Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə33/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   29   30   31   32   33   34   35   36   ...   109

81 
qalarına yardım etməyi nəzərdə tutur. Adətən alicənab insan özündə qətiyyətli-
lik, mərdlik, fədakarlıq, məqsədyönlülük, dözüm, təmkun, səbr, yumor kimi xü-
susiyyətləri  cəmləşdirir.  Həm  də  xarakter  və  ona  xas  olan  xüsusiyyətlər  sabit 
vərdiş və keyfiyyətlər kimi, bütün həyat fəaliyyəti prosesində formalaşır və in-
kişaf edir. Mənfəətə istiqamətlənən eqoizm və ifrat konformizm, əksinə, etibar-
sızlıq, təkəbbür, ikili standartlar, məsuliyyətsizlik, xəyanət və ziddiyyətlər do-
ğurur. Eqoistlər deyil, yalnız alicənab və xeyirxah insanlar xoşbəxt ola bilərlər, 
çünki insanın xoşbəxtliyi onu əhatə edənlərə məhəbbət və qayğını nəzərdə tu-
tur.  
İnsanın şüurlu həyatının hər bir günü, həm anadangəlmə keyfiyyətlər əsasın-
da, həm də sosial mühit – ailədə, kollektivdə və cəmiyyətdə təhsil və tərbiyə sa-
yəsində formalaşan şəxsiyyət mədəniyyətinin “binasına” bir kərpic qoyur. Mə-
dəni inkişafın bu başlıca sosial vasitələrinin mühüm vəzifəsi insanın dərk etmə 
qabiliyyətlərinin yetişdirilməsidir. Benedikt Spinoza qeyd edirdi ki, dərk etmə – 
razılığın başlanğıcıdır. İ.V. Höte tamamilə doğru olaraq qeyd edirdi ki, “hər kəs 
dərk  etdiyini  eşidir”.  Buradan  aydındır  ki,  ailədə,  kollektivdə  və  cəmiyyətdə 
qarşılıqlı anlaşma və  harmoniyaya  nail olmaq üçün insanların  başa düşmə sə-
viyyəsinin yüksəldilməsinə yardım etmək nə qədər vacibdir. Anadangəlmə kar 
olan kimi, ananın nitqini eşitməyən uşaq da lal böyüyür. Buna görə də şəxsiyyət 
mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsində təlim, təhsil və tərbi-
yənin rolu aparıcıdır. Biliklərə və praktik vərdişlərə öyrədilməyən uşaqlara öz-
lərinin anadangəlmə qabiliyyətlərini inkişaf etdirmək, şəxsiyyət və lider olmaq, 
müdriklyə və kamilliyə yetişmək çətin olacaqdır.  
Nəzərə  almaq  lazımdır  ki,  mədəni  insanın  davranışı  və  insanın  mədəni 
davranışı heç də eyni deyil. Əgər mədəni insan xeyirxahlıq, ziyalılıq, bilik, 
məsuliyyət  və  düzgünlüyü  təmsil  edirsə,  insanın  mədəni  davranışı  -  yalnız 
mövcud sosial qrupda və ya cəmiyyətdə qəbul edilmiş norma və qaydalara 
zahirən  uyğun  gələn  etiket,  davranış  və  ədalardır.  Burada  əsas  olan  ruhilik 
deyil, zahiri atributdur. Buna dair akademik Dmitri Lixaçov yaxşı demişdir: 
“Özünü yaxşı kimi, səxavətli kimi göstərmək olar, amma ziyalı kimi göstər-
mək olmaz”. “Mədəni davranış” anlayışının məna əhəmiyyəti ilə insan qəl-
binin ruhi halı olan zahiri ayini etiqadla əvəz etməyin zəruriliyini əsaslandır-
mış  monoteizmin  məğlubiyyətə  uğratdığı  bütpərəstlik  dövrünün  ayini  ara-
sında  paralelin  olduğu  məlumdur.  Monoteizm  –  etiqadın  bütpərəstlik  ayini 
üzərində qələbəsini göstərdi.  
Mədəni insanın tələbatları, məqsədi, marağı, idealları onun dəyərlər siste-
mini, həyatın mənasını və məqsədlərə nail olma vasitələrini düzgün dərk et-
məsi  ilə  motivləşdirilir.  İnsanın  motivasiyası  bir  çox  cəhətdən  onun  daxili 
aləmi, dəyər-emosional əhval-ruhiyyəsindən asılıdır. Etiket qaydalarına for-


82 
mal olara riayət edən aşağı səviyyəli mədəni insanda, süni xeyirxahlıq arxa-
sında çox zaman insanlara qarşı laqeydlik, şəxsiyyətə hörmətsizlik və ədəb-
sizlik  durur.  Yüksək  mədəniyyətli  insan  öz  davranışında  zahiri  qaydalara 
formal riayət etməyi deyil, ətrafdakı insanlar, dostlar, ailə, kolleqalar və cə-
miyyət qarşısında öz davranışına görə özünə hörməti, vicdanı, həqiqi mənə-
vi məsuliyyət hissini rəhbər tutur. Mədəni insan başqa insanlarla münasibət-
lərini  onların sosial  mənşəyindən,  vəzifə  və  qohumluq  əlaqələrinə  görə  de-
yil,  onların  insani  mahiyyətindən,  şəxsiyyətin  ruhi  mədəniyyətindən  asılı 
olaraq,  xeyirxahlıq  prinsipləri  əsasında  qururlar.  Bu  zaman  o,  digərlərinə 
münasibətdə öz davranışının düzgünlüyünü daim şübhə altına alır. Mədəniy-
yətsiz insan isə konyunktura düşüncələrini nəzərə alaraq, xüsusilə də ətraf-
dakılara  xoş  təsir  bağışlamaq  onun  üçün  əlverişli  olan  şəraitdə,  müəyyən 
edilmiş qaydalara və normalara zahirən riayət etməyə çalışır.  
Şəxsiyyətlərarası - ailə, qonşu, dost, istehsal, işgüzar və digər münasibət-
lər mədəniyyəti, öz konkret ifadəsini insanlar arasındakı ünsiyyət mədəniy-
yətində tapır. Həqiqi nəzakət insanlara yaxşı münasibət bəsləməkdir. O, nə-
zakət yaradır və ona səbəb olur. İnsanlar arasında ünsiyyət zamanı “şəxsiy-
yətlərarası fəzanın fəth edilməsi” yalnız yüksək ruhi mədəniyyətə malik in-
sanlara  xasdır.  Mədəni  insan  -  heyranedici  insandır,  heyranedici  insan  isə 
həmişə cəzbedici qüvvəyə malik olur. Ünsiyyət prosesində yalnız sözlər de-
yil, baxışları, mimikanı, intonasiyanı və s. daxil etməklə, bütövlükdə kommu-
nikasiya  rol  oynayır.  Buna  görə  mədəni  insan  öz  yüksək  mədəniyyətini 
kommunikasiyanın  bu  formalarında  da  göstərməlidir.  O,  üzünün  ifadəsini, 
danışıq tərzini, tonunu, intonasiya və mimikasını - öz davranışını “etik nəza-
rətə” almalıdır, çünki bütün bunlar neqativ və ya pozitiv istiqamətdə ünsiy-
yətin  “psixoloji  sahəsini”  formalaşdırır.  Nəzakət  və  təvazökarlıq  insanın 
yüksək ruhi mədəniyyətini və əsl ziyalılığını təsdiqlədiyi halda, nəzakətsiz-
lik  –  mənasız  şöhrətpərəstliyini,  borc  hissinin  olmamasını,  səfehlik,  lovğa-
lıq, həsəd və digər nöqsanları və qüsurlarını göstərir.  
Ünsiyyət  mədəniyyəti  –  qarşılıqlı  anlaşma,  harmoniya  və  məhsuldar 
əməkdaşlığa nail olmaq üçün lazım olan şəxsiyyətlərarası əlaqələri, insanın 
psixoloji xüsusiyyətlərini və müxtəlif mədəniyyət xüsusiyyətlərinin qanuna-
uyğunluqlarını bilməni nəzərdə tutur. Ünsiyyətin “bumeranq effekti”, “halə 
effekti” və “ilkin-son effekt” xüsusiyyətləri haqqında təsəvvürlərə malik ol-
maq da lazımdır. “Bumeranq effekti”  insana xoşagəlməz informasiya veri-
lirsə  və  ya  onun  xoşuna  gəlməyən  kəs  ona  təzyiq  gösrərirsə,  onu  inandırıb 
fikrini  dəyişmək  iqtidarsızlığını  bildirir.  “Halə  effekti”  onunla  şərtlənir  ki, 
məhz  ilk  təəssüratlar  pozitiv  və  ya  neqativ  halə  yaradır.  “ilkin-son  effekt” 
göstərir ki, həmsöhbət tərəfindən ilk və ya son informasiya daha yaxşı yad-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə