201
və sevinc duyğusu aşılayır. Templton deyir: “Əgər biz artıq malik olduğu-
muza görə minnətdarlıq hissi keçiririksə, bu hissin özü bizə daha yaxşını çə-
kib gətitir. Minnətdarlıq – bizə dostları, məhəbbəti, sakitliyi, sağlamlığı və
maddi rifahı cəzb edən güclü maqnitdir”. İnsanın öz həyatına və artıq malik
olduğu hər şeyə görə, bizi əhatə edən gözəlliyi görmək, qiymətləndirmək və
xoş məramın nəticəsinə olduğu kimi, ona sevinmək qabiliyyətinə, özünün
ruhi və maddi rifahına görə minnətdarlıq hissinin dərk edilməsi – xoşbəxtli-
yin sirrlərindən biridir.
Minnətdarlıq hissi ruhi dincliyə, razılığa və mənəvi sağlamlığa səbəb
olur, uğur gətirir. İnsan əldə etdiyi hər şeyə görə minnətdar olmalıdır, lakin
özündən razılıq hissindən çəkinməli, proqressiv inkişafın mahiyyəti kimi, öz
həyat fəaliyyətində daim yeni uğurlara can atmalıdır. Tənbəllik, laqeydlik,
arxayınçılıq və inkişafda maraqlılığın itirilməsi - özündən və öz nailiyyətlə-
rindən razılıqla yaranır. Məhəbbət kimi, özündən narazılıq da xoşbəxtliyə
doğru yolda insanı daim qızğın fəaliyyətə stimullaşdıran, onun inkişafının
hərəkətverici qüvvəsidir.
Rifah özünüidarə nəticələrindən biri kimi
Müvəffəqiyyətli özünüidarə göstəricilərindən biri rifahdır. Məntiqi bü-
tövlükdə iqtisadi məntiqdən az fərqlənən, özünün iqtisadi inkişafını idarə et-
məyi öyrənmək lazımdır. Həyat səviyyəsinin gəlirlərin inkişafına proporsio-
nal surətdə yüksəlməsini nəzərə alaraq, Bodo Şefer, xüsusi toplanan hesabın
köməyi ilə şəxsi kapitalını formalaşdırmağı və
xərclərin gəlirləri üstələmə-
sinə yol verməyərək, əmək haqqının hər artmasından pul yığaraq, ondan gə-
lən faizlərlə dolanmağı tövsiyə edir. Düzgün “maliyyə təfəkkürü” və öz ma-
liyyəsini tənzimləmək bacarığı həyat keyfiyyətinin yüksəlməsinə və inkişaf
üçün çoxlu sayda imkanların yaranmasına yardım edir. Biz müvəffəqiyyət
qazanmaq və rifahımızı yüksəltmək istəyiriksə, müntəzəm və tam şəkildə
dincəlmək
şərti ilə, var qüvvəmizlə çalışmalıyıq.
Uğurlu fəaliyyətdə insanın
faydalı iş əmsalı və öz mədəniyyətinin entropi-
yası probleminə münasibəti mühüm əhəmiyyətə malikdir. Öz peşəkarlıq po-
tensialının maksimal istifadəsi üçün lazımi qüvvə sərf edərək insan öz ener-
jisinin faydalı iş əmsalını maksimuma yüksəldir və entropiyanı – səmərəsiz
sərf edilən enerjini sıfıra endirir. Fəaliyyətin məqsədi, strategiyası və texno-
logiyalarının düzgün seçimi zamanı, əgər o, davamlı həyat istiqaməti olursa,
inanılmaz nəticələr verir, çox gözəl motivasiyanı, özünü təkmilləşdirməni
təmin edir və yeni həyat qələbələrinə aparır.
202
Sağlamlıq özünüidarə şərti və göstəricisi kimi
İnsanı yüksək tonus, enerji, gülərüzlülük və həyat keyfiyyəti ilə təmin
edən
öz sağlamlığı haqqında qayğı effektiv özünüidarə üçün başlıca əhə-
miyyət kəsb edir. Həyat yollarında insanı yalnız sevinc, müvəffəqiyyət və
uğursuzluqlar deyil, həm də
müxtəlif xəstəliklər müsayiət edir. Xəstəliklərin
əsas mənbələri aşağıdakılardır: genetik amillər; düzgün olmayan qidalanma;
orqanizmin həddindən artıq soyuması; infeksiyalar; əsəb gərginlikləri, düz-
gün olmayan həyat tərzi, keyfiyyətsiz istirahət, səs-küyün təsiri və s. səbəb
olduğu psixoloji streslər və s. Xəstəliklərin qarşısının alınması və aradan
qaldırılması üçün öz tibbi biliklərinin səviyyəsini daim yüksəltmək, özündə
möhkəm iradə, dözüm və öz həyatı, rifahı və mütərəqqi inkişafı üçün mərd-
liklə mübarizə aparmaq bacarığını yetişdirərək, özünüidarə mədəniyyətini
təkmilləşdirmək lazımdır.
Artur Şopenhauer hesab edirdi ki, bizim xoşbəxtliyimizin onda doqquzu
sağlamlığımızdan asılıdır. Xoşbəxtlik duyğusunu hiss etmək və məhsuldar fə-
aliyyət üçün bu qədər vacib olan enerji, sağlamlıq və gülərüzlülük sağlam hə-
yat tərzi ilə şərtlənir. Sağlamlığın qorunması strategiyası xəstəliklərin və na-
sazlıqların müalicəsinə deyil, profilaktikasına yönəldilməlidir. Sağlamlıq –
hər
şeydən əvvəl, insanın əsas
həyat məqsədlərinin, qoyulmuş vəzifələrin ef-
fektiv və vaxtında yerinə yetirilməsi, işdə fəallıq və sabitlik, dözümlülük, di-
namiklik və kommunikativlik, həyat nemətlərindən zövq almaq imkanları-
nın reallaşdırılması üçün lazım olan enerjisidir. Sağlamlığın qorunması üçün
insan bir sıra vacib qaydaları bilməli və yerinə yetirməlidir. Hər şeydən əv-
vəl bu,
düzgün qidalanma mədəniyyətidir. O, yeməkdə aza qane olmağı,
gündəlik təmiz su içməyi, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək-
dən çəkinməyi, öz orqanizminin daxili siqnallarına qulaq asmaq bacarığını
nəzərdə tutur. Bitki mənşəli qidalara, tərəvəzlərə və meyvələrə üstünlük ver-
mək, təzə çəkilmiş şirələrdən istifadə etmək lazımdır. Yemək zövq verməli-
dir. Qidanı səylə çeynəyərək, asta-asta yemək, ayaq üstə və ya uzanmış və-
ziyyətdə qida qəbulundan çəkinmək lazımdır. Diqqətini yeməkdə və onun
insana verdiyi zövqdə cəmləşdirmək lazımdır.
Alimlər hesab edirlər ki, yetkin orqanizm üçün insanın gün ərzində qəbul
etdiyinin üçdə bir hissəsi tamamilə kifayətdir. Maraqlıdır ki, bu fikir budda
rahiblərinin həyat tərzi və gündə bir dəfə yeyən İmmanuil Kantın qidalanma
rejimi ilə üst-üstə düşür. Həmçinin, yadda saxlamaq lazımdır ki, qidalı mad-
dələrin hamısı bütün insanlar üçün eyni dərəcədə faydalı deyil ki, bu da qan
qrupunda olan biokimyəvi fərqlərlə şərtlənir. Əgər insan düzgün qidalanmır-
sa, onda bəzi maddələr qan hüceyrələrinin fəaliyyətinə neqativ təsir göstərir.