Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   24   25   26   27   28   29   30   31   ...   90

4  ildən  artıq  müddət  keçdikdən  sonra  mənə  deyildiyi  kimi  işdə 
yuxarıda  göstərilən  qərarın  ləğvi  ilə  bağlı  qeyd  olmadığı  üçün  bu 
məsələ  yenidən  qaldırılır,  halbuki  bütün  yuxanda  göstərilənlər  və 
işin gedişi onun ləğv edildiyini sübuta yetirir. Bütün bunlarla bağlı 
xahiş  edirəm:  Mənim  sürgünə  göndərilməyimlə  əlaqədar  qərarın 
ləğv olunmasını yoxlayıb müəyyən edəsiniz, əgər müəyyən olunsa 
ki,  həmin  ləğvolunma  qərarı  vaxtında  lazımi  şəkildə 
sənədləşdirilməyib,  onda  mənə  qarşı  qaldırılmış  işin  vaxtının 
keçməsini və mənim təsərrüfat sahəsində 9 illik işimi, başlıcası isə 
bütün SSRİ üçün mühüm əhəmiyyət kəsb edən pambıq sənayesinin 
bərpasındakı  əməyimi,  həmçinin  səhhətimin  son  dərəcə  ağır 
olduğunu nəzərə alıb bu işin birdəfəlik ləğvi üçün qərar çıxarasınız”. 
2 oktyabr Bakı ş. 
Bu  ərizə  Uraldan  Az.DSİ-yə  1929-cu  ildə  göndərilmiş  708 
saylı  məktubdan  sonra  yazılmışdı.  Həmin  məktubda  deyilirdi: 
“XDSİ Kollegiyası yanında Xüsusi Müşavirənin 12.02.26-cı il qərarı 
ilə  tərəfinizdən  sürgünə  göndərilməli  olan  vət.  Cəfərov  Məmməd 
Yusif Hacıbaba oğlu indiyədək bizə gəlib çıxmamışdır. Xahiş edirik 
gecikmənin  səbəbi  barədə  mə’lumat  verəsiniz  və  bildirəsiniz  belə 
şəxs bizim sərəncama göndəriləcəkmi?”. 
Fevralın  7-də  Az.DSİ-dən  Urala  məlumat  verilir:  “vət. 
Cəfərov  Məmməd  Yusif  Hacıbaba  oğlunun  Urala  sürgünə 
göndərilməsi  ASSR  direktiv  orqanlarının  göstərişi  əsasında 
dayandırılmış  və  onun  işinə  baxılması  və  ilkin  qərarın 
dəyişdirilməsi,  Cəfərovun  Urala  sürgünə  göndərilməsinin  ləğvi 
barədə XDSİ-dən xahiş edilmişdir.” 
Sürgün ətrafında dəqiqləşdirmələrdən biri 1928-ci ildə aprel 
ayında  Az.  DSİ-nin  hissə  rəisləri  Moroz  və  Rəhmanov,  müvəkkil 
Movsesovun imzası ilə Zaq. DSİ-yə göndərdikləri tam məxfi qrifli 
sənəddə  aparılmışdı:  “XDSİ-nin  Şərq  şöbəsi  14.02.28-ci  il  tarixli 
33093  saylı  məktubla  bağlı  bildirir  ki,  Cəfərov  Məmməd  Yusif 
Hacıbaba oğlunun ittiham olunması ilə bağlı istintaq işi 16.02.26- cı 
il  №  270235  məktubla  əlaqədar  Zaq.  FK-ya  göndərilmişdir.  Vət. 
Cəfərov  Məmməd  Yusif  Hacıbaba  oğlu  Az  DSİ-nin  keçmiş  sədri 
yol. Bağırovun şəxsi göstərişi ilə həbsdən azad edilmiş və sürgünə 
göndərilməsi dayandırılmışdır. Ural DSİ hazırda Bakıda 
88 


olan  həmin  vətəndaşı  tələb  etdiyi  üçün  xahiş  edirik  tə’cili  cavab 
verəsiniz XDSİ Kollegiyası yanında XM-in qərarını yerinə yetirmək 
lazımdırmı?”. 
1929-cu  il  fevralın  25-də  isə  eyni  şəxslər  Zaq.  DSİ-dən 
yaranmış zərurətlə bağlı XDSİ-nin Şərq şöbəsinin 16.02.26-cı ildə 
onlara  göndərdiyi  “Cəfərov  Məmməd  Yusif  Hacıbaba  oğlunun 
ittiham olunması ilə bağlı istintaq işinf’n geri qaytarılmasını xahiş 
edirdilər. 
Oradan  isə  M.Y.Cəfərovun  ittiham  olunması  ilə  bağlı  işin 
Moskvada olduğu bildirilir. 
Bundan  sonra  Cəfərov  barəsində  yenidən  müxtəlif  tipli 
məlumatlar  toplanmasına  başlanır.  Tam  məxfi  qrifli  belə 
məlumatlardan  birində  deyilir:  “2.09.1929-cu  il  tarixli  tapşırıqla 
əlaqədar  bildirilir  ki,  Cəfərov  Məmməd  Yusif  Hacıbaba  oğlu 
həqiqətən  Nijne-Kladbişenski  küçəsi  100/12-də  yaşayır,  ailəlidir, 
Bakı sakinidir, meşşan ailəsindəndir, əvvəllər Az.pambıqda direktor 
müavini  işləyib.  Hazırda  öz  ixtisası  üzrə  hüquqşünas  kimi  fərdi 
praktika ilə məşğuldur”. 
Zaq.  DSİ  öz  növbəsində  Moskvaya  müraciət  edirdi:  “... 
Cəfərovun sürgünə göndərilməsi haqqında Az. DSİ-yə göndərilmiş 
Zaq.FK-nın 26.06.26-cı il qərarı onlar tərəfindən Az. KP(b) MK-nın 
göstərişi ilə dayandınimışdır. Zaq. DSİ Cəfərovun işi ilə bağlı sizin 
növbəti qərarınızı bildirməyinizi xahiş edir”. 28 aprel 1928. Sənədə 
belə bir arayış da əlavə olunmuşdur: “Cəfərov Zaq. MKİ-nin sədri 
yol.  Ağamahoğlunun  xahişi  ilə  azad  edilmişdir  və  hazırda  Bakıda 
yaşayır.” rəis Bejanov, müavin Safironov. 
Yazışmaların  miqyası  genişləndikcə,  məsələ  bir  qədər  də 
qəlizləşdirilir,  M.Y.Cəfərovun  sürgünə  göndərilməsi  ilə  bağlı 
təhlükələr reallaşmaq dərəcəsinə çatırdı. 
Xalq Komissarlığı yanında DSİ Şərq şöbəsi tərəfindən 12 iyul 
1928-ci ildə Zaq. XDSİ-yə Kaula göndərilmiş məktub bunu bir daha 
sübuta  yetirir.  Həmin  məktubda  göstərilirdi:  “XDSİ  Kollegiyası 
yanında XM-in qərarında dəyişiklik yalnız həmin Xüsusi Müşavirə 
tərəfindən, yaxud SSRİ MİK Rəyasət Hey’əti tərəfindən edilə bilər 
Cəfərov Məmməd Yusif Hacıbaba oğlu XM- in qərarına uyğun oiraq 
dərhal 3 il müddətinə Urala sürgün yerinə 
89 


göndərilməlidir. İcra barədə bildirməyinizi xahiş edirik. XDSİ VO . 
rəisinin müavini Petrosyan, 3-cü bölmənin rəisi Baldayev.” 
Az  DSİ  Kollegiyası  yanında  XM  Cəfərov  Məmməd  Yusif 
Hacıbala  oğlunun  işinə  yenidən  baxılması  ilə  əlaqədar  məsələ 
qaldırmaq  üçün  Moskvadan  istintaq  işinin  təcili  geri  göndərilməsi 
xahişinə Zaq DSİ-dən Bejanov və Safronovun imzası ilə cavab gəlir 
: “Bildiririk ki, MDSİ Kollegiyası yanında XM-in Cəfərov Məmməd 
Yusif  Hacıbala  oğlunun  Urala  sürgünü  ilə  bağlı  16.02.26  qərarını 
dəyişdirmək  üçün  Az.DSİ  XM-in  Zaq  DSİ  XM,  onun  isə  öz 
növbəsində MDSİ qarşısında əsaslandırılmış vəsatəti qaldırılmalıdır. 
Belə olduğu təqdirdə MDSİ əvvəlki qərarını dəyişdirə bilər.” 
Daha sonra bu tipli yazışmalar bir müddət də davam etdirilir. 
Digər  tərəfdən  də  Uraldan  Azərbaycana  Cəfərov  Məmməd  Yusif 
Hacıbala oğlu nə vaxt oraya sürgünə göndəriləcəyi barədə sorğular 
daxil olurdu. 
Bütün  bu  müddət  ərzində  dəyişməyən  yalnız  bir  şey  idi. 
M.Y.Cəfərova münasibət. Onu sürgünə göndərmək, yaxud bu qərarı 
ləğv  etmək  barədə  sənəd  imzalayanda  da  cəza  orqanı  əməkdaşları 
eyni  cür  düşünürdülər  -  bu  şəxsə  etibar  etmək  olmaz,  çünki  o, 
müstəqil  Azərbaycan  dövlətində  mühüm  vəzifələrdə  işləyib, 
tanınmış xadim kimi millət yolunda böyük xidmətlər göstərib. 
Qeydiyyatçı  Akopovun  1928-ci  il  noyabr  ayının  9-da  tərtib 
etdiyi arayış cəza orqanının M.Y.Cəfərova daim eyni münasibətdə 
oluduğunu  bir  daha  təsdiqləyir:  “40  yaş,  türk,  işi  ƏKŞ-də 
apanimışdır, həbs olunmuşdur, “Müsavat” partiyasına məxsusluqda 
ittiham edilir (58, 61-ci maddələr), iş 6139/s № ilə Zaq. FK ƏKŞ-ə 
9.05.25-də  göndərilib  və  başqa  yerə  getməmək  haqqında  kağız 
alınmaqla azadlığa buraxılmışdır. Etibarsız sayılır. Barəsində MDSİ 
tərəfindən 3 il müddətinə Urala sürgün qəran çıxanimışdır”. 
Urala sürgünlə əlaqədar Az. DSİ-yə çağnlan Məmməd Yusif 
Cəfərov 2 oktyabr 1929-cu ildə Az. DSİ Kollegiyasına bağışlanması 
tarixçəsi haqqında ikinci məktubu yazır və 1930-cu il yanvar ayının 
2-də isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə ərizə ilə müraciət 
edir: 
90 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə