Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə30/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   26   27   28   29   30   31   32   33   ...   109

73 
10.
 
İlkin kulturoloji, sosioloji və marketinq təhlillər. 
11.
 
Resursların düzgün istifadə olunması.  
12.
 
Kadrların düzgün seçimi və yerləşdirilməsi. Əməyi qiymətləndirmək 
və mükafatlandırmaq bacarığı.  
13.
 
İnsanlarla işləmək, qulaq asmaq, inandırmaq və maraqları harmonizasiya 
etmək bacarığı. Personalın idarə olunmasında tələbkarlıq və qayğıkeşlik.  
14.
 
Maraqlılıq, işə maraq. Perspektivlərin olması.  
15.
 
Məsuliyyət  mədəniyyəti.  Hər  kəsin  şəxsi  məsuliyyətinin  müəyyən 
edilməsi.  
16.
 
Obyektiv informasiyanın olması və xalqın adətlərini bilmə.  
17.
 
Düzgün hüquqi və maliyyə təminatı.  
18.
 
Prosesin monitorinqi, nəzərdə tutulan planın real və gözlənilən nəti-
cələrlə korrektə edilməsi.  
19.
 
Gözlənilən nəticələrin proqnozlaşdırılması.  
20.
 
Nəzərdə  tutulan  planların  praktik  təcəssümünə  yönəldilmiş  inadlı, 
vicdanlı əmək. 
21.
 
Liderin xarizmatik keyfiyyətləri.  
 
 
Dövlət idarəçiliyinin üç baçlıca problemi 
 
 
Sosial-mədəni inkişafın strateji istiqamətlərinin müəyyən edilməsi və 
dövlət prioritetlərinin təyin edilməsi 
 
Ruhi və maddi mədəniyyətin müxtəlif sahələri üçün mütəxəssislərin 
hazırlanması və tərbiyə edilməsi, onların həyat fəaliyyəti üçün maddi-tex-
niki və sosial şəraitin yaradılması; 
 
Sosial-mədəni,  o  cümlədən,  iqtisadi  tərəqqi  məqsədlərilə,  mövcud 
mütəxəssislərin  və  onların  fəaliyyət  nəticələrinin  qiymətləndirilməsi  və 
effektiv istifadəsi.  
 
Dövlət idarəçiliyinin əsas funksiyaları 
 
 
Dövlət idarəçiliyi mədəniyyəti dövlət tərəfindən müəyyən olunmuş in-
zibatçılıq qaydalarına məmurların ciddi riayət etməsini nəzərdə tutur. Dövlət 
inzibatçılıq fəaliyyətinin əsas funksiyalarına aiddir: 
1.
 
Qərarların yerinə yetirilməsi 
2.
 
Xidmət 
3.
 
Nizamlama 


74 
4.
 
Lisenziyalaşdırma 
5.
 
İnformasiyanın toplanması 
6.
 
Kommunal təsərrüfat 
7.
 
Ekspertiza 
8.
 
Diskresion fəaliyyət 
Dövlət administrasiyasının birinci və əsas funksiyası - qəbul edilmiş qa-
nunların  icrası  və  icra  hakimiyyəti  tərəfindən  işlənib  hazırlanmış  siyasətin 
həyata keçirilməsidir. Bununla yanaşı o, idarəetmə prinsiplərinin işlənib ha-
zırlanması ilə də məşğul olur. Birləşmiş Krallıqda administrasiya nazirliklə-
rin fəaliyyətində, qanun layihələrinin işlənib hazırlanmasında yardım göstə-
rir,  xüsusi  korporasiyalar  vasitəsilə  iqtisadiyyatda  dövlət  sektorunun  idarə 
edilməsini həyata keçirir. Böyük Britaniyanın Milli səhiyyəsi vətəndaşların 
azad  tibbi  təminatı  siyasətini  həyata  keçirir,  tibbi  hazırlığın,  tibb  işçilərinə 
patent  verilməsinin,  hospitalların  idarə  edilməsinin  nəzarətini  tətbiq  edir. 
ABŞ-da  Səhiyyə  və  tibbi  yardım  departamenti  ştatları  federal  fondlarla  tə-
min edir və onların təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.  
Administrasiyanın ikinci mühüm funksiyası - xidmətdir, bu məqsədlə əha-
liyə  xidmət  üzrə  xüsusi  dövlət  agentlikləri  yaradılır.  Demokratik  ölkələrdə 
əhaliyə hökumət xidmətləri göstərilməsinin əsas sahələri arasında səhiyyəni, 
mədəniyyəti,  meteoroloji  xidməti,  kənd  təsərrüfatı  xidmətini,  işlə  təmin 
etməni və s. göstərmək olar. 
Üçüncü  funksiya  -  əhalinin  rifahının  qorunmasına  istiqamətlənən  həyat 
fəaliyyətinin  tənzimlənməsidir.  Almaniyada  milli  qanunverici  hakimiyyətin 
Ali  palatası  –  Bundesrat,  ölkənin  ərazi  hökumətləri  tərəfindən  federal  qa-
nunvericiliyin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Almaniyanın Fe-
deral inzibati məhkəmələri ərazi hökumətlərini milli qanunlara tabe olmağa 
məcbur  etmək  hüququ  almışlar.  Bir  sıra  Qərb  ölkələrində  xüsusi  hökumət 
komissiyaları,  agentlikləri  və  departamentləri  fabriklərdə  iş  şəraitinin,  birja 
fəaliyyəti təhlükəsizliyinin tənzimlənməsi, həmkarlar ittifaqına seçkilərə nə-
zarət və s. ilə məşğul olurlar. Bu zaman tənzimləmə müəyyən ictimai fəaliy-
yətləri dayandırmaq və ya kəsmək hüququnda ifadə edilən qüvvələr potensi-
alı ilə müdafiə edilir.  
Administrasiyanın dördüncü funksiyası - lisenziya fəaliyyətidir. Bu funk-
siyanın təyinatı, hökumət tərəfindən insan fəaliyyətinin müəyyən sahələrin-
də standartların və minimal məhdudiyyətlərin təyin edilməsidir. Bu və ya di-
gər fəaliyyət növü ilə məşğul olmaq istəyən vətəndaşlar hökumət tərəfindən 
təyin edilən standarlara əsaslanmalıdırlar. Unitar dövlətlərdə belə standartlar 
və meyarlar milli hökumətlər tərəfindən təyin edilir. Federal dövlətlərdə isə 
əhəmiyyətindən asılı olaraq, standartların bir hissəsi ştatlar, əyalətlər və ya 


75 
dövlət departamentləri tərəfindən təyin edilə bilər. Bu - ictimai məktəblərdə 
müəllimlik  fəaliyyətinə,  daşınmaz  əmlakın  satılmasına,  xüsusi  praktikaya, 
sürücülük hüquqlarının verilməsinə və s. aiddir. Bütün ölkələrdə tele- və ra-
dio yayımı lisenziyaları mərkəzi və ya federal hökumət tərəfindən verilir.  
Dövlət  administrasiyasının  beşinci  funksiyası  -  informasiya  toplanmasıdır. 
İnformasiyanın əsas təyinatı: qanun pozuntusunun aşkar edilməsi və obyektiv 
məlumatlar əsasında düzgün siyasi qərarın qəbul edilməsidir. Əsas vəzifə hadi-
sələr,  faktlar  və  insanlar  haqqında  obyektiv  informasiyanın  hazırlanmasıdır. 
Obyektiv informasiyanın alınması və milli inkişaf proqramlarının işlənib hazır-
lanması üçün bütün müasir dövlətlər tərəfindən agentliklər, federal bürolar, na-
zirliklər və ya xüsusi komissiyalar səviyyəsində faktik dəlillərə əsaslanan xüsusi 
tədqiqatlar aparılır. Bu - enerjiyə, əhalinin tibbi təminatına, ətraf aləmin müha-
fizəsinə, vətəndaşların hüquqlarının müdafiəsinə və s. olan milli tələbatlara aid-
dir. Məsələn, ABŞ-da vətəndaşların hüquq məsələləri üzrə lazımi qərarın qəbul 
edilməsindən əvvəl Ədliyyə departamenti daxilində Vətəndaş hüquqları şöbəsi 
tərəfindən xüsusi tədqiqatlar aparılır. FTB (Federal Təhlükəsizlik Bürosu) ölkə-
nin milli maraqlarına və ya şəxsiyyətin hüququna və s. qarşı təxribatçılıq fəaliy-
yəti ilə bağlı tədqiqat aparır.  
  Altıncı  funksiya  -  vətəndaşların  həyat  fəaliyyətini  təmin  edən  əsas  şərtlər-
dən biri olan kommunal təsərrüfatın lazımi fəaliyyətinin təmin edilməsidir.  
Dövlət bürokratiyasının yeddinci funksiyası - ekspertizadır.  Mütəxəssis-
lərin məmurlar tərəfindən təmin edilən elmi və texniki ekspertizası, qanun-
verici və icraçı hakimiyyətin fəaliyyətində, ictimai və dövlət inkişafının mü-
rəkkəb problemlərinin həllində istifadə edilir. Müasir demokratik dövlətlər-
də bu funksiya bürokratların ictimai siyasətə ən mühüm təsir vasitəsi olmuş, 
bürokratiyanın müşavirəçi rolunun qanunverici və icraedici fəaliyyətin ayrıl-
maz  hissəsinə  çevrilməsini  şərtləndirmişdir.  Ekspertlər,  müşavirlər  və  kon-
sultantlar qanunların hazırlanmasında, siyasətin formalaşdırılmasında və hö-
kumət qərarlarının qəbulunda böyük rol oynayır, onlara görə yüksək məsu-
liyyət daşıyırlar. Ekspertiza cəmiyyətin və konstruktiv xarici siyasətin sabit 
və təhlükəsiz inkişaf şərtlərini müəyyən etməyə imkan verir. Bu, dövlət qa-
nunlarının interpretasiyasına, ideologiyaya və siyasətə, idarəetməyə, sənaye-
də işlərin aparılması təhlükəsizliyinə, beynəlxalq münasibətlərə və s. aiddir. 
Bizim günlərdə universal biliklərin, sistemli və situasiyalı təhlilin istifadəsi-
ni nəzərdə tutan “geniş görüş dairəsi” əsasında (F.M.) düzgün siyasi, sosial-
mədəni və iqtisadi hökumət qərarlarının qəbul edilməsinə imkan verən kul-
turoloji ekspertiza mühüm əhəmiyyət qazanır.  
Dövlət inzibatçılığının səkkizinci funksiyası - diskresion fəaliyyətdir. Dis-
kresion  fəaliyyət  qanunla,  məqsədlərlə  şərtlənən,  qanunların  yerinə  yetiril-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə