180
mühüm rol oynayırlar və əgər
onlar şəxsiyyətin inkişafı üçün əlverişli deyil-
lərsə,
şəraiti dəyişə bilərlər və dəyişməlidirlər. Bunun üçün insana, bütöv-
lükdə, şəxsiyyəti və onu əhatə edən aləmi dəyişməyə qadir olan, yüksək mə-
dəniyyəti təşkil edən məqsədyönlülük və möhkəm iradə, məntiq, biliklər,
bacarıqlar, mütəşəkkillik lazımdır. Görünür, hər idealda hər bir insan üçün
öz
təyinatını,
həyatının mənasını dərk etmək və buna uyğun olaraq öz həyat
fəaliyyəti proqramını hazırlamaq vacibdir ki, onun həyata keçirilməsi ilə ola
bilər, insanın inkişafına müəyyən töhfə verilsin və tarixdə bir iz qoyulsun.
Blez Paskal deyirdi: “Öz həyatının mənasını bilməyən insanlara yazıqlar ol-
sun”. Bizim nəticələrimizin uğuru - konkret məqsədləri, problemlərin ma-
hiyyətini anlamağı, prinsiplərin və metodların seçilməsini, prioritetlərin mü-
əyyən edilməsini, məqsədə çatma vaxtının təyinini nəzərdə tutan vasitədən -
düşünülmüş fəaliyyətlər planından asılıdır. Eynilə biznesdə effektiv menec-
mentin insanların tələbatlarının başa düşülməsi və ödənilməsi ilə şərtləndiyi
kimi,
uğurlu özünüidarə öz arzuları, maraqları və məqsədlərinin başa dü-
şülməsi və həyata keçirilməsindən asılıdır.
Həyatımızın mənası ilə şərtlənən həyat məqsədi haqqında daim xatırla-
maq lazımdır. Hələ XVI əsrdə intibah dövrünün görkəmli nümayəndəsi olan
Mişel Monten qeyd edirdi ki
,“təyinat limanı olmayan kəs üçün heç bir külək
arxadan əsən olmur.” Aydın məqsəd insanın həyat fəaliyyəti enerjisinin fə-
allaşdırılması üçün, texnologiyalar və iradə – müəyyən zaman müddətində
həyatın mənasına uyğun olan, qoyulmuş məqsədə nail olma üçün zəruridir.
Belə texnologiya kimi, güclü arzunun təmərküzləşməsinin, fokusunun yığıl-
masının onun real həyata keçirilmə stimulu olduğunu güman edərək, Templ-
ton, “enerjinin bir yerə cəmləşməsinin alışma əmələ gətirənədək günəş şüa-
larının böyüdücü şüşə ilə fokusa yığılmasında olduğu kimi, öz dərrakəsini
güc nöqtəsinədək bir yerə cəmləməyi” tövsiyə edir.
Böyük məqsədlər olmadan böyük işlər yoxdur. Lakin insanın məqsədi iki
kateqoriyada ola bilər: idealı ifadə edən böyük məqsədlər, hərəkət istiqamə-
tini təyin edən mayak-məqsədlər, və real əldə edilə bilən konkret məqsədlər.
Bizim arzularımız və istəklərimizdən doğulan böyük məqsədlər yolları mü-
əyyən etməyə və düzgün texnologiyalar seçməyə kömək edir. Hərəkət üçün
bizə motivasiya və stimul verən böyük məqsədlər
şəxsiyyətin keyfiyyətli də-
yişilməsi və inkişafı üçün çoxlu sayda imkanlar açır və özündə maraqlı kəşf-
ləri, mükafatları və yaradıcı fəaliyyətdən alınan zövqü gizləyir. Bu imkanla-
rın istifadə edilməsi insanın intellektual mədəniyyətindən, onların mənasını,
mahiyyətini və xüsusiyyətlərini başa düşməkdən daha çox asılıdır. Bodo Şe-
fer deyir: “Əgər siz ulduzlara yönəlmisinizsə, bu o demək deyil ki, siz onla-
ra çatacaqsınız, amma yəqin ki, ağaclardan yuxarı qalxacaqsınız.” Real
181
məqsədlər elə tərzdə ifadə olunmalıdır ki, təyin edilmiş vaxtda mütləq yeri-
nə yetirilsin. Bu onunla şərtlənir ki, onlara nail olma şəxsiyyətin ösünütəsdi-
qinə xidmət edir, şəxsi ləyaqət hissini, insanın öz gücünə və imkanlarına
inamını möhkəmləndirir.
Yüksək özünüidarə mədəniyyətinin və nəzərdə tutulmuş məqsədlərə nail
olmaq qabiliyyətinin şərtlərindən biri həyati problemlərin öhdəsindən gəl-
mək bacarığıdır. Problemlərin olması dialektik yaşayış reallıqları ilə bağlı
olan sonsuz həyat prosesidir. Bunun üçün bizim vəzifəmiz onları
düzgün ba-
şa düşmək və vaxtında həll etməkdir. Bu zaman problemə münasibət, prob-
lemin əmələ gəlməsi ilə yaranan “sarsıdıcı” neqativ emosiyaları onun həlli-
nin, şəxsiyyətin inkişafı üçün yeni imkanlar açan pozitiv dinamik enerjisinə
dəyişdirmək bacarığı çox vacibdir. Bunun üçün problemləri özünün inkişafı
və digər insanlara öz təsir dairəsini genişləndirmək çağırışı və şansı kimi qə-
bul etmək; problemlərin həllində inama sahib olmaq; nikbinliyini, şəxsi lə-
yaqət hissini, qalibiyyət əzmini qorumaq; öz hisslərinə və reaksiyalarına nə-
zarət etmək; problemdən düzgün ibrət almağı bacarmaq lazımdır. Bodo Şe-
fer doğru olaraq qeyd edir ki, problemin həllindəki hər bir uğur insanı mü-
kafatlandırır, hər bir uğursuzluq isə onu daha güclü edir.
Beləliklə,
çox şey bizim arzumuzdan, onu güclü surətdə həyata keçirmək
istəyimizdən
asılıdır. Əgər
istək mütləq həyati zərurət olursa, o zaman onun
doğurduğu ruh reallığı əlverişli tərzdə dəyişməyə kömək edir. İnsan özü
üçün xoşbəxtlik haqqında öz arzularına uyğun olan, lakin başqalarına zərər
yetirməyən layiqli həyat qurmalıdır. Bodo Şefer
arzunun həyata keçirilməsi-
nin psixoloji mexanizmini göstərmişdir. O, məqsədə çatmaq üçün özünün
bütün diqqətini onun üzərində cəmləşdirməyi, daim onun haqqında düşün-
məyi, onun əldə edilməsində zərrə qədər şübhəyə yol verməməyi tövsiyə
edir. Fikrin konsentrasiyası sizin can atdığınız indiki mövqe ilə arzu arasın-
da əlaqə yaradır. Bu obraz, müvəffəqiyyətin əldə edilməsinə yönəldilmiş ef-
fektiv fəaliyyətlərə çevrilən əminliyi doğurur. Bilik və inam arzunun həyata
keçirilməsi üzrə texnologiyalar seçimini və fəaliyyətlər enerjisini təmin edir.
Co Vitalenin cazibə konsepsiyasına görə güclü arzu, insanı məqsədyönlü
və güclü edərək, ona imkan yaradır ki, kainat özü onun həyata keçməsinə
kömək edir. Həyat fəaliyyətinin bütün sahələrində: ailədə, işdə, şəxsi təhsil-
də, fiziki mədəniyyətdə, ictimai fəaliyyətdə hərəkətə lazımi impuls verərək,
düzgün seçim etmək, həyat fəaliyyəti istiqamətini və öz prioritetlərini düz-
gün müəyyənləşdirmək lazımdır. Onu nəzərə almaq lazımdır ki, arzumuzun
həyata keçirilməsi yolunda bizim üçün mümkün olmayan heç nə yoxdur.
Bunun üçün güclü ruha – biliklərlə zəngin ağıla, nəcib hisslərə və möhkəm
iradəyə malik olmaq, özünə və həyatını yaxşılığa doğru özünün dəyişdirə