“Slavyan-rus cəmiyyəti” vahid, bölünməz Rusiya uğrunda
mübarizə məqsədilə Tiflis şəhərində yaradılmışdı. Cəmiyyətin
birinci ümumi yığıncağının (1918-ci il 11 mart) sədri K.Lizqar,
katibi M.Kozlov seçilmişdi. Bu yığıncaqda cəmiyyətin
nizamnaməsi qəbul edilmiş və mart ayının 18-də təkrar toplaşmaq
qərarına gəlinmişdi.
Cəmiyyətin Tiflis dairə məhkəməsinin qeydiyyat şöbəsində
1918-ci ilin 14 martmda qeydiyyatdan keçmiş nizamnaməsində
deyilirdi; “Cəmiyyət slavyan və rus əsilli və xristian məzhəbli
vətəndaşların birliyi üçün təsdiq olunur. Birləşmə aşağıdakı
məsələlər üzrə birgə işlə həyata keçirilir: milli, elmi, dini, məişət,
texniki, tədris-tərbiyəvi.
Bu məqsədlərə nail olmaq üçün cəmiyyət mövcud qanunlan
rəhbər tutaraq, hər cür müəssisələr açır:
müxtəlif tipli (pratiki və ümumtəhsil) məktəblər, yaşlılar və
uşaqlar üçün bazar günü dərsləri, peşəkarlıq kursları, uşaq baxçaları,
kitabxanalar və oxu zalları, uşaqlar üçün yasli və yetimxanalar,
kilsələr, ambalatoriya və müalicə müəsisələri, klublar, koopertivlər,
kredit idarələri, həkim, hüquqşünas, repatitor, tibb bacılan
dəməkləri, cəmiyyət üzvdəri üçün işaxtarma bürolan, ağıllı əyləncə
yerləri,
mətbu orqanlar, mətbəə fəaliyyəti.
Cəmiyyət milliyətindən asılı olmayaraq hamıya mədəni-
maarifçilik və xeyriyyə köməyi göstərir.”
“Slavyan-ms cəmiyyəti” vahid, bölünməz Rusiya uğrunda
mübarizəyə başlayanda Rusiyada bir neçə ay qabaq hakimiyyət
gəlmiş bolşeviklər vətəndaş müharibəsi ilə üzləşmiş, Zaqafqaziyada
müstəqil respublikalar hələ yaranmamışdı. Əslində general
Denikinin və Antanta qüvvələrinin gizli himayəsi ilə təsis edilmiş və
gələcək fəaliyyətində buna bel bağlayan cəmiyyət bolşeviklərin öz
ideyalarını keçmiş milli ucqarlarda yaymaları və burada hakimiyyəti
ələ almalarına qarşı mübarizə məqsədi güdürdü. Bu məqsədlə də
bütün slavyan və rus mənşəli şəxsləri öz ətrafına toplamağa çalışır,
onları çar Rusiyasının hansı formadasa yenidən bərpası
istiqamətində vahid güc mərkəzində təşkilatlandırmağa səy
göstərirdilər. Təsadüfi deyildi ki, cəmiyyətdə bütün zümrələrin
nümayəndələri təmsil olunmuşdular və onlann arasında
onlarla
158
Növbəti tapşınqla o, tamamilə başqa istiqamətə göndərilirdi.
Belə tapşırıqlardan biri isə K.Lizqara Zaqafqaziya komissarlığının
ticarət və sənaye işləri üzrə komissarı L.Behbudov tərəfindən
verilmişdi: “Bu tapşırığı alan kimi Ticarət
və sənaye işləri üzrə Sizə
verilmiş təlimata uyğun olaraq dərhal Batuma gedin. Təlimatda
göstərilən işləri 25 fevrala qədər yerinə yetirmək lazımdır.”
Lizqar aldığı tapşırıqlan məmuniyyətlə və lazımı qaydada
yerinə yetirir, öz siyasi məqsədlərinə doğru inadla irəliləməkdə
davam edirdi və bu yolda onunla həmfikir, həmməslək olan,
gələcəkdə Azərbaycanın siyasi səhnəsinə çıxacaq bir neçə şəxs də
vardı.
Lizqar Bakıya torpaq naziri Xosrov Paşa Sultanovun çağrışı
ilə, 1918-ci ilin oktyabr ayında gəlib. Bu barədə həmin ilin 16
oktyabrında AR-in Gürcüstandakı diplomatik nümayəndəsi
M.Cəfərov “Slavyan-rus cəmiyyəti”nin sədri K.Lizqarm AR Torpaq
nazirliyinin çağrışı ilə Tiflis şəhərindən Bakıya getməsini təsdiq
edən vəsiqə imzalayıb. Bu vəsiqə və Xosrov Paşa kimi nüfuzlu
dövlət adamı tərəfindən çağıniması onun Azərbaycanın hakim
dairələrinə yaxınlaşmasına imkanı verən yaşıl işıq idi və çevik insan
olan Lizqar bu imkandan məharətlə istifadə etdi. Həm də bunun
nəticəsi idi ki, təqribən iki ay sonra onun hökumətdə topaq naziri
kimi son dərəcə məsul vəzifə tutması məsələsi qaldırılanda müəyyən
tərəddüdlər səslənsə də, heç bir ciddi etiraz eşidilməmişdi.
Doğrudur, bunu həm də hökumətin koalisiyalı əsaslarda
fonualaşdırılması və hər hansı ictimai-siyasi qurumun özünün irəli
sürdüyü nümayəndəsinə cavabdehlik daşıması ilə izah etmək olar.
Ancaq belə bir amil də nəzərə alınmalıdır ki, hökumətin təşkili üçün
parlamentdə mandat almış hər hansı partiya, yaxud təşkilatın
hökumətdə təmsil olunmasına etiraz edilməsə də, hər hansı konkret
namizədin yüksək vəzifələrə təyinatı ilə bağlı belə etirazların
eşidilməsi və müvafiq qaydada ölçü götürülməsi mümkün idi. Yəni
K.Lizqann yerinə cəmiyyətin digər üzvünün namizədliyinin irəli
sürülməsi məsələsinin qaldırılması da istisna edilə bilməzdi və onun
cəmi iki aydan bəri Azərbaycan hüdudlarında yaşaması faktı da əsas
gətirilə bilərdi.
160