Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə34/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   30   31   32   33   34   35   36   37   ...   109

83 
da qalır və ona daha yadda qalan təəssürat göstərməyə qadirdir. Bu xüsusiy-
yətləri,  həmçinin  digər  insanın  dəyər  və  motivlərini  bilmək  –  anlaşılmanın 
açarıdır. Dəyərli istiqamətlər və gözləmələrin başa düşülməsi, inam və məri-
fət, şəxsiyyətə hörmət və empatiya – başqalarının hissləri ilə yaşamaq, onla-
rın  ağrısını  və  sevincini  duymaq  bacarığı,  tərəflərin  əvvəlcədən  yaranan 
mümkün yanlış qənaətini və təcavüzkarlığını aradan qaldırmağa kömək edir
dostluq və əməkdaşlıq üçün əlverişli şərait yaradır.  
Müxtəlif milli, dini, sosial və digər mədəniyyətlərdə hər bir tarixi zaman ər-
zində dəyişilə bilən eyni bir məişət hadisələri haqqında müxtəlif təsəvvürlər, 
müxtəlif etik normalar və adətlər, qaydalar və ünsiyyət etalonları mövcuddur. 
Hər  bir  “dil  mədəniyyəti”  insanın  baxışını,  duruşunu,  yerişini  və  hərəkətini 
müxtəlif  cür  qiymətləndirir.  Məsələn,  əgər  bəzi  mədəniyyətlərdə  düz  gözün 
içinə zillənən baxış düzlük və səmimilik nişanəsi kimi qəbul edilirsə, digərlə-
rində - kobudluq, böyüyə hörmətsizlik kimi qəbul olunur. Çinlilər öz narazı-
lıqlarını  gözlərini  geniş  açmaqla  bildirirlər.  Afrikanın  ayrı-ayrı  xalqlarında 
gülüş – sevinc yox, təəccüb və karıxma əlamətidir. Əgər Avropa cəmiyyətin-
də  insana  tüpürmə  nifrəti  bildirirsə,  Keniya  və  Tanzaniyada  yaşayan  masai 
tayfası  nümayəndələrində  bu  -  sevgi  və  xeyirxahlıq  ifadəsidir,  Amerika  hin-
dularında  isə  pasiyentə  tüpürmə  həkimin  mərhəməti  əlamətidir.  Buna  görə 
müxtəlif millətlərin, xalqların və etiqadın insanları üçün universal məna daşı-
yan qiymətləndirmələr, baxışlar, jestlər, hərəkətlər ola bilməz. Bəzi xalqlarda 
razılıq  bildirən  təsdiqləyici  baş  hərəkəti,  başqaları  üçün,  razılaşmama  rəmzi 
və məsələn, bolqarlarda, əksinə ola bilər. Bununla belə,  məhz intonasiyaları, 
duruşları, jestləri ünsiyyət mühitini formalaşdıran, insanın əsl, “pis maskalan-
mış”  emosional  münasibəti  haqqında  informasiya  kimi  nəzərdən  keçirmək 
olar. Buna əsaslanaraq, milli və dini mənsubiyyətindən asılı olmayaraq ünsiy-
yət mədəniyyəti şəxsiyyətə hörmət üzərində qurulmalıdır.  
Ünsiyyət mədəniyyəti statik deyil, dinamik hadisədir, çünki insanlar ara-
sındakı münasibətlər onların arasında olan əlaqələrin xarakterindən və on-
ların rəftarından asılı olaraq dəyişir. Amerika psixoloqu A. Bernin ünsiyyət 
konsepsiyasına uyğun olaraq, real həyatda (ailədə və ya kollektivdə) mürək-
kəb qarşılıqlı təsirə rast gəlinir ki, burada şəxsiyyətin mədəniyyəti və xarak-
terindən  asılı  olaraq,  -  manipulyasiya  etmə,  qeyri-bərabər  ölçüyə  malik  rə-
qabət və ya əməkdaşlıq kimi ünsiyyət formaları üstünlük təşkil edə bilər. Bu 
zaman manipulyasiya etmə passiv müqavimətə çevrilə bilər, rəqabət - konst-
ruktiv  yarışmadan  ambisiyaların  destruktiv  qarşıdurmasına  çevrilmək  riski 
edir, xoş məram üzərində qurulmuş əməkdaşlıq isə qarşılıqlı faydalı pozitiv 
münasibətlərin formalaşmasına yardım edir.  
 


84 
Onu da nəzərə almaq lazımdır ki, insanların elə kateqoriyası var ki, baş-
qalarını lağa qoymaq üçün onların zəif cəhətlərini və  yanlışlıqlarını üzə çı-
xarmağa və istifadə etməyə çalışırlar. Çətin ki, lağa qoymanı pozitiv ünsiy-
yətə  aid  etmək  mümkün  olsun.  Mark  Tven  insanın  özünə  inamını  qırmağa 
çalışanlardan,  bu  cəhətin  alçaq  adamlara  xas  olduğunu  qeyd  edərək,  uzaq-
laşmağı  məsləhət  görürdü.  Böyük  insan,  əksinə,  sizə  təlqin  edir  ki,  siz  də 
böyük ola bilərsiniz. Əgər tərəflərdən biri digərini manipulyasiya etmək is-
təyirsə, onda qarşılıqlı anlaşma əvəzinə inamsızlıq və uzaqlaşma əmələ gə-
lir.  Manipulyasiya  formalarından  biri  qərəzli  davranış  niyyətində  olan 
oyundur” ki, bu zaman insan heç də nəzərində tutduğunu təsvir etməyərək, 
həmsöhbəti üçün müəyyən tələ qurur. Çox zaman belə tələlər xasiyyətin zəif 
tərəflərinə  hesablanır:  tamahkarlıq,  qorxaqlıq,  əsəbilik,  sentimentallıq  və  s. 
Belə oyunun “qarmağına” düşən qurban, adətən, maddi, mənəvi və ya siyasi 
itkilərlə  hesablaşır.  Bütövlükdə  isə  “oyunun”  nəticəsi  kədər  və  məyusluq, 
soyuqluq və münasibətlərin kəsilməsidir.  
Xoş məram üzərində qurulmuş əməkdaşlıq isə tamamilə əks nəticələr ve-
rir.  Sosial-mədəni  fəaliyyət  prosesində  insanlar  bir-birlərinə  qarşılıqlı  təsirə 
məruz qalırlar. Qərb prixologiyasında “interaksionizm” adlanan bu qarşılıqlı 
təsir, kooperativləşdirilmiş fəaliyyətlərin birgə proqramlarına yönəldilən ra-
zılaşdırılmış şəxsiyyətlərarası qarşılıqlı təsirin effektiv strategiyasının yara-
dılmasına kömək edir. Qarşılıqlı münasibətlər mədəniyyətinin keyfiyyət sə-
viyyəsi  nə  qədər  yüksəkdirsə,  mədəni  uyğunluq  prinsipinin  gözlənilməsinə 
əsaslanan birgə fəaliyyətin nəticələri o qədər yaxşıdır. Əlbəttə ki, əməkdaşlı-
ğın konstruktiv mövqeyini və bunun üçün zəruri olan qarşılıqlı anlaşmaya 
nail  olmanı  yaratmaq  üçün  digər  insanın  daxili  motivlərini  anlamaq  vacib-
dir.  İnsanların  qarşılıqlı  anlaşma  “sahəsi”  və  keyfiyyəti  onların  şəxsiyyət 
mədəniyyətinin  keyfiyyət  səviyyəsindən  asılıdır.  Yüksək  mədəniyyət  prin-
sipləri və dəyərləri üzərində qurulan ünsiyyət insanı nəcibləşdirir və yüksəl-
dir.  Belə  ünsiyyət  səmimiyyəti,  xeyirxahlığı,  düzgün  seçilmiş  tonu,  səbri, 
həmsöhbətini  düzgün  başa  düşməyə  qarşılıqlı  cəhdi,  maraqları  və  ümidləri 
harmonizasiya etmək bacarığını nəzərdə tutur. Əgər ünsiyyətin əsasını, həm-
söhbətin şəxsiyyətinə hörməti və ona qarşı münasibətdə səmimiyyəti nəzər-
də  tutan,  kommunikasiyanın  “aktuallaşdırma”  kimi  tipi  təşkil  edərsə,  onda 
nəticə  pozitiv  olacaq.  Səmimiyyət,  təmənnasızlıq,  həmrəylik  və  hörmət 
uzunmüddətli  pozitiv  insan  münasibətlərinin  formalaşdırılması  amilləridir. 
Yaxşı  bir  ifadəni  yada  salaq:  “Ən  böyük  biclik  –  səmimilikdir”.  Yaltaqlıq, 
məddahlıq və ifrat konformizm, E. Bernin ifadəsinə görə, insan münasibət-
lərinin həqiqi dəyərləri ilə təmin olunmayan “səfehlərin pulu”, “fantom ka-
ğızlardır”.  İyerarxiya  pilləsində  yuxarıda  duranlara  hörmət  deyil,  yaltaqlıq 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə