135
lunda, kollektivin yetkinliyi ilə (bilikləri, təcrübəsi və motivasiyası ilə) şərt-
lənən, onun cəlbetmə səviyyəsi mühüm əhəmiyyətə malikdir.
Bu yanaşmaların tənqidi təhlili əsasında
Con Adair liderin effektiv işinin
texnoloji modeli kimi “Üç dairə modelini” təşkilf etdi. “Üç dairə modeli”
budur: kollektivin ümumi məqsədləri ilə bağlı olan -
vəzifə; düzgün forma-
laşdırma, stimullaşdırma və qorunma tələb edən -
kollektiv; dinamik inkişaf
və maddi və mənəvi maraqların
təmin edilməsini tələb edən - fərd.
Vəzifənin və
bununla bağlı olan çətinliklərin
icrası kollektivin və hər bir ko-
manda üzvünün imkanlarını üzə çıxarır. Burada mövcud mütəxəssislərdən düz-
gün istifadə edilməsi, onların innovativ fəaliyyətə və qərarların qəbul edilməsi
prosesinə cəlb edilməsi mühüm əhəmiyyətə malikdir. Kollektivin
saxlanması
zəruriliyi həm xarici qüvvələr tərəfindən təhdidlə, həm də destruktivliyə (dağı-
dıcı davranışa) meyli olan kollektiv üzvləri tərəfindən təhlükə diqtə edilə bilər.
Bu halda yaxşı münasibətlər, korporativ mədəniyyət, özünüqoruma və öz həya-
ti vacib vəzifələrinin yerinə yetirilməsi uğrunda kollektivin birləşməsi sosial
terapiya metodu kimi çıxış edir.
Fərdiliyin inkişafı onun maddi və insanı qiy-
mətləndirilmədə, anlamada, dəstəkdə, dostluq və məhəbbətdə mənəvi tələbatla-
rının təmin edilməsi ilə bağlıdır. O, təlim və karyera yüksəlişi üçün, ətrafdakılar
tərəfindən qəbul edilməyə, harmoniya, istənmə, xoşbəxtlik hissinə səbəb olan
komfortlu psixoloji şərtlər üçün əlverişli şərait yaratmaqla təmin edilir.
Üç dairənin hər biri digərləri ilə əlaqədə nəzərdən keçirilməlidir. Bu model-
dən dairələrin birini çıxarsaq, hiss edərik ki, təşkilatda böhran üçün ilkin şərait
yaradaraq, o biriləri uğursuzluq əmələ gətirirlər. Və əksinə, bu dairələrdən biri-
nin pozitiv enerjisini artırmaqla, biz digər ikisində də pozitiv dəyişikliklərə nail
olarıq.
Yüksək rəhbərlər üçün “üç dairə modeli” nəzərdə tutur:
vəzifə sahəsində -
uzunmüddətli və ümumi məqsədlər;
kollektiv sahəsində - məqsədlər: a) yaxın
köməkçilərin dairəsini formalaşdırmaq və qorumaq; b) təşkilatın müxtəlif böl-
mələrində birlik duyğusuna imkan yaratmaq;
fərd sahəsində - məqsədlər: a)
rəhbərin özü; b) təşkilatın hər bir əməkdaşı. Con Adairin modelinə uyğun ola-
raq, liderin vəzifəsi təşkilatın yüksək effektivlik fəaliyyətinə nail olunması
məqsədilə üç dairənin kəsişmə sahələrinin effektiv idarə edilməsidir.
Liderin idarəetmə metodları
Liderin effektiv idarəetmə fəaliyyəti
vəzifənin düzgün qoyuluşunu, plan-
laşdırmanı, brifinqi və təlimatlandırmanı, nəzarəti, qiymətləndirməni, mo-
tivləşdirməni, təşkil etməni və vaxtın idarə edilməsini, həmçinin öz şəxsi nü-
munəsi ilə liderin kollektivə təsirini nəzərdə tutur.