Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə71/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   67   68   69   70   71   72   73   74   ...   90

dedi  ki,  sosialist-menşevikdir.  Söhbət  Türkiyədəki  vəziyyət 
ətrafında oldu, ona bolşevik köməyi və əlbəttə, sovet hökumətinin 
bəzi fəaliyyətinin tənqidi... 
18  mart  1956-cı  ildə  Partiya  arxivindən  verilmiş  arayışda 
göstərilirdi  ki:  “Ə.Pepinovun  “Hümmət”  qanadına  məxsusluğu 
barədə sənədlər yoxdur.” 
Ancaq parlament iclasları ilə əlaqədar arxiv sənədləri və qəzet 
materialları  göstərir  ki.  Əhməd  bəy  parlamentdə  “sosialist”  və 
“Hümmət” fırqələrinin üzvü kimi təmsil olunmuşdur. 
“Bednota” qəzetinin 1919-cu il 8 oktyabr tarixli 15-ci sayında 
dərc edilmiş “Qazax qəzasında kəndli qurultayı haqqında həqiqət” 
məqaləsində  deyilir  ki,  27  sentyabrda  qurultayın  3-cü  iclasında 
parlament  üzvləri  Ağamahoğlu  və  Ə.Pepinov  iştirak  ediblər  və 
Ə.Pepinov  parlamentin  işi  barədə  mə’ruzə  ilə  çıxış  edib.  Bu 
məlumatdan da aydın olur ki. Əhməd bəy “Hümməf’lə sıx bağlı bir 
şəxs idi və onun kəndli qumltaymda Ağamahoğlu ilə birlikdə iştirak 
və çıxış etməsi təsadüfi deyildi. 
XDİK  4-cü  şö’bə  2-ci  bölməsinin  əməliyyat  müvəkkili 
M.Məmmədov  1938-ci  il  mart  ayının  16-da  Ə.Pepinovun 
əksinqilabi  təşkilatın  SSRİ  əleyhinə  silahlı  üsyana  hazırlaşdığı, 
qarşısına  terror,  ziyankarhq  və  casusluqla  bağlı  vəzifələr  qoyduğu 
barədə informasiyaya malik olduğu halda eyni  mövqədə dayandğı 
üçün CM-in 64, 68, 69, 70-ci maddələri ilə əlavə məs’uliyyətə cəlb 
edilməsi haqqında qərar çıxarır. Bu qərarı 4-cü şö’bənin rəisi kapitan 
Razkazçikov təsdiq edir. 
Və  iş  qovluğunun  arasına  növbəti  2659  saylı  Həbs  anketi 
əlavə edilir; “Ə.Pepinov 1893-cü ildə Tiflis quberniyasında anadan 
olub,  iqtisadçı,  1930-cu  ildə  Az.SSR  CM-in  64-cü  maddəsi  ilə 
ittiham  edilib,  həbs  altında  saxlanılıb,  boşanıb,  qızı  Sevda  11 
yaşında.”  Bu  iki  sətirlik  qeydin  arasında  onun  ailəsindən 
boşandığının  göstərilməsi  də unudulmayıb.  Sanki bununla Əhməd 
bəy haqqındakı qara boyaları bir qədər də tündləşdirmək istəyirdilər. 
Hələ bu harasıdır. Xalq düşməni Ə.Pepinova aman vermək olmazdı 
çünki,  İbrahim Tağıyevin (Gəncə RK KP-nin  katibi) ifadəsinə  (17 
avqust  1937-ci  il)  görə,  guya  Ə.Pepinovun  qardaşı  Azərbaycan 
Kənd Təsərrüfatı institunun müəllimi 
227 


Məmməd Pepinov  da əksinqilabi iş  aparıb.  Deməli onlar  ailəlikcə 
sovet  quruluşunun  düşməni  olublar.  Buna  görə  də  nəinki  onun 
özünü  qardaşını  da  istintaqa  cəlb  edirlər.  Belə  də  olur.  Pepinov 
Məmməd Ömər oğlu XDİK tərəfindən 17 noyabr 1937-ci ildə həbs 
edilərək  cinayət  məs’liyyətinə  cəlb  edilir.  Onun  istintaqı  ilə  bağlı 
Yekun qərarda aşağıdakılar göstərilirdi; 
“1894-cü  ildə  Gürcüstanın  Axaltsixi  rayonunda  Biləcəri 
kəndində anadan olmuş, ali təhsilli, bitərəf, Gəncə KTİ-nin müəllimi 
əksinqilabi millətçi təşkilatın üzvü kimi Azərbaycanı silahlı üsyan 
yolu  ilə  SSRİ-dən  ayırmağı  qarşısına  məqsəd  qoymuş  Pepinov 
Məmməd  Ömər  oğlu  əksinqilabi  təşkilata  İbrahim  Tağıyev 
tərəfindən 1936-cı ildə cəlb edilib və Azərbaycan Kənd Təsərrüfatı 
institunun  müəllimləri  arasında  əksinqilabi  iş  aparıb.  20  noyabr 
1937-ci  ildə  günahını  boynuna  alıb.  O,  1938-ci  il  19  apreldə 
Zaqafqaziya  Hərbi  Dairəsi  Hərbi  tribunalının  hökmü  ilə 
güllələnməyə  məhkum  edilmiş,  1938-ci  ilin  17  mayında  ərizəsinə 
əsasən  cəzası  10  illik  həbslə  əvəz  edilmişdir.  1940-cı  ildə  SSRİ 
Prokurorluğunun protestinə əsasən M.Pepinovun haqqında 19 aprel 
1938-ci  il  hökmü  ləğv  edilir  və  iş  yenidən  baxılması  üçün  ibtidai 
istintaqa  qaytarılır.  Ancaq  onun  Tağıyev,  Muxtar  Əliyev  və 
Əsgərbəyli ilə üzləşdirilmə tələbinə məhəl qoyulmur və Pepinov 8 il 
müddətinə  azadlıqdan  məhrum  edilərək,  1946-cı  ilə  qədər 
həbsxanada  yatır.  Pepinovun  1951-ci  ildə  Qazaxıstan  DTN 
tərəfindən  yenidən  həbs  edilir  və  Novosibirsk  vilayətinə  DTN 
orqanlarının nəzarəti altında yaşamağa göndərilir”. 
Əhməd  bəyin  dindirilməsində  başlıca  diqqət  yetirilən 
məsələlərdən  biri  onun  və  təmsil  etdiyi  təşkilatın  mühacirətdə 
yaşayan keçmiş hökumət üzvləri vasitəsilə xarici dövlətlərlə hansı 
əlaqələr  saxlanılmasına  yönəldilmişdi.  Bu  baxımdan  19  yanvar 
1938-ci  il  dindinnəsi  istisna  deyildi:  “Sual:  Mühacirətdən  hansı 
maddi köməklik alınırdı və o, necə bölüşdürülürdü? 
Cavab:  M.Hacınskinin  sözlərinə  görə,  Topçubaşov 
Azərbaycan  əksinqilabi  millətçi  təşkilatına  maddi  köməklik 
göstərirdi.  Bir  dəfə  1930-cu  ildə,  payızda  mən  Ordubadskinin 
yanında olarkən o dedi ki, Hacınski ona təşkilatın ehtiyacları üçün 
40.000 rubl pul göndərib. Bu vəsaitin necə alındığı barədə o, heç 
228 


nə  demədi,  ancaq  onu  bildirdi  ki,  həmin  vəsait  təşkilat  üzvlərinin 
rayonlara getmələrinə yol xərci kimi onlar arasında paylanmaq üçün 
nəzərdə  tutulub.  Mənə  mə’lum  idi  ki,  bu  məqsədlə  Mollayevə, 
Mirzəyevə, Bəylərbəyova hərəsinə 5000 rubl verilib. 
Sual: Sizə şəxsən bu puldan nə qədər çatmışdı? 
Cavab:  Mən  şəxsən  Ordubadskidən  pul  almamışdım,  çünki 
uzun müddət olduğum üçün yerlərə gedib, əksinqilabi iş apanuağa 
imkanım olmamışdı. 
Sual:  Xarici  kəşfiyyat  orqanlarından  hansının  təşkilatla 
əlaqəsi vardı? 
Cavab:  Xarici  ölkə  kəşfiyyatları  ilə  əlaqəni  şəxsən 
M.Hacmski  Parisdə  mühacirətdə  olan  Topçubaşov  vasitəsilə 
saxlayırdı.  1930-cu  ildə  Tiflisə  xidməti  işlə  bağlı  gedərkən  mən 
ondan  eşitdim  ki,  bizim  işə  maddi  köməklik  Topçubaşovla  razılıq 
əldə edilmiş Fransız hökuməti tərəfindən göstəriləcəkdir. 
Sual:  Kəşfiyyat  orqanlarına  hansı  casusluq  məTumatlan  və 
kimin vasitəsilə verilirdi? 
Cavab:  Hacınskinin  mənə  verdiyi  məTumata  görə,  Fransa 
dövlətindən  alınmış  maddi  yardımın  müqabilində  əksinqilabi 
təşkilat tərəfindən ölkənin müdafiə qabiliyyəti, yük daşımaları, neft 
sənayesinin  vəziyyəti  barədə  kəşfiyyat  informasiyaları  əldə 
edilmə—li  idi.  Müdafiə  qabiliyyəti  haqqında  məTumatlar 
Azərbaycanın  diviziya  komandiri  Ş.Naxçıvanski,  dəmiryol  üzrə 
Mirzəyev,  neft  sənayesi  üzrə  F.Rüstəmbəyov  və  Azneftdə  işləyən 
digər  mühəndislər  tərəfindən  əldə  olunurdu.  Bu  mühəndislərin 
kimliyi barəsində o, heç nə demirdi. Həmin materialların Hacınskiyə 
çatdırılıb-çatdırılmadığı barədə o, heç nə deməmişdi. 
Sual:  Ş.Naxçıvanski  komanda  bey’ətindən  kimi  əksinqilabi 
təşkilata cəlb edə bilmişdi? 
Cavab: Men həbsxanada olarkən öyrəndim ki, Ş.Naxçıvanski 
təşkilata  keçmiş  çar  ordusunun  polkovniki  Novruzovu,  keçmiş 
ordunun zabiti Vəkilov və Mirzəyevi cəlb edə bilib. 
Sual:  Sizin  1930-cu  ilə  qədərki  əksinqilabi  təşkilatlardakı 
fəaliyyətiniz barədə istintaq sonra aparılacaq. İndi isə 1930-cu ildə 
həbs olunduqdan sonrakı fəaliyyətiniz barədə danışın. 
229 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə