187
vəziyyətlərdir ki, onlara uyğunlaşmaq lazımdır. Başlıcası - mürəkkəb vəzifə-
lərin yaranmasından qorxmamaq, lakin öz praktikasını genişləndirərək və
şəxsi təcrübəsini zənginləşdirərək, “yolun öhdəsindən yalnız yolu gedən kə-
sin gələ biləcəyini” xatırlayaraq, onları ardıcıl surətdə və inamla həll etmək
lazımdır.
Problemləri nikbinlliklə, düzgün həllini tələb edən təbii, qanuna-
uyğun həyat hadisələri kimi qəbul etmək gərəkdir. Situasiyanı və onunla
bağlı olan çətinlikləri aydınlaşdırmaq, vəzifəni və onun bilik və təcrübəyə
əsaslanan həllini müəyyən etmək lazımdır. Bu pillələrin dərk edilməsi və ar-
dıcıl fəaliyyət inamsızlığı və qorxunu aradan qaldırmağa, məsələnin düzgün
həllini tapmağa və pozitiv nəticələr əldə etməyə yardım edir. Öz növbəsin-
də, yüksək nəticələrin əldə edilməsi arzularımıza çatmaqda yeni qələbələrə
stimul olur. Bu mənada müvəffəqiyyət - ən çox istənilən məqsədə nail ol-
maqda yeni qələbələrə aparan pilləkənlərdə bir pillədir. Beləliklə, zəhmət,
inad və dözüm – güclü alətlərdir ki, onlarsız insanın inkişafı ağlasığmazdır.
Xalq hikmətini xatırlayaq: “tərpənməyən daşın altından su axmır”, “səndən –
hərəkət, Allahdan – bərəkət”.
Öz imkanlarından aşağı olmayan səviyyədə yaşamaq və işləmək üçün nə
etmək lazımdır? Özünüidarə məsələlərinə yaradıcılıq və məsuliyyətlə yanaş-
maq. Bilmək azdır, öz biliklərini praktik surətdə həyata keçirməyi bacarmaq
lazımdır. Bacarmaq azdır, mütəşəkkil, məsuliyyətli və iradəli olmaq gərək-
dir. Mütəşəkkil olmaq azdır, ətrafdakılara münasibətdə nəcib, etik olmaq la-
zımdır. Etik olmaq azdır, işgüzar olmaq, bunun üçün konkret fəaliyyət sahə-
si seçib, strategiya, metodika və texnologiyanı düzgün müəyyən edib, çalış-
maq, yaratmaq lazımdır. Bu gün etmək mümkün olan işi sabaha qoymamaq.
Sağlamlıq, başqa insanlarla qarşılıqlı münasibətlər, maddi rifah məsələləri,
hisslər və əmək – prioritet işlər olmalıdır. Bodo Şefer
müvəffəqiyyətə aparan
yolda, insanın xarakteri və
keyfiyyətləri ilə şərtlənən
altı maneəni göstərir.
Bu - təkəbbür, cahillik, şöhrətpərəstlik, tənbəllik, şübhələr və günah hissidir.
Bu maneələrin aradan qaldırılması yolu sadəlik, təhsillilik, inadlı zəhmət,
mərdlik,
öz qüvvəsinə inam, möhkəm iradədir.
Razılıq və xoşbəxtlik hissinın duyulması üçün yaxşı iş seçimi və ona düz-
gün münasibət bəsləmək mühüm əhəmiyyət daşıyır.
Bu öz istedadını və qa-
biliyyətini həyata keçirərək, işdən zövq almağa, şəxsi rifahını təmin etməyə
və digər insanlara dəstək olmağa imkan verir. Bu zaman yadda saxlamaq la-
zımdır ki, vaxt - ən qiymətli resursdur, həyat şəraitinin yaxşılığa doğru də-
yişməsi daha çox bizim əməyimizdən asılıdır, bizim təsir etmək iqtidarında
olmadığımız şeyləri dəyişməyə çalışaraq, enerji sərf etmək lazım deyil. İşi
ən yaxşı
tərzdə yerinə yetirərək, peşəkarlıqla sahib
olduğu fəaliyyət üzərində
insanın fikrini cəmləşdirmə qabiliyyəti prinsipial əhəmiyyətə malikdir.