Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə73/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   69   70   71   72   73   74   75   76   ...   90

cavab  prosesini  bilərəkdən  əslində  bir  qədər  uzaqdan  başlayırlar. 
Ümumən  cəza  orqanlannın  sevimli  üsullarından  sayılan  bu  metod 
guya qəfildən əsil mətləb üstünə gəlinməsi ilə istintaqa cəlb olunmuş 
şəxsi çaşdımıaq və belə vəziyyətdə onun gizli saxladığı məsələləri 
qeyri-ixtiyari  bildirməsinə  gətirib  çıxara  bilərdi.  Yaxud  belə 
məqamlarda  diqqəti  yayınan  müttəhim  ağzından  artıq  söz  qaçıra, 
istintaqa manevr imkanları verərdi. Əhməd bəylə əlaqədar bunun nə 
dərəcə alındığını 8 mart 1938-ci il tarixli dindirmə protokolu daha 
aydın  göstərir;  “Sual;  1930-cu  ildən  sonra  hansı  əksinqilabi  iş 
aparansınız? 
Cavab;  1930-cu  ildən  sonra  heç  bir  əksinqilabi  iş 
aparmamışam.  1930-cu  ildən  1933-cü  ilin  iyuluna  qədər  Bakıda 
XDİK  həbsxanasında  saxlanılmışam.  Həmin  vaxtdan  1936-cı  ilin 
mayına qədər Ulyanovskda sürgündə olmuşam. Ulyanovskdan sonra 
Bakıya bacım və qardaşımla görüşməyə gəlmişəm. 
Sual; Ulyanovskda olarkən neçə dəfə Bakıya gəlmişdiniz? 
Cavab; Mən Ulyanovskdan heç vaxt kənara çıxmamışam. 
Sual; Tanışlarınızdan kim Ulyanovskda cəza çəkirdi? 
Cavab; Heç kim. 
Sual;  Siz  Ulyanovskdan  Bakıya  qohumlarınızla  görüşməyə 
deyil,  əksinqilabi  təşkilatla  əlaqə  üçün  gəldiyinizi  e’tiraf 
edirsinizmi? 
Cavab;  Xeyr.  Mən  ancaq  qohumlarımla  görüşmək  üçün 
gəlmişəm. 
Sual;  Bakıda  1936-cı  ildə  keçmiş  əksinqilabi  təşkilatın 
üzvlərindən siz kimlərlə görüşdünüz? 
Cavab; Bakıda 1936-cı ildə əksinqilabi təşkilatın üzvlərindən 
mən  doktor  Ordubadski,  Rzaqulu  Nəcəfov  və  Cəfər  Rüstəm- 
bəyovla görüşdüm. 
Sual; Siz həmin şəxslərlə hansı əksinqilabi mövzularda söhbət 
etdiniz? 
Cavab; Heç bir siyasi mövzuda söhət etmədik. 
Sual;  Bakıda  1936-cı  ildə  müsavatçılardan,  yaxud  gizli 
əksinqilabi millətçilərdən kimlərlə görüşdünüz? 
Cavab;  Müsavatçılardan  Nəriman  Nərimanbəyli  ilə 
görüşdüm. 
233 


Sual;  1936-cı  ildə  Siz  əksinqilabi  millətçi  Bəhlul  Əfəndi  ilə 
görüşdünüzmü? 
Cavab:  Bəli,  həqiqətən  də,  mən  bir  dəfə  Bəhlul  Əfəndinin 
də’vəti ilə onun qonağı oldum. 
Sual; Siz Bəhlul Əfəndinin qonağı olarkən onun evində daha 
kimlər var idi? 
Cavab: Mən kürəkənim Mirzəbəyovla oraya gedərkən Bəhlul 
Əfəndinin evində Hüseyn Cavid, Əmin Abid, Səid və tanımadığım 
bir nəfər var idi. Orada təqribən 3-4 saat qaldıq. Mən orada olarkən 
heç bir əksinqilabi mövzuda söhbət getmədi. 
Sual:  Sizə  İttihadçı  təşkilatın  üzvü  Pənah  Qasımovun 
ifadəsindən bir parça oxunur: “Əksinqilabi ittihadçı təşkilata keçmiş 
menşevik  Əhməd  Pepinov  daxil  idi.  Mən  onu  təşkilat  üzvü  kimi 
M.Quliyevin sözlərindən tanıyırdım.” İndi nə deyirsiniz? 
Cavab: İnkar edirəm. 
Sual:  Sizin  İttihad  təşkilatının  üzvü  olduğunuzu  Abbas 
Sultanov da təsdiq edir. 
Cavab:  Yalandır,  mən  İttihadçı  təşkilatın  üzvü  olmamışam. 
1920-ci  ilə  qədər  menşevik  olmuşam,  1930-cu  ildə  isə  əksinqilabi 
millətçi təşkilata daxil olmuşam. 
Sual:  Sizə  pantürkçü  Çobanzadənin  ifadəsi  oxunur: 
“Pepinovun  sözlərindən  bilirəm  ki,  əksinqilabi  blok  müsavat  və 
ittihad  təşkilatları  ilə  müntəzəm  əlaqə  saxlayırdı”.  İndi  nə 
deyirsiniz? 
Cavab: Bu da yalandır. 
Sual:  Sizə  daha  bir  pantürkçünün,  Qubaydulinin  ifadəsi 
oxunur. 
Cavab:  Qubaydulini  tanıyıram,  ancaq  onunla  belə  söhbətlər 
aparmamışam”. 
Tamamilə eyni suallar Ə.Pepinova 7, 9 və 13 dekabr 1937- ci 
il  dindirmələrində  də  verilmiş  və  eyni  cavablar  alınmışdı.  İndi 
üstündən 4 ay keçdikdən sonra bu sorğu-suallara ehtiyac vardımı? 
Rejimin  törətdiyi  cinayətlərdən  az-çox  xəbəri  olanlar  üçün  burada 
izah ediləsi heç bir şey yoxdur. Əgər kimisə təkrar-təkrar və az qala 
eyni ssenari ilə dindirirdilərsə, deməli bu lazım idi. Ən azı o dövrün 
məntiqi belə təkrarlamaları sakitcə qəbul edirdi. Digər 
234 


tərəfdən, sözsüz ki, enkevede işçiləri sonra bu mətnləri tutuşdurur, 
onun  ifadələrində  hansısa  uyğunsuzluq,  yaxud  kimlərəsə  qarşı 
yönəldilməsi  mümkün  məqamlar  axtarırdılar.  Belə  məqamları 
erməni  müstəntiqlər  xüsusi  canfəşanlıqla  hələ  cəza  orqanlarının 
nəzarət  dairəsinə  düşməmiş,  yaxud  adı  kifayət  qədər  hallandırıl- 
mamış Azərbaycan ziyalılarına qarşı ittiham kimi istifadə edir, qara 
siyahıların yeni səhifələrini tərtib edirdilər. 
Ancaq 9 dekabr 1937-ci ildə Əhməd bəy artıq məlum faktlara 
öz  münasibətini  təkrar  bildirməklə  yanaşı,  Azərbaycan  tarixinin 
nisbətən  az  öyrənilmiş  sovetləşmə  dövrü  ərəfəsi  və  sovetləşmənin 
ilk mərhələsi ilə bağlı çox maraqlı məqamlara toxunurdu: “1920- ci 
il  aprelin  ortalarında  mən  Azərbaycan  parlamentinin  sosialist 
fırqəsinin  tapşırığı  ilə  sovet  hakimiyyətinin  nümayəndələri,  o 
cümlədən  yol.  Orconikidze  ilə  ittifaq  yaradılması  və  Aərbaycanda 
sosialistlərdən ibarət hökumət yaradılması üçün danışıqlar aparmaq 
üçün Şimali Qafqaza getdim. Şimali Qafqazdan Azərbaycanda sovet 
hakimiyyəti qurulduqdan sonra, qınnızı ordu ilə birlikdə qayıtdım. 
Bundan  sonra  müsavatçılar  mənim  Orconikidze  və  Kirovla 
danışıqlarımın  qırmızı  ordunun  hücumu  üçün  səbəblərdən  biri 
olduğunu hesab edərək, mənə şübhə ilə yanaşmağa başladılar. Çünki 
mən  qayıdan  kimi  Əmək  komissarlığının  kollegiya  üzvü  kimi 
məs’ul  vəzifəyə  tə’yin  edilmişdim.  Müsavatçılar  arasında  mən 
tez-tez  keçmiş  müsavatçı  yoldaşları  ilə  əlaqəni  tamam  kəsmiş 
Nərimanbəylinin  evində  olurdum.  İttihadçılar  ümumiyyətlə, 
müxtəlif  təmayüllü  insanlardan  ibarət  idilər  və  ziyalılara  heç  bir 
tə’sir  göstərmək  imkanına  malik  deyildilər.  İttihadçılann  rəhbəri 
Qarabəyov 1921-ci ildə Moskvaya sürgün edildi və onların heç bir 
qrupu  fəaliyyət  göstərmirdi.  Millətçi  təmayülçülər,  onlann 
platforması  barəsində  mənə  partiya  daxilində  Nərimanovçularm 
mübarizəsi  barədə  dərc  edilənlərdən  və  Tağı  Şahbazi,  Yusif 
Məlikov,  Bağı  Cəfərov  və  Qədirlinin  dediklərindən  mə  Tum  idi. 
Mən  onlann  partiyadaxili  mübarizəsinə,  Azərbaycanın  həqiq 
mənafelərinin  müdafiəçisi  olduqları  üçün  hallarına  acıyırdım. 
Özbəkistanda,  Tatarıstanda  və  Krımda  antisovet  partiyaların 
fəaliyyəti barədə mən ancaq dərc edilən materiallar əsasında bilirəm. 
Krımda antisovet millətçi təşkilatın 
235 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə