Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə51/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   47   48   49   50   51   52   53   54   ...   90

komitəsində,  yollar  üzrə  komissiyanın  kargüzarı,  yollar 
komissarlığında  xüsusi  tapşınqlar  məmuru  vəzifəsində  işləmişdir. 
1918-ci  ilin  mart  ayında  “Slavyan-rus  cəmiyyəti”ni  yaradanlardan 
biri olmuşdur. Azərbaycan hökumətində Torpaq nazirliyinin xüsusi 
tapşırıqlar üzrə məmum və ərzaq naziri təyin edilmişdir”. 
K.Lizqar bolşevik çekası tərəfindən istintaqa eəlb edilməzdən 
əvvəl  də  bir  dəfə  istintaqla  üz-üzə  dayanmışdı.  1919-  cu  ilin 
payızında  baş  vermiş  həmin  hadisə  onun  fəaliyyəti  barəsində 
Azərbaycan  hökumətinin  apardığı  xüsusi  araşdırma  ilə  əlaqədar 
olmuşdu.  Bu  araşdırmaların  aparılması  Müxtəlif  idarələrdə 
sui-istifadənin  təhqiqatı  ilə  məşğul  olan  Xüsusi  İstintaq-  təftiş 
Komissiyasına həvalə edilmiş, istintaq qrupu tərəfindən onun özü ilə 
yanaşı, bir neçə şahid dindirilmişdi. Məsələnin başlanğıcı isə daha 
əvvəlki tarixlərə, Lizqann nazir işlədiyi dövrlərə gedib çıxırdı. 
9  fevral  1919-eu  ildə  AR  Ərzaq  nazirliyindən  Nazirlər 
Kabinetinin sədri F.Xoyskiyə 4 saylı məktub göndərilmişdi: “İskra” 
qəzetinin  bu  ilin  7  fevral  sayında  “Adamlar  var”  başlıqlı  yazının 
məzmunu barədə məqaləni göndərməklə, məTumat venuəyi özümə 
borc  bilirəm.  Flam  mənim  tərəfimdən  nazirliyin  nəzarət  şöbəsinə 
üzləşdirmə aparan mühasib kimi nəzarətçi təyin olunub, ancaq onun 
keçmiş Ərzaq komissarlığından şərab aldığı barədə bilən kimi azad 
etmişəm.  Suxarjevsk  mənim  tərəfimdən  hüquq  məsləhətçisi  dəvət 
edilib,  çünki  mən  onun  haqqında  ancaq  yaxşı  hüquqi  savada, 
qüsursuz  fəaliyyət  göstərmiş  yaxşı  hönuət  qazanmış  şəxs  kimi 
məlumatlar  almışam.  Rılskilərin  firmasında  xidməti  barədə  mənə 
məlumdur, ancaq onun həmin firmada fəaliyyəti yalnız hüquqşünas 
kimi  olmuşdur.  3.K.Qafafov  mənim  tərəfimdən  təcrübəli 
hüquqşünas,  qanunvericilik  işlərindən  başı  çıxan  şəxs  kimi  hüquq 
məsləhətçisinin  müavini  qəbul  edilmişdi.  O,  24  yaşında  Ədliyyə 
nazirliyində  işləyirdi.  Sonralar  Moskva  Məhkəmə  Palatası 
prokurorunun  müavini  idi.  1916-cı  ilin  martından  1917-ci  ilin 
iyununa  qədər  Daxili  işlər  nazirliyi  Şurasının  üzvü  olmuş. 
Müvəqqəti  hökumət  tərfindən  istefaya  göndərilmişdi.  4.İvanov 
mənim tərəfimdən təerübəli və qabiliyyətli işçi kimi Torpaqşünaslıq 
İdarəsinin rəis müavini götürülmüşdü... Məqalənin 
164 


sonunda  qeyd  olunur  ki,  guya  mən  ölkənin  ərzaq  təminatında 
Rılskilər firmasına üstünlük verirəm. Məqalənin bu hissəsi də doğru 
deyil,  çünki  mənim  tərəfimdən  bu  işdə  heç  bir  tərəfgirlik 
göstərilməyib, sadəcə ona görə ki, ikinci bir təklif yox idi. Həmin 
firmanın  xidmətlərindən  imtina  edilməsi  isə  mənim  tərəfimdən 
üzərimə qoyulan vəzifələrin yerinə yetirilməməsi demək olardı.” 
“Slavyan-rus  cəmiyyəti”nin  yaradıcılarından  və  ən  fəal 
üzvlərindən  biri,  Azərbaycan  parlamentinin  üzvü  ixtisasca  dəri 
mühəndisi  olan  Mixail  Nikolayeviç  Vinoqradovun  yaxın  dostu 
K.Lizqar barəsində 1919-cu ilin sentyabr ayında Azərbaycan Xalq 
Cümhuriyyəti  hökumətinin  dövründə  adı  çəkilən  Xüsusi  İstintaq- 
təftiş Komissiyasına verdiyi ifadədə onun tərcümeyi-halının bir sıra 
gizli məqamları barədə məlumatlar açıqlanmışdır. Bu məlumatların 
doğruluğunu  Bakı  dairəsi  məhkəməsinin  prokurorunun  müavini, 
zədagan D.Zaxarinin eyni Komissiyaya ifadəsi də təsdiqləyir. 
AR parlamentinin üzvü, 38 yaşlı, provaslav, dəri mühəndisi, 
Bakı  ş.  Torqovı  küçəsi  8,  mənzil  6-da  yaşayan  M.Vinoqradov 
Xüsusi  İstintaq-təftiş  Komissiyasının  üzvü  K.Izdebski  tərəfindən 
şahid qismində dindirilərkən bildirir ki: “K.Lizqan mən 1918-ci- ilin 
martından Tiflisdən tanıyıram. Əvvəllər onunla dostluq münasibəti 
saxlamışam.  Arvadının  dediyinə  görə,  o,  15  il  qabaq  Bayıl 
türməsində  özünü  asan  neftin  ötürülməsində  və  cinayətin 
gizlədilməsi  məqsədilə  üç  nəfər  ləzginin  öldürülməsində 
günahlandırılan  milyonçu  Rılskinin  qeyri-qanuni  oğludur.  Onu  da 
bilirəm  ki,  Rılski  onu öz oğulları ilə bir  yerdə böyüdüb və  Lizqar 
Stepan  Rılskini  başqa  cür  yox,  qardaş  adlandırır.  Rılskinin 
ölümündən  sonra  Lizqara  varis  kimi  pay  düşdü  və  o,  ticarət  işinə 
qoyduğu  1  milyondan  çox  pul  aldı.  Ancaq  tezliklə  müflisləşib, 
Vladiqafqaza gəldi və yenidən ticarət işlərinə başladı. 
Tiflisdə  o,  ehtiyac  içərisində  yaşayırdı  və  bir  xidmətçi  ilə 
kifayətlənmişdi, yeməyi tez-tez arvadı hazırlayırdı, Bakıda da Ərzaq 
naziri tə’yin edilənə qədər eyni vəziyyət idi. Pulsuzluq- larını onunla 
izah edirdilər ki, S.Rılski Lizqarın hərəkətsizliyindən narazı qaldığı 
üçün  onlara  çox  az  pul  verir.  Bu  vəziyyət  Lizqarı  Bakıda  iş 
axtannağa məcbur etmişdi və oktyabrın əvvəllərində 
165 


doktor  Xosrov  bəy  Sultanovun  himayədarlığı  və  sərancamı  ilə  o, 
torpaq  nazirliyində  xüsusi  tapşırıqlar  məmuru  təyin  olundu.  Sonra 
Bakının  siyasi  həyatında  iştirak  etməklə  “Slavyan-rus  cəmiy- 
yətf’nin sədri kimi Lizqar Nazirlər Şurasına daxil ola bildi, xüsusilə 
onun ticarət  və sənaye nazirliyinin rəhbərliyinə təyin  olunmasında 
israr etdi. Onun sirr saxlaya bilməyən  arvadı  dəfələrlə demişdi  ki, 
“Stepan Kostyadan çox razıdır, əgər o, nazir ola bilsə, ona öz işlərini 
qaydaya salmaqda köməklik göstərə bilər”. Ancaq ticərət və sənaye 
naziri  başqa  adam  təyin  edildi,  Lizqar  isə  ərzaq  naziri  oldu.  O, 
əvvəlcə  Rılskinin  firmasında  müdir  işləyən  Suxarjevskini  hüquq 
məsləhətçisi təyin etdi. Suxarjevski Rılskinin firmasında müdir kimi 
də qalmışdı. Sonra öz məktəb yoldaşı Ratneri, bacanağı Şuljenkonu 
cəlb etdi. Yanvann sonunda buğda gətirilməsi ilə bağlı Stepan Rılski 
ilə  sövdələşməyə  girdi.  Bilmirəm  bu  sövdələşmə  baş  tutdu,  yoxsa 
yox. Biz Lizqarm hərəkətlərindən narahat olduğumuza görə ondan 
qurtulmaq üçün cəmiyyətin Şura iclasını çağımıaq və onu üzvlükdən 
azad etmək istəyirdik. Əw^əllər Lizqar dediyim kimi puldan korluq 
çəkirdi, ancaq nazir olduqdan sonra hər biri 4-5 min rubla başa gələn 
gecələr  keçirirdilər.  Lizqarm  vəzifədən  sui-istifadə  etməsi  barədə 
gümanlarımızı  mən  və  Zaxarin  V.Klenevskiyə  bildirdik.  O  da 
tezliklə  Lizqarm  cəmiyyətindən  kənarlaşdıniması  tərəfdarı  idi.  Bir 
dəfə  yanıma  “İsfahan”  firmasından  bir  nəfər  gəlib,  Lizqan 
tanıyıb-tanımadığımı  soruşdu.  Mən  onu  cəmiyyətindən  tanıdığımı 
bildirəndə,  həmin  şəxs  dedi  ki,  o,  ictimaiyyətə  müraciət  etmək 
məcburiyyətindədir,  çünki  Lizqar  onların  çayını  və  s.  mallarını 
müsadirə  etdirib,  əvəzində  firmaya  çatan  pulu  köçürtmür. 
Vısotskilər  firması  və  Mirbabayevlər  kompaniyası  ilə  də  belə 
olmuşdu,  sonra  Vısotskilərin  pullarım  aldılar.  Mən  bu  barədə 
Lizqara  bildirəndə  o,  cavab  verdi  ki,  məsələyə  Nazirlər  Şurasında 
baxılacaqdır.  O,  Vısotskilər  firmasına  500  min  rubl  pul 
ödənilməsindən də imtina etdi.” 
17  sentyabr  1919-cu  ildə  isə  Xüsusi  İstintaq-təftiş 
Komissiyasının  üzvü  Vaxutin  tərəfindən  şahid  kimi  Bakı  dairəsi 
məhkəməsinin prokurorunun müavini, zədagan, 41 yaşlı D.Zaxarini 
dindirilir; “Ötən il dekabrın ortalarında Bakıya gəlib 
166 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə