Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   39   40   41   42   43   44   45   46   ...   90

Əsgəranda  şiddətli  döyüşlər  gedir.  Bu  barədə  bilməyiniz  və 
göstərişləriniz üçün məlumat verirəm.” 
Yaxud  Kürdəmirdən  Gəneəyə  Ziyadxan  bəyə  vurulan 
teleqram: “Şamaxı  eraıənilər tərəfindən  yandırılıb və ələ  keçirilib, 
xeyli  müsəlman  öldürülüb  və  yaralanıb,  əksəriyyət  qaçqın  düşüb, 
təcili kömək köstərmənizi xahiş edirik.” 
Vəziyyət  isə  həqiqətən  də  ağır  idi.  Əsgəran  istiqamətindən 
hücum etməklə kifayətlənməyən erməni quldur dəstələri. Gülüstan 
kəndi  yaxınlığında  və  ümumiyyətlə  imkan  düşdüyü  hər  yerdə 
Azərbaycan  ərazilərinə  basqınlar  edir,  silahsız  əhaliyə  zülm  verir, 
hətta  hökumət  qüvvələrini  atəşə  tutmaqdan  da  çəkinmirdilər. 
1920-ci il aprelin 11 -də Gəncə qubernatoruna Qaraçinar kəndindən 
raportla  müraciət  edən  Gəncə  qəza  rəisi  Muradov  yazırdı:  “Zati 
Alinizə məlumat verirəm ki, Qaraçinar rayonunda elə bir dəyişiklik 
yoxdur,  ancaq  erməni  qarovulları  əvvəlki  təki  Gülüstan  kəndi 
tərəfindən bizim süvari mühafizə dəstələrimizi atəşə tuturlar. Mənim 
tərəfimdən  30  nəfər  silahlı  atlı  dəstəsi  yaradılıb  ki,  həmin 
ermənilərin yaxın kəndlərə hücumunun qarşısı alınsın.” 
Xudadat  bəy  Rəfibəyov  F.X.Xoyskinin  təşkil  etdiyi 
Azərbaycanın  ikinci  hökumətində  (17  iyun  -  7  dekabr  1918-ci  il) 
xalq səhiyyəsi və himayə naziri olmuş, sənaye və ticarət naziri olan 
A.Aşurovla  bərabər  müəyyən  müddət  eyni  zamanda  ərzaq  naziri 
vəzifəsini  icra  etmişdir.  Hökumətdaxili  dəyişikliklərlə  əlaqədar 
olaraq,  1918-ci  ilin  6  oktyabrından  etibarən  M.Rəfiyev  himayə  və 
dini  işlər  naziri  təyin  olunduğu  üçün  son  iki  ay  yarım,  dekabrın 
sonuna qədər o, yalnız xalq səhiyyəsinə rəhbərlik etmişdir. 
Səhiyyə naziri işlədiyi qısa müddətdə Xudadat bəy bu sahənin 
idaretmə 
strukturunun 
təşkili, 
Bakıda 
ilk 
ekspertiza 
laboratoriyasının  yaranması,  dərmanlar,  tibbi  ləvazimat  və 
avadanlığın  saxlanması  üçün  xüsusi  anbarın  tikilməsi  və  s.  işlərin 
görülməsinə  nail  olmuşdur.  Nazirlikdə  o  vaxt  beş  şöbə  fəaliyyət 
göstərirdi. 
Xudadat  bəy  bu  yüksək  postu  tərk  etdikdən  sonra  vaxt 
itinnədən  Gəncəyə  qayıtmış,  quberniyada  səhiyyə  işinin  təşkili  ilə 
məşğul olmağa başlamışdı. Əslində nazirliyə, qubernatorluğa. 
139 


yaxud  başqa  hər  hansı  vəzifəyə  can  atmayan  bu  sadə  insanın 
nəzərində ən böyük post şəfalı əlləri ilə sevdiyi xalqına təmənnasız 
xidmət  göstərmək  idi.  İndi  yenidən  bu  imkanın  qayıtmasından 
sevinirdi.  Əhali  isə  tamam  başqa  fıkirdəydi,  öz  gələcəyinə  qəti 
təminat yaratmaq istəyən əhali ondan tə’kidlə Gəncənin qubernatoru 
olmasını tələb edirdi. 
İllər  keçdikdən  sonra  ikinci  oğlu  Rəşid  Rəfıbəyov  həmin 
günləri belə xatırlayacaqdı: “Əvvəlki kimi xəstəxananın baş həkimi 
qalmaq,  camaata  tibbi  yardım  gstərmək  niyyətində  idi.  Lakin 
şəhərin,  ətraf  rayon  və  kəndlərin  əhalisi  razı  olmurdu.  Bayram  və 
matəm  günlərində  Gəncənin  müxtəlif  rayonlarının  əhalisi,  başda 
ağsaqqallar  və  din  xadimləri  olmaqla  bizim  Zərdabi  küçəsindəki 
evimizin  yanma  gəlir  və  tələb  edirdilər  ki,  atam  qubernatorluq 
vəzifəsini  tutmağa  razılıq  versin,  şəhərdə  və  kəndlərdə 
hərc-mərcliyə,  ayrı-ayrı  quldur  dəstələrin  törətdiyi  qırğına, 
soyğunçuluğa  və  başqa  yaramazlıqlara,  dini  ədavətə,  qan 
düşmənçiliyinə son qoyulsun”. 
Azərbaycan  isə  doğrudun  da,  ağır  durum  qarşısındaydı. 
Gəncəyə qarnizon rəisi general-mayor Novruzova Baş Qərargahın 
rəisi  M.Sulkeviç  tərəfindən  həmin  dövrdə  göndərilən  5008  saylı 
hərbi xarakterli teleqram da bir daha göstərir ki, həm Qazax, həm də 
Qarabağ  istiqamətində  hərbi  vəziyyət  son  dərəcə  təhlükəli  həddə 
çatmışdı və ermənilərin hər an gözlənilən sərhədboyu hücumlarının 
qarşısının  alınması  üçün  təxirəsalınmaz  tədbirlər  görülməsi  tələb 
olunurdu:  “Gəncə  qarnizonunun  rəisi  general-  mayor  Novruzova 
Gəncə  quberniyası  və  Qazax  general-  qubematorluğunda 
Emıənistanla  sərhəddə  mühafizənin  təşkili  və  təcili  partizan 
dəstələri  yaradılması  üçün  bütün  tədbirlərin  görülməsi  həvalə 
olunmuşdur.  Adminstrasiya  bütün  bunlarda,  xüsusilə  qoşunları 
sərhədin  təhlükə  gözlənilən məntəqələrinə vaxtında çıxarılması  və 
onları  yaxınlıqdakı  partizanlar  vasitəsilə  qüvvətləndirmək  üçün 
sərhəd  rəhbərliyi  tərəfindən  toplanmış  bütün  məlumatların 
çatdırılmasında ona hərtərəfli köməklik göstərməlidir. Hərbi nazirin 
bu barədəki  əmrinə görə məlumat çatdırır və göstəriş  verirəm.  Bu 
teleqramın surətini məlumat və 
140 


göstəriş  üçün  Gəncə  qubernatoruna  və  Qazax  general- 
qubernatoruna göndərin”. 
Xudadat  bəy  Gəneə  qubernatoru  olduğu  müddətdə 
Ermənistandan  və  Zəngəzurdan  axışıb  gəlmiş  20  min  qaçqını 
yerləşdirmiş,  Gəneə  camaatını,  imkanlı  adamları  onlara  kömək 
göstərmək  üçün  səfərbər  etmişdi.  Çətin  vəziyyətdə  əhalinin 
müdafiəsinin  təşkilini  ən  mühüm  vəzifə  hesab  edərək  qubernator 
kimi bu sahədə başqa bölgələrə də nümunə olaeaq işlər göımüşdür. 
Bakıdan  Daxili  İşlər  naziri  Xəlil  bəy  Xasməmmədovun  təeili 
teleqramla  “1894-1899-cu  illərdə  anadan  olmuş  gənelərin  hərbi 
mükəlləfiyyəti  yerinə  yetirməyə  cəlb  olunmaları  haqqında  əmr”ini 
operativ surətdə həll edən Xudadat bəy bu fəaliyyəti ilə Azərbayean 
ordusunun yaradılmasına müvafiq köməklik göstərmişdi. 
Bir yandan da bolşeviklərin ölkə daxilində sabitliyi pozmağa, 
hökuməti  hər  vasitə  ilə  nüfuzdan  salmağa  və  devirməyə  cəhd 
göstərmələri  quberniyalarda  əks  tədbirlər  görülməsi  zərurətini 
yaradırdı.  AR  Hərbi  naziri  21  aprel  1919-eu  il,  1663  saylı 
raportunda:  “bolşeviklər  tərəfindən  orduda  təbliğat  aparıldığını 
məlumat verir”. Baş Nazirdən “ordunu və bununla da Azərbaycanın 
müstəqilliyini  saxlamaq  uğrundakı  ümumi  mübarizə  işində 
köməklik  məqsədilə  general-qubernatorlara  və  qubernatorlara 
müvafiq təmimi sərancam” verilməsini xahiş edirdi (ARDA, f 894, 
S.7, iş 5, V.50). 
Təbii  ki,  bu  əmrlərin  lazımi  səviyyədə  yerinə  yetirilməsi 
bölgələrə  rəhbərlik  edən  şəxslərin  fəaliyyətindən,  işə  məsuliyyətli 
münasibətindən  asılı  idi.  Yerlərdə  Xudadat  bəy  kimi  rəhbərlərin 
olması  düzgün  və  operativ  qərarlar  qəbul  edilməsinə,  Azərbaycan 
hökumətinin  dayaqlarının  möhkəmləndirilməsi  yolunda  ardıcıl 
tədbirlər  görülməsinə  ən  etibarlı  zəmanət  sayıla  bilərdi.  Xudadat 
bəyin istintaq işində öz əlilə təqribən 1919-cu ilin ortalarında yazdığı 
belə bir qeyd var: “General Novmzov təcili surətdə partizan dəstələri 
təşkil  etməyə  başlamalıdır.  Lazım  gəldikdə  bu  qüvvələr  şiimal 
sərhədlərinə  keçirilə  bilsinlər”.  Azərbaycanın  müstəqilliyinə  ən 
böyük təhlükənin haradan gözlənildiyini çox dəqiq müəyyənləşdirən 
bu dövlət adamının vaxtında düzgün qərar qəbul 
141 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə