Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə37/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   33   34   35   36   37   38   39   40   ...   109

89 
hər kəs özünəməxsusluq haqqına malikdir;  
6.
 
İstənilən hissləri öldürən deyingənlikdən uzaq olmaq.  
Qarşılıqlı anlaşma və davranışın uyğunlaşmasını təmin edən şəxsiyyətlər-
arası  ünsiyyətin  tənzimləyiciləri  qismində  davranış  və  insan  münasibətləri 
standartları, srereotipləri və etalonları çıxış edir. Onlar insana psixoloji cə-
hətdən  düzgün  diaqnoz  müəyyənləşdirmək  və  düzgün  seçim  etmək  imkanı 
verir.  İnsan  ünsiyyətinin  çoxəsrlik  təcrübəsini  özündə  toplamış  etalonlara, 
stereotiplərə  və  standartlara,  onları  təşkil  edən  əsas  intellektual,  emosional 
və obrazlı komponentlər prizmasından baxmaq olar. İntellektual komponent, 
bu və ya digər insanlara, müəyyən etnoslar, xalqlar, millətlərin nümayəndə-
lərinə  münasibətin  ifadə  olunduğu  “etnik  stereotiplərin”  qiymətləndirmə 
mülahizələri ilə bağlıdır. Tənqidi təhlil etməyə imkan verən intellektual mə-
dəniyyət,  təfəkkür  stereotiplərinin  qeyri-adekvat  ağırlığı  ilə  yüklənməmiş 
tənqidi  təhlilə  imkan  verdiyi  üçün  konkret  situasiya  və  ya  insanın  düzgün 
müəyyən edilməsi və qiymətləndirilməsi şərtilə çıxış edir. O, “ağaclar arxa-
sında meşəni görmək”, etnik və digər stereotip xüsusiyyətləri aid etmədən, 
ayrıca  fərdin  yaxşı  cəhətlərini  qiymətləndirmək  imkanı  verir.  Emosional 
komponent müəyyən standartda əks olunmuş bu və ya digər hadisə ilə bağlı 
yaranan hər hansı bir hissi ifadə edir. Bu komponent insanda bu və ya digər 
psixoloji  istiqamətlər  və  müəyyən  obyektə  münasibətlər  formalaşdırır. 
Obrazlı  komponent  şüurda  bu  və  ya  digər  insan  tipi,  etnik  və  ya  milli  tip 
haqqında təsəvvür  kimi  mövcuddur.  Hər  üç  komponent  qarşılıqlı  əlaqəlidir 
və  Lütfi  Zadənin  qeyri-səlis  məntiq  qanunlarına  uyğun  olaraq,  bir-birinə 
qarşılıqlı təsir edir. Bu və ya digər komponentin üstünlüyü yaş, informasiya-
nın obyektivlik dərəcəsi, analitik təfəkkür, əvvəlcədən formalaşdırılmış “ob-
raz” və s. kimi amillərdən asılıdır. Lakin şübhəsiz ki, stereotip və standartla-
rın  komponentlərinin  qarşılıqlı  təsir  dinamikasında  şəxsiyyətin  intellektual 
mədəniyyəti  aparıcı  rol  oynayır.  O,  emosional  və  obrazlı  komponentlərin 
formalaşmasını,  son  nəticədə  isə  insan  mədəniyyətinin  bütövlükdə  inkişaf 
səviyyəsini də müəyyən edir.  
İnsan  münasibətləri  mədəniyyətində  kütləvi  sosial-mədəni  hadisələrin 
psixoloji  mexanizmləri  müəyyən  rol  oynayır.  Sosial  istiqamətlər  olan  və 
özündə çoxəsrlik ünsiyyət təcrübəsini toplayan ənənə, adət, moda (dəb) kimi 
sosial-psixoloji hadisələr ictimai münasibətlərin tənzimləyiciləri rolunda çı-
xış edirlər. İctimai münasibətlər mədəniyyətində moda və reklam müəyyən 
yer tutur. Mədəniyyətindən asılı olaraq, müxtəlif insanlarda davranışın müx-
təlif alqoritmləri (qaydalar toplusu) bu və ya digər insanlara, hadisələrə, tə-
zahürlərə, faktlara münasibətlər formalaşa bilər. İnkişaf səviyyəsi, cəmiyyə-
tin ruhi mədəniyyət dəyərləri və siyasətdən asılı olaraq, moda və reklam in-


90 
san həyatında ikili rol oynaya bilər. Moda, istehlakçı cəmiyyət üçün olduqca 
xarakterik olan, başqalarının arasında insanı sadəcə fərqləndirmir, əgər o, in-
san üçün gözəlliyi və faydalılığı ifadə edirsə, konstruktiv xarakter daşıya bi-
lər. Əgər  moda, reklam və KİV ictimai şüuru manipulyasiya  etmək funksi-
yasını  yerinə  yetirirlərsə,  şəxsiyyəti  simasızlaşdıraraq,  qiymətləndirmə  və 
münasibətlərin müəyyən normalarına insanı vadar edirlərsə, onları çətin ki, 
pozitiv  sosial  mədəniyyət amilləri kimi  nəzərdən  keçirmək  mümkün  olsun. 
Bu  hadisələrin  təsir  təbiətini,  onların  yaranması  və  fəaliyyətinin  psixoloji 
mexanizmlərini  başa  düşmək  ictimai  münasibətlər  mədəniyyətini  tənzimlə-
məyə imkan verir.  
Yaratma  və  dağıtma,  şərin  aradan  qaldırılması  və  xeyirin  stimullaşdırıl-
ması insanın mədəniyyətindən, dəyərlər sistemindən, dünyagörüşü, tərbiyə-
si, təsəvvürlərindən, obyektiv informasiya və şəxsiyyətin xarakterindən ası-
lıdır. İnsanın və bütün dünyanın xilası - həyat keyfiyyətinə, inkişafa və rifa-
ha təsir göstərən  yüksək intellektual və mənəvi mədəniyyətdədir. Ruhi  mə-
dəniyyətin yüksəlməsi ilə hər bir şəxsiyyət və bütün bəşəriyyət səviyyəsində 
şərin dəf edilməsi imkanları artır. Mədəni insan yalnız özü üçün deyil, di-
gərləri üçün də yaşamalı, başqalarına səadət bəxş etməyə çalışmalı, insan-
ları  qiymətləndirməyi  bacarmalı  və  ona  göstərilən  diqqət  və  qayğıya  görə 
minnətdar  olmalı,  ədəb  qaydalarını  gözləməli,  yaşlı  adamların  insana  xas 
zəifliklərinə qarşı mərhəmətli olmalıdır. Xeyirxahlığa bağlılıq, aydın zəka, 
dərin elmi biliklər, səlis məntiq, obyektivlik və cəmiyyətin rifahı üçün ya-
radıcılıq  -  insana  xüsusi  ruhi  nüfuz  və  müəyyən  suqqestivlik  (təlqin  etmə 
qabiliyyəti) dərəcəsi verir.  
 
Müxtəlif insanlar başqasının sevincinə və dərdinə müxtəlif cür reak-
siya  verirlər.  Bəziləri  dərdə  şərik  olur,  digərləri  həsəd  aparır,  inciyir  və  ya 
başqasının dərdinə sevinir. Doğru və yanlış, konstruktiv və qeyri-konstruk-
tiv, xeyir və şər arasında seçım şəxsiyyətin mədəniyyətindən asılıdır. Bu se-
çim  həmişə  müxtəlif  həyat  şəraitlərində,  həyatın  müxtəlif  mərhələlərində 
mövcuddur.  O,  insanın  intellekti  və  əxlaqı,  onun  mənəvi  dəyərlər  sistemi, 
xarakteri və iradəsindən asılıdır.  
“Xeyirlə Şərin mübarizəsi daimidir. Və bu daimi mübarizədə Şər onunla 
daha güclüdür ki, Xeyir üçün bütün vasitələr məqbul deyil, halbuki Şər heç 
nədən iyrənmir” (sətri tərcümə). 
 
Mirzə Şəfi Vazehin bu dahiyanə şeirində şərin dəf edilməsi vasitəsi kimi 
ruhi mədəniyyətin aparıcı rolunu aşkar edən sosial həyatın mühüm qanuna-
uyğunluğu  təcəssüm  olunmuşdur.  İnsanı  Şərdən  necə  qorumalı?  Müasir 
dövrdə  inzibati-hüquqi  metodlarla  törədilmiş  cinayətə  görə  yalnız  cəza  ilə 
Şərə qalib gəlmək olarmı? Çətin ki. Yəqin ki, insanların təfəkkürü, niyyətlə-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə