Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə72/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   68   69   70   71   72   73   74   75   ...   90

Cavab:  1930-cu  ilin  dekabrından  1933-cü  ilə  qədər  həbs 
edilib,  Bakı  həbsxanasında  saxlanıldıqdan  sonra  mən  Ulyanovsk 
şəhərinə sürgün edildim və 1936-cı ilin mayına qədər orada qaldım. 
1936-cı ilin mayında Moskvada Qazaxıstan KP (b) MK- nın katibi 
Mirzoyanla  görüşdüm  və  onunla  danışıb  Qazaxıstanda  işləməyə 
getdim.  Mən  onun  təklifi  ilə  Bakıdan  tanış  olduğum  Qazaxıstan 
XKS-in  sədr  müavini  Teymur  Əliyevə  müraciət  etdim.  Teymur 
Əliyev məni iqtisadçı kimi işə düzəltdi. Elə həmin ilin may ayında 
Mirzoyan  tərəfindən  də’vət  edilən  azərbaycanlıların  işdən  azad 
edilməsinə  görə,  Ulyanovska  qayıtmağa  məcbur  oldum. 
Azərbaycandan  6  il  əvvəl  ayrıldığım  üçün  və  1930-cu  ildə 
təşkilatımız  DSİ  tərəfindən  dağıldığı  üçün  heç  bir  əksinqilabi  iş 
aparmırdım.” 
Onun xaricdə Azərbaycan  mühacirəti ilə əlaqələri  olduğunu 
orqanların  heç  bir  şübhəsi  yox  idi.  Çünki  Ə.Pepino\am  Bakıda 
yerləşən Türkiyə və İran səfirlikləri ilə münasibətləri barədə hələ 2 
fevral  1931-ci  ildə  M.Hacınskinin  verdiyi  ifadə  bunu  təsdiqləyirdi 
və əllərinin altında saxladıqları həmin faktları istənilən vaxt sübut 
kimi  işə  əlavə  edə  bilərdilər:  “Pepinovun  İran  konsulu  ilə  şəxsi 
tanışlığı barədə mənə Əbdül Baqi demişdi. 1924- cü ildə Pepinov və 
onun dayısı Ömər Faiq Türkiyə konsulunun yanında olurdular. Bu 
qrupun  Pepinov  vasitəsilə  İstanbulla  əlaqəsi  vardı.  Mənimlə 
Vəzirovun  əlaqələri  barədə  söhbət  olmuşdu.  1928-  ci  ildə  Cəmil 
Vəzirov dedi ki. Əhməd bəy Ağayevə məktub yazmaq istəyir. Mən 
dedim,  ona  Azərbaycanda  milli  istismar  barəsinde  yazmaq 
lazımdır.” 
26  yanvar  və  8  mart  1938-ci  il  tarixlərdə  aparılan 
dindirilmələrdə  isə  onun  həyatının  sürgündən  sonrakı  qısa  bir 
dövrünün  az  qala  ən  kiçik  detallarına  qədər  araşdırılması 
baxımından  maraq  doğurur.  Bu  dindirmənin  başqa  bir  cəhəti  isə 
XDİK əməkdaşlarının istədiyi ifadələri almaq üçün bütün vasitələrlə 
müttəhimlərə  təzyiq  göstərdiyini,  onlan  daim  gərgin  psixoloji 
vəziyyətdə  saxlamağa  çalışmaları  ilə  bağlıdır.  Əhməd  bəy  kimi 
hərtərəfli  hazırlıqlı  şəxsləri  bu  cür  vasitələrlə  “yumşaltmaq” 
mümkün  olmayanda,  hədə-qorxular  və  kütləvi  cəza  orqanlarının 
mahiyyətinə tamamilə uyğun formalar işə salınırdı: 
230 


“1936-cı  ilde  mən  uzun  müddətdən  bəri  qızım  və 
qohumlarımla  görüşmədiyim  üçün  həmin  ilin  may  ayında  Bakıya 
gəldim.  Mən  bacım  Nəzirə  Pepinovanın-Mirzəbəyovanm  evində 
qaldım. Gələndə təsadüfən ayağım əzildi və 10 gün yataqda yatdım. 
Mən  xəstə  yatanda  və  sonra  yanıma  keçmiş  tanışım  Rzaqulu 
Nəcəfov  gəldi.  O,  mənə  1932-ci  ildən  Şamaxı  həbsxanasından 
tanıdığım Bəhlul Əfəndinin  ədəbiyyatla məşğul  olduğu və hansısa 
məşhur Qarabağ aşığı barədə kitab yazdığı barədə mə’lumat verdi və 
onun  məni  qonaq  çağırdığım  bildirdi.  Axşam  Bəhlul  Əfəndinin 
evinə  getdik.  Hüseyn  Cavid,  Əmin  Abid,  Ordubadi  və  bir  nəfər 
orada idi. O, yenicə çapdan çıxmış kitabını bizə göstərdi və özünün 
Salman  Mümtazla  ədəbi  mübahisələri  barədə  danışdı.  S.Mümtaz 
qədim  Azərbaycanın  klassik  və  xalq  ədəbiyyatının  bilicisi  heSab 
edilir. Sdnra mən xəstə yatanda yanıma F.Ordubadski gəldi və mən 
ona  Ulyanovskdakı  həyatım  və  oradan  ’  Qazaxıstana  getdiyim 
barədə danışdım. O, dedi  ki,  o da Azərbaycanda  yaşamaq istəmir, 
Moskvaya  getmək  fikrindədir.  O  dedi  ki,  qohumları  Kalininə 
məktub  yazdıqları üçün  onu azad ediblər. Sonra  isə mənə dedi  ki. 
Alma-ataya  qayıdan  kimi  ona  mə’lumat  verim,  orada  mənzil  və 
yaxşı iş tapmaq mümkündürmü? Yaxınlarımdan başqa xəstə olarkən 
yanıma  Hüseyn  Cavid,  Abdulla  Şaiq,  keçmiş  eser  və  sosialist 
fraksiyasının üzvü Aslan Səfıkürdski gəliblər. Şairlər öz yeni əsərləri 
haqqında  danışdılar.  H.Cavid  özünün  yenicə  çapdan  çıxmış  dram 
əsərini göstərdi və Ruhulla Axundovun tərtib etdiyi yeni orfoqrafıya 
haqqında  tənqidi  qeydlərini  söylədi.  A.Şaiq  özünün  Puşkindən  və 
“İskəndərnamə”dən  etdiyi  yeni  tərcümələri  barədə  danışdı. 
Səfıkürdski  şikayətləndi  ki,  onda  aktiv  vərəm  və  şəkər  xəstəliyi 
başlayıb və ona tə’cili güclü müalicə lazımdır. Onu işdən çıxınblar, 
buna  görə  də  müalicə  aparmaq  imkanı  yoxdur  və  MK  katibinə 
məktubla müraciət edib və indi cavab gözləyir. Mənim ikinci bacım 
və  qardaşım  Gəncədə  yaşadıqları  üçün  qızımla  iyunun  əvvəlində 
oraya  getdim.  On  gün  onlarda  qonaq  qalıb  qayıtdım.  Gəncədən 
qayıtdıqdan  bir  neçə  gün  sonra  yığışıb  Alma-ataya  getdim.  Oraya 
çatan  kimi  Teymur  Əliyevin  yanma  getdim.  T.Əliyev  mənə 
təsərrüfat orqanlannda işləməyi təklif etdi, ancaq 
231 


mən  xahiş  etdim  ki,  əgər  mümkündürsə,  maarif  komissarlığında 
iqtisdaçı işi versinlər. O, söz verdi ki, danışıb öyrənər, onlarda belə 
işçiyə  ehtiyac  vamıı  və  mənə  dedi  ki,  komissar  yol.Jurqe-  novun 
yanına gedim. O, məni qəbul edib, sənədlərimə baxdı və mənə tikinti 
şö’bəsində iqtisadçı-planlaşdıncı vəzifəsini təklif etdi. Mən bu işlə 
tanış  olduğumu  bildirdim  və  o,  məni  işin  xüsusiyyətləri  barədə 
söhbət  etmək üçün  y.Qarinin  yanma  göndərdi.  Bundan sonra mən 
işə başladım. İş həddindən artıq çox olduğu üçün mən gün ərzində 
11-12 saat işləməli, əksər hallarda bazar günləri də olurdum. Ayda 
650  rubl  alır,  onun  100  rublunu  qızımın  tərbiyəsi  ilə  məşğul 
olunması  üçün  Bakıya  göndərirdim.  Mən  Alma-atada  T.Əliyevin 
kabinetində  Azərbayeandan  Qazaxıstanda  XDİK  orqanlarında 
işləyən  Üzeyir  Şabanbəyovu,  Bəylər  Ahnəzərovu  gördüm. 
Çimkənddə  olan  Novruz  Rzayevlə,  Mustafa  Quliyevi  bir  dəfə 
Sovetlər  evinin  yeməkxanasında  gördüm.  Yoldaşım  Torpaq 
komissarlığında  işləyən  Rza  Şabanovla  tez-tez  görüşür,  boş 
vaxtlarımızda Qazax teatnna gedir, rus dilində Qazax ədəbiyyatını 
oxuyur,  bu  dillə  məşğul  olurduq.  Qazax  dili  xüsusi  öyrənmə 
olmadan bizim üçün anlaşılmazdır. Mən Qazaxıstanda 9 aya yaxın 
işlədim. Yol. Stalinin MK-nın fevral- mart plenumundakı çıxışından 
sonra Azərbaycandan və Uraldan gələn partiya işçiləri, o cümlədən 
T.Əliyev,  Alma-ata şəhər sovetinin sədri  Sarumov, vilayət  partiya 
komitəsinin katibi Kiselyov, Çimkənd şəhər sovetinin keçmiş sədri 
M.Quliyev  çıxıb  getdilər.  Mən  fikirləşdim  ki,  bu  kompaniyada 
Azərbaycandan  gəlmiş  şəxs  kimi  məni  də  işdən  çıxara  bilərlər  və 
buna görə də işdən azad edilmək üçün müraciət etdim. Mən yenidən 
işçi  kimi  tanındığım  və  mənzil  problemini  nisbətən  asan  həll 
etməyin  mümkün  olduğu  Ulyanovsk  şəhərinə  getməyə 
məcburiyyətində  qaldım.  Orda  mənə  köhnə  işimi,  qeydiyyat  üzrə 
iqtisadçı  işini  təklif  etdilər.  Orada  bir  neçə  ay  işlədikdən  sonra  iş 
yerimdə  7  sentyabr  1937-ci  ildə  həbs  edildim  və  Bakıya 
göndərildim. 26 yanvar 1938-ci il”. 
Bu  təfsilatla  da  kifayətlənməyən  XDİK  müstəntiqləri  ay 
yarım keçməmiş başqa formada eyni mətləbləri araşdırmağa, onun 
gizlədə biləcəyi məqamlan aşkarlamağa cəhd göstərirlər və sual- 
232 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə