Sual: Bu şəxslər əksinqilabi millətçi təşkilatın üzvü kimi Sizə
haradan məlumdur?
Cavab: Məmməd Həsən Hacmski, Firuz Ordubadski, mən,
Xudadat bəy Məlikaslanov, Rza Şabanov mənə əksinqilabi millətçi
təşkilatın üzvü kimi şəxsən tanışdırlar. Məhəmməd Xəlilov, Çingiz
İldırımın bu təşkilatın üzvü olduqlarını M.Hacınskinin, qalanları isə
Ordubadskinin sözlərindən bilirəm.
Sual: Əksinqilabi millətçi təşkilatın rəhbər bey’ətinin
tərkibinə kimlər daxil idi?
Cavab: Məmməd Həsən Hacmski, mən, Xudadat bəy
Məlikaslanov, Şamo Naxçıvanski və Çingiz İldınm.
Sual: Gürcüstandakı və Ermənistandakı təşkilatlar barədə
Sizə nə mə’lumdur?
Cavab: Bu təşkilatların tərkibi barədə mənə heç nə mə’lum
deyil.
Sual: Azərbaycanın hansı rayonlarında təşkilatın ilk
təşkilatlan yaradılmışdı?
Cavab: Bakıda, Gəncədə və Nuxada.
Sual: Əksinqilabi millətçi təşkilat mühacir dairələrlə kimin
şəxsində əlaqə saxlayırdı?
Cavab: Təşkilat Parisdə Topçubaşovla əlaqə saxalyırdı, o isə
İstanbulda M.Ə.Rəsulzadə ilə. Topçubaşov ilk dəfə 1928, yaxud
29-cu illərdə mühacirətdən qayıdan Yaqub Vəzirov vasitəsilə
M.Hacmski ilə əlaqə yaratmışdı. Sonra Topçubaşovla əlaqə
İstanbulda ticarət nümayəndəliyində işləyən M.Xəlilov vasitəsilə
yaradıldı. Azərbaycanda əksinqilabi işin genişləndirilməsi barədə
göstərişlər əvvəl Vəzirov, sonra Xəlilov vasitəsilə əldə edilirdi.”
Və ona qarşı irəli sürülən ittihamı təsdiq edəcək dəlil-sübutlar
artıq hazır idi.
Vaxtilə “Azərbaycan Milli Mərkəzinin işi” (PS-7525) və
“Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun
ittihamnaməsi” (PF-56 saylı) işlərində bir qrup millətçi şəxslərlə
bərabər ağır cəzaya layiq görülmüş Ə.Pepinov sözsüz ki, bu dəfə
güllələnmədən başqa bir hökm gözləyə bilməzdi və bu hökmün
1932-ci ildəki kimi dəyişdiriləcəyinə heç bir ümid yox idi.
218
Birinci dəfə həbs olunarkən “Təhsil komissarlığının kollegiya
üzvü kimi sovet hakimiyyətinə düşmən olan Pepinov Əhməd Ömər
oğluna qarşı” 6 maddədən ibarət ittiham sürülmüşdür:
a.
qarşısına sovet hakimiyyətini devirmək və milli-müstəqil
Azərbaycan qurulması məqsədi qoymuş AMM-in əksinqilabi
mərkəzi komitəsinin üzvü olmaqda;
b.
AMM-in
əsas
rəhbərlərindən
biri
kimi
Təhsil
komissarlığında tutduğu vəzifədən sui-istifadə etməklə ideoloji
cəbhədə praktiki ziyankarhq törətməkdə;
V. əksinqilabi mühacir mərkəzlə birbaşa əlaqədə və onlardan
gizli ədəbiyyat almaqda;
q. ədəbiyyat, incəsənət, həmçinin təhsil müəssisələrində
gənclər arasında millətçi ovqatın yeridilməsində;
d.
öz nüfuzu və yüksək vəzifəsi ilə təşkilatın tədbirlərinin
həyata keçirilməsində keçmişdə ilhamlandmcı olmuşdur;
e.
təşkilatın digər üzvləri ilə birlikdə üsyanın hazırhnmasında
iştirak etmişdir.
Günahını “boynuna almadığına baxmayaraq, digər ifadələrə
əsasən bütün ittihamlarda günahkar olduğu ifşa edilmiş” AR CM- in
64, 65, 66-eı maddələri ilə mühakimə edilmişdir
Yeri gəhnişkən, xatırladaq ki, 1930-cu ildə Az. XDİK yanında
Dövlət Siyasi İdarəsinin həbs etdiyi Ə.Pepinov barəsində 30
sentyabr 1931-ci ildə Azərbaycan.SSR DSİ kollegiyasının
məhkəməsi tərəfindən Milli Mərkəzin üzvü kimi Azərbaycan SSR
DSİ kollegiyasının məhkəməsi tərəfindən güllələnmə qərarı
çıxarılmışdır. Aneaq təqribən 4 ay sonra Zaqafqaziya DSİ
kollegiyası yanında məhkəmə “Azərbaycan Milli Mərkəzin işi”nə
yenidən baxmış, onun eəzasını 10 il işlə əvəz etmişdir.
Adı Azərbayean Xalq Cümhuriyyətinin ən yüksək məqam
sahibləri ilə bir sırada çəkilən Ə.Pepinovun sovet cəza sistemində
ciddi-cəhdlə əksinqilabçı-millətçi olmasını sübuta yetirməklə ondan
intiqam aldıqlarını düşünənlər özləri də duymadan onu gələcək
nəsillərin gözündə daha da yüksəldirdilər. Belə şərəfə layiq
görülməyin isə arxasında mütləq milli mənafe yolunda göstərilən
xidmətlər dayana bilərdi. Biz Əhməd bəyin bu
219
.M -■
f:.
•
i' "■'
)i<^ i>
r--
xidmətləri ilə bağlı nə bilirik? Əlbəttə, indiyədək onun barəsində
Azərbaycan mətbuatında az söhbət açılmayıb və sonra
yazacaqlarımıza da körpünü məhz belə mətbu çıxışlardan biri ilə
salacağıq. Ancaq bir həqiqət də var ki, başqa dövlət xadimlərimiz
kimi onunla əlaqədar da hələ çox tədqiqatlar aparılmalı, çox
məqalələr yazılmalıdır.
“Günay” qəzetinin 26 fevral 2000-ci il 8-ci sayında
Ə.Pepinovun qızı Sevda xanımla
“Ziyalılar və zaman” adlı müsahibə
dərc olunub. Həmin müsahibədə
Sevda xanım atası ilə bağlı
aşağıdakılara deyir: “Mənim atam
milliyətcə məshəti türküdür.
Baxmayaraq ki, o, Axaltsixi
rayonunda anadan olub, ancaq onun
uşaqlığı Şamaxıda və Tiflisdə
məşhur dayısı Ömər Faiq
Nemanzadənin himayəsi altında
keçib. Əhməd bəy Tbilisidə
gimnaziyada oxuyub və oranı qızıl
medalla bitirib. Onun dayısı ilə
yaşadığı binanın birinci
'I
mərtəbəsində mətbəə yerləşib,
*
^
ikinci mərtəbədə isə onlar Cəlil
Məmmədquluzadə ilə qonşu olublar.
M.Cəlil mənim atama ağır xəstə olan böyük Azərbaycan şairi
Sabirə qayğı göstənnəyi tapşırıb. Sabir onun gözü qarşısında, az
qala qollan arasında həyatla vidalaşıb. Gimnaziyanı bitirdikdən
sonra atam oxumaq üçün Moskvaya gedib və orada eyni vaxtda iki
fakültədə ali təhsil alıb - hüquq və iqtisadiyyat. O, poliqlot idi, çoxlu
dil bilirdi. Moskvadaca da o, eser partiyasına daxil olub.
Azərbaycan Xalq Cümhuriyəti elan ediləndə Əhməd bəy, mənim
babam, Zaqafqaziya Seyminin üzvü Həsən bəy Ağayevlə birlikdə
əvvəl Gəncəyə, sonra isə Bakıya gələrək 1918-ci ildə Parlamentin
Rəyəsət Heyətinin katibi, sonra isə əmək və torpaq naziri təyin
edilib. Sovet hakimiyyəti illərində atam müxtəlif vəzifələrdə
M.
■.
i
220
Dostları ilə paylaş: |