Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə89/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   85   86   87   88   89   90   91   92   ...   109

201 
və  sevinc  duyğusu  aşılayır.  Templton  deyir:  “Əgər  biz  artıq  malik  olduğu-
muza görə minnətdarlıq hissi keçiririksə, bu hissin özü bizə daha yaxşını çə-
kib  gətitir.  Minnətdarlıq  –  bizə  dostları,  məhəbbəti,  sakitliyi,  sağlamlığı  və 
maddi rifahı cəzb edən güclü maqnitdir”. İnsanın öz həyatına və artıq malik 
olduğu hər şeyə görə, bizi əhatə edən gözəlliyi görmək, qiymətləndirmək və 
xoş  məramın  nəticəsinə  olduğu  kimi,  ona  sevinmək  qabiliyyətinə,  özünün 
ruhi və maddi rifahına görə minnətdarlıq hissinin dərk edilməsi – xoşbəxtli-
yin sirrlərindən biridir.  
Minnətdarlıq  hissi  ruhi  dincliyə,  razılığa  və  mənəvi  sağlamlığa  səbəb 
olur, uğur gətirir. İnsan əldə etdiyi hər şeyə görə minnətdar olmalıdır, lakin 
özündən razılıq hissindən çəkinməli, proqressiv inkişafın mahiyyəti kimi, öz 
həyat  fəaliyyətində  daim  yeni  uğurlara  can  atmalıdır.  Tənbəllik,  laqeydlik, 
arxayınçılıq və inkişafda maraqlılığın itirilməsi - özündən və öz nailiyyətlə-
rindən  razılıqla  yaranır.  Məhəbbət  kimi,  özündən  narazılıq  da  xoşbəxtliyə 
doğru  yolda  insanı  daim  qızğın  fəaliyyətə  stimullaşdıran,  onun  inkişafının 
hərəkətverici qüvvəsidir.  
 
Rifah özünüidarə nəticələrindən biri kimi 
 
Müvəffəqiyyətli  özünüidarə  göstəricilərindən  biri  rifahdır.  Məntiqi  bü-
tövlükdə iqtisadi məntiqdən az fərqlənən, özünün iqtisadi inkişafını idarə et-
məyi öyrənmək lazımdır. Həyat səviyyəsinin gəlirlərin inkişafına proporsio-
nal surətdə yüksəlməsini nəzərə alaraq, Bodo Şefer, xüsusi toplanan hesabın 
köməyi ilə şəxsi kapitalını formalaşdırmağı və xərclərin gəlirləri üstələmə-
sinə yol verməyərək, əmək haqqının hər artmasından pul yığaraq, ondan gə-
lən faizlərlə dolanmağı tövsiyə edir. Düzgün “maliyyə təfəkkürü” və öz ma-
liyyəsini tənzimləmək bacarığı həyat keyfiyyətinin  yüksəlməsinə və inkişaf 
üçün  çoxlu  sayda  imkanların  yaranmasına  yardım  edir.  Biz  müvəffəqiyyət 
qazanmaq  və  rifahımızı  yüksəltmək  istəyiriksə,  müntəzəm  və  tam  şəkildə 
dincəlmək şərti ilə, var qüvvəmizlə çalışmalıyıq.  
Uğurlu fəaliyyətdə insanın faydalı iş əmsalı və öz mədəniyyətinin entropi-
yası probleminə münasibəti mühüm əhəmiyyətə malikdir. Öz peşəkarlıq po-
tensialının maksimal istifadəsi üçün lazımi qüvvə sərf edərək insan öz ener-
jisinin faydalı iş əmsalını maksimuma yüksəldir və entropiyanı – səmərəsiz 
sərf edilən enerjini sıfıra endirir. Fəaliyyətin məqsədi, strategiyası və texno-
logiyalarının düzgün seçimi zamanı, əgər o, davamlı həyat istiqaməti olursa, 
inanılmaz  nəticələr  verir,  çox  gözəl  motivasiyanı,  özünü  təkmilləşdirməni 
təmin edir və yeni həyat qələbələrinə aparır. 
   


202 
Sağlamlıq özünüidarə şərti və göstəricisi kimi 
 
İnsanı  yüksək  tonus,  enerji,  gülərüzlülük  və  həyat  keyfiyyəti  ilə  təmin 
edən  öz  sağlamlığı  haqqında  qayğı  effektiv  özünüidarə  üçün  başlıca  əhə-
miyyət  kəsb  edir.  Həyat  yollarında  insanı  yalnız  sevinc,  müvəffəqiyyət  və 
uğursuzluqlar deyil, həm də müxtəlif xəstəliklər müsayiət edir. Xəstəliklərin 
əsas mənbələri aşağıdakılardır: genetik amillər; düzgün olmayan qidalanma; 
orqanizmin həddindən artıq soyuması;  infeksiyalar; əsəb gərginlikləri, düz-
gün olmayan həyat tərzi, keyfiyyətsiz istirahət, səs-küyün təsiri və s. səbəb 
olduğu  psixoloji  streslər  və  s.  Xəstəliklərin  qarşısının  alınması  və  aradan 
qaldırılması üçün öz tibbi biliklərinin səviyyəsini daim yüksəltmək, özündə 
möhkəm iradə, dözüm və öz həyatı, rifahı və mütərəqqi inkişafı üçün mərd-
liklə  mübarizə  aparmaq  bacarığını  yetişdirərək,  özünüidarə  mədəniyyətini 
təkmilləşdirmək lazımdır.  
Artur  Şopenhauer  hesab  edirdi  ki,  bizim  xoşbəxtliyimizin  onda  doqquzu 
sağlamlığımızdan asılıdır. Xoşbəxtlik duyğusunu hiss etmək və məhsuldar fə-
aliyyət üçün bu qədər vacib olan enerji, sağlamlıq və gülərüzlülük sağlam hə-
yat tərzi ilə şərtlənir. Sağlamlığın qorunması strategiyası xəstəliklərin və na-
sazlıqların  müalicəsinə  deyil,  profilaktikasına  yönəldilməlidir.  Sağlamlıq  – 
hər şeydən əvvəl, insanın əsas həyat məqsədlərinin, qoyulmuş vəzifələrin ef-
fektiv və vaxtında yerinə yetirilməsi, işdə fəallıq və sabitlik, dözümlülük, di-
namiklik  və  kommunikativlik,  həyat  nemətlərindən  zövq  almaq  imkanları-
nın reallaşdırılması üçün lazım olan enerjisidir. Sağlamlığın qorunması üçün 
insan bir sıra vacib qaydaları bilməli və yerinə yetirməlidir. Hər şeydən əv-
vəl  bu,  düzgün  qidalanma  mədəniyyətidir.  O,  yeməkdə  aza  qane  olmağı, 
gündəlik təmiz su içməyi, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək-
dən  çəkinməyi,  öz  orqanizminin  daxili  siqnallarına  qulaq  asmaq  bacarığını 
nəzərdə tutur. Bitki mənşəli qidalara, tərəvəzlərə və meyvələrə üstünlük ver-
mək, təzə çəkilmiş şirələrdən istifadə etmək lazımdır. Yemək zövq verməli-
dir. Qidanı səylə çeynəyərək, asta-asta yemək, ayaq üstə və ya uzanmış və-
ziyyətdə  qida  qəbulundan  çəkinmək  lazımdır.  Diqqətini  yeməkdə  və  onun 
insana verdiyi zövqdə cəmləşdirmək lazımdır. 
Alimlər hesab edirlər ki, yetkin orqanizm üçün insanın gün ərzində qəbul 
etdiyinin üçdə bir hissəsi tamamilə kifayətdir. Maraqlıdır ki, bu fikir budda 
rahiblərinin həyat tərzi və gündə bir dəfə yeyən İmmanuil Kantın qidalanma 
rejimi ilə üst-üstə düşür. Həmçinin, yadda saxlamaq lazımdır ki, qidalı mad-
dələrin hamısı bütün insanlar üçün eyni dərəcədə faydalı deyil ki, bu da qan 
qrupunda olan biokimyəvi fərqlərlə şərtlənir. Əgər insan düzgün qidalanmır-
sa, onda bəzi maddələr qan hüceyrələrinin fəaliyyətinə neqativ təsir göstərir. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə