Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə47/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   43   44   45   46   47   48   49   50   ...   109

110 
məsi zərurəti olan hallarda da təklif edilir.  
Danışıq  prosesində  danışıqları aparan şəxsin  ruhi  mədəniyyəti  böyük  rol 
oynayır. Şəxsiyyətin mədəni səviyyəsi və onun fərdi danışıq üslubu yüksək 
səviyyəli  danışıqlarda  xüsusi  əhəmiyyətə  malikdir.  Danışıqların  aparılması 
prosesi  partnyorun  mədəniyyətini,  onun  fərdi  xüsusiyyətlərini  bilməklə  bir 
çox cəhətdən asanlaşır. Danışıqların aparılmasının fərdi üslubunun mühüm 
göstəricisi, kritik situasiyalarda şəxsiyyətin hansı: rasional və ya emosional 
dəyərlərə üstünlük verməsində ifadə olunan, şəxsiyyətin məntiqi və emosio-
nal xüsusiyyətlərinin əlaqəsidir. Danışıqlarda məntiqi sahənin emosional sa-
hə  üzərində  dominantlığı  daha  üstün  tutulur.  Partnyorun  mədəniyyətində 
psixoloji  dominantlığı  müəyyən  etmə,  danışıqlar  zamanı  onun  davranışını 
daha yaxşı proqnozlaşdırmağa imkan verir. Ekspertlərin əksəriyyəti inzibati 
danışıqların  ideal  iştirakçısının  yeddi  məziyyətini  sadalayır:  doğruluq, 
aramlıq, səbr, rəvan xarakter, dəqiqlik, təvazökarlıq, loyallıqdır ki, bunlara 
İ.A. Vasilenko inzibati istedadı əlavə edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


111 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR MƏDƏNİYYƏTİ 
 
Beynəlxalq  münasibətlər  mədəniyyəti  anlayışı.  Beynəlxalq  hüquq.  Əsas 
məqsədlər. Beynəlxalq hüququn əsas prinsipləri. Beynəlxalq hüquq formala-
rı və normaları. Beynəlxalq ənənələr və beynəlxalq nəzakət. Beynəlxalq hü-
quq funksiyaları və anlayışları.  
 
Müasir  dünya  sivilizasiyası  inkişaf  proseslərinin  tənzimlənməsi  və  bey-
nəlxalq idarəçilik sisteminin təkmilləşdirilməsində beynəlxalq münasibətlər 
mədəniyyətinin  xüsusi  yeri  vardır.  Beynəlxalq  münasibətlər  mədəniyyəti  – 
müxtəlif  xalqların  maraqlarının  tənzimlənməsinə,  uyğunlaşdırılmasına  və 
mədəniyyətlərinin  ahəngdarlığına  istiqamətlənən  müəyyən  peşəkar  biliklər, 
dəyərlər, etik və hüquqi normalar, üsullar, texnologiyalar və proseslərdə tə-
cəssüm olunan beynəlxalq fəaliyyətdir. O, sosial-mədəni, o cümlədən elmi, 
maarifləndirici, texnoloji, hüquqi, tibbi, ekoloji, siyasi, iqtisadi–ticarət, dini, 
idman, bədii, diplomatik və digər münasibətlərin geniş spektrini daxil edir.  
Beynəlxalq  münasibətlər  mədəniyyəti  mədəniyyətlərin  dialoqunun,  Qərb 
və  Şərq  sivilizasiyalarının  əməkdaşlığı  üçün  əlverişli  şəraitin  formalaşdırıl-
masının zəruri şərtidir. O,  yüksək etik və hüquqi mədəniyyəti, ümumbəşəri 
mədəni dəyərlər prioritetini, universal mənəvi prinsipləri, xoş məramı, insan 
hüquqlarının müdafiəsini, iştirakçıların qarşılıqlı iqtisadi, siyasi və elmi ma-
raqlarının  hesaba  alınmasını  nəzərdə  tutur.  O,  müxtəlif  xalqların  mədəniy-
yətlərinin harmonizasiyası və maraqlarının uyğunluğu, sülh mədəniyyətinin 
bərqərar  edilməsi,  universal  həyat  tərzi,  xalqların  və  dövlətlərin  qarşılıqlı 
anlaşma,  həmrəylik  və  əməkdaşlığının  əsası  olan  humanizmin  təsdiqi  üçün 
zəruri qlobal mədəni eyniliyin formalaşdırılmasının əsasını təşkil edir.  
Beynəlxalq  münasibətlər  mədəniyyətinin  mühüm  hissəsi  beynəlxalq  hü-
quqdur. Beynəlxalq hüquq sülh və əməkdaşlığın təmin edilməsi məqsədi ilə 
dövlətlərarası  münasibətləri  tənzimləyən  hüquqi  normalar  sistemidir.  İnsa-
nın  və  cəmiyyətin  həyati  maraqlarının  müdafiəsində  beynəlxalq  hüququn 
əhəmiyyətinin artması getdikcə daha geniş əhali təbəqələrinin diqqətini ona 
cəlb edir. Bütün insan hüquqlarının əsasının təhlükəsiz dünyada yaşama hü-
ququnun təşkil etdiyi və bir çox digərləri kimi, bu hüququn da yalnız etibarlı 
beynəlxalq hüquq qaydaları şəraitində təmin edilə biləcəyi faktı dərk edilir. 
Beynəlxalq  hüququn  pozitiv  imkanlarının  reallaşdırılmasında  ictimaiyyətin 
rolu artır. Ətraf mühit hüququ, təhlükəsizlik hüququ, hunamitar hüquq, iqti-
sadi  hüquq  kimi  sahələrdə  də  ictimaiyyət  özünü  fəal  surətdə  göstərir.  Bey-
nəlxalq hüquqa təsir göstərən xalq diplomatiyasının da gücü artır.  
Yeni  siyasi  təfəkkürün  əks  olunduğu  müasir  beynəlxalq  hüququn  özülü 


112 
BMT  Nizamnaməsi  tərəfindən  qoyulmuşdur.  Beynəlxalq  hüququn  əsasını 
uzun əsrlər boyu üstünlük təşkil edən güc hakimliyi konsepsiyasından imti-
naya və onun hüquq hakimliyi konsepsiyası ilə əvəzlənməsinə sərəncam ve-
rən  əməkdaşlıq  prinsipi  təşkil  edir.  Müasir  beynəlxalq  hüququn  xarakterik 
cəhəti,  onda  insan  hüquqlarının  təsdiq  edilməsidir.  Nizamnamə  başlıca  sis-
temyaradıcı amillər olan beynəlxalq hüququn ümumi məqsədləri və prinsip-
lərini  müəyyən  etmişdir.  Hüquq,  normalar  məcmusundan  vahid  məqsədlər 
və  prinsiplər  basazı  əsasında  yaradılmış  sistemə  çevrilmişdir.  Beynəlxalq 
hüququn  fəaliyyət  mexanizmi  əhəmiyyətli  dərəcədə  dəyişilmişdir.  Beynəl-
xalq  təşkilatların inkişaf  etmiş  sisteminin  yaradılması qanunyaradıcı  və  qa-
nunicraedici prosesin institutlaşdırılması ilə nəticələndi.  
Müasir beynəlxalq hüquq üçün hüquqa xas metodla beynəlxalq əlaqələri 
nizamlayan,  beynəlxalq  hüququn  mühüm  keyfiyyəti  –  hüquqi  zəruri  qüvvə 
xarakterikdir. Dövlətlərin razılığı yalnız ayrı-ayrı müqaviləyə, ayrı-ayrı nor-
maya  deyil,  həm  də  bütövlükdə  beynəlxalq  hüquqa  hüquqi  cəhətdən  zəruri 
qüvvə verir. Bu, beynəlxalq hüquq üzrə öhdəliklərin vicdanla yerinə yetiril-
məsi prinsipində öz ifadəsini tapır. Beynəlxalq hüquqi zəruri qüvvə proble-
mi bu hüququn təbiəti ilə bağlı olanlar sırasına daxildir. Buna görə bu sahə-
də  başlıca  konsepsiyalar  beynəlxalq  hüquqi  doktrinanın  əsas  məktəbləri  ilə 
uyğundur.  Təbii  hüquq  məktəbinin  tərəfdarları  beynəlxalq  hüququn  zəruri 
qüvvə mənbəyini təbiət qanunlarında, insan dərrakəsində və s. görürlər. Po-
zitiv  məktəbin  nümayəndələri  belə  keyfiyyət  qismində  dövlətlərin  sazişini, 
razılaşmasını  göstərirlər.  Doktrinada  beynəlxalq  hüququn  zəruri  qüvvəsinə 
aid  üçüncü  başlıca  istiqaməti  nihilistik  adlandırmaq  olar,  belə  ki,  ona  aid 
olan konsepsiyalar, beynəlxalq hüququn hüquq nöqteyi-nəzərindən qüvvəsi-
ni, bu və ya digər tərzdə, inkar edir.  
BMT  Nzamnaməsi  ilə  müəyyən  edilmiş  beynəlxalq  hüququn  əsas  məq-
sədləri bunlardır:  

 
sülhün və təhlükəsizliyin mühafizəsi; 

 
dostluq münasibətlərinin inkişafı; 

 
iqtisadi,  sosial,  mədəni  və  humanitar  xarakterli  beynəlxalq  prob-
lemlərin həllində və insan hüquqları və azadlıqlarına hörmətin təşviqi və 
inkişafında əməkdaşlığın həyata keçirilməsi

 
beynəlxalq hüququn müqavilələr və digər mənbələrindən irəli gələn 
öhdəliklərə  qarşı  ədalətin  və  hörmətin  gözlənilməsi  mümkün  ola  bilən 
şəraitin yaradılması.  
Müqavilənin məqsədləri onun reallaşdırılması üzrə qanuniliyin ölçü me-
yarıdır. 
Beynəlxalq  hüququn  əsas  prinsipləri  –  xarakterik  xüsusiyyətləri,  həmçinin 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə