlıq 
və  xoş  münasibətlər  ola  bilərdi  və  bunu  nəzərə  alan  sovet  cəza 
orqanlan  1937-ci  ildə  həbs  etdiyi  şəxslərin  də  başlıca  günahını 
onların  milli  hökumətin  nümayəndələri  ilə  yaxınlığında,  ADR-in 
bərpası ideyalan ilə yaşamalannda görürdü. 37-nin qurbanlarından, 
tanınmış  dilçi  alim  B.Çobanzadənin  verdiyi  ifadəyə  görə 
“İttihad”çılar  xaricdə  yaşayan  X.b.Sultanovla  onun  qardaşı 
Rüstəmbəy  Sultanovun  vasitəsilə  əlaqə  saxlayıblar.  Xosrov  bəyin 
“Müsavat” partiyasından “İttihad” partiyasına keçməsinə gəlincə bu 
fakta ən  yaxşı  açıqlamanı  M.Ə.Rəsulzadə “Azərbaycan” qəzetinin 
24  sentaybr  1919-cu  il  tarixli  sayında  dərc  olunmuş  “Qondarma 
həqiqət”  adlı  məqaləsində  verir.  O  dövrdə  “Müsavat”  partiyasının 
Azərbaycan  hökumətinin  siyasətinə  əsaslı  təsir  göstənnəsi  barədə 
danışıqlara  cavab  verən  M.Ə.Rəsulzadə  yazırdı:  “Söhbət  guya 
hökumətin siyasətinə təsir göstərən partiyanın fəaliyyətindən gedir, 
buna  görə  də  “Müsavat”  partiyasının  sədri  kimi  mən  Daxili  İşlər 
nazirliyinin  partiyalı  olmasına  dair  ittihamlann  əsassız  olduğunu 
əyani surətdə sübut etmək istəyirəm. İsrar edirlər ki, nazirliyə təyin 
olunma partiya xarakteri daşıyır, partiya üzvü olmadan idaretmədə 
yer  tutmaq  mümkün  deyil.  Görək  bu  nə  dərəcədə  faktlarla  uyğun 
gəlir. Kənar idaretmə vəzifələrindən başlayaq: 
1.Qarabağ  general-qubernatoru  X.  b.  Sultanov  nəinki 
müsavatçı  deyil,  hətta  bir  vaxtlar  nümayişkaranə  surətdə  partiya 
sıraların  tərk  etmişdir.  2.Daxili  İşlər  nazirinin  Qazaxdakı  xüsusi 
səlahiyyətli nümayəndəsi Rza Qaraşarov sosialistdir. 3.Zaqatala 
120 


qubernatoru  M.Şahmalıyev  bitərəfdir.  4.Keçmiş  Bakı  qubernatoru 
R.Axundzadə bitərəfdir.” 
“Azərbaycan  Cümhuriyyəti  sənədlər  və  materiallar  1918- 
1920-ci  illər”  məcmuəsində  qeyd  olunur  ki,  X.P.Sultanov  əvvəl 
“Müsavat” partiyasının üzvü olmuş, sonra isə “İttihad” partiyasına 
keçmişdir.  Bunun  başlıca  səbəblərinə  gəlincə,  hələlik  yuxarıda 
göstərilənlərə  nəsə  əlavə  etmək  mjmkün  deyil.  Əlbəttə,  gələcəkdə 
indilik  məlum  olmayan  həmin  səbəblərin  üzə  çıxarılması 
istiqamətində də tədqiqat-araşdırma işləri aparılacağına və həqiqətin 
sonadək aşkarlanacağına şübhə etmirik. 
X.P.Sultanovun  Müvəqqəti  Qarabağ  general-qubernatoru 
kimi  fəaliyyəti  dövründə  daha  bir  maraqlı  məqam  haqqında  da 
oxuculara məlumat vermək istərdik. 
“Daxili  İşlər  naziri  X.Xasməmmədovun  Şuşa  şəhərinin 
general-qubernatoruna  N.Nərimanovun  həbs  edilməsi  barədə 
sərancamı 
8  aprel  1919-cu  il.  Müvəqqəti  general-qubernator  doktor  X. 
Sultanova 
Hərbi  nazirin  aldığı  agentura  məlumatına  görə  bolşevik 
Nərimanov  Bakıya  gəlib  orada  parlamentin  “Hümməf’dən  olan 
üzvləri, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüş, sonra isə Şuşa 
və Qazax qəzalarının əhalisi ilə görüşmək və imkan daxilində qoşun 
daxilində  bolşevizmi  təbliğ  etmək  məqsədilə  həmin  qəzalara 
getmişdir.  Hərbi  nazir  təsdiq  edir  ki,  belə  təbliğatın  nəticəsində 
orduya  gənclərin  axını  xeyli  azalmış  və  təhlükə  doğuracaq  həddə 
çatmışdır. Bu barədə Sizə məl’umat verməklə mən əlahəzrətinizdən 
Sizin 
general-qubernatorluğun 
ərazisində  göründüyü  vaxt 
Nərimanovun  tutulması  üçün  sərancam  verməyinizi  xahiş  edirəm. 
Bu  barədə  tərəfimdən  Gəncə  qubernatoruna  da  teleqrafla 
bildirilmişdir. Daxili İşlər naziri Xasməmmədov” (ARDA, f 1054; 
siy. 1, iş 4a, səh. 2). 
Bu  xahişin  nəticəsi  barədə  əlimizdə  hər  hansı  arxiv  sənədi 
yoxdur. Ancaq Xosrov bəyin vəzifə borcunu yerinə yetirmək üçün 
necə çətin bir durum qarşısında qaldığını güman edirik. O, neçə illər 
dostluq  etdiyi  bir  şəxsi  həbsə  almalı,  yaxud  vəzifə  borcuna  əməl 
etməməli idi. Əsl həqiqətdə necə olduğunu isə yəqin gələcək 
121 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə