Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə86/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   82   83   84   85   86   87   88   89   ...   109

194 
hiyyə və ruhi məmnunluq hissi yaratmaq qabiliyyətini əlavə etmək lazımdır. 
Bizim hər birimiz özümüzdə həyata pozitiv baxışlar formalaşdırmağa ça-
lışmalı,  hətta  ən  ağır  vəziyyətlərdə  belə  daim  nikbin  olmalı,  həyatın  bizə 
bəxş etdiyi nemətləri minnətdarlıqla qəbul edərək, öz təbəssümünü saxlama-
lıdır. Gülümsəmək qabiliyyəti ətrafımızda müsbət aura yaradır və problemlə-
rimizin  həllini  asanlaşdırır,  bizdə  yaxşı  əhval  stimullaşdırır,  həyatı  parlaq 
edir, ətrafdakılara ümid və xoş əhval-ruhiyyə bəxş edir, yeni dostlar gətirir. 
İnsanların kürəyi arxasından onlar haqqında pis danışmaq lazım deyil. Səədi 
Şirazi qeyd edirdi: “Divarın bu tərəfindən danışanda elə danış ki, eyni şeyi o tərə-
findən də deyə biləsən...” Bunun əvəzinə, insanı mənəvi kamilləşməyə stimul-
laşdıran, onların nəcibliyinə müraciət etmə daha yaxşıdır. Zərurət yarandıq-
da  insanları  mülayim  tərzdə  və  onların  öz  yanında  (yaxşı  olar,  şahidlərsiz) 
tənqid  etmək  lazımdır.  Bu  zaman  şəxsiyyətin  özünü  deyil,  onun  müəyyən 
hərəkətlərini  tənqid  etmək  lazımdır.  Yazılı  şəkildə  tənqiddən  də  imtina  et-
mək lazımdır. Günahını etiraf etmək və səhvlərinə görə üzr istəmək qabiliy-
yəti şəxsiyyətin ləyaqətlərinə aid edilir.  
İnsanlarla  münasibətdə  xüsusi  “diplomatik”  etikanı  tətbiq  etmək  lazımdır. 
Burada  əmrləri  və  sərəncamları  xahiş  və  təkliflər  formasında  ifadə  etmək;  öz 
ağlının və üstünlüyünün nümayişindən imtina etmək, başqalarının əhəmiyyətli-
liyini  təsdiq  etmək;  öz  fikirlərinin  ifadəsində  yığcamlıq,  başqalarının  sözünü 
kəsmədən onları dinləmək bacarığı, onların problemlərini, mövqelərini, gözlə-
mələrini  və  davranış  motivlərini  anlamaq;  sizdən  daha  az  ağıllı  olan  adamla 
mübahisədən imtina etmə, onun haqlılığı ehtimalını təsdiq etmə; susmaqla və 
ya  onun  nə  dediyinin  üzərində  fikirləşməyi  vəd  edərək,  başqa  mövzuya  keç-
məklə  mənasız  mübahisəni kəsmək və ona təşəkkür etmək qabiliyyəti tövsiyə 
edilir. İnsan təbiətinin xüsusiyyətlərini nəzərə alaraq, yenini görmə qabiliyyəti-
nə malik olmayan, münaqişəli, təkəbbürlü yaxud sadəcə paxıl insanlar tərəfin-
dən sizin fəaliyyətinizin subyektiv-neqativ qiymətləndirilməsinə fikir verməyə-
rək, tənqidə sakitcə yanaşmaq lazımdır.
 
Fikirlərinizi daha çox yeni peşəkar və 
şəxsi qələbələrinizə stimullaşdıran uğurlarınızın üzərində cəmləşdirmək lazım-
dır. Eyni zamanda tənqidin konstruktivlik və əsaslanma xarakterini təhlil edə-
rək, ondan özünü təkmilləşdirmək üçün lazım olan rasional başlanğıc götürmək 
olar.  Məlum  “sevməyi  bacaran  kəsləri  sevin”  ifadəsinə  riayət  edərək,  özünə  - 
sizi,  sizin  ideyalarınızı  və  fəaliyyətinizin  nəticələrini  sevən,  dərk  edən  və  qiy-
mətləndirən dostlar və məsləkdaşlar dairəsi seçmək vacibdir. Bu insanlar şəxsi 
mövqeyimizdə bizə əminlik verən və məqsədyönlülüyümüzü möhkəmləndirən 
mənəvi stimuldur.  
İnsanlarla  harmonik  münasibətlərin  və  ruhi  tarazlığın  saxlanması  üçün 
həm  genetik  kodla,  həm  də  müvafiq  tərbiyə  ilə  şərtlənən  şəxsiyyətin  alicə-


195 
nablığı böyük əhəmiyyətə malikdir. Antuan de Sent-Ekzüperi deyirdi ki, in-
sanı  tərbiyə  yaradır.  İnsanın  alicənablığını  təsdiqləyən  keyfiyyət  –  pisliyə 
yaxşılıqla cavab vermək, başqasının zəifliyinə qarşı comərdlik və iltifat gös-
tərmək  bacarığıdır.  Lakin  ədalətsiz  olaraq  sizi  incidən  insanın  hərəkətini  – 
bir nəsildə dəyişdirmək çətin olan, insan xarakterinin, təbiətinin xüsusiyyəti 
olan alçaqlıqdan ayırmağı bacarmaq lazımdır. Alçaqlığı, onun daşıyıcısı tə-
rəfindən alicənablıq kimi deyil, zəiflik kimi qəbul edilən bağışlama ilə neyt-
rallaşdırmaq olmaz. Bununla, bilavasitə və ya dolayısı ilə sosial hadisə olan 
şər üçün şərait yaradılır. Öz həyat təcrübəsinə əsaslanaraq, Nikolo Paqanini 
hesab edirdi ki, “qabiliyyətlilərə həsəd aparırlar, istedadlılara zərər yetirirlər
dahilərdən - intiqam alırlar”. İnsan alçaqlığının aradan qaldırılmasının yega-
nə yolu, şəxsiyyətin şüurunu, dünyagörüşünü, xarakterini və davranışını for-
malaşdıran və ya dəyişdirən xeyirxahlıq dəyərlərinə əsaslanan yüksək mədə-
niyyətin tərbiyə edilməsidir. 
Şəxsiyyətin alicənablıq ifadələrindən biri, öz səhvlərini etiraf etmək qabiliy-
yətidir. İnciklik, daha artıq dərəcədə isə hirs, bioenerjinin sərbəst axınına mane 
olur və bununla nəinki ruhi tarazlığı pozur, həm də stresslər yaradır, əsəb-psixi 
xəstərliklərə səbəb ola bilər. Şefer qeyd edir ki, əsəbiləşmə və hirs hissinə qapıl-
maq olmaz, çünki eynilə poizitiv hisslər kimi, neqativ hisslər maddiləşməyə qa-
dirdirlər. Onlar “ilk növbədə özümüzə qarşı istiqamətlənirlər, bizi sağlamlıqdan 
məhrum  edir  və  ömrü  qısaldırlar.”  Qaçılmaz  neqativ  emosiyaları  özündən  at-
mağı öyrənmək, daim pozitiv təfəkkür yaratmaq və həyat fəaliyyətinin müsbət 
enerjisini hasil etmək lazımdır.  
Ətrafdakılara diqqət, məhəbbət, xeyirxahlıq və şəfqət özündə kreativ həyat 
enerjisi  daşıyan  xeyirxah  münasibətlər  yaradır.  Güclü  xarakterin  olması,  əv-
vəllər buraxılmış səhvlərə görə özündən narazılıqdan və öz imkanlarının lazı-
mınca qiymətləndirilməməsindən imtinanı da nəzərdə tutur. Özünün və özgə-
lərin  səhvlərindən  düzgün  ibrət  dərsi  almaq  və  onlardan  daim  öz  inkişafı  və 
özünü təkmilləşdirmə üçün istifadə etmək lazımdır. Alicənab insanın yaxşı cə-
hətləri,  istedadı  və  nailiyyətləri  nə  qədər  yüksəkdirsə,  o  daha  artıq  sadədir  və 
lovğalıqdan uzaqdır, bu bəxşişlərə görə Yaradana daha çox minnətdardır. Şəxsi 
“mən”in arxasında, “İlahi qığılcımı” təmsil edən ali “Mən”in durduğunu qeyd 
edərək,  C.  Templton  bunu  ulduzları  gündüz  görmək  cəhdi  ilə  müqayisə  edir. 
“Onlar əvvəlki kimi kainatdadırlar, lakin günəş işığına görə görünmürlər. Yal-
nız günəş batdırdan sonra biz bu səma məşəllərini görürük”.  
Canlı  təbiətin  bütün  digər  nümayəndələrindən  fərqli  olaraq,  insan  öz  həyat 
fəaliyyətini idarə etmək və xoşbəxtliyə nail olmaq kimi nadir imkana malikdir. 
Lusi Anney (oğul) Seneka hesab edirdi ki, “qəlbin böyüklüyü bütün insanların 
xüsusiyyəti olmalıdır.” İnsanı “hər şeyin meyarı” kimi nəzərdən keçirən və şəx-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə