Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə26/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   22   23   24   25   26   27   28   29   ...   109

63 
B.e.ə.  I  minilliyin  əvvəlinə  aid  edilən  dəmir  inqilabı  bəşəriyyət  tərə-
findən dəmirin kəşfi və istifadəsinə gətirib çıxarmışdır.  
I  minilliyin  ortalarına  aid  olan  intellektual  inqilab,  arxaik  dövrün  mi-
foloji təfəkkürünü əvəz edən fəlsəfənin dominantasına əsaslanan ruhi mə-
dəniyyətin yüksək səviyyəsinin yaranmasına imkan yaratmışdır. 
B.e.ə.  I  minillikdən  bizim  eranın  I  minilliyinə  qədər  olan  dövrə  aid 
olan  yəhudi  dini,  buddizm,  xristianlıq  və  islamın  yaranması  ilə  nəticələ-
nən dini-mənəvi inqilablar, dünya xalqlarının əksəriyyətinin monoteizmə 
qəti surətdə keçidini ifadə etmişdir. 
Kitab çapı üçün orta əsrlər Çin qurğusunun yaradıcılıqla istifadəsi əsa-
sında  XV  əsrdə  Almaniyada  baş  vermiş  kitab  çapı  sahəsində  inqilab 
(üçüncü  informasiya  inqilabı),  İohan  Quttenberq  tərəfindən  kitabların 
mətbəə nəşrinin və tirajının yayılmasını mümkün edən əl çap dəzgahının 
və  punsonun  ixtirası  və  praktikada  tətbiqi  -  kütlələrin  akkulturasiyası, 
təhsilin, elmin, dinin və incəsənətin cox dəyərli inkişaf vasitəsi olmuşdir. 
XVII  əsrdə  Avropada  elmi  inqilab,  elmin  sosial  institut  kimi  təşəkkül 
tapmasına  və  gerçəklik  haqqında  obyektiv  biliklərin  işlənməsi  və  nəzəri 
cəhətdən sistemləşdirilməsi ilə məşğul olan müasir elmlərin əsasının ya-
radılmasına gətirdi. O, elmin strukturunun, dəkretmə prinsipləri, kateqo-
riyaları,  metodları  və  təşkili  formalarının  dəyişdirilməsinin  əsasını  qoy-
muşdur.  
XVII-XX  əsrlərdə  Avropa  və  Asiyadakı  sosial-mədəni  (burjua-demok-
ratik) inqilablar müasir dünyanın mühüm siyasi institutu olan demokrati-
yanın əsasını qoymuşdur.  
XVIII əsrın sonunda İngiltərədə buxar mühərriklərinin ixtirası ilə əla-
qədar  olan  sənaye  inqilabı,  bütün  dünyada  elmi-texniki  tərəqqi  üçün  ge-
niş imkanlar açmışdır. 
XIX əsrin axırı - XX əsrin əvvəlində nüvə fizikası sahəsindəki kəşflərlə 
bağlı olan təbiətşünaslıq sahəsində inqilab, bəşəriyyətin mikroaləm haqqın-
da təsəvvürlərini  dəyişmiş,  təbiətin  insanın  mənafeyi  naminə  dərk  edilməsi 
və  dəyişdirilməsinin  böyük  imkanlarını  aşkarlamış,  sosial-iqtisadi  həyatda 
əsaslı keyfiyyətli dəyişikliklərin başlanğıcına gətirib çıxarmışdır.  
SSRİ-də  XX  əsrin  20-30-cu  illərində  yer  alan  mədəni  inqilab,  keçmiş 
Sovet  İttifaqı  respublikalarında  əhalinin  savadsızlığının  aradan  qaldırıl-
ması, ziyalı kadrların hazırlanması, elmin, ali təhsilin və incəsənətin güc-
lü potensialının formalaşdırılması ilə nəticələnmişdir. 
XX  əsrin  50-ci  illərinin  ortalarında  olan  elmi-texniki  inqilab,  istehsal 
qüvvələrinin keyfiyyətcə dəyişdirilməsində elmin aparıcı amilə çevrilmə-
sinə səbəb olmuşdur. 


64 
XX  əsrin  ikinci  yarısının  texnoloji  inqilabı  yüksək  texnologiyaların 
yaradılmasında  fundamental  tədqiqatların  rolunun  artmasına  səbəb  ol-
muşdur.  
XX  əsrin  ikinci  yarısının  dördüncü  informasiya  inqilabı  elmi  əməyin 
və  bəşəriyyətin  sosial  həyatının  kompüterləşməsinə  səbəb  olmuş,  sənaye 
cəmiyyətindən  informasiya  cəmiyyətlərinə  və  ya  “biliklər  cəmiyyətləri-
nə” keçidi göstərmişdir.  
XX-XXI əsrlərin qlobal sosial-mədəni inqilabı yeni elmi kəşflərin art-
ması,  yüksək  idarəetmə  texnologiyaları  və  metodlarının  yaradılması  və 
təkmilləşdirilməsinin, müxtəlif xalqların mədəniyyətləri və sivilizasiyala-
rının qarşılıqlı təsiri və sintezinin inkişafı ilə xarakterizə edilir. O, iqtisa-
diyyat, siyasət, təhsil, incəsənət, ticarətdə inteqrasiyalı proseslərlə, dünya 
mədəniyyəti  üzrə  vahid  mədəni-informasiya  məkanının  formalaşması, 
mədəni müxtəlifliyin qorunması və yeni translokal mədəniyyətlərin yara-
dılması,  lokal  və  qlobal  problemlərin  həllində  beynəlxalq  əməkdaşlığın 
inkişafı ilə müşayiət edilir. 
 İntellektual  və  mənəvi  tərəqqiyə  əsaslanan  sosial-mədəni  nailiyyətlər 
mədəniyyətlərin yeni tarixi tiplərinin formalaşmasına təsir göstərirdi, on-
ların tərkibində isə öz növbəsində dünya mədəniyyəti və sivilizasiyasının 
gələcək tərəqqisi üçün ilkin şərtlər formalaşırdı.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


65 
İDARƏETMƏ MƏDƏNİYYƏTİ HAQQINDA ANLAYIŞ 
 
İdarəetmə  mədəniyyəti  anlayışı.  İdarəetmənin  elmi  prinsipləri.  Təşkilati 
mədəniyyət  tipləri.  İdarəetmənin  səmərəlilik  formulu.  İdarəetmənin  uğur 
formulu.  Dövlət  idarəçiliyinin  üç  əsas  problemi.  Dövlət  idarəçiliyinin  əsas 
funksiyaları.  
 
İdarəetmə mədəniyyəti 
 
Məlum  olduğu  kimi,  sosial  mədəniyyətin  mühüm  institutlarından  biri 
olan idarəetmə - nizamlamaq, inkişaf etdirmək və təkmilləşdirmək məqsədi 
ilə müəyyən obyektə təsir edilməsini təmin edən, həmçinin qoyulmuş vəzi-
fələrin yerinə yetirilməsi maraqlarında müxtəlif obyektlərin səylərinin koor-
dinasiyasını ifadə edən prosesdir. Belə obyektlər – insan, ailə, kollektiv, cə-
miyyət, dövlət ola bilər. İdarəetmə - məqsədlər, istiqamətlər və prioritetlərin 
müəyyən  edilməsini,  fəaliyyət  prinsipləri  və  metodologiyaların,  texnologi-
yalar  və  metodların  seçilməsini,  proqramlar  və  layihələrin  işlənib  hazırlan-
masını, qərarların qəbul edilməsi və yerinə yetirilməsini daxil edən fəaliyyə-
ti nəzərdə tutur. O, insanın və cəmiyyətin, dünya mədəniyyəti və sivilizasi-
yası obyektiv inkişaf qanunauyğunluqlarının elmi dərk edilməsi və yaradıcı 
istifadəsi əsasında qurulur.  
İdarəetmə mədəniyyəti – rifahın yüksəldilməsi, insanın, cəmiyyətin, döv-
lətin  və  dünya  birliyinin  mütərəqqi  və  təhlükəsiz  inkişafına  nail  olunması, 
ictimai  və  beynəlxalq  münasibətlərin tənzimlənməsi,  insanların mənafeləri-
nin  uyğunlaşdırılması  maraqlarında  həyata  keçirilən  xüsusi  elmi  biliklər, 
texnologiyalar, mütəşəkkillik, etika və rəhbər fəaliyyətdir. O, həm də idarə-
etmə fəaliyyəti və onun nəticələrinin keyfiyyət göstəricisidir. İdarəetmə mə-
dəniyyəti  -  insanın,  sosial  qrupların,  cəmiyyətin,  dövlətin  və  ya  beynəlxalq 
birliyin  fəaliyyətinə  rəhbərlik  üzrə  dəyişən  dünya  şəraitində  onların  inkişaf 
gedişatını  istiqamətləndirən  və  sosial-mədəni  tərəqqini  təmin  edən  şüurlu 
humanist  fəlsəfəni  və  fəaliyyətin  optimal  texnologiyasını  nəzərdən  keçirir
O qoyulmuş  məqsədlərə nail olunması və idarə edilən obyektin inkişafında 
effektivliyin əldə edilməsi üçün lazım olan, düzgün siyasi, iqtisadi və ya so-
sial qərarların qəbul edilməsinə imkan verən dərin peşəkar bilikləri, bacarıq-
ları, hüquqi savadı, siyasi və mənəvi məsuliyyəti nəzərdə tutur. Tədris fənni 
kimi  idarəetmə  mədəniyyəti  -  demokratik  cəmiyyət  və  hüquqi  dövlət  şərai-
tində, cəmdə tələbə və dinləyicilərin effektiv idarə edilməsi üçün zəruri olan 
biliklər  və  vərdişlərlə  təchiz  edən,  universal  kulturoloji  və  xüsusi  idarəetmə 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə