Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə36/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   32   33   34   35   36   37   38   39   ...   109

87 
dafıə reaksiyalarının olduğu öz daxili mövqeyindən çıxış edir. Birinci halda 
bu,  əks  nöqteyi-nəzəri  istisna  edən  özündənrazılıqdır.  İkinci  halda  bu,  şəxsi 
mövqeyinin bəraəti və həmsöhbətdən ciddi tələb etmədir. Üçüncü halda bu – 
insanın öz təsəvvürləri çərçivəsindən kənara çıxan, hər şeyi inkar edən inad-
kar stereotipdir. Belə insana başqalarının davranış səbəblərinin izahında hə-
qiqətən hər şey aydındır. Bu, perspektivsiz vəziyyətdir ki, ondan çıxış - baş-
qalarının  pozitiv  dəyişdirilməsini  öz-özünün  pozitiv  dəyişilməsindən  başla-
maq  lazım  olduğunu  dərk  etməkdən  ibarətdir.  Belə  yanaşma  özünübəraət-
dən,  subyektiv  özünü  qiymətləndirmədən  və  digər  şəxsin  dəlillərini  və  əh-
val-ruhiyyə  mənbəyini  başa  düşərək,  onun  real  keyfiyyətlərini,  mövqeyini 
və məqsədlərini tam qəbuletmə prinsipinə əsaslanan “humanist psixologiya-
ya”  yönəlmədən  imtinanı  nəzərdə  tutur.  Mübahisəli  situasiyalarda  neqativ 
tənqidə:  “Siz  nəyi  nəzərdə  tutursunuz?”  “Siz  bununla  nə  demək  istəyirsi-
niz?” “Sizin üçün mən nə edə bilərəm?” və s. kimi dostyana suallarla cavab 
vermək bacarığı məntiqə uyğun mövqe hesab edilir.  
Bu və ya digər insanlara qarşı qabaqcadan əmələ gəlmiş yanlış fikirlər 
insan münasibətləri mədəniyyətinə böyük zərər yetirir, belə ki, onlar şəx-
siyyətin, ola bilsin ki, onunla dostluq və əməkdaşlıq münasibətlərinin qu-
rula biləcəyi keyfiyyətləri və xassələrini görməyə və obyektiv qiymətlən-
dirməyə  mane  olurlar.  İnsanların  adətən  həddən  artıq  qiymətləndirilən 
“biz” və lazımi qədər qiymətləndirilməyən “onlar” kimi “biz” və “onlar” 
məlum formulu üzrə müqayisə edilməsi - eyni bir etnik, sosial və ya dini 
qrupa aid olan, ümumi baxışlar, adətlər, daxili vəhdət, təfəkkür mədəniy-
yəti  xüsusiyyətləri  ilə  birləşən  insanların  davranış  stereotiplərinin  qanu-
nauyğun nəticəsidir. Qrup üstünlüyü duyğusuna, etnomilli düşüncələr və 
yanlış  fikirlərə  aparan  bu  yol,  insanlar  arasında  müəyyən  çəpər  yaradır, 
eqoizm,  ksenofobiya,  millətçilik  və  faşizm  üçün  ilkin  şərait  doğurur. 
Yanlış fikirlərdən uzaqlaşmaq üçün mühakimə azadlığına, analitik təfək-
kürə malik olmaq, davranışını öz şüurunun nəzarətinə almaq, özünün tə-
fəkkür istiqamətləri və stereotiplərinin, başqa insanlara qarşı özünün mü-
nasibətinin  inventarizasiyasının  və  şüurlu  seleksiyasının  vaxtaşırı  yeni-
dən tənqidi baxışını keçirmək lazımdır. 
Əgər öz fikrinin müdafiəsi insan tərəfindən ”mülkiyyətin bir növü” kimi 
baxılırsa, onda çox zaman müzakirədə mövqeyini itirməklə, həmsöhbətin tə-
cavüzkarlığı artır. Başa düşməyə ehtiyac hiss etməyən, özündən razı avtori-
tar  şəxsiyyətlər  hakim  mövqe  tutmağa  meyllidirlər,  faktların  reallığına  və 
mülahizələrin əsaslanmış olmasına baxmayaraq, müzakirə və mübahisələrdə 
qazanmağa, üstünlüyə nail olmağa, hakim olmağa can atırlar. Elmin nailiy-
yətlərinə əsaslanan məntiqi dəlillərin əvəzinə, onlar çox zaman ehkamlar və 


88 
stereotip  təsəvvürlər  irəli  sürürlər,  bunda  özünütəsdiq  üsulu  taparaq,  onlar 
tərəfindən müdafiə olunan “həqiqətin” “hamıya məlum olması” və “qədimli-
yinə” istinad edirlər. Öz haqlılığını elmi və məntiqi cəhətdən sübut edə bil-
məmək - yeni qiymətləndirmə və imkanları görmə bacarığına malik, qabaq-
cıl  dünyagörüşü  və  innovativ  yanaşmaların  daşıyıcıları  rolunda  çıxış  edən 
opponentlərə qarşı düşməncəsinə münasibətə və qərəzə, “düşmən surətinin” 
yaradılmasına  çevrilir.  Mübahisəli  şəraitlərin  əksəriyyətində  avtoritar  şəx-
siyyət  ümumi  məqsədə  nail  olmağa  deyil,  özünün  “yeganə  düzgün  olan” 
mövqeyinin müdafiəsi və təsdiqlənməsi üçün saxta məntiqi metodlardan is-
tifadə  etməyə  can  atır,  bir  qayda  olaraq  opponentlərin  əsassız  ittiham  edil-
məsinə gətirib çıxarır. Belə vəziyyətin  mahiyyətini başa düşmək üçün “nü-
fuzu” həqiqi bilik mənbəyi kimi şübhə altına alan, XIII əsr ingilis rahib-ali-
mi Rocer Bekonun “biliyin üç mənbəyi”ni yada salmaq kifayətdir. 
Maskalanmış  şəxsiyyətlərarası  münasibətlər,  əmək  və  ya  ailə  münaqişə-
ləri  adətən  münaqişənin  əsas  səbəbinin  onun  üçün  bəhanə  tapılması  asan 
olan uydurma səbəbə aid edilməsi ilə xarakterizə edilir. Belə münaqişələr – 
“intizam və nizam uğrunda mübarizə” aparan, onda öz peşəkar səriştəsizliyi-
ni,  insanlarla  işləmək  bacarıqsızlığını,  təşkilatın  fəaliyyətində  keyfiyyətli 
idarəetməni  və  yüksək  nəticələri  təmin  etmək  qabiliyyətsizliyini  ört-basdır 
edən bəzi rəhbərlər üçün də xarakterikdir. Eyni zamanda konstruktiv müza-
kirə,  insanın  öz  nöqteyi-nəzərini  təsdiqləməyə  can  atmasına  rəhbərlik  edən 
həm əsaslar, həm də onların arxasında duran dəlillər üzərində sübutların və 
qənaətlərin qurulduğu real səbəblərin aşkar edilməsini nəzərdə tutur. Konst-
ruktiv müzakirədə ən birinci, tərəflərin qarşılıqlı zənginləşməsinə səbəb olan 
yeni biliyin düzgün başa düşülməsi və qazanılması kimi nəzərdən keçirmək 
gərək  olduğu  müzakirə  olunan  problem  və  həqiqətin  axtarışı  olmalıdır.      
V. Kovalyov tərəfindən münaqişəsiz münasibətlər üçün şərait yaradan, həm 
də əlverişli ailə münasibətlərinin qurulması üçün ədalətli olan altı sadə prin-
sip təklif edilmişdir: 
1.
 
Hər  zaman  nəzakətli  olmaq  ki,  bu,  başqalarından  da  nəzakət 
gözləməyə haqq verir; 
2.
 
Yaxınlarına  və  ümumiyyətlə,  sizi  əhatə  edən  insanlara  daim 
diqqət göstərmək; 
3.
 
Başqalarının yaxşı cəhətlərinə qəlbən sevinmək, çünki insan-
ları yaxşılığa doğru dəyişməyin ən sadə yolu, onlarla elə davranmaq-
dır ki, sanki onlar artıq sizin görmək istədiyiniz kimidirlər;  
4.
 
Tənqidə aludə olmamaq, çünki adam özü haqqında, yaxşı insan 
kimi təsəvvürləri həmişə məzəmmətlərdən müdafiə etməyə çalışır;  
5.
 
Dərhal  başqasını  yenidən  tərbiyə  etməyə  çalışmamaq,  çünki 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə