182
bilmək qabiliyyətinə inanmaq lazımdır. Güclü ruh öz fikirlərini və enerjisini
yaradıcı məcraya yönəldərək, faciəli hadisələri belə xilasa və qələbəyə işarə
kimi müdrikcəsinə şərh edərək, çətinliklərə və uğursuzluqlara mərdliklə qat-
laşmağa, emosiyalarını idarə etməyə kömək edir.
Zəngin daxili aləmin, yüksək ruhi mədəniyyətin olmadığı halda, maddi
rifah ruhi kasadlığı doldura bilməz. Başqa sözlə, ruhi mədəniyyət zənginliyi
həmişə maddi zənginlikdən yüksəkdir, çünki pulla ağılı, həqiqi məhəbbəti,
dostluğu və xoşbəxtliyi almaq mümkün deyil, yüksək ruhi (əqli və mənəvi)
mədəniyyətə və xoş mərama sahib olmaqla isə həyatda zənginliyə, uğura və
xoşbəxtliyə nail olmaq olar. Mədəni insanın özünü idarə etməsi - həqiqəti
özündə daşıyan, bəşəriyyətin bir çox nəsillərinin həyat təcrübəsi ilə sınaq-
dan keçirilmiş fundamental elmi biliklərə istinad etməlidir. Fridrix Şiller
deyirdi: “Maarifləndirilmiş şüur mənəvi hissləri nəcibləşdirir: baş ürəyi tər-
biyə etməlidir”. Əgər insan doğru düşünürsə və elmi biliklərə və obyektiv
informasiyaya əsaslanırsa, onun niyyətləri də düzgün formalaşır, niyyətlərin
ardınca isə özündə sevinc və razılıq hissi daşıyan pozitiv əməllər gəlir. Jan
Jak Russo qeyd edirdi: “İnsanın bütün mənəviyyatı onun niyyətlərindən iba-
rətdir”. Əksinə, doğru olmayan və ya zərərli təfəkkür, ardınca çox zaman
dağıdıcı və destruktiv xarakterli düzgün olmayan fəaliyyətlər gətirən yanlış,
düşüncəsiz əməllər doğurur.
Fəaliyyətin nəticələri müvəffəqiyyətin meyarı kimi
Məlum olduğu kimi, “bina kərpiclərlə hörülür”. Sofokl deyirdi: “Böyük iş-
lər bir dəfəyə görülmür”. Müvəffəqiyyətin əsasını yalnız öz biliyini inkişaf et-
dirmək tələbatı və düzgün ifadə edilmiş məqsəd deyil, həm də biliklər, şüurlu
fəaliyyət planı, effektiv texnologiyalar, gündəlik vicdanlı əmək və nəhayət,
səbr, dözüm təşkil edir. Müvəffəqiyyətə nail olma diqqətin, enerjinin və qüv-
vənin hansısa bir işdə təmərküzləşməsini tələb edir. Qüvvələrin parçalanması
yaxşı nəticələr əldə etməyə imkan vermir. Ona görə bizim başqa işlərə yayın-
mağımızı doğruldan heç bir səbəblər nəzərə alınmalı deyil. Müvəffəqiyyətin
meyarı yalnız fəaliyyətin nəticələri olmamalıdır. Bunun üçün nəzərdə tutulan
planın yerinə yetirilməsinə mane ola biləcək mümkün qeyri-müəyyənlikləri
nəzərə alaraq, vaxtı düzgün planlaşdırmaq, həmin vaxtda başlıca işi ayırmağı
bacarmaq və diqqəti onun üzərində cəmləşdirmək lazımdır.
Gözlənilməz vəziyyətləri öz maraqlarına uyğun istifadə edərək idarə etmək
lazımdır. Gözlənilməz vəziyyətlər öz məhsuldarlığının: həyati təsislərə nail
olmaq üçün vaxtın istifadə effektivliyinin; strateji məqsədlərin və cari vəzifə-
lərin korrektə edilməsinin; şəxsi xoşbəxtliyinin qurulmasında özünün fəallıq
183
dərəcəsini yenidən mənalandırmanın qiymətləndirilməsi üçün “lakmus kağı-
zı” ola bilər. Bodo Şefer motivasiya və ruh yüksəkliyini yuxarı səviyyədə sax-
lamağa imkan verən “üç günün qaydasını” ifadə etmişdir. Onun mahiyyəti
budur ki, hər üç gündən bir insana psixoloji olaraq ölçülə bilən, müsbət nəticə
kimi başa düşülən yeni müvəffəqiyyət tələb olunur. Bu permanent müvəffə-
qiyyət, şəxsiyyətin inkişafı prosesində yüksək hərəkət impulsunu stimullaşdı-
raraq, insanda hər zaman yeni-yeni nailiyyətlərə motivasiyanı saxlayır. Bunun
üçün öz fəaliyyətini, onun nəticə etibarilə səmərəliliyi məqsədilə, hər üç gün-
dən bir düzgün planlaşdırmaq və nəzarət etmək vacibdir. Depressiya halından
çəkinmək üçün öz işlərini əhəmiyyətlilik dərəcəsinə görə dəqiq planlaşdırmaq
və öz şüuru üçün psixoloji yükə çevirməyərək, onları təxirə salmadan yerinə
yetirmək lazımdır. Bu zaman təcili işlər planlaşdırılmış mühüm işlərin yerinə
yetirilməsi üçün maneə olmamalıdır. Müvafiq qərar qəbul edildikdən sonra
dərhal, lakin tələsmədən fəaliyyət göstərmək lazımdır. A.S. Ekzüperi qeyd
edirdi: “ Heç vaxt demə: edərəm, əgər sən nə isə etmək qərarına gəlmisənsə,
başla və de: mən artıq bunu edirəm.”
Müdrik həqiqətləri və müvəffəqiyyət strategiyalarını təhlil edərək, Bodo
Şefer öz işini Roma imperatoru Mark Avrelinin məşhur sözləri ilə başlayır:
“Sonda görmək istədiyin o həyatla artıq bu gün yaşamağa başla”. O doğru
olaraq qeyd edir ki, hər bir insanın qalib olmaq imkanı və hüququ vardır. Hə-
yatın ziddiyyətlərinin əslində bir tamın tərkib hissələri, ayrı-ayrı qanunların
isə qarşılıqlı əlaqəli olması haqqında onun nəticələri özünüidarə mədəniyyəti
üçün metodoloji əhəmiyyətə malikdir. Müəllifin maraqlı müşahidələrindən bi-
ri odur ki, müvəffəqiyyət bəxti gətirməkdən o qədər də çox asılı deyil, lakin in-
sanın müəyyən prinsiplər və dəyərlər üzərində qurulan həyat tərzinin nəticəsi-
dir. Seçim edərkən insan yadda saxlamalıdır ki, müvəffəqiyyət situasiyadansa,
daha çox ondan necə istifadə etməkdən asılıdır. Müvəffəqiyyət əldə etmiş in-
sanlar haqqında danışaraq, Şefer Bessi Stenlinin çox gözəl sözlərini nümunə
gətirir: “İnsan yaxşı yaşayıbsa, çoxlu gülüb və sevibsə, ağıllı adamların hör-
mətini və balaca uşaqların məhəbbətini qazanıbsa, əgər həyatda öz yerini ya
yetişdirdiyi gözəl güllərlə, ya çox gözəl şeirlərilə, ya da xilas etdiyi qəlblərlə
doldura bilibsə, hesab etmək olar ki, o, müvəffəqiyyət qazanıb. Əgər minnət-
darlıq sözlərini əsirgəməyibsə, dünyanın gözəlliyini qiymətləndiribsə və bu
barədə danışmağa sıxılmayıbsa, əgər o, insanlarda ən yaxşı olanı görməyi
bacarıbsa və özündə olan ən yaxşı ilə səxavətlə paylaşıbsa, əgər onun həyatı
insanları ruhlandırıbsa, haqqındakı xatirə isə onların qəlbində qalıbsa, o,
müvəffəqiyyət qazanıb.”
Nəticə etibarilə səmərəli fəaliyyət şəxsiyyətdən xüsusi vərdişlər tələb edir.
İnsan özündə şüurlu təfəkkürü, düzgün həyat mədəniyyətini və istənilən həyat
Dostları ilə paylaş: |