Təklif edirəm üç il müddətinə Qafqazda, cənubi-şərqdə, Moskva və
Leninqrad quberniyalarında yaşamaq qadağan edilsin.”
BDSİ yanında Xüsusi müşavirə tərəfindən aprelin 3-də həmin
qarar təsdiq edilməklə, Səfikürdski və Hacmskiyə Zaqafqaziyada,
Şimali Qafqazda, sərhədyanı ərazilərdə, Moskva və Leninqrad
quberniyalarında yaşamaq qadağan edilir və bir gün sonra bu barədə
Çelyabinsk quberniyası şöbəsinə bildirilir.
Camo bəy Hacınski növbəti dəfə həbsdən buraxıldıqdan 12 il
sonra, 1937-ci ilin oktyabr ayında həbs olundu. Bu müddət ərzində
onun həyatında hansı dəyişikliklərin baş verməsi, ictimai- siyasi
fəaliyyətinin bütün təfərrüatları barədə geniş məlumat verməyə
yəqin ki, ehtiyac yoxdur. Yalnız onu demək kifayətdir ki, sovet cəza
orqanlarının təzyiq və sıxışdırmalarına baxmayaraq, həbsdən
buraxıldıqdan bir müddət sonra Bakı şəhərinə qayıtmış Camo bəy
Azərbaycanın tərəqqisi, maariflənməsi yolunda əzmkarhqla
fəaliyyət göstərməkdə davam edirdi və heç bir qüvvə onu
əqidəsindən döndərə bilməmişdi. Millətə məhz onun həqiqi
mənafeyinə uyğun, həm də sədaqətlə xidmət göstərmək
niyyətlərindən xəbərdar olduqları üçündü ki, cəza orqanları növbəti
dəfə Camo bəyi Az.SSR CM-in 72,73-cü maddələri üzrə
məsuliyyətə cəlb etdilər. Bu barədə tərtib olunmuş arayışda
yazılmışdı: “Camo bəy Hacınski 48 yaş, Bakı şəhər sakini,
azərbaycanlı, bitərəf, müəyyən bir məşğuliyyəti yoxdur. Keçmiş
sosialist inqilabçılar partiyasının üzvü kimi əksinqilabi eser
mövqeyində qalmaqda davam edir və fəal əksinqilabi iş aparır.
Yuxanda göstərilənlər əsasından Camo bəy Hacınski həbs edilib,
cinayət məsuliyyətinə cəlb olunmalıdır. 4-cü şöbə 2-ci bölməsinin
rəisi leytenant Qalstyan, 21 oktyabr 1937-ci il, 4-cü şöbənin rəisi
Sinman bunu təsdiq edir”.
3-cü dərəcəli DT komissarı Sumbatovun imzaladığı ittiham
irəli sürülməsi və imkan tədbirinin seçilməsi Qərarı və Az.SSR
Prokuroru müavinin razılığı ilə ilə (2040 №-li orderlə) 23
oktyabr
1937-
ci ildə Camo bəy Hacınski Qalstyan tərəfindən həbs edilir.
24 oktyabr 1937-ci ildə DT serjantı Xaçaturov və 2-ci
bölmənin əməkdaşı Qrekin tərəfindən Camo bəy Hacınskinin Bakı
şəhər Krasnaya küçəsi bina 23-də yerləşən mənzilində axtarış
200