Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə59/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   55   56   57   58   59   60   61   62   ...   90

“Doktor”a məktub və içində pul olan məktub verdi. Həbs ediləndən 
sonra bildim ki, Olqa Stepanovna elə Samorodovadır. 
Sual:  Sizə  eserlərin  həbs  ediləcəyi  məlum  idimi  və  bunu 
haradan bilirdiniz? 
Cavab: Mən Feyzullayevə dedim ki, Krestovskiyə görüşdən 
imtina etdiyimi və eserləri həbs edilə biləcəklərini çatdırsın ki, qoy 
onlar ehtiyatlı olsunlar.” 
Növbəti  dindirməni  isə  Az.SSR  FK-nın  müvəkkilləri 
Doxnoviç və Sosnin aparırlar. C.Hacmski 1917-ci  il fevral  burjua 
inqilabından sonrakı fəaliyyəti barədə belə deyir: “Fevral inqilabının 
əvvəlində, təqribən 1917-ci ilin mayında, yaxud iyununda o zaman 
Tiflisdə  olan  və  müvəqqəti  hökumətin  Xüsusi  Zaqafqaziya 
komitəsində və fəhlə kəndli deputatların diyar mərkəzində işləyən 
bir  qrup  şəxs  Müəssislər  məclisinə  öz  siyahımızı  təqdim  etmək 
məqsədilə qeyri-partiya sosialist qmpu yaratmaq fikrinə düşdük. Bu 
qrup  “müsəlman  sosilist  bloku”  adı  altında  yaradıldı  və  seçkidə 
müstəqil siyahı ilə iştirak etdi və Müəssislər məclisinə iki deputat 
keçirdi.  Bu qrupun  tərkibinə Ə.Pepinov,  İbrahim Heydərov, Aslan 
Səfıkürdski, Rza Qaraşarh, A.Qantəmirov, Məmməd Məhərrəmov, 
Bağır Rzayev və bir neçə nəfər daxil idi. Zaqafqaziya Seymi təşkil 
ediləndə  bizim  qrupdan  7  nəfər  Seymin  tərkibinə  daxil  olub, 
“Müsəlman sosialist bloku” adı altında fraksiya yaratdılar. Seymin 
buraxıldığı  26  may  1918-ci  ilə  qədər  bu  blok  fəaliyyət  göstərdi. 
Bundan sonra qrup fəaliyyətini dayandırdı və onun üzvləri Tiflisdə 
qaldılar. 1918-ci ilin dekabnnda Azərbaycan Parlamentini çağırmaq 
qərara  alındı  və  keçmiş  Zaqafqaziya  Seyminin  bütün  müsəlman 
üzvləri Bakıya dəvət edildi. Bakıya gəlib Azərbaycan Parlamentinin 
tərkibinə daxil olan Seymin keçmiş iki bloku - “Müsəlman sosialist 
bloku”  və  “Hümmət”  “Sosialist  firqəsi”  adı  altında  birləşdilər  və 
parlamentin  buraxılmasına  qədər  bir  yerdə  işlədilər.  Firqənin 
tərkibinə  Ağamalıoğlu,  Ə.Pepinov,  B.Rzayev,  C.Hacmski, 
Ə.Qarayev, 
İ.Abdinov, 
A.Səfikürdski, 
İ.İsmayılzadə, 
K.Camalbəyov, R.Qaraşarh və b. daxil idilər. Təqribən 1919-cu ilin 
payızında  sosial-demokrat  platformasında  dayanan  fırqə  üzvləri 
“Azərbaycan SDFP”ni yaratdılar. Bu partiyaya mən, A.Səfıkürd- 
190 


ski, R.Qaraşarlı və İ.İsmayılzadə daxil olmadıq. Bizim başlıca fikir 
ayrılığımız  məhz  həmin  vaxt  müzakirə  olunması  gözlənilən  aqrar 
məsələyə  görə  idi.  Azərbaycan  Müəssislər  Məclisinə  seçkilər 
yaxınlaşırdı. Seçkilər zamanı işsiz qalmamaq üçün 4 nəfərdən ibarət 
həmin qrup 1919-cu ilin noyabr,  yaxud dekabrında Azərbaycan Sİ 
(“Xalqçı”) partiyasını yaratdılar. Pul vəsaiti və işçilər olmadığı üçün 
biz  partiyanın  işini  genişləndirə  bilmədik.  Sovet  hakimiyyəti 
qumlduqdan  sonra  qrup  üzvlərindən  əksərİ3^əti  Kommunst 
partiyasına  keçdilər  və  beləliklə  partiya  öz  fəaliyyətini  dayandırdı. 
Təqribən 1921-ci ilin sentyabr ayında mən təsadüfən komissarlıqda 
keçmiş yoldaşım İ.Ter-Oqanovla rastlaşdım. Müəssislər Məelisinin 
Paris  müşavirəsinin  iştirakçılarının  təsiri  altında,  eserləri  5  illik 
inqilab  dövründə  Rusiya  ərazisindəki  xalqların  tələblərini  başa 
düşməməkdə  qınayaraq  o  dedi  ki,  müşavirədə  söylənən  fikirlər 
partiyanın  deyil,  ayrı-ayrı  şəxslərin  fikridir  və  tələsdiyi  üçün  bu 
barədə  mənə  gələn  dəfə  bildirəcəyini  söylədi.  Bu  danışıqda  iştirak 
edən  Səfıkürdski  də  onu  dinləmək  istədiyini  bildirdi.  Axşam 
Ter-Oqanov  heç  birimizin  tanımadığı  bir  şəxslə  Səfıkürdskinin 
mənzilinə  gəldi  və  çay  içib  tezliklə  getdilər.  O,  SİP  daxilində 
müxtəlif təmayüllər yarandığı barədə danışdı və bildirdi ki, partiya 
Paris  müşavirəsinin  fikri  ilə  razı  deyil.  Bundan  xeyli  keçmiş 
Səfıkürdski məni evinə dəvət etdi. Onun mənzilinə gələndə mən orda 
Feyzullayevi,  Krestovskini  və  daha  iki  nəfəri  (sonralar  bildim  ki, 
Osintsev  və  Sizovdur)  gördüm.  Məndən  qabaq  nə  danışdıqlarını 
bilmirəm, mənim yanımda Osintsev SİP-də təmayüllər. Kommunist 
partiyasının  gözlənilən  qurultayqabağı  partiyanın  fəaliyyətinin 
leqallaşması barədə danışıb, hazırkı vəziyyətdə işləməyin mümkün 
olmadığından  şikayətləndi  və  əhalinin  sovet  hakimiyyətinə 
münasibəti  barədə  soruşdu.  Sonra  Krestovski  ilə  görüşdə  o,  mənə 
“İnqilabi Rusiya” jurnalının iki sayını verdi. Həmin şəxsləri bir də 
təqribən 1922-ci ilin  yanvar ayında Rza Qaraşarhnm  yaşadığı  evin 
yanında  gördüm.  Sonra  dəfələr  vaxtımın  olmadığını  deyərək  mən 
onlarla görüşdən imtina etdim.” 
Belə dindirmələrdə istintaqa lazım olan ifadələri ala bilməyən 
müstəntiqlər SİP üzvlərini bir-biri ilə üzləşdirir, müxtəlif 
191 


üsullara əl atırlar. Eyni məqsədlə 24 aprel 1922-ci ildə Pletnev, 28 
may 1922-ci ildə isə Feyzullayev dindirilir və onların hər ikisinə SİP 
üzvlərinin, 

cümlədən 
Hacmskinin 
günahlarının 
“müəyyənləşdirilməsi” barədə suallar verilir. 
Pletnev:  Siz  Müsəlman  sosialistlərindən  kimləri  tanıyırsınız 
sualına, “Səfıkürdski, Hacınski və Şabanovu həbsxanada tanıdım”, 
deyə cavab verir. 
Feyzullayevlə  isə  aşağıdakı  sorğu-sual  aparılır:  “Siz 
Krsetovskidən hansı işlə əlaqədar Placınskinin yanına getməyi xahiş 
etmişdiniz? 
Cavab:  Krsetovski  mənim  yanıma  gəlib  xahiş  etdi  ki, 
Hacmskiyə çatdırım ki, Osintsev xəstədir, qoy o, Osintsevin ailəsinə 
köməklik göstərsin. 
Sual:  Siz  Hacmskidən  hansısa  eser,  yaxud  menşevik 
ədəbiyyatı almısınızmı? 
Cavab:  Hacınski  bir  dəfə  mənə  “Sosialist  xebərləri”nin 
əlavəsi  olan  “Vyanada  sosialist  Konqresi”ni  verdi.  Mən  onu  xalq 
komissarı Belousova verdim.” 
Bu  qəbildən  növbəti  cəhd  31  may  1922-ci  ildə  Hacmskinin 
Qaraşarh  ilə  üzləşdirilməsi  olur:  “Sual:  Qaraşarlimn  mənzilində 
sizin, Səfıkürdskinin və Feyzullayevin iştirakı ilə SİP Bakı təşkilatı 
ilə  bağlı  söhbət  olubmu  və  Siz  hamınız  onun  işi  ilə  tanış  olmağa 
həvəs göstərmisinizmi? 
Cavab:  Qaraşarlimn  mənzilində  yuxarıda  göstərilənlərin 
hamının  iştirakı  ilə  Feyzullayevə  bildirilib  ki,  Krestovski  bizim 
birimizlə  görüşmək  istəyir.  Görüşün  məqsədi  barədə  heç  nə 
deyilmədi. Məndən Krsetovski ilə danışmağı xahiş etdilər. 
Sual: Siz olduğunuz vaxt Qaraşarh hansı vəzijryətdə idi? 
Cavab: O, xəstə idi, yerdə yatırdı, bizimlə danışmadı. 
Sual: (Qaraşarhya) Sizin mənzilinizdə belə söhbət olubmu? 
Cavab:  Mən  nəinki  bu  söhbəti  xatırlamıram,  hətta  onların 
gəlişini  güclə  yadıma  salıram,  çünki  mən  o  zaman  ağ  ciyər 
xəstəliyinin  ağır  formasını  keçirirdim,  təəssüf  ki,  həmin  söhbəti 
eşitməmişəm,  əgər  mənim  yanımda  belə  söhbət  edilsəydi,  mənim 
üçün çox maraqsız olardı.” 
192 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə