Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə39/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   35   36   37   38   39   40   41   42   ...   109

94 
dəniyyətin dəyər və normalarının yenidən yaradılması və nəsildən nəslə trans-
lyasiyasının əsas kanallarından biri rolunu oynayaraq, cəmiyyətin mənəvi mü-
hitini əks etdirir və ona fəal surətdə təsir göstərir. Öz dövrünü qabaqlayan mə-
dəniyyət yaradıcıları, çox vaxt asan hakimiyyət favoriti yolu ilə çətin ictimai 
tanınma yolu arasında, ziyalı ləyaqəti ilə layiq olmadığı mükafatlara yol açan 
kompromis arasındakı dilemma vəziyyətinə düşürlər. Vətən üçün öz əməyinin 
mənasını  və  dəyərini  dərk  edən  alimin  və  müəllimin,  mühəndisin  və  yazıçı-
nın, rəssamın və bəstəkarın ləyaqəti ona özünün insanlara xidməti kimi yük-
sək mədəni missiyasından dönmək, şəxsi mənafeyi və ya ayrı-ayrı məmurla-
rın  eqoist  mənfəəti  xeyrinə  vətənin  mənafeyini  qurban  vermək  haqqını  ver-
mir. Öz kolleqaları və hakimiyyətə qarşı münasibətdə davranış normaları se-
çimi etməzdən, özünün həyati təyinatına münasibətdə mənəvi mövqeyini mü-
əyyən etməzdən, kiminsə taleyinə təsir edəcək müəyyən hərəkətləri etməzdən 
əvvəl, hər kəs yadda saxlamalıdır ki, ona, o insanın gözünün içinə baxmaq la-
zım gələcəyi məqam yetişəcək. Biznesmenin etikası istehsal texnologiyalarını 
və müəyyən edilmiş qaydalara riayət edilməsini, qanunların icrası mədəniyyə-
tini,  müqavilə  öhdəliklərinin  vaxtında  yerinə  yetirilməsinə  görə  məsuliyyəti, 
sağlam  rəqabəti,  partnyorlara  və  istehlakçılara  hörməti,  düzgünlüyü,  əməyi 
düzgün qiymətləndirmə və mükafatlandırma bacarığını, öz nöqsanlarının eti-
rafı, sosial xeyriyyə proqramlarının həyata keçirilməsində iştirakı və s. nəzər-
də tutur.  
Peşəkar etika, korporativ ruh, əxlaq kodeksi, xidməti münasibət normala-
rı və üslubu, məsuliyyət mədəniyyəti çox zaman insanların fəaliyyət sahələ-
rindən  və  onların çalışdığı  kollektivdəki  ab-havadan asılı  olur.  Belə  ki,  bü-
rokratın etikası - əxlaqın və psixologiyanın spesifik xüsusiyyətlərini doğuran 
inzibati hakimiyyətin yüksək statusu ilə şərtlənir. Strateji dövlət idarəçiliyi, 
siyasi  və  inzibati  qərarların  qəbulu,  dövlətin  inkişaf  proqramlarının  yerinə 
yetirilməsi, innovativ fəaliyyətin planlaşdırılması ilə bağlı olan geniş hüquq-
lara, resurslara və imkanlara malik olan bürokratlar, insanların həyat fəaliy-
yətinə  böyük  təsir  edir  və  cəmiyyət  və  dövlət  qarşısında  yüksək  siyasi  və 
mənəvi  məsuliyyət  daşıyırlar.  Peşə  xüsusiyyətlərindən  asılı  olaraq,  dövlət 
qulluqçuları yüksək sosial məsuliyyət hissinə, perspektiv təfəkkür, gələcəyi 
proqnozlaşdırma qabiliyyətinə malikdirlər. Bununla yanaşı dövlət qulluqçu-
larının peşəkar düşüncəsinin bürokratik deformasiyası cəmiyyətin mütərəqqi 
inkişaf proseslərinin sürətini və keyfiyyətini ləngidən bürokratizm və avtori-
tarizm kimi neqativ hallara gətirib çıxarır.  
Bütövlükdə isə istənilən fəaliyyət sahəsində peşə həmrəyliyi, əgər o, “az 
nüfuzlu”  peşələrə  qarşı  qoyulmursa,  kollektivdə  yüksək  mənəvi  ruhun  for-
malaşdırılması, şəxsi ləyaqət hissi, öz işinin keyfiyyətinə görə kollektiv mə-


95 
suliyyət  kimi  bir  sıra  pozitiv  xüsusiyyətlərə  malikdir.  Bununla  yanaşı  bəzi 
hallarda onlar real həyatda mövcud olan peşəkar etikanın deformasiyalarına, 
insan  münasibətlərində  neqativ  əks  olunan  qeyri-normal  hadisələrə  səbəb 
olur. Bunlar ən müxtəlif peşə nümayəndələrində çox zaman rast gəlinən diq-
qətsizlik,  təkəbbür,  kobudluq,  xidməti  mövqeyindən  sui-istifadədir.  Bəzi 
hallarda mənəviyyat deformasiyası: insana “özünün və ya özgənin” prinsipi-
nə  görə  münasibət,  həqiqi  xidmətləri,  ləyaqətləri və  hüquqlarından asılı  ol-
mayaraq, əsassız olaraq özününkülərin qiymətini həddən artıq qaldırmaq ki-
mi “kasta şüurunu” yaradan korporativ mənəviyyat bazasında inkişaf edir. 
İnsanın düşüncə tərzinə, xarakterinə və davranışına böyük təsir göstərən so-
sial vəziyyət və vəzifə burada mühüm rol oynayır. Əmək kollektivində yara-
nan  “gərginlik  sahələri”  qərəzsizlik,  xeyirxahlıq,  səmimilik,  ziyalılıq  kimi 
keyfiyyətlərin  puç  edilməsinə  səbəb  olur.
14
 Belə  “sahələrin”  yaranmasını 
aradan qaldıran yaxşı şərt korporativ mədəniyyət, ümumi maraqlar, dostluq 
və məhəbbət daşıyıcısı olan məsləkdaşlar kollektividir.  
Peşəkar  və  şəxsiyyətlərarası  etika  yalnız  biliklərin,  innovativ  imkanların 
və fiziki bacarıqların deyil, həm də işçilərin qəlbinin, onların verilmiş məsələ-
ləri  daha  yaxşı  həll etmək  arzusunun  olduğu,  ümumi  maraqlara  cavab  verən 
və bir çox cəhətdən fəaliyyətin keyfiyyəti və effektivliyini təmin edən işgüzar 
münasibətlər mədəniyyətinin mühüm tənzimləmə vasitəsidir. Ömürlük muzd-
lu işçilər sisteminə malik olan Yaponiyada təşkilat - psixologiyası əmək məh-
suldarlığının  yüksək  səviyyəsi  və  buraxılan  məhsulun  keyfiyyətinə  kömək 
edən “böyük ailə” kimi nəzərdən keçirilir. Bunun əsasını ənənəvi milli əxlaq, 
klan-qrup  həmrəyliyi  hissi  ilə  şərtlənən  korporativ  yapon  mədəniyyəti  təşkil 
edir. Avropada bəzi mütəxəssislər tərəfindən o, sosial manipulyasiya ideolo-
giyası  kimi  nəzərdən  keçirilsə  də,  mahiyyətcə  belə  sistem  istehsal  tələbatları 
və kollektiv üzvlərinin tələbatlarını təmin etməyə imkan verir.  
Əlbəttə ki, yüksək məhsuldarlıqlı əmək düzgün motivasiyasız mümkün de-
yil. Öz  daxili  motivlərini anlamaq insanın həyat fəaliyyətinin  məqsədləri və 
texnologiyalarının  seçiminə  yardım  edir.  Motivasiyanı  qorxu,  vicdan  və  ma-
raq  kimi  kateqoriyalar  prizmasından  nəzərdən  keçirmək  qəbul  edilmişdir. 
Motivasiya nəzəriyyəsinin əsas yanaşmalarından biri fərz edir ki, insanın ilkin 
müsbət  keyfiyyətləri  və  bacarıqları  ya  ədalətsiz  münasibətlər,  ya  da  düzgün 
olmayan idarəetmə ilə sarsıdıla bilər. Və əksinə, onlar təlim, stimullaşdırma, 
işçini idarəetməyə cəlb etmə və onda özünüidarəni və özünə nəzarəti inkişaf 
etdirmə yolu ilə ümumi rifah naminə inkişaf və səfərbər edilə bilərlər.  
                                                 
14
D.S.  Lixaçova  görə,  özünü  yalandan  xeyirxah  və  səxavətli  kimi  göstərmək  olar,  amma 
ziyalı kimi - olmaz.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə