Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə32/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   28   29   30   31   32   33   34   35   ...   109

79 
sənin sağalmağını bayram kimi gözləyən adamlar var, o zaman hətta xəstə-
lənmək də xoşdur.” İnsan təklikdə, başqa insanların sevgisi, hörməti və dəs-
təyi olmadan xoşbəxt ola bilərmi? Saxta xeyirxahlıq bizə xoş gələ bilərmi? 
Məgər mədəni insanlarla ünsiyyət əsl təmtəraq deyilmi?  
İnsan münasibətlərinin əsas sirləri insanların sözləri, əməlləri, davranışı, fə-
aliyyəti və şəxsiyyətinin qarşılıqlı qiymətləndirilməsinin incə psixoloji mexaniz-
mlərindədir.  “Qiymətləndirmənin  qızıl  qaydası”  ondan  ibarətdir  ki,  konkret 
əməl əsasında hansısa bir xətalar və ya uğursuzluqlara görə şəxsiyyətə ümumi 
neqativ qiymət və xarakteristika vermək lazım deyil, çünki bu, insanlar arasında 
psixoloji sədd yaradan labüd yoldur. İnsanın, onun qabiliyyətləri və nailiyyətlə-
rinin  obyektiv  və  xeyirxahlıqla  qiymətləndirilməsi,  minnətdarlığın  ifadəsi  və 
şəxsiyyətin  xidmətlərinin  etirafı  qarşılıqlı  anlaşma,  dostluq,  məhsuldar  əmək-
daşlıq və inkişaf üçün əlverişli şərait yaradır. Lakin konkret əməl neqativ qiy-
mət də ala bilər. Belə halda bu qiyməti onu törədən insanın şəxsiyyətinə aid et-
mək,  beləliklə,  onun  yaxşılaşmasını,  təkmilləşməsini  “bağlayaraq”,  insanın  öz 
gücünə və imkanlarına inamını öldürmək lazım deyil. Hətta müəyyən səhvə gö-
rə insanı məcburən tənqid edərkən, fikir ayrılığının mahiyyəti haqqında danış-
maq lazımdır. Bu zaman insanı “küncə qovmayaraq”, partnyorun əhəmiyyətini 
qeyd etmək, onun üçün müvəffəqiyyətə ümid və pozitiv perspektiv açaraq, qa-
biliyyətlərinə inam nümayiş etdirmək lazımdır. Məhz belə yanaşma şəxsiyyətlə-
rarası münasibətlər mədəniyyətinin tələblərindən biridir.  
S.LRubinşteynə görə insanın psixi simasının təhlil modeli üç əsas suala 
cavab tapılmasını nəzərdə tutur: insan nə istəyir, o nə bacarır, o nədir. Bi-
rinci  sual  şəxsiyyətin  maraqlarını,  tələbatlarını,  ideallarını,  istiqamətləri  və 
motivlərini müəyyən etməyə imkan verir. İkinci – onun istedadının və qabi-
liyyətinin. Üçüncü – onun xarakterinin. Buna baxmayaraqinsanın əhval-ru-
hiyyəsi  bir  çox  amillərdən–  digər  insanlar  tərəfindən  məhəbbət  və  hörmət-
dən,  əmək  fəaliyyətindən,  fiziki  səhhətindən,  ruhi  vəziyyətindən,  həyat tər-
zindən, üslubundan, hisslərdən, əsasən xüsusi enerji yaradan ehtirasdan ası-
lıdır. Pozitiv təfəkkür, çətin vəziyyətlərdə dözüm və təmkin, məsuliyyət his-
si, öz şüurunu idarə etmək bacarığı, öz qüvvəsinə inam, öz davranışının və 
xeyirxahlığının düzgünlüyünə əminlik mühüm əhəmiyyət kəsb edir.  
Onore de Balzak qeyd edirdi ki, insan haqqında fikir söyləmək üçün ən azı 
onun  düşüncələri,  uğursuzluqları  və  həyəcanlarından  agah  olmaq  lazımdır. 
İnsan hisslərini su və od kimi həm canlandırıcı, yaradıcı, həm də dağıdıcı xassə-
lərə malik təbii hadisələrlə müqayisə etmək olar. Hər şey bu xassələrin necə is-
tifadə olunmasından, bu təbii təbiət hadisələrinin nə dərəcədə ağılla idarə edil-
məsindən asılıdır. Bu hadisələri dağıdıcı deyil, yaradıcı istiqamətə yönəldərək, 
onları  necə  idarə  etmək  olar?  Millətindən  və  dinindən  asılı  olmayaraq,  yalnız 


80 
insanın həqiqi dəyər meyarı olan yüksək ruhi mədəniyyət vasitəsi ilə.  
İnsan münasibətləri mədəniyyətinin universal əsası və konkret təzahürü şəx-
siyyətlərarası münasibətlər mədəniyyətidir. O: düzgün qiymətləndirmə və etira-
fı; nəzakəti, ədəbi; şəxsiyyətə hörməti; empatiyanı, başqasının dərdinə şərik ol-
manı; inamı; anlamanı; səmimiliyi; dözümü, təmkini, səbri; psixoloji uyğunlu-
ğu və harmoniyanı; şəxsiyyəti ittiham etmədən ziddiyyətləri aradan qaldırmağı; 
öz fikirlərini düzgün ifadə etmək bacarığını nəzərdə tutur. 
Həyatda hər şey dəyişir, insan münasibətləri də dəyişir: onlar ya inkişaf edir 
və möhkəmlənir, ya da sönüb gedir və bitir. Hər şey insanların mədəniyyətin-
dən, onların qarşılıqlı münasibətlərinin səmimiliyindən, enerji, xoş məram, diq-
qət,  əməkdaşlıq  etmək  istəyi  və  ziddiyyətləri  aradan  qaldırmaq  bacarığından 
asılıdır. İnsanın ailədə və iş yerində gündəlik davranışında onun şəxsi mədə-
niyyəti, bilikləri və etikası, tələbatları və maraqları, xarakteri və temperamenti-
nin xüsusiyyətləri, baxışları, zövqü, vərdişləri, öz qüvvəsinə inam dərəcəsi özü-
nü göstərir. Hələ keçən əsrin əvvəlində Lesli Alvin Uayt kulturoloji qanunauy-
ğunluğu göstərmişdir ki, ona uyğun olaraq, insanın davranışı onun mədəniyyə-
tinin  dəyişməsi  ilə  dəyişir.  İnsanın  davranış  vahidi  əməllərdir.  İnsanın  daxili 
əqidəsinə və xassəsinə çevrilərək, böhran şəraiti və ya mürəkkəb situasiyalarda 
özünü  parlaq  şəkildə  göstərərək,  onlar  ruhi  mədəniyyətin  güclü  mənəvi  amili 
olurlar.  U.  Tekkereyin  fikri  yaxşı  məlumdur:  “Əməl  əkin  -  vərdiş  biçərsiniz, 
vərdiş əkin – xasiyyət biçərsiniz, xasiyyət əkin - tale biçərsiniz”.  
İnsanın davranışı və əməllərində onun xarakteri - şəxsiyyətin bütün psixi və 
ruhi xassələrinin, fərdi xüsusiyyətlərinin nadir məcmusu üzə çıxır. Xarakter in-
sanın  daxili  aləmini,  onun  daxili  mədəniyyətini  əks  etdirir.  O,  insanları  valeh 
edən və  ya özündən uzaqlaşdıran əsas keyfiyyətdir. Xasiyyət fikirlərə, hisslərə 
və hərəkətlərə möhür vurur, fəaliyyətə təsir göstərir, şəxsiyyətin tipik, sabit xü-
susiyyətləri və xassələrini aşkar edir. Xarakter insanların ünsiyyət prosesində və 
müəyyən vaxtda təzahür olur. İmmanuil Kant qeyd edirdi ki, “xarakter prinsip-
lərə uyğun fəaliyyət göstərmək bacarığından ibarətdir.” İnsanın xarakterini bil-
məklə, müəyyən şəraitlərdə onun əməllərini və davranışını qabaqcadan görmək 
və proqnozlaşdırmaq, deməli, onu müəyyən dərəcədə idarə etmək olar. Bax bu-
na görə, erkən uşaqlıqdan, insanın gələcəyinin bir çox cəhətdən asılı olacağı po-
zitiv,  alicənab  xarakter  formalaşdırmaq  bu  qədər  vacibdir.  Hətta  bəzi  vəhşi 
heyvanların təlim təcrübəsi göstərir ki, qayğı və xeyirxahlıq aqressiv xarakteri – 
pozitivə dəyişə bilər. Alicənab xarakter ədalət, məsuliyyət və sabit mənəvi əqi-
dələrə əsaslanan əxlaqi keyfiyyətləri əks etdirir. O, insanların qarşılıqlı münasi-
bətində aydınlıq yaradır, qarşılıqlı anlaşma və harmoniyaya səbəb olur, insanın 
etibarlılığını təmin edir. Belə xarakter möhkəm iradə, qəbul edilmiş prinsiplərə 
uyğun olaraq, öz davranışını idarə etmək və onu tənzimləmək bacarığını, baş-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə