Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə42/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   38   39   40   41   42   43   44   45   ...   109

100 
malik olmalıdır. Çox şey rəhbərin səmimiyyəti və insanlığından, tabeliyində 
olanlarla  özünü  necə  aparmasından,  iş  prosesinə  və  insani  münasibətlərə 
hansı formada müdaxilə etməsindən asılıdır. Rəhbər özündə ideoloq, ideya-
lar generatoru, koordinasiyaçı, ekspert və arbitr funksiyalarını birləşdirməli, 
geniş miqyasda düşünməyi və vəziyyəti “aydın baxışla” görməyi bacarmalı, 
mənəvi oriyentir olmalıdır. Rəhbərə lazım olan bir sıra keyfiyyətlər arasında 
tədqiqatçılar  çətinliklərin  aradan  qaldırılmasındakı  “möhkəmliyi”  ayırırlar. 
O nəzərdə tutur: “sərtliyi, lakin qəddarlığı yox, güzəştsizliyi, lakin ədalətsiz-
liyi yox, hakimliyi, lakin başqalarının əzilməsini yox, qətiyyəti, lakin təkəb-
bürü yox.”  
İnsan münasibətlərinin əsasını təşkil edən böyük emosional potensialı nə-
zərə  alaraq,  rəhbər  tərəfindən  bu  münasibətləri  idarəetmə  üslubunun  necə 
böyük əhəmiyyət kəsb etdiyini başa düşmək çətin deyil. Rəhbərin idarəetmə 
üslubu, əsasən avtoritar, demokratik və liberal ola bilər. Avtoritar idarəetmə 
üslubu inzibati hakimiyyətin reallaşdırılmasına və rəhbərin iradəsinə əsasla-
nır.
15
 O,  əməkdaşların  nailiyyətlərinin  obyektiv  deyil,  subyektiv  qiymətlən-
dirilməsi ilə şərtlənir. Onun üçün qəti və apellyasiyasız komandalar, əmr və 
sərəncamlar, bəzilərinin ünvanına nəzakətsiz tənqidi qeydlər və digərlərinin 
əsassız  təriflənməsi  xarakterikdir.  Kollektiv  fəaliyyət  nəticələrinin  qiymət-
ləndirmə strategiyasında kobud səhvlər onunla şərtlənir ki, rəhbərin nüfuzu, 
bir qayda olaraq qeyri-münasıb hərəkətin özünü qiymətləndirmir, lakin onu 
törədən şəxsiyyətə damğa vurur, beləliklə, insanı küncə sıxışdırır. Belə üs-
lub ikiqat zərərlidir, çünki o, bir tərəfdən demokratik mədəniyyət və qanuni-
lik prinsiplərinə ziddir, digər tərəfdən isə onun yaratdığı ümidsizlik və ya tə-
savüzkarlıq hissi üzündən əməyə əsaslanmanı tapdalayaraq, onun effektivli-
yini azaldır.
16
  
Avtoritar lider əməkdaşlarının fərdi qabiliyyətlərini və xarakter xüsusiy-
yətlərini  nəzərə  almır,  onların  daxili  aləmi  ilə  maraqlanmır,  problemlərin 
həllində və cətinliklərin aradan qaldırılmasında onlara kömək etmir. Avtori-
tar üslubun xüsusiyyəti ondadır ki, belə rəhbər üçün başlıcası, işin özü deyil, 
işdə  onun  aparıcı  roludur.  Avtoritar  rəhbər  bir  qayda  olaraq  bu  metodların 
effektiv  olmadığı  şəraitdə  müstəsna  metodlarla  hərəkət  edir.  Belə  metodlar 
müharibə şəraitində və ya fövqəladə vəziyyətlərdə, müəyyən dərəcədə özü-
nü doğrulda bilər. O bir qayda olaraq yaradıcı təşəbbüsü boğur, yeniliklərə 
                                                 
15
 Demokratik  ölkələrdə  inzibati-komanda  idarəetmə  üslubu,  praktik  olaraq,  zəruridir, 
dövlət  müdafiə  sistemində,  təhlükəsizlik,  hüquq  mühafizə  və  digər  onlara  yaxın  güc 
strukturları orqanlarında hüquqi və etik cəhətdən özünü doğrultmuşdur.  
16
 Bu insan münasibətləri qanunauyğunluqları yalnız əmək qrupları üçün deyil, həm də ailə 
üçün xarakterikdir.
 


101 
şübhə ilə yanaşır, mütərəqqi inkişafın hərəkətverici qüvvəsi olan tənqidi təh-
lili qəbul etmir. Adətən avtoritar rəhbərlik üslubu onun üçün əlverişli “qida-
landırıcı mühitin” - insanların vətəndaş özünüdərkinin, təhsil və mədəniyyət 
səviyyəsinin aşağı olduğu yerdə inkişaf edir. Bilik səviyyəsi nə qədər aşağı-
dırsa, qətiyyətsizlik və qorxu, və onunla bağlı olan “işdə sosial təhlükəsizlik 
təminatı”  kimi  nəzərdən  keçirilən,  rəhbərliyə  uyğunlaşma  yolu  ilə  öz  “sta-
tus-kvo”sunu qorumaq cəhdi də o qədər çox olur.  
   Postsovet məkanında demokratik üslubun üstünlüyünə baxmayaraq av-
toritar üslubun davamlılığı onunla şərtlənir ki, onun arxasında, işini yenidən 
qurmağı  bacarmayan  və  yeni  yanaşmaları  öyrənmək  istəməyən,  həmçinin 
demokratik idarəetmə texnologiyalarını bilməni və mənimsəməni tələb edən 
yeni şəraitdə öz imtiyazlarını itirməkdən qorxan ayrı-ayrı sovet tipli rəhbər-
lərin şəxsi va ya qrup maraqları dayanır. Başqa cür idarə etmək bacarıqsızlı-
ğını  və  istəməməsini  nümayiş  etdirən  avtoritar  rəhbər  yalnız  “yuxarıdan” 
birbaşa sərəncama istiqamətlənib ki, bu səbəbdən adətən işçilərin, mütərəqqi 
inkişafa  yönəldilmiş  sosial  və  innovativ  fəallığının  ləngitmə  mexanizmini 
yaradaraq  “aşağıların  təşəbbüsünü”  təcrid  edir.  Avtoritar  idarəetmə  üslubu 
 alimlərə,  müəllimlərə və  yaradıcı işçilərə, elmin və incəsənətin  müxtəlif 
sahələrinin  ekspertlərinə  inzibati  təzyiq,  intellektual  və  estetik  yaradıcılığa 
düzəldilməsi  mümkün  olmayan  zərər  vurur,  sosial-mədəni  tərəqqini  təmin 
edən yeni ideyaların, kəşflərin, texnologiyaların yaranması baş verən mühiti
mənəvi  iqlimi  pozur.  Maddi  vəsaitlərə  malik  olan  məmur,  yeganə  düzgün, 
elmi əsaslanmış seçim etməyə imkan verən sistemli kulturoloji təhlil, peşə-
kar ekspert qiymətləndirilməsi və obyektiv informasiya əsasında qərarlar qə-
bul  etməlidir.  Elm,  təhsil  və  incəsənət  ideologiya  qulluqçusu  olmalı  deyil, 
lakin ən yeni elmi nailiyyətlər və mədəni dəyərlər sistemi əsasında onu düz-
gün formalaşdırmağa yardım etməlidir. Məlum olduğu kimi, müəyyən tarixi 
nailiyyətlərlə  yanaşı,  hakimiyyət  tərəfindən  sifariş  edilmiş  məfkurəvi-ideya 
obrazlarını  qanuna  salan  və  totalitar  sistemin  “yaradıcı  xadimlərinə”  imtiyazlı 
mövqeni təmin edən sovet dövrünün məhz avtoritar mədəni siyasəti, sovet elmi 
və  incənətinin  müstəqilliyinə  və  nəticə  etibarilə  səmərəliliyinə,  onun  yüksək 
etik normalarına xeyli zərər vurmuşdur.  
Avtoritar üslub sovet dövründən irsən keçmiş, inkişaf etməkdə olan ölkə-
lərin dövlət maraqlarına düzəldilməsi mümkün olmayan zərər vurmuş neqa-
tiv təzahürdə - bürokratizmdə daha aydın görünür. Hələ keçmiş SSRİ-də bü-
rokratizmin  mahiyyəti  yaxşı  öyrənilmişdi:  bürokratizm  nəticəsində  dövlət 
vəzifələri  dəftərxana  məsələlərinə  çevrilir,  dəftərxana  məsələləri  isə  süni  su-
rətdə dövlət səviyyəsinə qaldırılır ki, bu da mühüm sosial və siyasi problem-
lərin həllində ləngimə mexanizmi yaradır. Çox zaman dövlət maraqları ida-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə