Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   20   21   22   23   24   25   26   27   ...   109

59 
ni  inkişafının  tarixi  prosesi  dialektik  ziddiyyətlə  fərqlənərək,  mədəni  tə-
rəqqi  və  mədəni  tənəzzül  hadisələrinin  məcmusunu  təcəssüm  etdirir,  on-
ların birləşməsi konkret cəmiyyətin və ya sivilizasiyanın proqressiv inki-
şaf templərini müəyyən edir. Mədəni tərəqqi daha az mükəmməldən daha 
artıq  mükəmmələ  doğru  inkişaf  prosesini  əks  etdirir.  Mədəni  tərəqqinin 
səviyyəsi  yaradılan  mədəni  dəyərlərin  keyfiyyəti  və  kəmiyyəti,  onların 
cəmiyyətdə  yayılma  miqyası  və  mənimsənilmə  dərinliyi  ilə  ölçülür.  Tə-
rəqqinin  vəziyyəti  ilə  həm  bütövlükdə  mədəniyyət  sistemi,  həm  də  onun 
ayrı-ayrı  altsistemləri  xarakterizə  oluna  bilər.  Bütövlükdə  mədəniyyət 
prosesi, onun ayrı-ayrı sahələrinin geriləməsi, hətta tənəzzülü ilə müşayi-
ət  oluna  bilər  ki,  bu  həmin  prosesin  dialektik  xarakteri  ilə  izah  olunur. 
Tarixən mədəni tərəqqi, ilk növbədə insanın intellektual fəaliyyətinin in-
kişafında və onun nəticələrinin istehsal qüvvələrinin inkişafı üçün istifa-
də  olunmasında  görünürdü.  Bu,  insanın  effektiv  enerji  mənbələrinin:  in-
san enerjisindən – heyvan enerjisinə, su enerjisinə, külək enerjisinə, fay-
dalı qazıntılar enerjisinə, atom enerjisinə, günəş enerjisinə qədər axtarış-
larındakı  tarixi  müvəffəqiyyətləri  nümunəsində  daha  aydın  izlənilir.  Mə-
dəni  tənəzzül  -  yuxarıdan  aşağıya  enmə,  geriləmə,  təşkilat  səviyyəsinin 
aşağı düşməsi, öz dövrünü keçirmiş forma və strukturlara qayıdış prosesi 
kimi xarakterizə olunur. Mədəni tənəzzülün klassik nümunəsi kimi, Hin-
distanda  harappa  və  Yunanıstanda  krito-miken  yazı  sisteminin  itməsi  ilə 
müşayiət olunan qədim sivilizasiyaların tənəzzülünü göstərmək olar. Bu 
şəraitdə müəyyən  mədəni varisliyin qorunması üçün  əlverişli  mühiti xü-
susi sabitlik və regenerasiya qabiliyyətinə malik olan icmalar yaradırdı.  
Mədəni inkişafın qeyri-bərabərliyi ayrı-ayrı insanların, həyat fəaliyyə-
tinin  müxtəlif  sahələrinin,  şəhərlərin  və  kəndlərin,  xalqların  və  dövlətlə-
rin müxtəlif inkişaf səviyyəsində öz əksini tapır. O praktik olaraq bütün – 
fərdi  (müxtəlif  həyat  fəaliyyəti  sahələrində  qabiliyyətlərin  və  inkişafın 
müxtəlif səviyyəsi), yerli, regional, milli, beynəlxalq səviyyələrdə yer tu-
tur.  İnsanın  mədəni  qeyri-bərabərliyi  –  müxtəlif  həyat  fəaliyyəti  sahələ-
rində (təhsil, elm, incəsənət, sənətkarlıq, etika, dilləri bilmək) insanın bi-
likləri,  bacarıqları,  mütəşəkkilliyi,  mənəviyyatlılıq  səviyyəsi  ilə  bağlı 
olan  sosial  ölçüdür.  Ölkənin  mədəni  qeyri-bərabərliyi  –  kəndlərin,  regi-
onların,  şəhərlərin,  habelə  fərdlərin  sosial-mədəni  inkişafının  müxtəlif 
səviyyələri ilə bağlı olan sosio-coğrafi ölçüdür. Dünya birliyinin mədəni 
qeyri-bərabərliyi  -  kontinentlər,  regionlar,  ölkələr,  xalqlar,  millətlər,  et-
nosların sosial-mədəni inkişafının müxtəlif səviyyəsi ilə bağlı sosial-coğ-
rafi ölçüdür.  
Milli  mədəniyyətlərin  inkişaf  səviyyəsinin  qiymətləndirilməsi  üçün 


60 
“aşağı mədəniyyətlilik həddi” anlayışı da istifadə olunur. Bu, insanın hə-
yata,  onun  gündəlik  formalarına  yaradıcı-passiv  adaptasiyasıdır.  Lakin 
mədəniyyətin əsl mahiyyəti insanın yaradıcı qabiliyyətlərini həyat, sosial 
tərəqqi  və  inkişaf  maraqlarında  reallaşdıran  yaradıcı  fəaliyyətdədir.  Ya-
radıcı fəaliyyətsiz və mədəni mübadiləsiz mədəniyyət məhv olur. 
Dünya sivilizasiyası tarixində vaxtaşırı olaraq, “mədəniyyət böhranla-
rı” yer tutmuş və yer tutur. Bu, sosial-mədəni inkişafın sabit formalarının 
dağılmasına gətirib çıxaran kəskin, sərt dönüşlərdir, mənəvi, intellektual, 
bədii və digər dəyərlərin pozulması, adətlərin və həyat səviyyəsinin zəif-
ləməsi ilə təhsildə, iqtisadiyyatda və insan münasibətləri mədəniyyətində 
depressiyalarla  müşayiət  olunur.  Mənfi  tərəfə  dəyişən  ictimai  inkişaf  şə-
raiti mədəni dəyərlər və həyat reallıqları arasında ziddiyyətə, millətin ya-
radıcı ruhunun zəifləməsinə gətirib çıxarır. Mədəniyyət böhranlarını ara-
dan qaldırmaq üçün düşünülmüş siyasət və yüksək idarəetmə mədəniyyə-
ti lazımdır.  
Qeyri-bərabər inkişafın antonimi, o cümlədən, insanlar, xalqlar və on-
ların mədəniyyətləri arasındakı təbii fərqləri də istifadə etməklə, ona can 
atılmalı olan harmonik inkişafdır. Mədəni tərəqqisiz və sosial inqilablar-
sız harmonik inkişaf mümkün deyil. Mədəni tərəqqi ideyası antik dövrün 
Avropa tarixi konsepsiyalarında müxtəlif cür əks olunmuşdur. Birinci ya-
naşma  yeni eranın birinci minilliyinin əvvəllərinə aiddir, ibtidai demok-
ratizmin  hüquq  qaydalarının  dağılması  şəraitində  qədim  yunan  mifoloji 
təfəkkürü üçün bəşəriyyətin mədəni inkişafı haqqında yaxşıdan pisə doğ-
ru enməsi haqqında təsəvvür xarakterik idi. Belə ki, Gesiod bəşəriyyət ta-
rixini bir-birini ardıcıl əvəz edən beş dövrə bölür: qızıl, gümüş, mis, qəh-
rəmanlıq və dəmir. Gesiodun təsəvvürünə görə bu, insanların mənəviyya-
tının  tədricən  pozulduğu,  yoldan  çıxdığı  və  daha  da  pis  olduğu,  tərzinə 
görə əks işarəli təkamül idi.  
İkinci  yanaşma  I  minilliyin  ortalarında  Yunanıstanda  stsientist  təfək-
kürün inkişafı ilə əlaqədardır ki, onun çərçivəsi daxilində əvvəlki bədbin 
mənzərə, bəşəriyyətin birbaşa təkamülü prinsipi üzrə qurulmuş görmə ilə 
əvəz  olunur.  Bu  fəlsəfi  baxışı  biz  Esxilin  “Zəncirlənmiş  Prometey”  əsə-
rində, Prometeyin bəşər övladını öyrətdiyi, ibtidai primitivizmdən sənət-
lərə və elmlərə döğru inkişaf yolunun salınmasında tapırıq. Burada mədə-
ni  dəyişikliklərin  yaradıcısı  ilahi  mənşəli  mədəni  qəhrəman  idi.  İnsan 
mədəniyyətinin  təkamülünü  belə  görməyə  biz,  bütün  mədəni  nemətlərin 
allahın  və  qəhrəmanların  bəxşişi  kimi  nəzərdən  keçirildiyi  Protaqorun 
“İnsan cəmiyyətinin ilkin vəziyyəti haqqında” əsərində şərh olunan Pla-
tonun fəlsəfəsində də rast gəlirik.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə