184
situasiyasında qələbəyə yönəldilmiş uğurlu texnologiyaları təkmilləşdirməyi
bacarmalıdır. O, şəraitin qurbanı olmayaraq və öz köməksizliyinə bəraət qa-
zandırmayaraq, öz arzuları və qoyduğu məqsədləri nəzərə alaraq, ona lazım
olan şəraiti özü qurmağı və onu idarə etməyi, düzgün qərarlar tapmağı və hət-
ta faciəli situasiyalarda qələbə sonluğunu təmin etməyi öyrənməlidir. İnsanın
xarakteri və şüurlu seçimi ilə şərtlənən həyat qabiliyyəti haqqında danışarkən,
Bodo Şefer “qartalın” və “ördəyin” xarakterlərinin müqayisəsini verir. O,
eqoizmdən azad olmağa qadir qartalları tərbiyə etmək zəruriliyindən danışır.
“Ördəyin” prinsipi – hər bir şəraitə uyğunlaşma, mübarizə və problemin həlli
yollarını tapmaq əvəzinə - bəhanələrin axtarışı, situasiyanı, onun innovativ
təhlili əvəzinə - birtərəfli görmə, nikbin mövqe əvəzinə - bədbin mövqedir.
Ördəklər şəraitdən şikayət edirlər və malik olduqlarını istəməyə məcburdur-
lar. Qartallar isə şəraiti dəyişirlər və istədikləri şeyi əldə edirlər. Bu fərqi dərk
edərək, ördəyə bənzəməmək və “qağıldamamaq”, şikayət etməmək, lakin hə-
rəkət etmək çox vacibdir. Müvəffəqiyyətə hesablanmış özünüidarə, öz ləyaqə-
tini, təbii keyfiyyətləri və qabiliyyətlərini obyektiv qiymətləndirmək, öz güclü
cəhətlərini məqsədyönlü şəkildə inkişaf etdirmək və pozitiv nəticələr əldə et-
mək üçün onlardan effktiv istifadə etmək və onları müntəzəm olaraq günü-
gündən yaxşılaşdırmaq bacarığını nəzərdə tutur. Belə özünüidarənin zəruri ef-
fektivlik şərti – biliklər, məntiq və gərgin əmək, qətiyyət, dözüm və möhkəm
iradə, müəyyən situasiyada mövcud olan əlverişli üstünlükləri görmək, dərk
etmək və düzgün istifadə etmək bacarığıdır. Hər bir insan təkrarolunmazdır.
Onun təbii keyfiyyətləri, qəlbinin xüsusiyyətləri, xarakterinin əlamətləri, şəxsi
həyat təcrübəsi təkrarolunmazdır. Onun fərdiliyi yalnız ona məxsusdur.
Öz qabiliyyətlərini və xöşbəxt həyat qurmaq imkanlarını lazımi surətdə
qiymətləndirmək vacibdir, çünki ağıl, istedad və qabiliyyət – özünün inkişafı,
tələbatlarını təmin etmə və məqsədlərinə nail olma üçün səmərəli istifadə
edilməli olan şansdır. Ağılın sərvəti xeyirxahlığın sərvətindən üstündür, çünki
sərvətlə ağıl ala bilməzsən, ağılla isə sərvət yaratmaq mümkündür. Sərvəti
itirmək də olar, ağıl, bilik və vərdişlər isə şəxsiyyətin inkişafının nəticəsi olan
ayrılmaz insan kapitalıdır. Özündə yeniliyə həssaslığı, kreativliyi, innovativli-
yi, bəzən bu və ya digər mühitlə bizə sarınmış, bizim analitik təfəkkür imkan-
larımızı məhdudlaşdıran təfəkkür stereotiplərindən imtina etmək bacarığını,
taxılı alaq otundan ayırmaq qabiliyyətini, öz seçimimizi və bizim özümüzə
məxsusluğumuzu təkmilləşdirmək çox vacibdir. Özünü bizim inkişafımıza,
ruhi vəziyyətimizə pozitiv təsir göstərən, zəngin təcrübəyə və məhsuldar hə-
yat fəaliyyətinin effektiv strategiyalarına malik yaxşı və ağıllı adamlarla əha-
tə etmək lazımdır. Bununla bərabər mədəniyyətinin sizin mədəniyyətinizlə
uyğunsuzluğu aşkar olan insanlarla ünsiyyətdən qəti surətdə çəkinmək lazım-
185
dır, çünki belə insanlar sizin sağlamlığınıza, şüurunuza və davranışınıza dest-
ruktiv təsir göstərən mənbə ola bilərlər. Lakin bu zaman, əgər bu mümkün-
dürsə, mənbəyinin sosial mühit və insanın tərbiyəsi ilə şərtlənən müəyyən
dünyagörüşü olduğu neqativ energetikaya malik insanların mədəniyyətinin
pozitiv dəyişilməsinə kömək etməyə çalışmaq lazımdır. İnsan şəraitin qulu ol-
malı deyil, lakin vəziyyəti öz maraqları xidmətinə yönəldərək, digər insanla-
rın maraqlarına zərər yetirmədən, onları pozitiv dəyişdirməlidir. Əgər hər
hansı bir vəziyyəti dəyişmək bizim qüvvəmiz xarıcindədirsə, təbii hadisələr
kimi onları da sakitcə qəbul etməliyik.
