Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə50/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   46   47   48   49   50   51   52   53   ...   109

117 
ləri əks  olunmuşdur.  Beynəlxalq  hüququn  başlıca sosial  funksiyası  beynəl-
xalq münasibətlərin mövcud sisteminin möhkəmləndirilməsidir. Başlıca hü-
quqi  funksiya  dövlətlərarası  münasibətlərin  hüquqi  tənzimlənməsindədir. 
Sistemdə müəyyən nizamın saxlanmasına yönəldildiyi üçün hər iki funksiya 
sabitləşdirici  və  qoruyucu  xarakter  daşıyır.  Beynəlxalq  hüquq,  həmçinin 
onun məqsədləri və prinsiplərinə zidd olan yeni münasibətlərin və institutla-
rın mövcud olması və meydana çıxmasına müqavimət funksiyasını yerinə ye-
tirir.  Xalqlar  və  dövlətlər  arasında  qarşılıqlı  əlaqəni  genişləndirmək  və  də-
rinləşdirməkdən  ibarət  olan  beynəlmiləlləşdirici  funksiya  əhəmiyyətlidir. 
İnformasiya-tərbiyəvi funksiya, dövlətlərin toplanmış rasional davranış təc-
rübəsinin ötürülməsindən, hüququn imkanlarından istifadəyə dair maariflən-
mədən,  hüquqa  və  onunla  qorunan  maraqlara  və  dəyərlərə  hörmət  ruhunda 
tərbiyədən ibarətdir.  
Beynəlxalq  hüquq  arsenalında,  beynəlxalq  hüquq  intizamı,  beynəlxalq 
qanunçuluq,  beynəlxalq-hüquqi  məsuliyyət,  beynəlxalq-hüquqi  tənzimləmə 
kimi anlayışlardan da istifadə edilir.  
Beynəlxalq hüquq intizamı – beynəlxalq hüququn məqsədləri və prinsip-
ləri əsasında dövlətlər birliyinə struktur sabitliyi vermək qabiliyyətli beynəl-
xalq-hüquqi münasibətlər sistemidir. 
Beynəlxalq qanunçuluq - beynəlxalq hüquq üzrə vəzifələrin vicdanla ye-
rinə yetirilməsinə əsaslanan və bu prinsipin həyata keçirilməsini təmin edən 
beynəlxalq münasibətlərin fəaliyyət rejimi sistemidir.  
Beynəlxalq-hüquqi  məsuliyyət  -  beynəlxalq  hüquqa  zidd  əməlin  doğur- 
duğu  məsuliyyətdir  ki,  onun  elementləri bunlardır:  subyektiv  element  -  ve-
rilmiş  subyektin  özlüyündə  (bu  və  ya  digər  şəxsin  deyil,  məhz  bütövlükdə 
dövlətin)  təqsirin  olması;  obyektiv  element  –  subyekt  tərəfindən  özünün 
beynəlxalq-hüquqi öhdəliklərinin pozulmasıdır.  
Beynəlxalq-hüquqi  tənzimləmə  -  beynəlxalq  hüququn  köməyi  ilə  dövlət-
lərin öz qarşılıqlı münasibətlərinə səlahiyyətli təsiridir. Bu tənzimləmə sosi-
al idarəetmənin növ müxtəlifliyindən ibarətdir. Beynəlxalq-hüquqi tənzimlə-
mə  sistemi  iki  altsistemdən  ibarətdir:  tənzimlənən  və  tənzimləyən.  Birinci, 
tənzimləmə  obyekti  olan  dövlətlərarası  münasibətlər  sistemidir.  Tənzimlə-
yən  -  beynəlxalq-hüquq  təsirli  vasitələr  sistemidir.  Beynəlxalq-hüquqi  tən-
zimləmə, sosial idarəetmə növü olaraq, beynəlxalq hüququn subyekti və ob-
yektinin təmsil olunduğu ictimai münasibətlərin idarə edilməsini ifadə edir. 
Beynəlxalq hüququn subyekti – öz imkanları və yuridik xüsusiyyətləri sayə-
sində beynəlxalq hüquq üzrə hüquqlara və vəzifələrə malik olmağa, bu nor-
maların  yaradılmasında  və  tətbiqində  iştirak  etməyə  qabil  müstəqil  qurum-
dur. Bugün ümumi qəbul edilmiş subyektlər dövlətlər və dövlətlərarası təş-


118 
kilatlardır. Müstəqil dövlət  yaradılması uğrunda mübarizə aparan xalqların, 
millətlərin  hüquqi  subyektliyi  o  qədər  də  etibarlı  qəbul  edilmiş  deyil.  Əsas 
beynəlxalq hüquq subyekti - dövlətdir. Beynəlxalq hüquq obyekti - onun fəa-
liyyətinin  nəyə  yönəldiyi,  nəyi  tənzimləmək  iqtidarında  olmasıdır.  Beynəl-
xalq hüquqda belə obyekt beynəlxalq, daha dəqiq, dövlətlərarası münasibət-
lərdir. Tərəflərin hansı səbəbdən hüquqi münasibətlərə daxil olma səbəbləri-
nin  hamısının  nəzərdə  tutulduğu  obyektdən,  beynəlxalq-hüquqi  münasibət-
lər predmetini fərqləndirmək lazımdır. Fəaliyyət və ya fəaliyyətdən uzaqlaş-
maq, ərazi və s. belə predmet ola bilər. Ərazi haqqında müqavilə ona heç bir 
təsir  göstərmir.  O,  verilmiş  əraziyə  görə  dövlətlərin  münasibətini  müəyyən 
edir.  
Beynəlxalq  münasibətlərin  tənzimlənməsinin  və  nizama  salınmasının 
başlıca vasitəsi - beynəlxalq normativ sistemdir. Müasir zamanın xarakterik 
xüsusiyyəti – BMT Nizamnaməsinin məqsədləri və prinsipləri əsasında ya-
ranmış qlobal normativ sistemin  mövcudluğudur. Altsistem qismində bura-
ya – siyasi, hüquqi, əxlaqi və digər beynəlxalq normalar daxildir. Belə nor-
mativ  sistemlərin  olması  beynəlxalq  birliyin  olduqca  yüksək  inkişaf  səviy-
yəsinin əlamətidir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


119 
MƏDƏNİYYƏT HÜQUQLARI 
 
Beynəlxalq münasibətlər mədəniyyətinin ayrılmaz hissəsi və cəmiyyətin ruhi 
mədəniyyətinin mühüm indikatoru hüquq mədəniyyəti  yaxud mədəniyyətin və 
mədəni irsin qorunması və inkişaf etdirilməsi hüququdur.
17 
Mədəniyyət hüquq-
ları insan ləyaqətinə hörmətə, ruhi və maddi mədəniyyətin qorunmasına və in-
kişafına, süni və təbii dağıdıcı proseslərdən onun dövlət və beynəlxalq mühafi-
zəsinə istiqamətlənmişdir. Onlar vətəndaşların bərabər mədəni inkişaf imkanla-
rı və səviyyəsi şərtlərinin, bəşəriyyət tərəfindən yaradılmış mədəni sərvətlərin 
bütün  insanlar  üçün  əlçatan  olmasının,  milli  və  dünya  mədəniyyəti  sahəsində 
təhsilin  və  maarifin,  həmçinin  mədəni  yaradıcılığın  və  əməkdaşlığın,  mədəni 
dəyərlərin istehsalının və yayılmasının təmin edilməsini nəzərdə tutur.  
Müasir  sivilizasiyanın  dağıdıcı  prosesləri,  planetin  insanları  və  xalqları 
arasındakı  mədəni  müxtəliflik  xalqların  və  bütün  bəşəriyyətin  mədəni  hü-
quqlarının müdafiəsini, beynəlxalq münasibətlərin hüquqi və etik nizamlan-
masıni,  xalqlar  və  dövlətlər  arasında  tolerantlığın  və  qarşılıqlı  anlaşmanın 
əldə edilməsinə yardım edən, mədəniyyətlərin sistemli dialoqu və qarşılıqlı 
zənginləşdirilməsinin  zəruriliyini  şərtləndirir.  Mədəniyyətin  və  maarifin 
ədalət,  azadlıq  və  sülh  prinsipləri  əsasında  hüquqi  mühafizəsi  və  planetin 
bütün  insanları  arasında  geniş  yayılması,  insanın  ləyaqəti,  rifahı  və  həyat 
keyfiyyətinin qorunub saxlanması üçün zəruridir.  
Bəşəriyyətin mədəni sərvəti bir çox xalqlar, millətlər və etnosların əməyi 
ilə yaradılır, xalqların mədəni müxtəlifliyinin və mədəni özünəməxsusluğu-
nun  saxlanması,  mühafizəsi  və  inkişafı  isə  beynəlxalq  birliyin  qayğı  pred-
metidir.  Mədəniyyətin  harmonik  inkişafı  və  mühafizəsi  maraqları  beynəlxalq 
sənədlərdə geniş əksini tapmışdır. BMT-nin və YUNESKO-nun sənədlərinə və 
bəyannamələrinə uyğun olaraq, hər bir insan, etnos və xalq, öz mədəniyyəti və 
mədəni  irsini  qoruma  və  inkişaf  etdirmə,  mədəni  nemətlərdən  istifadə  etmə, 
mədəni həyatda iştirak etmə və yaradıcı fəaliyyət hüququna malikdir.  
Mədəniyyət  hüquqları  insan  hüquqlarına  dair  aşağıdakı  beynəlxalq  sə-
nədlərdə müəyyən edilmişdir: 

 
İnsan hüquqlarının ümumi bəyannaməsində. 

 
İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında  Beynəlxalq 
Paktda. 
                                                 
17
 Mədəniyyət hüquqları konsepsiyasının işlənib hazırlanmasında, mədəniyyət hüquqlarının 
qorunmasını və mümkünlüyünü insanlar üçün ayırd edən, və bu ayrılmaz hüquqların təmin 
edilməsinə  görə  dövlətin  xüsusi  rolunu  və  məsuliyyətini  müəyyənləşdirən  akademik  D.S. 
Lixaçovun xidməti böyükdür.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə