tale qisməti idi və Rəsul-Nigar məhəbbəti qanlı repressiya illərindən
keçib, bütün sonrakı kompaniyalara da mətanətlə dözdü. Vətənin bir
addımlığında isə Əyyub bəy, Səməd bəy kimi say- seçmə oğullar
mühacirət həyatı yaşamaqda idilər. Qanlı rejimin ömrü bitmirdi ki,
siyasi mühacir adıyla KQB-nin qara siyahılarına düşən bu insanlar
heç olmasa ölüm ayağında geriyə - Azərbaycana dönsünlər. İçində
Vətən boyda qürbət gəzdirən bu insanlar “Azərbaycan, mənim
tacım, taxtım, oy!” (Almas İldınm), deyərək həyata gözlərini
yumdular. Əksərinin nə əlləri Vətənə çatdı, nə ünlərini eşidən oldu.
Qanlı rejimin ömrü bitəndə artıq onlar həyatda deyildilər.
Ancaq tək təsəlli budur ki. Vətən fədailərinin illərlə
qəlblərində gəzdirdikləri ən ümdə, ən müqəddəs arzuları,
Azərbaycanı hürr və müstəqil arzulan doğruldu. Nə xoş ki, bu gün
Vətəndə qalmış nəvə-nəticələri, qohum-əqrabaları onların
məzarlarını ziyarət edə, lap yanlarında dayanıb, qəbriniz nurla
dolsun, artıq rahat uyuya bilərsiniz, arzunuz çin olub deyə bilirlər.
Vətəndə bu gün çəkinmədən Sizlərin, həqiqi millət və azadlıq
fədailərinin adları rəğbət, minnətdarlıq hissləri ilə anılır.
Bu yazını ömrünün cəmi iyirmi ilini Vətəndə, doğmalan ilə
birlikdə keçirmiş, sonra qardaş Türkiyədə mühacirətdə yaşamış və
gözlərini əbədi yumduğu günədək doğma yurdun, əzizlərinin
həsrətindən dərdli-dərdli qovrulan Kamil Arranın anası Cəvahir
xanımın ölümünə yazdığı və 1955-ci il fevralın 21-də Əlaziqdə
çıxan “Turan” qəzetində dərc etdirdiyi “Ağlaya bilməzsən” adlı
rekviyemindən kiçik bir parça ilə tamamlamaq istəyirəm: “Xeyr,
əzəz ana, 25 ilin həsrəti, quruduğunu zənn etdiyim və inandığım göz
yaşlarımı axıtdı. Ağladım çox, həm də çox ağladım. Hıçqırmadım,
səssiz göz yaşlarımı içimə axıdaraq ağladım. Bəli, payızın çürüməyə
məhkum saralmış bir yarpağı olduğum üçün kimsəni rahatsız
etməməyim lazımdı. Yalnız sənin həsrətinlə və bir daha o gözəl,
nurlu üzünü görmək ümidimin qmldığı üçün için-için ağladım...
Artıq hər şey bitdi. Təsəlli mənbələrindən daha heç nə axmır.
Fəzada dolaşan tozlar kimi bizi qoyub getdin, əziz ana! Bunlara görə
ağladım, bunlara görə ağlayıram, əziz ana!
154
Bunlan niyə yazdıra? Bir şey yazraış olmaq üçün deyil, xatirə
və xəyallan əbədiləşdirən yazı elmini mənə ilkin olaraq öyrətdiyin
üçün yazdım. Əlifbanı yanlış yazdığım zaman ufacıq əllərimə
vurduğun günlərin xatirəsini unutmamaq üçün yazdım. Çəkik
gözlərinin, incə dodaqlarının ifadəsini qeyb etməmək üçün yazdım.
Mənə öyrətmiş olduğun bu sənəti yenə sənə ithaf etmək üçün
yazdım”.
155
Azərbaycan naziri, yoxsa, vahid Rusiya
uğrunda mübariz
“Əziz ata. Məktubunuzu alıb, ünvanıma deyilən tərifdən
utandım. Tezliklə gələeəyəm, onda iş barəsində danışarıq. Gedəndə
bütün səlahiyyətlərimi diktaturanın işlərini idarə edən şəxslərə təhvil
vermişdim. Buna görə də həmin şəxslərin qanunsuz qərarlarına
təəcüblənirəm. Mən öz enerjisinə hədsiz inanan adam olduğum üçün
cəmiyyətin tərəqqisinə və rifahına yönəlmiş iradəmlə oynanılmasına
icazə vemıərəm. Buna görə də Sizə, şəxsən diqqət yetirməyiniz üçün
deyirəm. - Mənimlə və mənim baxışlarımla hesablaşasınız. İngilis
nümayəndəsi Tomsonun yanında olarkən mən aşağıdakı məzmunda
bəyanat aldım: Sizin şəxsinizdə bizim üçün doğma olan Vahid,
böyük Rusiyanın bərpasına can atan “Slavyan-ms cəmiyyəti”ni
salamlayıram. Əmin olun ki, bütün mümkün vasitələrlə sizi və sizin
koalisiyanızla yaradılan hakimiyyəti müdafiə edəcəyəm. Tiflisdə
qüvvələr toplandıqda mən onlara sizin arzularınız barədə
çatdıracam. Sizə bütün cəhdlərinizdə və gördüyünüz işlərdə
köməklik göstərəcəyəm.” Bax biz belə bir yoldayıq. Sizin Tiflislilər
ancaq hay-küy salırlar və mənim üzərimə ləkə atmaq istəyirlər. Qəti
bəyan edirəm: qorxuda bilməzsiniz, heç nə məni əziz vahid, böyük
vətənimə xidmətdən, əziz anam Rusiyanın sabahına aparan yola
156
mane ola bilməz. Məktubumu Ermakova oxuyun və çatdırın ki, ona
hər şeyə görə minnətdarlığımı bildirirəm və çalışacağım onu Bakıya
gətirim. Özünü sizin dualanmza tapşıran və sizi sevməkdə davam
edən K.Lizqar.”
Bu sətirlərin müəllifi K.Lizqar kimdir, onun Azərbaycanla,
Bakı ilə bağlılığı nə ilə əlaqədar olmuşdu və bütün bunlann kitaba
salınmasına nə dərəcədə ehtiyac var? Yə’qin ki, sualın sonuncu
hissəsi istisna olunmaqla birinci iki hissəyə çoxları cavab verə
bilməzlər. Sualın sonuncu hissəsinə gəlincə isə, buna daha məntiqi
və ədalətli cavabı tarixin özü verib. Bizə unutdurulmasına çahşılan,
milli dövlətçiliyimizin ən şərəfli dövrlərindən birinin yaşandığı - hər
bir səhifəsi iftixar və qürur doğuran Cümhuriyyət tarixi. K.Lizqann
adı bu tarixin silinməz bir parçasına yazıldığı ərəfədə Azərbaycanın
müstəqilliyinin elan olunmasından 6 ay keçirdi.
Yuxarıdakı məktubda adı çəkilən “Slavyan-rus cəmiy-
yəti”nin sədri Konstantin Nikolayeviç Lizqar həmin məktubu
atasına göndərəndə artıq Fətəli Xan Xoyskinin 1918-ci ilin 22
dekabrında təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin
koalisiyalı üçüncü hökumətində ərzaq naziri idi. 1919-cu il aprel
ayının 14-nə qədər fəaliyyət göstərmiş bu hökumət kabinəsi milli
dövlət quruculuğunda daha çəx idarəetmə strukturlarının
yaradılması, hərbi nazirliyin təsis edilməsi və müdafiə işlərinin
təşkilinin başa çatdırılması, həmçinin xarici siyasət sahəsindəki
diplomatik uğurlarla əlamətdar olmuşdur.
K.Lizqar barəsində danışarkən “Slavyan-rus cəmiyyəti”nin
onun taleyində və Azərbaycanın siyasi həyatında oynadığı rola
xüsusi yer ayırmaq lazımdır. Çünki sözün açığı o, məhz bu
cəmiyyətin hesabına belə yüksək vəzifə postuna yiyələnə bilmişdi.
Əslində Konstantin Lizqar gimnaziya mərhələsi istisna olunmaqla
kifayət qədər təhsil almamışdı və Azərbaycanın siyasi mühitində az
müddətdən bəri tanınan şəxs kimi hansı mənadasa, siyasi çəkisinə
bel bağlaya bilməzdi. Lizqan ölkənin çox ali məqam sahibləri
sırasına çıxaran, əslində səviyyəsinə görə layiq olduğundan daha
artıq hörmət və nüfuz qazandıran “Slavyan-rus cəmiyyəti”nin sədri
olması idi və bunu təbiətən ayıq, diribaş olan Lizqarm özü də yaxşı
başa düşürdü.
157
Dostları ilə paylaş: |