Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə31/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   27   28   29   30   31   32   33   34   ...   109

76 
məsi və müvəffəqiyyətə nail olma üçün zəruri olan qərarların çıxarılmasında 
bürokpatların hüququ və məsuliyyəti ilə bağlıdır. Diskresion fəaliyyətin in-
kişafı hakimiyyət agentliklərinin yalnız nümayəndəliklərin deyil, həm də si-
yasi hakimiyyətin daşıyıcıları olmasına imkan yaratdı. Dövlət qanununu ne-
cə  yerinə  yetirmək və  ya siyasəti necə həyata keçirmək haqqında müstəsna 
qərar qəbul etmək hüququna malik olan agentlik, ictimai qanunları, qaydala-
rı və nizam-intizamı müəyyən etmək imkanı qazanır. Bu, əhalinin sağlamlı-
ğının qorunmasına, qiymət siyasətinə, gəmiçilik qaydalarına və cəmiyyətin 
həyat fəaliyyətinin digər sahələrinə aid edilir.  
   Dövlət  idarəçiliyi  prosesi  dinamik  xarakter  daşıyır  və  hər  bir  ölkənin 
konkret  tələbatlarına  və  dünya  sivilizasiyasının  çağırışlarına  uyğun  olaraq, 
dialektik dəyişikliklərə, islahata və təkmilləşməyə məruz qalır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  


77 
İNSAN MÜNASİBƏTLƏRİ MƏDƏNİYYƏTİ 
 
Həyat  və  insan  münasibətləri  mədəniyyəti.  İnsan  münasibətlərinin  sirri 
və “qiymətləndirmənin qızıl qaydası”. Şəxsiyyətlərarası münasibətlər mədə-
niyyətinə qoyulan tələblər. Davranış, mədəniyyət və xarakter. Şəxsiyyət mə-
dəniyyətinin  formalaşdırılması  amilləri.  Mədəni  insanın  davranışı  və  insa-
nın  mədəni  davranışı.  Ünsiyyət  mədəniyyətinin  xüsusiyyətləri  və  qarşılıqlı 
anlaşmanın sirləri. Müxtəlif xalqların “dil mədəniyyəti”. Manipulyasiya et-
mə,  rəqabət  və  əməkdaşlıq.  Pozitiv  ünsiyyət,  insanların  qiymətləndirilməsi 
və  “əvvəlcədən  nəzərdə  tutulmuş  obraz”.  Qarşılıqlı  anlaşma  mədəniyyəti. 
Şəxsiyyətlərarası  münaqişələrin  mahiyyəti  və  xüsusiyyətləri.  Avtoritar  şəx-
siyyət  və  konstruktiv  diskussiya  qaydası.  Münaqişəsiz  münasibətlərin  altı 
prinsipi. Qarşılıqlı anlaşma və razılaşma davranışını təmin edən şəxsiyyət-
lərarası ünsiyyətin tənzimləyiciləri. Düzgün seçimə aparan yol.  
 
 
Dünya  sivilizasiyası  tarixinin  səhifələrini  vərəqləyərkən,  insan  münasi-
bətləri mədəniyyətinin – etik, hüquqi, bölgü, həmçinin maddi və siyasi ma-
raqlar, hakimiyyət və var-dövlət hərisliyi ilə  motivləşən davranışın idarəet-
mədə  nə  qədər  vacib  rol  oynadığını  görməmək  mümkün  deyil.  Davranışın 
əsas  motivi  insan  həyatının  qorunması  və  yaxşılaşdırılmasıdır.  Lakin  əgər 
bəzilərində  bu  qayğı  müəyyən  etik  prinsiplərlə  şərtlənirsə,  digərlərində  o, 
sosial  ziddiyyətlərə,  maraqların  və  dəyərlərin  toqquşmasına,  böhranlara  və 
müharibələrə gətirib çıxarır. Özünüqoruma instinkti və maddi maraqlar, ha-
kimiyyət, şöhrət və var-dövlət hərisliyi çox zaman  mənəvi prinsipləri dağı-
daraq, ədalətsiz siyasətin əsası olurdu.  
Həyat  –  yollar  çoxluğudur  ki,  onların  arasından  insan  özü  üçün  düzgün 
yolu seçməlidir. Bunu necə etməli? Bunun üçün mümkün qədər qısa müddət 
ərzində insan düzgün həyat  mədəniyyətinin  mahiyyəti və xüsusiyyətlərinin 
öyrənmə və dərketmə pillələrini qalxmalı, yetkinliyə, müdrikliyə çatmalı və 
özündə ruhi yaradıcılıq, harmoniya və kamillik qabiliyyətini yetişdirməlidir. 
Cəlaləddin Rumi deyirdi: “Müdriklik və bilik ona görə mövcuddur ki, yolu 
yolsuzluqdan ayırd  etmək  olsun.  Hər  yerdə  yol  olsaydı,  müdriklik  gərəksiz 
olardı”.  İnsanın  mədəniyyət  dünyası  müxtəlif,  çoxrəngli,  çoxüzlüdür.  O  öz 
təkrarolunmaz  fərdi  xüsusiyyətləri,  coğrafi  və  milli  özünəməxsusluğu  ilə 
müxtəlif mədəniyyətlərin böyük çoxluğundan ibarətdir. Bununla  yanaşı in-
sanların  mədəniyyətində  çoxlu  ümumi  cəhətlər  və  qanunauyğunluqlar  var-
dır. Bu qanunauyğunluqları bilmə və dərk etmə, səmərəli həyat fəaliyyəti və 
insan xoşbəxtliyinin başlıca şərtlərindən biri olan insan münasibətləri mədə-


78 
niyyətini pozitiv idarə etməyə, tənzimləməyə, harmonizasiya etməyə və tək-
milləşdirməyə yardım edir.  
İnsanın digər insanlarla qarşılıqlı münasibətləri onun şəxsiyyəti, psixoloji 
xüsusiyyətləri,  xarakteri  haqqında  müəyyən  təsəvvürlər  əsasında  qurulur. 
Əgər  bu  təsəvvürlər  yanlışdırsa,  əgər  biz  insan  münasibətləri  mədəniyyəti-
nin  bir  çox  qanunauyğunluqlarını  və  xüsusiyyətlərini  bilmiriksə,  qarşılıqlı 
anlaşmaya ümid etmək olarmı? Axı bizim bir çox bəlalarımız da bilməməyi-
mizdən  və  başa  düşməməyimizdən  yaranır.  Yaxşı  məlumdur  ki,  məsələn, 
adi təfəkkürə malik az mədəni insanlar şəxsi nöqsanlarını görmək iqtidarın-
da olmadıqlarına görə, özlərinin dünyagörüşü xaricində olan hər şeyi pislə-
yirlər. Onu da nəzərə almaq lazımdır ki, həyatda çox zaman insanın ziddiy-
yətliliyi  onun  varlığının  ziddiyyətindən  doğulur.  Bu və  digər  reallıqları nə-
zərə alaraq, hər kəs başqalarına diqqətlə yanaşmağa, fikrən özünü onun ye-
rində  təsəvvür  etməyə,  onun  ən  yaxşı  xüsusiyyətlərini  görməyə  və  qiymət-
ləndirməyə səy göstərməlidir.  
İnsan  münasibətləri  mədəniyyəti  –  insanın  tərbiyəsi,  təhsili,  intellekti  və 
xarakteri, ailədə, kollektivdə və cəmiyyətdə insanlar arasındakı münasibətləri 
tənzimləyən  mədəni  dəyərlər  sistemi,  etik  və  hüquqi  sosial  qanunlar  və  nor-
malar  ilə  şərtlənən,  insanların  davranışında  təcəssüm  edilən  qarşılıqlı  insan 
münasibətləri  prosesidir.  Bu  submədəniyyət  şəxsiyyət  mədəniyyətinin  mü-
hüm göstəricisi, idarəetmə mədəniyyəti, qarşılıqlı anlaşma və effektiv əmək-
daşlığın, davamlı həyat fəaliyyəti, sağlamlıq və ailə rifahının mütləq şərtidir. 
O, şəxsiyyətlərarası, ictimai,  millətlərarası, dinlərarası, beynəlxalq, ailə, gen-
der, işgüzar, peşəkar və digər münasibətlərin geniş spektrini daxil edir.  
İnsan münasibətləri mədəniyyəti əsasən onunla şərtlənmişdir ki, müxtəlif 
sosial-mədəni  sistemlər  və  qruplar  öz  mədəniyyət  təlimatlarına,  sosial  qa-
nunlar, sanksiya və stimullaşdırma sistemlərinə malikdirlər ki, onların vasi-
təsi  ilə  fərdlərin  və  insan  birliklərinin  davranışını  tənzimləməyə  çalışırlar. 
Bu  həm də  davranışın  müəyyən  mənəvi-etik  etalonları və  nizamlanmış  nü-
munələri və ünsiyyət stereotipləridir. Bununla yanaşı cəmiyyətin ruhi mədə-
niyyətinin ayrılmaz hissəsi olan insan münasibətləri mədəniyyəti, bu müna-
sibətlərdə  iştirak  edən  şəxsiyyətlərin  fərdi  mədəniyyətindən,  onların  dəyər-
dünyagörüşü istiqamətlərindən, hisslərinin mədəniyyətindən, “həyatın daxili 
qaydalarından” asılıdır. İnsan digər insanların arasında yaşayır və işləyir və 
onlarla  ünsiyyətdə  olaraq,  bu  insanlarla  intellekt  və  dərketmə  səviyyəsi ilə, 
öz şəxsi qiymətləndirməsi, mühakimələri və təsəvvürlərinin obyektivliyi və 
ya subyektivliyi ilə sıx bağlı olan münasibətlərlə şərtlənən müəyyən hisslər 
keçirərək və göstərərək, mütləq onu əhatə edən sosial aləmi dərk edir. İnsan 
qəlbinin  gözəl  bilicisi  Anton  Çexov  doğru  olaraq  qeyd  edirdi:  “Biləndə  ki, 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə