192
Burada məsuliyyət daha mədəni, ağıllı və güclü, möhkəm iradəyə malik in-
sanın üzərinə düşür. O həm də özünü dərk etməyə, öz davranışına kənardan
tənqidi baxmağa və lazım gələrsə, onu pozitiv dəyişdirməyə qadir olmalıdır.
Məlum olduğu kimi, insanın davranışı onun ətraf
aləmə bütün münasibət-
lər sistemi, hər şeydən əvvəl onun ətrafdakı insanlara münasibəti ilə müəy-
yən edilir. Belə münasibətin keyfiyyət meyarı insanlar tərəfindən həmişə
qiymətləndirilən insanlıq və humanizmdir. Albert Eynşteyn deyir: “Yalnız
başqaları üçün yaşanan həyat ləyaqətlidir.” Ünsiyyət mədəniyyətində nitq
çox böyük rol oynayır. Hələ XI əsrdə Key Kavus yazırdı: “Bütün qabiliyyət-
lərdən ən yaxşısını
nitq qabiliyyəti hesab et.” İnsanlarla danışıq zamanı öz fi-
kirlərini dürüst ifadə edərək,
sözləri düzgün seçmək lazımdır. C. Templton de-
yir ki, “sözlərimiz, vasitəsilə dünyamızı qurduğumuz səs alətidir.” Deyilənin
məntiqə uyğunluğu, pozitiv energetikası, qüsursuz məntiqi və inandırmaq
bacarığı möcüzələr yarada bilər. Kimə isə verilən sözün üstündə durmaq la-
zımdır – bu bizə inamın, hörmətin və müvəffəqiyyətin rəhnidir.
İnsanın daxili mədəniyyətini, xarakteri, temperamenti, tələbatları, istəklə-
rini, dünyagörüşünü, etik prinsiplərini, emosiyaları və hisslərini, əhval-ru-
hiyyəsini əks etdirən hərəkətləri digər insanlara zərər yetirməməlidir. Mədə-
ni insan özünün pis əhval-ruhiyyəsini nümayiş etdirməməli, ətrafdakılara öz
qayğı və həyəcanları ilə əziyyət verməməli, onları öz gur emosiyaları ilə
yormamalıdır. O yalnız öz hərəkətlərinə deyil, həm də ətrafdakılara və insa-
nın özünə böyük təsir göstərən sözlərinə fikir verməlidir. Xeyirxah söz və
yaxşı iş, səmimiyyət, başqalarını dinləmək qabiliyyəti faydalı insan münasi-
bətlərinin formalaşdırılmasının ən yaxşı üsuludur. Bu zaman etik normaları
və qaydaları bilmək azdır, onların təsadüfi xarakter deyil, şəxsiyyətin ruhi
dincliyini yaradan və digər insanların həyatına yardım edən keyfiyyəti olma-
sına
imkan yaradaraq, real həyatda onlara dönmədən əməl etmək lazımdır.
Şəxsiyyətin etik mədəniyyəti və etiket - eyni bir şey deyil, çünki nəza-
kət həmişə xeyirxahlığa əsaslanır, ədəb isə - hörmətə, kəskin ton – heç də
həmişə təkəbbür və etinasızlıq əlaməti olmur. İnsanı başa düşmək və haq-
qında düzgün mülahizə üçün onun hərəkətləri və ya münasibətinin səbəbi-
ni axtarmaq, öz davranışında onun əsaslandığı motivlərə nüfuz etmək la-
zımdır. Bu zaman özünə kənardan baxmaq, öz xarakterini, vicdanını, özü-
nün dəyərlər sistemini, düşüncələrini, niyyətlərini və hərəkətlərini obyek-
tiv qiymətləndirmək eyni dərəcədə vacibdir. İnsanın hərəkətləri həmişə
yaxşı düşünülmüş olmalı, nəzakəti, həssaslığı və müdrikliyi ilə seçilməli-
dir, çünki onlar müəyyən nəticələrə səbəb ola bilər. Bu səbəbdən çalışmaq
lazımdır ki, onlar ətrafdakılara və insanın özünə yaxşı təsir bağışlasın. Vic-
dan, məhəbbət, humanizm, xeyirxahlıq, borc, ədalət, düzlük kimi mənəvi