Bizim fəaliyyətimizi çətinləşdirən səbəbləri yalnız xarici mühitdə deyil,
həm də öz mövqeyimiz və fəaliyyətimizdə, qətiyyətimizdə və real vəziyyətlə-
ri öz maraqlarımızda istifadə etmək bacarığında axtarmaq lazımdır. Bunun
üçün insan öz həyat fəaliyyətinə görə yüksək məsuliyyət mədəniyyətinə malik
olmalı, özünü şəxsi taleyinin sahibi hiss etməlidir. Mürəkkəb vəziyyətləri nik-
bin qavramaq, onlara ləyaqətlə reaksiya vermək və təmkinini saxlayaraq im-
kan daxilində düzgün qərarlar və hərəkətlər qəbul etmək çox vacibdir. Öz
əlacsızlığına bəhanə axtarmaq deyil, amma bütün enerjisini qoyulmuş məqsə-
də çatmağa yönəldərək, situasiyanın çağırışına ağıllı cavab tapmaq lazımdır.
Françesko Petrarka deyirdi: “Əgər qartal ola bilərsəndə, dolaşalar arasında bi-
rinci olmağa çalışma”. Bu zaman hadisələrə pozitiv təfəkkür və hakim müna-
sibət yetişdirmək, situasiyanı düzgün qiymətləndirmək və elə aktiv fəaliyyət
göstərmək lazımdır ki, vəziyyəti öz müvəffəqiyyətinin və öz xoşbəxtliyinin
maraqlarına tabe edərək, onu dəyişəsən.
Müvəffəqiyyətin əldə edilməsində şəxsi intizam və özünə nəzarət mühüm
rol oynayır. Biz artıq o haqda danışmışıq ki, əgər insan situasiyanı idarə et-
mirsə, onda situasiya onu idarə etməyə başlayır. Bu bizim uğurlarımızın əsa-
sını təşkil edən gündəlik praktik fəaliyyətə münasibətdə də ədalətlidir. Qoyul-
muş məqsədə çatmaq üçün yalnız biliklər və bacarıqlar, istedad və qabiliyyət-
lər, fəaliyyət planları və texnologiyalar kifayət deyil. Nəzərdə tutulan planla-
rın daha yaxşı tərzdə həyata keçirilməsində özünə inam, şəxsi mütəşəkkillik,
məsuliyyət və iradə, öz fəaliyyətinə daimi nəzarət, planların və alınan nəticə-
lərin tutuşdurulması lazımdır. Öz fəaliyyət və nəticələrinin qeydini, - nailiy-
yətlərini özünütənqid şəklində təhlil etməklə, gündəlikdən yaxud öz fəaliyyə-
tinin səmərəliliyinin digər yazılı monitorinq formalarından istifadə edərək, ya-
zılı formada aparmaq lazımdır. Özünün bütün fikrini və qüvvəsini, onları da-
ğıtmayaraq, bir işin üzərində cəmləşdirməyi bacarmaq və yalnız onu tamam-
ladıqdan sonra digərinə keçmək lazımdır. Öz fikirlərinə nəzarət etmək və diq-
qəti nə isə bir işin üzərində cəmləşdirmək bizim işimizin faydalı əmsalını də-
fələrlə yüksəldir və səmərəli nəticə əldə etməyə imkan verir.
Dostları ilə paylaş: |