126
sistemində üç əsas məqsədə çatmağa yardım edən konsultativ və nümayəndə-
lər müşavirələrinin dövri olaraq təşkil edilməsi mühüm yer tutur: bir-biriləri-
nin nəzər-nöqtəsini və məqsədlərini anlamaqla, rəhbərlər və əməkdaşlar ara-
sında qarşılıqlı anlaşma imkanları; effektiv idarəetmə məqsədi ilə əməkdaşla-
rın ideyaları və təcrübəsindən istifadə etmək imkanları; qərarların hazırlanma-
sında öz töhfəsini vermək üçün əməkdaşlara imkan verilməsi. Kommunikasi-
ya və əməkdaşlığın - müşavirələr, informasiya qrupları, şuralar və komitələr
kimi müxtəlif formaları mövcud olsa da,
kommunikasiyanın ən yaxşı metodu
yazılı sənədlə möhkəmləndirilən
şəxsi söhbət hesab edilir. Bu metod yaxşı
kommunikasıyanın üç meyarına cavab verir: aydınlığa, tezliyə və əks-əlaqə-
nin təmin edilməsinə. Şəxsi əlaqə şəxsiyyətə inamın formalaşmasına, uğurlu
siyasət isə prioritetlərin düzgün seçilməsinə imkan yaradır.
Liderlik mədəniyyətinə tələblərdən biri təşkilatın və ya qrupun xarakterik
xüsusiyyətlərini əks etdirən kollektivin
korporativ ruhunun formalaşdırılma-
sı bacarığıdır. Bu prosesin əsasını
qrupun və ya ayrılıqda götürülmüş fərdin
ümumi tələbatları və dəyərlərinin başa düşülməsi təşkil edir.
Liderin
idarə-
etmə mədəniyyətinin səviyyəsi, sosial-mədəni təsirin
göstərilməsi və onun tə-
rəfindən idarə edilən fərdlər, qruplar və ya bütövlükdə təşkilatın kollektivi
tərəfindən pozitiv münasibətlərə nail olunması üçün onun
imicinin formalaş-
dırılması və qorunması prosesinin effektivliyi ilə də şərtlənir.
Lider yeni ide-
yalar generasiya etmək, personalın təlimini təmin etmək, kadrların hazırlığı
və yenidən hazırlığı proqramları və kurslarının effektivlik qiymətləndirilmə-
sini həyata keçirmək, onun rəhbərlik etdiyi fəaliyyət sahəsinin strateji inki-
şafına yönəldilmiş praktik tövsiyələr və fəaliyyət planı işləyib hazırlamaq
qabiliyyətinə malik olmalıdır. İdarəetmə mədəniyyətində liderin
informasi-
ya mədəniyyəti, onun müasir informasiya texnologiyalarından effektiv istifa-
də etmək qabiliyyəti böyük rol oynayır.
Lider münaqişələri idarə etmək qabiliyyətinə malik olmalıdır.
Uinston
Çörçill
təşkilatdakı mühiti hava ilə müqayisə edirdi:
belə ki, soyuq havada
insanlar soyuqlaya və xəstələnə, hətta sətəlcəmdən ölə də bilərlər. İnsanın
həyatında çox vaxt şəxsiyyətin xarakter xüsusiyyətləri və sosial borc hissi
ilə şərtlənən
şəxiyyətin və cəmiyyətin maraqları arasında toqquşma, və ya-
xud eqoizm və altruizm hisslərinin düzgün harmonizasiyasını tələb edən
şəxsi və özgə maraqlar arasında toqquşma baş verir.
Çox vaxt münaqişələr
mənəvi mövqelərdəki ziddiyyətlərlə şərtlənir. Məsələn, insanın müxtəlif öh-
dəlikləri yerinə yetirməsi cəmiyyətə və ya ayrı-ayrı adamlara ziyan vura bi-
lər. Hər hansı bir şəxsə minnətdarlıq ifadə etmək prinsipiallıq prinsipinin
pozulmasına gətirib çıxara bilər. Məlumdur ki,
daha tez-tez baş verən müna-
qişələrin əsasını sosial ziddiyyətlər, müxtəlif vəzifələrin uyğunsuzluğu, ay-