Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə46/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   42   43   44   45   46   47   48   49   ...   90

sənədləri  sülh  konfransına  çatdırılmaq  üçün  Qarabağdan  İrəvana 
göndərirəm. 
Təqribən  bir  ay  əvvəl,  yerli  müsəlmanlara  Azərbaycan 
hökumətinin  (müsavat)  göstərişi  ilə  erməni  kəndlərini  tərksilah 
etmək,  partizan  dəstələri  düzəldib  Qaraçinar  kəndini  atəşə  tutmaq 
təklif edilmişdi. Ondan sonra həmin dəstə Gəncə qazasının Erkəc, 
Aşağı  Ağcakənd,  həmçinin  Yuxarı  Ağcakənd  kəndlərinə  gəlməyə 
başladı”. 
Məktubda daha sonra göstərilir ki, guya onlar bir qrup kənd 
sakini  Qaraçinar  kəndinə  gediblər  ki,  danışıq  aparmaqla 
müsəlmanların  hərəkətlərini  dayandırsınlar.  Burada  onları 
qubernatorun  yanına  gətiriblər  və  o,  heç  nə  soruşmadan  onları 
həbsxanaya  atdırıb.  Tümıədə  onlar  döyülüb,  təhqir  ediliblər,  guya 
hətta  dinlərinə  görə  də  söyülüblər.  Məktubda  daha  sonra  Y. 
Ağcakəndin  məruz  qaldığı  itkilər  barədə  danışılır  və  itkilərin 
siyahısı  göstərilir.  Yalnız  maddi  şeylər  və  əsasən  ərzaqdan  ibarət 
olan  bu  zərərə  görə  kömək  göstərilməsi  xahiş  edilir  və 
“bolşeviklərin  gəlməsi  nəticəsində  mən  türmədən  xilas  oldum, 
hazırda  azadlıqdayam”  deyilir.  Gəncə  quberniyasının  Yuxarı 
Ağcakənd kəndinin sakini Bala Şahnəzərov.” 
Həmin  məktuba  B.Şahnəzərov  Xudadat  bəy  Rəfıbəyovun 
həbs edildiyi gün, 12 mayda imza atıb. 
Mayın 13-də milliyətcə erməni olan iki nəfər Mənəşid kənd 
sakini isə 32-ci atıcı diviziya yanında 8-ci xüsusi bölməyə “Xudadat 
bəy  Rəfıbəyov  və  Səfıkürdskinin  başçılıq  etdikləri  dəstələrin 
1917-ci ildə Şamxor və s. stansiyalarda onların qardaşlarını (ruslar 
nəzərdə  tutulur  -  L.Ş.)  vəhşicəsinə  öldürdüklərini,  ölənlərin 
meyidlərini soyduqlarını və kanala, quyuya atdıqlarını, sağ qalanları 
isə diri-diri yandırdıqlarını” bildirirlər. 
Başqa bir ennəninin guya onlar yaşayan kəndlərin əhalisinin 
Xudadat bəy Rəfıbəyovun “quldur dəstəsi” tərəfindən talan edildiyi 
barədə eyni ünvana yazdığı təcili donosunda yenə də eyni xarakterli 
yalanlar  uydurulur  və  guya  Xudadat  bəy  Rəfıbəyovun  hətta  İsa 
peyğəmbəri  təhqir  etdiyi  də  göstərilir.  Sonluqda  o  həmkəndliləri 
adından bolşeviklərin humanizminə ümid 
148 


bəslədiklərini  bildirir.  Bir  qrup  erməni  isə  (Sərkisov,  Ovanes 
Vartanov,  Ambursum  Gevorkova,  Ovanes  Akopov,  Yeqiş 
Gevorkova,  Arutyunova  və  b.)  Xudadat  bəyin  quldur  dəstəsinin 
Mustafabəyovun  iştirakı  ilə  mal-qaralarını  apardığından,  var- 
yoxlarını taladığından şikayət edir. 
İstintaq davam  etdikcə donoslarm sayı  artır, X.Rəfıbəyovun 
məhv edilməsi üçün ermənilər istintaqa yeni-yeni “faktlar” təqdim 
edirdilər. İş yeni-yeni “sənədlər”lə dolurdu. 
“Hörmətli Xudadat bəy! 
Mənə  çatan  məlumata  görə  əsgərlər  yük  stansiyasında  bir 
neçə nəfər türk təbəəsi olan erməni qaçqınını həbs etmiş və onlardan 
bəzilərini döymüşlər. Xahiş edirəm həbs edilənlərin azad olunması 
və  təhlükəsizlikləri  üçün  təcili  tədbirlər  görəsiniz.  Dərin  hörmətlə 
Parlament üzvü İ.Xocayev (parlamentdə erməni fırqəsinin üzvü idi - 
L.Ş). 1 mart 1920-ci il”. 
Xudadat  bəy  istintaq  materialları  arasında  saxlanılan  izahat 
xarakterli  məktubunda  yazırdı:  “...  Rəsmi  şikayətlərə  gəlincə, 
bildirirəm  ki,  məndə  olan  sənədləri  təqdim  etmək  imkanım  olsa, 
görərdiniz  ki,  Qaraçinar,  İrəvan,  Çaykənd  kəndlərinin  erməni 
əhalisinin  sülh  yolu  ilə  birləşdirilməsi  üçün  bütün  tədbirləri 
görmüşəm.  Bu  kənd  icmalarının  əhalisi  1917-ci  ildən  bəri  heç  bir 
hakimiyyəti qəbul etmir, daşnak tayfalan tərəfindən terror edilirlər. 
İrəvandan 
gəlib 
yerli 
cinayətkar 
elementlər 
tərəfindən 
ilhamlandırılan  bu  icmalar  fəlakətlər  törədir,  aran  müsəlman 
əhalisinə köç etməyə imkan vermir, pusqu qurub onların  yollarını 
kəsir,  sularını  bağlayır,  əkinləri  suvarmağa  imkan  vermirdilər  və 
müsəlmanlar da bununla əlaqədar dəfələrlə şikayət etmişlər. Hətta 
ermənilər  hakimiyyət  nümayəndələrini  belə  qəbul  etməyib 
deyirdilər  ki,  yalnız  Qarabağ  milli  şurasını  etiraf  edirlər.  Onlara 
Gəncə  və  Qarabağın  sərhədlərinin  keçmişdəki  kimi  qalması, 
özlərinin  də  Gəncə  uyezdinə  tabe  olması  barədə  sənəd  təqdim 
ediləndən sonra da Gəncə və Cavanşir uyezd rəislərinin iştirakı ilə 
aydınlaşdı ki, onlar heç bir hakimiyyəti qəbul etmir, Ermənistandan 
kömək istəyirlər. Nəhayət  erməni  icmasının  yerli  nümayəndələri  - 
Gəncə  şəhər  başçısının  müavini,  parlament  üzvü  kimi  məqam 
sahiblərinə və bir neçə başqalarına müraciət etdim. 
149 


Bütün vasitələr qeyd etdiyim icmaların Gəncə vilayəti rəhbərliyinə 
tabe edilməsi işində köməklik göstəraıədi. 
Hökumətə  xəbər  verildi.  Hökumət  də  tabe  olmaq  haqqında 
qəti qərar qəbul etdi.” 
Əlbəttə,  Xudadat  bəyin  ittiham  edilməsi  üçün  onun  Gəncə 
qubernatoru  kimi  bolşeviklər  əleyhinə  gördüyü  tədbirlərin  biri  ilə 
bağlı  məlumat  vermək  də  kifayət  idi,  ancaq  ermənilərin  bu 
donoslarına işdə belə səxavətlə yer ayrılması heç də təsadüfi deyildi. 
Əslində  bunlann  bir  hissəsini  Çekada  müəyyən  səlahiyyət  sahibi 
olan  erməni  əməkdaşların  özləri  təşkil  etmişdilər.  Guya  bu 
“faktlar”la  Xudadat  bəyin  xalqa  qarşı  zorakı  hərəkətlərə  yol 
verdiyini  göstərmək  və  nəticə  etibarı  ilə  milli  Azərbaycan 
hökumətinin  özünün  xalqa  zidd  mahiyyət  daşıdığı  təsəvvürünü 
yaratmaq  istəyirdilər.  Belə  olduğu  təqdirdə  “zəhmətkeşləri  təmsil 
edən” bolşevik hakimiyyətinin ən qanlı cəza tədbirlərinə əl atmasına 
tamamilə  qanuni  don  geydirilə,  aprel  çevrilişinə  haqq  qazandırıla 
bilərdi.  Xudadat  bəy  yuxarıda  göstərilənlərlə  yanaşı,  əgər  istintaq 
prosesi  mayın  25-nə  qədər  davam  etdirilsə  idi,  Gəncədə  üsyan 
törədilməsində iştirak etməkdə də ittiham edilə bilərdi. Özü də bu 
cür  ittihamlan  sübuta  yetirmək  üçün  yeni  rejimin  hansısa 
dəlil-sübutlar gətirməsinə heç bir ehtiyac duyulmurdu. Ən qəribəsi 
isə  bu  idi  ki,  bolşevik  çekasmm,  sonrakı  dövrdə  enkevedesinin 
istənilən  ittihamın  doğruluğunu  təsdiqləyən  istənilən  qədər  sübut 
“tapa  bilməsinə”  kimsə  şübhə  etmirdi.  X.Rəfıbəyovun  Gəncə 
üsyanında  iştirakına  gəlincə,  bu  barədə  M.Ə.Rəsulzadənin  onun 
haqqında  yazdığı  təəssüf  dolu  sətirlərdə  də  müəyyən  işarələr  var: 
“Məşhur  vətənsevən  Əli  Əkbər  Rəfıbəylinin  oğlu  Xudadat  bəy 
Azərbaycanın  işğalı üzərindəki Gəncədə vali” ikən həbs olunmuş, 
Gəncədə zühur edən üsyan əsnasında edam edilmişdir. Fədakar bir 
millət adamı idi”. 
Əslində Xudat bəyin Gəncə üsyanında hansı şəkildəsə iştirakı 
heç bir şübhə doğurmur, əksinə milli dövlətin möhkəmləndirilməsi 
naminə  həm  özünün,  həm  də  ailəsinin  həyatını  zərbə  altında 
qoymaqdan  çəkinməyən  bir  insanın  bolşevik  istilasına  qarşı 
əvvəlcədən  planlaşdırılan  belə  bir  kütləvi  etiraza  qoşulmaması 
təəccüb doğurardı. Üsyana hazırlıq isə həqiqətən də, xeyli 
150 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə