müdafiənin tə’min olunması üçün bütün tədbirlər görülmüşdürmü?
Gürcüstanla müdafiə müqaviləsi bağlanmışdır. Birgə qüvvələrdən
biz istifadə edəcəyikmi?”
Hökumət başçısı N.Yusifbəyli Ə.Pepinova cavabında
demişdi: “Dənizdən və qurudan müdafiə üçün bütün tədbirlər
görülmüşdürmü? Biz Gürcüstanla müqavilənin imkanlarından
istifadə edirikmi? Belə suallara mən bir sözlə cavab verə bilərəm
“bəli”... Biz müstəqil yaşaya bilərikmi? Bəli, artıq 4 gündür ki,
ingilislər gedib və bu 4 gündə biz sözün tam mə’asında müstəqil
yaşamışıq və özümüzün müstəqil yaşamağa haqqımız çatdığını və
bunu bacardığımızı sübut etmişik... Şimaldan gözlənilən təhlükəyə
gəlincə, burada da hökumət qan tökülməsindən qaçmağa cəhd
göstərir... Sülhün tə’minatçısı, əlbəttə, güclü ordudur, güclü olmaqla
çox məsələləri asanlıqla həll etmək olar.”
Əhməd bəyin ölkə əhalisi və ümumən dövlətin taleyi üçün
narahatlıq hiss edilən bu çıxışından parçanı nahaq gətirmirik. Çünki
bu çıxış onun siyasi və vətəndaş mövqeyinin üst-üstə düşdüyü
məqamlardan biri olmaqla yanaşı, həm də natiqlik qabiliyyətinə
malik olduğunu aydın nümayiş etdirir. Doğrudur, “Hümməf’ fırqəsi
adından danışan Əhməd bəy gənc respublikanın kifayət qədər
düşməni olduğunu nəzərə almaqla bərabər, onun hansısa dövlətdən
yardım görməsini qəbul etmir və faktiki surətdə Azərbaycanı bu
ciddi təhlükələr qarşısında müdafiəsiz qoymaq mövqeyi tutanlara
qoşulurdu. Çünki əvvəl türklərin, sonra ingilislərin getməsi həmin
mərhələdə vəziyyəti rusların xeyrinə dəyişmiş, daxildə bolşeviklərə,
onlara yaxın və loyal fırqələrə, o cümlədən sosialistlərə
arxalanmaqla Azərbaycam işğal etmələri üçün kifayət qədər
əlverişli şərait yaratmışdı.
Əhməd bəyin parlament fəaliy>'əti yalnız belə sorğular və
çıxışlarla məhdudlaşmırdı. O, fəal bir deputat kimi bu mülıüm
dövlət orqanında daim diqqət mərkəzində olmuş və Parlamentin
katibi
seçilmişdi.
Azərbaycanın
bir
sıra
qanunlarının
hazırlanmasında hüquqşünas kimi yaxından iştirak edən Ə.Pepinov
20 oktyabr 1919-cu ildə parlament tərəfindən qəbul edilən “Nəşrlər
istehsalı haqqında” Qanuna parlamentin katibi kimi Əhməd Cövdət
(Pepinov) qol çəkib (ARDA, f 895, s.3, iş.86, v.l8).
224
Qızğın ictimai fəaliyyətinin və bütün fırqələr tərəfindən qəbul
edilməsinin nəticəsi idi ki, Ə.Pepinov Azərbaycan Müəssislər
Məclisinə seçkilər üzrə komissiyanın iclasında sədr müavini
seçilmişdi
(M.Ə.Rəsulzadə
sədr,
M.Vəkilov
katib,
H.Məmmədbəyov xəzinədar seçilmişlər (“Azərbayean” qəzeti 28
avqust 1919-eu il).
28 may 1919-cu ildə Azərbaycanın müstəqillik əldə etməsinin
birinci ildönümü bayramının keçirilməsi ilə əlaqədar məsələ
müzakirəyə çıxarılarkən parlamentdə “Hümmət” partiyasının
mövqeyini ifadə etmək Ə.Pepinova həvalə olunmuşdu: Çıxışları
daim konkretliyi və məntiqi ilə seçilən Əhməd bəy:
“Hümmət” partiyası bayramda iştirak edəeəkdir, çünki
keçmiş sosialist blok Milli Şurada Azərbaycanın müstəqilliyinin
e’lan olunmasında iştirak etmişdi... Bu günlərdə “Hümməf’ partiyası
Azərbaycanın müstəqilliyinin, demokratiyanın həqiqi müdafiəçisi
möqeyində dayanmaqla bayramda iştirak edəcək və mitinq və
yığıncaqlarda bu müstəqilliyi başqa partiyalardan fərqli olaraq necə
gördüyümüzü izah edəcəkdir. Çarizmin ağır yükündən xilas
olmaqla, Azərbaycanın demokratiyası xarici imperialistlərin daha
dözülməz istismarı altına düşməyəeəkdir. Buna görə də bu
müstəqilliyi biz yalnız xaricdən gələn əksinqilabçılardan deyil, həm
də Avropa imperializminin təzyiqlərindən qorumalıyıq”, demişdir.
Əlbəttə, Ə.Pepinov Sosialist blokunun üzvü kimi parlamentdə
təmsil etdiyi fırqənin mənafeyini nəzərə almaya bilməzdi və təbii ki,
bu mənafe bəzi hallarda milli hökumətin mölıkəmləndiril- məsi
istiqamətində müsavatçıların götürdüyü xətlə kəskin ziddiyət təşkil
edirdi. Ölkə daxilində siyasi plüralizm nümunəsi kimi tam normal və
məqbul sayılan fırqələrarası ixtilaflar bəzən taleyüklü məsələlərin
həllinə ciddi əngəllər törədir, yaxud mənfi təsir göstərirdi.
Azərbaycan Milli Şurasının parlamentin təşkili ilə bağlı
müzakirələrin keçirildiyi 16 noyabr yığıncağında Əhməd bəyin:
“Sosialist bloku həqiqi hökumətin yaradılmasında iştirak etmədiyi
üçün, o, parlamentin təşkili barədə “Müsavaf ’ tərəfindən təklif
edilən formulun səsə qoyulmasında da iştirak etməyəeək”, deməsi
225
əslində dolayısı ilə dövlətin mühüm siyasi addımlarına maneçilik
törətməkdən başqa bir şey deyildi.
Yəqin diqqətli oxucu Əhməd bəy haqqında həm eser, həm
menşevik, həm “Hümməf’çi kimi söhbət açıldığının fərqinə
varmışdır. Həqiqətəndəmi o, siyasi mövqelərinə görə bir-birindən
əsaslı şəkildə fərqlənən bu üç partiyanın üzvü olmuşdurmu?
Artıq yuxarıda isnad edilən etibarlı mənbələrin Əhməd bəyin
siyasi mənsubiyyəti ilə bağlı suallara nə dərəcədə aydınlıq
gətirdiyini oxuculann mühakiməsinə buraxaraq, bu məsələ ilə
əlaqədar əldə etdiyimiz digər məlumatları da çatdırmaq istəyirik.
“İskra” qəzeti 4 oktyabr 1919-cu il tarixli sayında Ə.Pepinovun
mə’ruzəsini dərc edib və xüsusi olaraq bu məruzənin menşeviklər
adından edildiyi bildirilib: “Dinləyiciləri hökumətin təşkili ilə bağlı
vəziyyətlə tanış edən natiq deyir: Bizdə demokratik respublika e’lan
edilib, bu inqilabın qiymətli nailiyyətidir, onun əldə edilməsi üçün
ən dəyərli insanlar və apancı ölkələrin demokratlan mübarizə
apanblar. Bizdə deməli, xalq hakimiyyəti forması qəbul olunub, belə
ki, xalq özü-özünü idarə edir, siz özünüzü idarə edirsiniz, özünüz
qanunları müəyyənləşdirir, hökuməti təşkil edirsiniz (Bütün bunlar
müsavat parlamenti və hökuməti haqqında deyilir)”. Sonra natiq
Gürcüstan menşevik hökumətinin nümunəsindən istifadə etməyə
çağırır: Gürcüstanın təcrübəsi sizin qarşınızdadır, orada xalq
aldanmayacaq,
onlar
öz
xalq
sosialist
təşkilatlarını
möhkəmləndirirlər, öz hökumətlərini təşkil edib və zəhmətkeş
xalqın maraqlarını tə’min edən qanunları həyata keçirirlər.
Əhməd bəyin sosial-demokratların menşevik qanadına
məxsusluğunu Azərbaycan milli hökumətində, daha sonra isə sovet
hakimiyyəti dövründə onunla çiyindaşlıq etmiş Məmməd Həsən
Hacınskinin 29 dekabr 1930-cu ildə Tiflis həbsxanasında verdiyi
ifadə də təsdiq edir: “Pepinov məncə menşevik olmaqda davam edir.
Ona görə bu fikrə gəlirəm ki, o mənimlə söhbət zamanı bir neçə dəfə
Azərbaycan mühacirlərinin həyatından söz saldı, görünürdü ki, bu
yay xəbəri var. O, mənə dedi ki, Bakıda şübhələnirlər ki, Şabanov
DSİ-nin agentidir və bizi izləyir. Mən Şabano\oı əvvəlki kimi qəbul
edirdim. O məni bir dəfə 1920-ci ildə nahara dəvət etmişdi, orada
Türk konsulu ilə görüşdüm, o da
226
Dostları ilə paylaş: |