Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   17   18   19   20   21   22   23   24   ...   109

51 
nin effektivliyinə - siyasətdə kortəbii, idarə olunmayan proseslərin və müvəffə-
qiyyətsizliyin  güclənməsinə  səbəb  olan  bürokratizm,  avtoritar  idarəetmə  üslu-
bu,  volyuntarizm,  favoritizm,  təmtəraqlılıq,  qeyri-mütəşəkkillik,  boşboğazlıq, 
təkəbbür, özbaşınalıq və avanturizm kimi amillər neqativ təsir göstərir. 
 
 
Mədəniyyətin yaradıcıları 
 
Mədəniyyətin  formalaşdırılması  və  inkişafı  prosesində  xüsusi  rol  onun 
yaradıcılarına – yüksək şüur, istedad, humanizm daşıyıcıları, həyat fəaliyyə-
ti,  ənənələr  və  ictimai  münasibətlər  mədəniyyətinin  yeni  sahələrinin  təşəb-
büsçüləri və qanunvericilərinə, alimlərə, müəllimlərə, mütəxəssislərə, incə-
sənət xadimlərinə, ruhi və maddi istehsal təşkilatçılarına, siyasi, hüquqi, dini 
təlimlərin  yaradıcılarına,  şəhər  və  dövlətlərin  əsasını  qoyanlara,  idarəetmə 
sistemləri və modellərinin, daxili siyasət və beynəlxalq  münasibətlərin mü-
tərəqqi sistemlərinin “memarları” və “inşaatçılarına” məxsusdur. 
Mədəni yaradıcılığın subyektləri kimi həm ziyalıların ayrı-ayrı nümayən-
dələri  və  ya  onların  kollektivləri,  həm  də  bütövlükdə  xalq  kütlələri  çıxış 
edirlər. Cəmiyyətin ruhi mədəniyyətinin yaradılması mexanizmi iki “təbəqə-
nin”  qarşılıqlı  təsiri nəticəsində  yaranır  –  xalqın  adi  şüuru  (“aşağı  təbəqə”) 
və ziyalılar tərəfindən (“yuxarı təbəqə”) həyata keçirilən peşəkar “ruhi isteh-
sal”. Xalqın adi şüuru dilləri, həmçinin onun maraqlarını və tələbatlarını, də-
yərli  oriyentasiyalarını,  əxlaq  normalarını,  baxışlarını  və  ideallarını  ifadə 
edən, elmi nəzəriyyələri, bədii surətləri və ideoloji doktrinaları qidalandıran 
zəmin  yaradır.  Yaradıcı  proses  olan  mədəniyyətin  inkişafının  başlıca  hərə-
kətverici qüvvəsi - intellektual, texnoloji, idarə, hüquqi, etik və bədii mədə-
niyyətin daşıyıcıları - ziyalılardır. 
 
 
Elitar mədəniyyət 
 
Hər bir ölkənin mədəniyyəti şərti olaraq, kütləvi və elitar mədəniyyətə  bölü-
nür.  Elitar  mədəniyyət  –  ruhi  aristokratlıqla  xarakterizə  edilən  ziyalı  və  digər 
imtiyazlı qrupların seçilmiş nümayəndələrinin mədəniyyətidir. Mədəni elita: 
 Ruhi dəyərlər və yüksək etik, estetik, intellektual və dini mədəniyyət 
normaları ilə birləşən ziyalı nümayəndələri;  
 Ruhi mədəniyyətin seçilmiş, imtiyazlı yaradıcıları və ekspertləri, so-
sial-mədəni tərəqqinin başlıca hərəkətverici qüvvəsi missiyasını yerinə yeti-
rən, xüsusi elmi biliklərə sahib olanlar; 


52 
 Mədəniyyətin böhran vəziyyətinin aradan qaldırılmasına daxilən mo-
tıvasiya edilmiş və ictimai tərəqqiyə səbəb olan, öz dövrünü qabaqlayan mo-
dernistlər; 
 Çox zaman cəmiyyətin sosial və siyasi tələbləri çərçivəsindən çıxan, 
xüsusi özünütənzimləmə  mexanizmlərini və həyat fəaliyyətinin dəyər-məna 
meyarlarını yaradan, yeni ənənələrin təşəbbüsçüləri və “böyük üslub” para-
diqmalarının yaradıcılarıdır.  
  Elitar  mədəniyyətin  mənbəyi  və  institutları:  elmi  müəssisələr,  ali  mək-
təblər,  dini  idarələr,  mason  lojaları,  fəlsəfi  yığıncaqlar,  mədəni  cəmiyyətlər 
və assosiasiyalar, ədəbi-bədii strukturlar, yaradıcı ittifaqlar və fondlar, elmi 
məktəblər, parlament yığıncaqları, ictimai-siyasi birliklər və s.-dir.  
 
Kütləvi mədəniyyət 
 
Kütləvi mədəniyyət – KİV-nin köməyi ilə yayılan, başlıca olaraq əylən-
cə, istehlak və kommersiya xarakteri daşıyan, kütləvi istehlakçıya istiqamət-
lənən mədəniyyət növüdür. Kütləvi mədəniyyət istehlakçının adi təfəkkürü-
nə  və  sadə  zövqünə  hesablanan  ruhi  və  maddi  dəyərlərin  yayılmasına  təsir 
göstərir.  Kütləvi  mədəniyyətin  mahiyyəti  şəxsləşdirilmiş  inkulturasiyadan, 
yəni,  dünyagörüşü  və  davranış  normalarının  öyrədənin  şəxsi  təcrübəsinin 
öyrənənə ötürmə yolu ilə translyasiyası, - insanların kütləvi akkulturasiyası, 
yəni  elitar  mədəniyyət  nailiyyətlərinin  adi  mədəniyyət  dilinə  çevrilməsi  və 
cəmiyyətdə onların kütləvi tirajlanması ilə şərtlənir.  
Sosial mədəniyyət tipi olan kütləvi mədəniyyət - Yeni dövrdə urbanizasiya 
və sənayeləşdirmə, silki cəmiyyətlərin milli cəmiyyətlərə transformasiyası, əha-
linin ümumi savadlılığının təşəkkülü, sənayeyə qədərki adi ənənəvi mədəniyyət 
tipinin  bir  çox  formalarının  tənəzzülü,  texniki  tirajlanma  vasitələrinin  inkişafı 
və informasiyanın ötürülməsi prosesində tamamilə formalaşmışdır. Kütləvi mə-
dəniyyətin müasir inkişaf mərhələsi informasiya texnologiyalarının intensiv in-
kişafı və onun, informasiya “istehsalçısı” maraqlarında kütləvi istehlakçının şü-
urunun  effektiv  manipulyasiya  alətinə  çevrilməsi  ilə  bağlıdır.  XX  əsrin  ikinci 
yarısında sosial-mədəni modernləşmə və sənaye cəmiyyətindən postsənaye (in-
formasiya)  cəmiyyətinə  keçid  şəraitində,  kütləvi  mədəniyyət  müasir  xalqların 
həyatında xüsusi yer tutmuşdur.  
 
L.A. Uaytın mədəniyyət konsepsiyası 
 
Müstəqil elm kimi kulturologiyanın formalaşması XX əsrin ortalarından 
başlamışdır. Ondan əvvəl - insanı və insan dünyasını tədqiq edən antropolo-


53 
giyanın, sonra isə XIX əsrin sonunda sosiumun öyrənilməsi nəticəsində ya-
ranan sosiologiyanın daha erkən nailiyyətləri olmuşdur. Buna məkan və za-
man daxilində öz xüsusi fəaliyyətinə və inkişaf qanunauyğunluqlarına malik 
bütöv  sistem  kimi,  bəşər  mədəniyyəti  haqqında  formalaşan  təsəvvürlər  də 
yardım etmişdir.  
Mədəniyyət  haqqında  elm  olan  kulturologiyanın  banisi,  haqlı  olaraq 
Amerika antropoloqu Lesli Alvin Uayt hesab edilir. Uaytın 1949-cu ildə çap-
dan  çıxmış  “Mədəniyyət  haqqında  elm”  kitabı  mədəniyyət  və  onun  qeyri-
məhdud dəyişdirici imkanları haqqında təsəvvürlərin inkişafında keyfiyyət-
cə yeni, inqilabi səviyyə idi. O, ictimai elmlərin inkişafına, humanitar bilik-
lərin yeni ənənələrinin təşəkkülünə ciddi töhfə idi.  
Uayt mədəniyyətin enerji konsepsiyasını yaratdı ki, bu konsepsiyaya gö-
rə, fenomenlərin müəyyən qaydası olan  mədəniyyət öz xüsusi prinsiplərinə 
və qanunlarına əsaslanaraq təsvir edilə bilər. Mədəni elementlərin və ya bü-
tövlükdə mədəni sistemlərin qarşılıqlı təsir prinsiplərini təhlil edərək o, mə-
dəni fenomenlər və sistemlər qanununu ifadə etdi ki, buna uyğun olaraq, in-
sanın  mədəniyyəti  müxtəlif  mədəni  ənənələrin  vəhdəti  kimi  inrerpretasiya 
edilir.  Bu,  insanın  mədəniyyətinin  əsas  tarixi  inkişaf  qanunauyğunluqlarını 
izləməyə imkan verir.  
Mədəniyyəti bütöv, mütəşəkkil və inteqrasiya olunmuş sistem kimi nəzərdən 
keçirərək, Uayt onun qarşılıqlı təsirin qeyri-bərabər qüvvələri ilə bağlı olan, bir-
birindən asılı üç altsistemini ayırır: texnoloji, sosial və ideoloji.  
• Texnoloji altsistem (ilkin, əsas, baza) insanın ətraf aləmə uyğunlaşması 
ilə şərtlənir. Buraya - istehsal vasitələri, mövcudluq vasitələri, evlər tikmək 
üçün materiallar, hücum və müdafiə üçün vasitələr və s. daxildir. 
  • İdeoloji altsistemə - ideyalar, biliklər və etiqadlar daxildir. 
  • Sosial altsistemə - kollektiv davranış tipləri daxildir.  
Mədəniyyətin  yüksəlişinin  və  inkişafının  dərk  edilməsi  üçün  açar  olan 
texnoloji subsistemin fəaliyyəti dinamikdir və enerji sərfi ilə bağlıdır, bunun 
sayəsində mədəniyyəti, materiya və enerji anlayışlarını nəzərə alaraq təsvir 
etmək  olar.  Uayta  görə,  həyat  tələbatlarının  təmin  edilməsi  ilə  bağlı  mədə-
niyyətin başlıca funksiyası - lazım olan enerji miqdarının texnoloji hasili və 
onun insanın maraqlarında istifadə edilməsidir.  
Uayt  mədəniyyətin  inkişafının  ildə  əhalinin  adambaşına  istehlak  olunan 
enerjinin  miqdarı  ilə  yaxud  vasitəsi  ilə  bu  enerjinin  istifadə  edildiyi  əmək 
alətlərinin  (texnologiyaların  -  F.M.)  effektivliyinin  artması  ilə  düz  mütəna-
sib olduğu qanunauyğunluğunu aşkar edir.  
Uayt mədəniyyətin inkişaf səviyyəsini xarakterizə edən üç universal amili 
ayırır: 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə