Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə46/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   42   43   44   45   46   47   48   49   ...   109

108 
nyorlar tərəfindən bir-birinin maraqları və mövqelərinin tədricən öyrənilmə-
si və başa düşülməsini nəzərdə tutur. Partnyorluq münasibətlərinə əsaslanan 
danışıq prosesinin mühüm vəzifələri bunlardır: ümumi “mədəniyyət dilinin” 
formalaşdırılması,  əldə  edilmiş  razılıqların  müxtəlif  interpretasiyasından 
çəkinmək üçün lazım olan eyni bir terminlərin bir qaydada başa düşülməsi, 
danışıqlarda  sazişin  əldə  edilməsinə  imkan  yaradan  konstruktiv  xeyirxah 
əməkdaşlıq  atmosferinin  yaradılması.  İngilis  politoloqları  R.  Fişer  və         
S.  Brun  danışıqlar  prosesində  konstruktiv  əməkdaşlıq  atmosferinin  yaradıl-
dığı altı əsas amili ayırd edirlər: rasionallıq, başa düşmə, doğruluq, diqqət, 
ibrətverici tondan imtina etmə, qəbul etmə. Rasionallıq, hətta əgər digər tə-
rəf  emosiyalarını  büruzə  versə  də,  özünü  rasional  aparmağı  nəzərdə  tutur, 
çünki  nəzarət  edilməyən  emosiyalar  qərarların  qəbul  edilməsi  prosesinə 
mənfi təsir göstərir. Başa düşmə partnyoru həmişə anlamaq cəhdini nəzərdə 
tutur, belə ki, onun nəzər-nöqtəsinə diqqətsizlik qarşılıqlı qəbul ediləcək qə-
rarların  hazırlanması  imkanlarını  məhdudlaşdırır.  Doğruluq  yalan  məlumat 
verilməsindən,  hətta  əgər  bunu  qarşı  tərəf  edirsə  belə,  imtinanı  nəzərdə  tu-
tur,  belə  ki,  qeyri-səmimilik  dəlillərin təsirini  azaldır  və  partnyorla  gələcək 
qarşılıqlı münasibəti çətinləşdirir. Diqqət qarşı tərəfin sizi diqqətlə dinləyə-
cəyi qarşılıqlı hörmət şəraitinin yaradılmasını nəzərdə tutur. İbrətverici ton-
dan  imtina  etmə  tərəfdaşa  nəsihətlərin  verilməsindən  imtina  edilməsini, 
onun  dəlilləri  üçün  aşkarlığı  və  öz  mövqeyinin  düzgünlüyünə  onu  inandır-
maq  cəhdini  nəzərdə  tutur.  Qəbul  etmə  partnyor  tərəfindən  daxil  olan  yeni 
informasiya üçün açıq olmağı nəzərdə tutur.  
Tərəflərin səmimiliyini  və  xeyirxahlığını  nəzərdə  tutan  idarəetmə  mədə-
niyyəti  nöqteyi-nəzərindən,  daha  effektiv  taktik  üsullar  bunlardır:  ümumi 
həlletmə  zonasının  axtarışı,  mövqenin  bilavasitə  açılması,  razılığın  ifadə 
edilməsi, müzakirə olunan məsələlərin mürəkkəbliyinin tədricən artırılması, 
tərkib  hissələrə  bölmə,  müəyyən  istiqamətdə  mümkün  fəaliyyətlərə  göstəriş 
verilməsi, qarşılıqlı qəbul oluna bilən təkliflərin daxil edilməsi.  
Mövqenin  birbaşa  açılması  danışıqlar  üzrə  partnyorlarını  öz  məqsədləri 
haqqında  məlumatlandırılması  və  onlarda  öz  mövqeyi  barədə  müəyyən  tə-
səvvürlərin formalaşdırılması üçün istifadə edilir. Mövqe həm çıxışda, həm 
də suala cavab zamanı açıqlana bilər. Əgər birinci halda iştirakçının öz mü-
lahizəsinə görə mövqenin bir hissəsi açıqlanırsa, ikinci halda bu məcburən, 
suala  cavab  verən  zaman  edilir.  Mövqelərin  qismən  açıqlanmasının  digər, 
dolayı  forması  -  mövqelərin  dəqiqləşdirilməsidir.  Digər  tərəfin  mövqeyini 
dəqiqləşdirmək  üçün  lazım  olan  suallar  verərək,  iştirakçı  onu  məhz  nəyin 
maraqlandırdığını  müəyyən  etmək  imkanını  verir.  Razılığın  ifadə  edilməsi 
üsulu birliyi xüsusi olaraq nəzərə çarpdırmaq və konstruktiv dialoqu qayda-


109 
ya salmaq üçün istifadə olunur. Söhbət danışıqlarda, artıq yuxarıda söyləni-
lən ideyalar,  mülahizələr və təkliflərlə həmrəylik haqqında gedir. Müzakirə 
edilən məsələlərin mürəkkəbliyinin tədricən artırılması danışıq iştirakçıları-
na müsbət psixoloji təsir üçün istifadə olunur. O, danışıqların daha asan mə-
sələlərdən  başlanmasını  nəzərdə  tutur  ki,  onların  həlli  ilə  sazişin  əldə  edil-
məsi  mümkünlüyü  nümayiş  etdirilir.  Bu  üsul  ictimai  fikrə  də  müsbət  təsir 
göstərir. Tərkib hissələrə bölmə üsulu məsələnin ayrı-ayrı suallarının ardıcıl 
və növbəli həll edilməsi yolu ilə onun həllinin asanlaşdırılması üçün istifadə 
edilir.  Konstruktiv  həlli  yolu  olmayan  məsələlər  nəzərdən  keçirilmir.  Belə-
liklə,  müsbət  nəticə  hesab  edilən  bu  üsul  da  məsələnin  yalnız  qismən  həll 
edilməsi imkanını verir. 
Əsaslandırma danışıq prosesinin effektivliyi üçün böyük əhəmiyyətə ma-
likdir.  Amerika  alimi  R.Akselrodun  göstərdiyi  kimi,  problemin  müzakirəsi 
zamanı  psixoloji nöqteyi-nəzərdən  partnyorun  mövqeyində  zəif  yerləri tap-
maq və onun nədə yanıldığını və onun müəyyən dəlilləri ilə nə üçün razılaş-
maq mümkün olmadığını inandırıcı şəkildə sübut etmək çox vacibdir. Dəlil-
lərin təhlili mümkün sazişlərin sərhədlərini müəyyən etməyə imkan verir ki, 
bundan  sonra  danışıqlar  mövqelərin  razılaşdırılmasına  -  yekun  mərhələyə 
keçir. Bu pillədə ekspertlər iki mərhələni ayırd edirlər: ümumi formulun ta-
pılması  və  detalların  dəqiqləşdirilməsi.  Ümumi  formul  adı  altında,  razılıq 
çərçivələrinin müəyyən edilməsi, detalların dəqiqləşdirilməsi adı altında isə 
mətnin  redaktəsi  və  yekun  sənədin  son  variantının  işlənib  hazırlanması  nə-
zərdə  tutulur.  Mövqelərin  dəqiqləşdirilməsi  prosesində  razılaşmaların  əldə 
edilməsi üçün lazım olan ümumi vaxtın qısaldılmasına ayrı-ayrı problemlər 
üzrə xüsusi işçi komissiyalarının və ya ekspertlər qrupunun yaradılması yar-
dım edir. Danışıq prosesinin yekun mərhələsində aşağıdakı taktik üsullardan 
geniş  istifadə  edilir:  ümumi  qərar  zonasının  axtarışı,  “sürpriz”,  tələblərin 
artan  xətt  üzrə  irəli  sürülməsi,  öz  tələbindən  imtina,  prinsip  etibarilə  yeni 
qərar.    
 “Sürpriz” danışıqlarda təşəbbüsü öz əlinə almaq üçün partnyorda bir qə-
dər  çaşqınlıq  yaratmağa  hesablanıb.  Bu  məqsədlə,  partnyor  üçün  gözlənil-
məz olaraq, sizin tərəfinizdən onun elə bir təklifi qəbul edilir ki, bütün təx-
minlərə görə o qəbul edilməli deyildi. Əgər partnyor irəli sürülən təkliflərlə 
məmmuniyyətlə razılaşırsa, ona bir sıra yeni razılaşmalar təklif etmək imka-
nı yaranır ki, bu da, tələblərin artan xətt üzrə irəli sürülməsi taktik üsulunun 
mahiyyətini təşkil edir. Əgər  müzakirə  prosesində hər iki tərəf üçün vəziy-
yətdən əlverişli çıxış yolu tapılırsa, onda öz təklifinin çıxarılması və prinsip 
etibarilə yeni həllin təklif edilməsi taktik üsulundan istifadə olunur. Prinsip 
etibarilə yeni qərar, təklifin partnyor üçün daha münasıb formada ifadə edil-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə